Millətlərarası münasibətlərdə
Azərbaycan tək ölkədir...
Çoxmillətli dövlət olan Azərbaycan dünyaya bir nümunədir. Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycanda bütün xalqlar bir ailə kimi
yaşayır. “Biz çox şadıq ki, Azərbaycanda bütün millətlər,
bütün dinlərin
nümayəndələri bir
ailə kimi yaşayırlar, öz doğma vətəninin inkişafına töhfələrini
verirlər. Bu, bizim böyük üstünlüyümüzdür, böyük sərvətimizdir.
Azərbaycan çoxmillətli ölkədir,
çoxkonfessiyalı ölkədir.
Bizim təcrübəmiz,
mən bunu tam qətiyyətlə deyirəm, bizim təcrübəmiz artıq
başqa ölkələrdə
öyrənilir, beynəlxalq
təşkilatlarda diskussiyalar
mövzusuna çevrilir
və gələcəkdə,
əlbəttə ki, Azərbaycanın tolerantlıq
məkanı kimi rolu dünya işlərində, dünyada
gedən proseslərdə
artacaqdır”.
Bu fikirləri
Prezident İlham Əliyev bir çox çıxışlarında
vurğulayıb. Burda
yaşayan bütün
xalqlar, bütün dinlərin və mədəniyyətlərin daşıyıcıları
öz dillərini, mədəniyyətlərini, milli
adət və ənənələrini qoruyub
saxlayırlar.
Azərbaycan Konstitusiyasında dinindən,
dilindən asılı
olmayaraq, bütün vətəndaşların qanun
qarşısında bərabər
hüquqlarının təsbit
olunur. Bu da ölkəmizdəki tolerantlığın real
mənzərəsini əks
etdirir.
Prezident İlham
Əliyevin bəyan etdiyi kimi, çoxsaylı
beynəlxalq tədbirlər,
forumlar, konfranslar Azərbaycanı dünyada
tolerantlıq məkanı,
dözümlülük, multikulturalizm
mərkəzi kimi təqdim etmişdir.
Azərbaycanın tarixən dini və dünyəvi dəyərlərin uzlaşdığı,
fərqli mədəniyyətlərin
bir arada yaşadığı və
inkişaf etdiyi, sivilizasiyaların qovuşduğu
bir məkan kimi beynəlxalq aləmin də diqqətindədir. Onlar da bilirlər ki, Azərbaycan xalqı uzun əsrlər boyu özünün milli, dini-mənəvi dəyərlərinə
bağlılığını qoruyub saxlayıb, eyni zamanda, başqa
dinlərin və etnik qrupların nümayəndələri ilə
tolerant, mehriban birgəyaşayış mühitində
sahib olduğu yüksək mənəvi
keyfiyyətlərini inkişaf
etdirib. Ekspertlərin dediyi kimi, nəticədə,
dini, mədəni plüralizmin mövcud olduğu, dini və dünyəvi dünyagörüşünün uzlaşdığı müasir
Azərbaycan cəmiyyəti
formalaşıb.
Ulu öndər
Heydər Əliyev deyirdi: “Bizim xalqımız həmişə
dostluğu, qardaşlığı,
mehribanlığı möhkəmləndirməyə
cəhd göstərmiş,
insanların dini mənsubiyyətindən asılı
olmayaraq onların arasında sülh və əmin-amanlıq, mehribanlıq əlaqələrinin
olmasına çalışmışdır”.
Ekspertlər bildirir ki, Azərbaycandakı
tolerant mühit, sosial sabitlik beynəlxalq ictimaiyyətin
də maraq dairəsindədir, ölkəmizdəki
stabil çoxmədəniyyətlilik
və çoxkonfessiyalılıq
mühiti, dövlət-din
münasibətlərinin qurulması
bir çox xarici ekspertlər, dövlət rəsmiləri
tərəfindən nümunəvi
model kimi qiymətləndirilir.
Ölkəmizdə milli, dini məsələdə
heç bir problem, fikir ayrılığı, hər
hansı bir ayrı-seçkilik yoxdur.
İbadət yerlərinə
getmək, dini ayinlər, bayramlar keçirmək üçün
hər cür şərait mövcuddur. Azərbaycanda bütün
dinlərə qarşı
eyni hörmət və qayğını göstərilir.
Bu gün
dünyanın müxtəlif
ölkələrində, o cümlədən də Avropa dövlətlərində
milli-dini zəmində
problemlərin olduğunu
hər kəs görür. İslambobiya
xəstəliyi həmin
ölkələri bürüyüb.
