ZEMFİRA   MƏHƏRRƏMLİ- 70

 

Qaranlığın qənimi Zemfira Məhərrəmli

 

İmza var ki, oxuyursan, müəllifi tanımağa çalışırsan, bir obraz yaradırsan öz aləmində. Mən adətən illər öncə yaşayan müəlliflərin həyat tərzi, şəxsiyyəti haqda məlumat toplamağa çalışıram. İmza da var ki, müəllifi görmək, tanımaq imkanın olur sonra, tərifləyənlər olsa belə, oxuya bilmirsən. Məni davranışları, danışıqları, üzlərindəki ifadə ilə imzasından uzaqlaşdıran müəlliflər var.

 

O isə fərqlidir. İmzasını görəndə sevinirsən, qaranlıqda işıq tapan kimi. Özünü görəndə insanları sevirsən, insanlığı görən kimi. Əslində belədir Zemfira Məhərrəmli. Yazıları, yəni yazıçı dili aydın, anlayışlı, şirin özü kimi. Mən heç, dünyaca məşhur olsalar da, insanları bədbəxt olduqlarına inandırmağa yönləndirən, həyatdan bezdirən əsərləri, müəllifləri sevmədim. Hər kəsin işığı olmalıdır, onu paylaşmalıdır. Əgər bu kəs həm yazı adamıdırsa, bu onun borcudur, həm istedadıdır. Məsələn, Vüqtor HüqoSəfillər”ində səfilliyin, insan ağrılarının alt qatınacan gedib. Amma əsərdə həyata, yaşamağa necə bir sevgi var, inam var. Təkcə Javerin intihar etməsi ədalətin, mərhəmətin, ləyaqətin-insanlığın  ucalığıdır. Əsərin əvvəlində yepiskop Mirielin Jan Valjana dediyisiz artıq xeyirin ixtiyarındasınızsözləri əsərin bütün bədxahlarının məğlubiyyətidir.

 

Həyat-yaşam asan deyil, problemlər, çətinliklər, ağrı-acılar olur. Yazıçının ustalığı işığı tapmağa kömək etməkdir. O işığı göstərə bilməkdir. Zemfira Məhərrəmli məhz belədir: özü , sözü işıqpaylayandır. Sevimlidir, seviləndir, sevgi doludur. Öz yeri var yaradıcı aləmdə. Bu yeri zəhməti, istedadı, yaratdıqları ilə  tutub.

 

Zemfira xanım addım-addım gəzib bütün yaradıcılıq yollarını, bütün  mərhələrindən keçib. Yəni pillə-pillə yüksəlib.  Bakı Dövlət Universitetini fərqlənmə diplomu ilə bitirib əmək fəaliyyətinə müxbir kimi başlayıb. İndi isə mən tələbə həyatından sonra müxbir kimi çalışmağa başlayan pedaqoq alim, yazıçı, publisist Zemfira xanımdan danışıram. Bu illərdə o, böyük bədii, elmi, publisist söz xəzinəsi yaradıb. Baxdığım son tamaşa Zemfira Məhərrəmlinin son əsərlərindən olanÜmid işığı”dır. Tamaşaya baxanda mövzusundan çox əsərin verdiyi mesajı düşündüm. Adi baxışla mühakimə yürütsək, gənclərin dolaşıb qaldıqları məhəbbət mövzusudur. Amma diqqətli oxucu, tamaşaçı, valideyn, vətəndaş, insan kimi düşünsək bir pedaqoq yazıçının bizə demək istədiyi məsləhətdi: ailədə qarşılıqlı anlaşma mühümdür. Uşaqlara yalnız övlad kimi baxmayın-onların hər biri ayrı fərddir, şəxsiyyətdir. Onlarla dost olun. Sirdaş olun. Sizinlə bölüşsünlər.  Kənarda özlərinə sirdaş axtarıb, daha böyük səhvlərə getməsinlər. Zemfira xanımın çox yazılarında bunu izləyirsən. Hadisələrə, həyata münasibəti yaradıcı olsa da, pedaqoq yazıçı olmaya da bilər.Amma  bir söz adamının, yazıçının pedaqoq olması vacibdir. O öz yazılarında mütləq cəmiyyətə -insanlara doğruya üz tutmağı, problemlərə düzgün yanaşmağı, sevinməyi bacarmağı s. kimi mesajlar ötürməlidir. Məhz bunu bacarır Zemfira Məhərrəmli.

