Media azadlığının
inkişafına zəruri
iqtisadi dəstək verildi...
Azərbaycan mediasının inkişafına
dəstək dövlətin
əsas prioritetlərindən
biridir. Müxtəlif
illərdə media subyektlərinin iqtisadi cəhətdən inkişaf
etməsi, söz və məlumat azadlığı yolunda uğurla irəliləməsi
üçün dövlət
öz dəstəyini
əsirgəməyib. Bu
istiqamətdə atılan
mühüm addımlardan
biri
Azərbaycanda media subyektlərinə vergi güzəştlərinin
tətbiq olunmasıdır.
Bu amil medianın
iqtisadi cəhətdən
inkişafına böyük
stimul verir.
Qeyd edək
ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik
edilməsi haqqında
7 mart 2023-cü il tarixli Qanunla media subyektlərinə bir sıra vergi
güzəşt və
azadolmaları verildi. Adı çəkilən
qanunun qüvvəyə
minməsi ilə Prezident İlham Əliyev 1 aprel 2023-cü il tarixində tarixində müvafiq Fərman imzaladı. Sənədə əsasən,
2023-cü il yanvarın
1-dən media subyektlərinin
məhz media ilə bağlı fəaliyyətdən əldə
etdikləri gəlirləri,
o cümlədən reklam
gəlirləri, habelə
media subyektlərinə
müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi
orqan (qurum) tərəfindən verilən
maddi yardımlar gəlir (mənfəət)
və sadələşdirilmiş
vergilərdən 3 il müddətinə azad edildi. Qeyd olunurdu
ki, həmçinin, rəqabətə davamlı
milli media məhsullarının istehsalının
stimullaşdırılması məqsədilə media subyektləri tərəfindən
istehsal olunan media məhsullarının
təqdim edilməsi də həmin tarixdən 3 il müddətinə əlavə
dəyər vergisindən
azad edildi.
Qeyd olunan
güzəşt və
azadolmaların audiovizual
media subyektlərinə,
yəni televiziya və radio yayımının,
o cümlədən sifarişli
yayım xidmətinin müxtəlif texniki üsul və vasitələrlə audio və vizual formada istifadəçiyə
təqdim edilməsini
həyata keçirən
media subyektlərinə
verilməsi istisna olunub.
Azərbaycanda media subyektləri üçün vergi güzəştinin müddəti
artırılır. Məsələ
Azərbaycan Respublikasının
2026-cı il dövlət
büdcəsi haqqında
qanun layihəsində
öz əksini tapıb.
Layihədə bildirilib ki, media subyektləri üçün 2029-cu il yanvarın 1-dək vergi güzəşti tətbiq
ediləcək.
Media subyektlərinə vergi güzəştlərinin
müddətinin uzadılmasının
medianın inkişafının
təmin edilməsi baxımından nə kimi əhəmiyyəti var?
Novoye vremya
qəzetinin baş redaktoru Şakir Ağayev Bakı-Xəbərə bildirdi
ki, sözsüz, media subyektlərinin vergidən azad olunmasının müddətinin
yenidən uzadılması
müsbət hadisədir:
Bu, media subyektləri üçün
çox önəmli
bir faktordur. İlk növbədə bu təşəbbüslə
çıxış edən
Medianın İnkişafı
Agentliyinə, İqtisadiyyat
Nazirliyinə, Dövlət
Vergi Xidmətinə, ən əsası isə Prezident İlham Əliyevə təşəkkür etmək
lazımdır. Çünki
media sübyektləri
üçün vergi
güzəştlərinin müddətinin
artırılması çətin
durumda olan mətbuata çox böyük dəstəkdir.
Növbəti üç
il müddətində
də media subyektləri gələn gəlirlərə, eyni zamanda daxil olan
vəsaitlərə görə
vergidən azad olunacaq. Bu vəsaitlər
media subyektləri tərəfindən daxili məsələlərin həllinə,
qonorar verilməsinə,
əməkhaqqının artırılmasına,
çap mediasının
keyfiyyətinin yüksəldilməsinə,
saytlar, portallar üçün daha geniş imkanların açılmasına dəstək
baxımından çox
böyük əhəmiyyət
daşıyır. Heş
kimə sirr deyil ki, hazırda
çap mediasının
iqtisadi durumu ağırdır, demək
olar ki, reklam bazarı yoxdur. Belə bir vəziyyətdə sözsüz ki, bu prosesin üç
il də uzadılması mediaya dövlətimizin qayğısını,
onun inkişafında maraqlı olduğunu, medianın iqtisadi durumunun daha da yaxşılaşmasına
xidmət etdiyini göstərir.