Dini və milli dözümlülük
çoxz aşağı
səviyyədədir. Başqa
ölkələrə dini,
milli məsələlərdə,
insan haqları mövzusunda dərs keçənlərin özündə
bu sahədə ciddi problemlər mövcuddur.
Amma Azərbaycandakı
milli və dini mühitin sağlamlığı, müxtəlif
xalqların və dinlərin nümayəndələrinin
qardaşlıq şəraitində
yaşaması dünyanın
özünə bir nümunədir. Azərbaycan
dünyada az saylı ölkələrdəndir
ki, burda millətlərarası münasibətləribn
yüksək səviyyədə
olması həm regionumuz, həm də beynəlxalq aləm üçün bir örnəkdir.
Azərbaycanda millətlərin qardaşlıq
nümunəsini, bu əzəməti, bu örnəyi həm Birinci Qarabağ Müharibəsi, həm də Vətən müharibəsi dövründə
təkcə biz yox, bütün dünya gördü.
44 günlük Vətən Müharibəsində
qəlbi Azərbaycan sevgisi ilə döyünən hər bir vətəndaşımız
qələbəyə öz
töhfəsini verdi. Heç bir millət fərqi olmadan hər bir xalqın nümayəndəsi Azərbaycan
oğlu kimi əlində silah düşmənə qarşı
savaşda igidliklə
döyüşdü, torpaqlarımızın
işğaldan azad olunmasında iştirak edib böyük Zəfərimizə öz
töhfələrini verdilər.
O da sirr
deyil ki, respublikamızda yaşayan
hər bir vətəndaş Prezidentin
dini sahədəki uğurlu siyasətini, gördüyü işləri
dəstəkləyir, təqdir
edir, yüksək qiymətləndirir.
İsrail Təhlükəsizlik
Akademiyasının yaydığı
bəyanata diqqət verək: “Azərbaycan dünyanın ən nümunəvi tolerant və multikultural ölkəsidir. Azərbaycanda
bütün millətlər
və dinlər bir-birinə qardaşdır.
Burada hər kəs bir-birinə doğmadır. Dünyada Azərbaycan kimi ikinci belə ölkə yoxdur”.
Burda Azərbaycanda
yaşayan bütün
millətlər və
etnik xalqlar arasında əbədi qardaşlığın bərqərar
olduğu‚ ölkə
ərazisindəki bütün
səmavi dinlər, müsəlmanlar və qeyri-müsəlmanlar azad və müstəqil, rahat yaşadıqları vurğulanır.
Azərbaycanın nümunəvi tolerant dövlət adlandırılması
tamamilə reallığı
əks etdirir.
Ölkəmizdə milli və dini
azlıqların müdafiəsinə
həmişə xüsusi
diqqət göstərlib.
Təsadüfi deyil ki, Azərbaycan dövləti milli azlıqlarla bağlı beynəlxalq konvensiyalara qoşulub, milli azlıqların sıx yaşadıqları bölgələrdə
sosial-iqtisadi, təhsil,
mədəniyyət, səhiyyə,
ekologiya və digər sahələrdə
müxtəlif layihələr
həyata keçirilir.
Onların hüquqlarının
müdafiəsinə yönəldilmiş
belə layihələrin
bir çoxu Prezident İlham Əliyevin imzaladığı
bir sıra sərəncamlarla icra olunur. Ekspertlər qeyd edirlər ki, Prezident İlham
Əliyevin rəhbərliyi
ilə Azərbaycanda uğurla inkişaf etdirilən multikulturalizmlə
bağlı böyük
təcrübə əldə
edilib, bu gün ölkəmizin multikulturalizm təcrübəsi
dünyanın bir sıra dövlətlərinin
diqqətini cəlb edir və öyrənilir.
Bu təcrübənin
əhəmiyyətindən danışan Prezident İlham Əliyev çıxışlarından birində vurğulayıb:
"Bizim təcrübəmiz
öyrənilir. Əminəm
ki, başqa ölkələrdə Azərbaycan
təcrübəsi tətbiq
olunduqda o ölkələrdə
də dinlərarası,
millətlərarası münasibətlər
sağlam zəmində
öz həllini tapacaqdır".
Azərbaycan sülhün, əminamanlığın,
qardaşlığın, dostluğun,
nümunəvi birgəyaşayışın
ən parlaq modelinə sahib olan dövlətdir...
İradə SARIYEVA
Bakı Xəbər .- 2025.- 17 oktyabr (№188).- S.8.