 

Onun dissertasiya mövzusu da diqqətimi çəkdi. Jurnalistika fakultəsinin məzunununİbtidai məktəb məktəbəqədər tərbiyəjurnalında tərbiyə problemi  mövzusunda müdafiə etməsi maraqlı oldu mənimçün.  Bu elmi tədqiqat işinin pedaqogikaya jurnalistikaya nəzəri yenilik gətirən bir əsər kimi qiymətləndirilməsi təsadüfü deyil. Bu fərqlilik onun yazılarında hiss olunur. Onun publisitikasında, hekayələrində, ümumilikdə yaradıcılığında bir öyrətmən duyumu, təhlili, yanaşması var. Məsələn, “12 yaşın sevincikiçik bir hekayədir. Bədbəxt bir ailənin kədərli həyat hekayəsidir. İçki aludəçisi ata, xəstə ana bu ağır yükün altında böyüyən uşaq. Bu bədbəxtliyi necə çözür yazıçı? Qələbə ilə! Pula ən çox ehtiyacı olduğu vaxtda 12 yaşlı oğlan zorakılığa məruz qalmış gənc qızın bahalı telefonunu tapır. Telefonu sahibinə qaytarmaqla bir ailəyə sevinc yaşatması onun içində olan saf duyğuların, dürüstlüyün, doğrunun, sevginin qələbəsidir. Bu qələbə sevincini 12 yaşlı oğlan bir ailəyə yaşadır özü yaşayır. Qızın anası çoxlu hədiyyələrlə  məhz oğlanın doğum günündə onlara gəlir, onun alicənablığından, gözəl tərbiyə görməsindən söz edir. bu zaman hekayənin əsas mahiyyəti aydın olur: Oğlu haqqında xoş sözlər eşidən sərxoş ata ayılır, xəstə ana yataqdan qalxır... Nağıllardakı kimi xeyir qalib gəlir!

 

Zemfira xanımın ən çox sevdiyim cəhəti onun yazılarında işığın olmasıdır. Onun qəhrəmanlarının oxucuya da yansıyan Ümid işığı var. İnsanın özünü görməsi var. Zemfira xanım deyir ki, hər insan səhv edə bilər, yanlış seçə bilər yolunu. Amma hər insan da öz səhvini görə bilər, öz yanlış yolundan dönə bilər. “Özünüzə baxmağı, özünüzü görməyi bacararsınızdeyir oxucusuna.

 

Onun yaradıcılığında müxtəlif mövzular, eləcə   Vətənpərvərlik, Qarabağ mövzusu özünəməxsusluğu ilə seçilir. Qələbədən əvvəl , sonra da bu onun mövzusudur: “Döyüşə qızlar gedir”,  Qarabağda savaş var”, “Ötür durna qatarı”, “40 qız dastanı b. nəsr nümunələri bunun göstəricisidir. Zemfira xanım özü təkcə bu mövzuda  yazmayıb, həm bu mövzuda yazan müəlliflərin yaradıcılığına nəzər salıb, təhlil edib oxuculara təqdim edib. Dəyərli prof. Vaqif Yusiflinin qeyd etdiyi kimi “Z. Məhərrəmli müasir nəsrimizdə, publisistikamızda da Qarabağ həqiqətlərini əks etdirən əsərlər haqqında yazıları ilə mətbuatda çıxış edib o yazılar heç faktların sıralanması deyil, Qarabağ ruhunun - Azərbaycançılıq ideyasının nəsrimizdə publisistikamızda ədəbi hadisəyə çevrilə biləcək nümunələridir”. Bu fikir Vaqif YusiflininBədii düşüncədə Qarabağkitabı haqqında yazısındandır.

Onun yaradıcılığının mənəvi yükü çoxdur. Klassik səslənsə , tərbiyəvi əhəmiyyəti çoxdur. Bütün gözəl duyğuları qoruyan, yaşadan sevgi öndədir. Həyata sevgi ilə dopdoludur özü , yaratdıqları da. Zemfira xanım ruhən, içdən duyduqlarını yazır. Onun dilinin belə rahat anlaşılması, aydın olması bunun nəticəsidir. Şair, yazıçı, hətta təxəyyülünün məhsulu olsa belə, yazdığını ruhən duymursa, onun dili, demək istədiyi anlaşılmayacaq ki, son illərdə şeiri, hekayəsi, romanı anlaşılmayan, qarmaqarıq fikirlər toplusu təsiri bağışlayan imzalar az deyil.

 

Zemfira xanımın özünün dediyi kimi: Deyirlər, hər bir qələm sahibinin həyatı onun sənət, yaradıcılıq taleyinə güzgü tutur, işıq salır”. Zemfira xanımın bu işığı var: sevgili, qadın, ana, nənə, yazar kimi. Yaradıcılığı da belə işıqlıdır. Həyatı yaradıcılığına, yaradıcılığı həyatına işıq salır. Bu işığın oxuculara ötürə bilməsi  Zemfira xanımın istedadıdır.

 

Bu işıq həmişə qaranlığa qənim olacaq.

 

Kamalə Abiyeva, şair, publisist.

 

Bakı Xəbər 2025.- 22 oktyabr (¹191).- S.15.