Bu üç
il müddətində
tətbiq olunan vergi güşətlərinin
müsbət nəticələrini
gördüklərini deyən
Ş.Ağayevin sözlərinə
görə, bu böyük effekt verdi, faydalı oldu: İndən sonra da bu
müsbət proseslər
davam edəcək. Vergilərdən azad olunma medianın işinin keyfiyyətini yüksəltməsinə kömək
edəcək.
Ş.Ağayev qeyd etdi ki,
üç il əvvəl Medianın İnkişafı Agentliyi
bu təşəbbüslə
əlaqədar qurumlara,
İqtisadiyyat Nazirliyinə
müraciət etdi və bu səmərəli
iş həyata keçirildi, bunun yenidən üç il də davam
etməsi sevindiricidir.
Demokrat.az xəbər portalının rəhbəri,
Ekoloji Dayanıqlılıq
və Təbiətin Qorunması İctimai Birliyinin sədri Vasif Həsənli də Bakı-Xəbərə
açıqlamasında media
subyektlərinə növbəti
dəfə vergi güzəştlərinin tətbiq
edilməsinin böyük
əhəmiyyət daşıdığını
bildirdi: Bildiyiniz kimi, Azərbaycanda media subyektləri üçün vergi güzəştinin müddəti
daha 3 il uzadılır. Bununla bağlı məsələ
Azərbaycan Respublikasının
2026-cı il dövlət
büdcəsi haqqında
qanun layihəsində
öz əksini tapıb. Çünki media subyektləri üçün 3 illik vergi güzəştinin müddəti 2026-cı il
yanvarın 1-də başa
çatırdı.
Şübhəsiz ki, bu qərar
Azərbaycan mediası
tərəfindən təqdir
olunur. Azərbaycanda media subyektlərinə tətbiq olunan bu cür vergi
güzəştləri dövlətin
media sektorunun inkişafına və dayanıqlılığına verdiyi strateji əhəmiyyətin bariz göstəricisidir. Bu qərar media orqanlarının maliyyə
dayanıqlığını daha da gücləndirir.
Bilirsiz ki, medianın yeganə gəlir mənbələri
olan reklam, abunə, sponsorluq və s. çox vaxt məhdud olur. Vergi güzəştləri
isə onların xərclərini azaldaraq, əldə etdikləri gəlirin daha böyük hissəsini texnoloji modernləşmə,
kadr hazırlığı
və məzmun keyfiyyətinin artırılmasına
yönəltməyə imkan
verir. Bu, xüsusilə kiçik və regional media qurumları üçün həyati
əhəmiyyət daşıyır.
V.Həsənlinin fikrincə, bu güzəştlər yalnız
iqtisadi dəstək kimi deyil, həm
də medianın cəmiyyətin maariflənməsi,
ictimai rəyin formalaşdırılması və
informasiya təhlükəsizliyinin
təmin olunmasındakı
roluna verilən dəyərin təzahürü
kimi qiymətləndirilir.
Dövlətin bu istiqamətdə atdığı addımlar
media orqanlarının
maliyyə yükünü
azaldır, onların daha sərbəst fəaliyyət göstərməsinə,
peşəkarlıq səviyyəsini
artırmasına və
keyfiyyətli informasiya
məhsulları istehsal
etməsinə şərait
yaradır. Bununla yanaşı, bu cür güzəştlər
media sektorunda şəffaflığın və
rəqabət qabiliyyətinin
yüksəlməsinə də
müsbət təsir
göstərir.
Hesab edirəm
ki, vergi güzəştləri həm
də dövlətmedia münasibətlərində
etimadın güclənməsi,
media mühitinin sağlam və davamlı inkişafının
təmin olunması baxımından mühüm
mexanizm olacaq-deyə V.Həsənli qeyd etdi.
İradə SARIYEVA
Bakı Xəbər 2025.- 25-27 oktyabr
(¹194).- S.8.