“Böyük köç” Azərbaycanda
demoqrafiyanın inkişafına
yeni nəfəs verir...
“Böyük Qayıdış” proqramı
çərçivəsində azad rayonlara keçmiş məcburi köçkünlərin qayıdışı
davam edir. Bir zamanlar öz
evlərindən, yurdlarından
didərgin salınan insanlarımız öz evlərinə, el-oblarına,
kəndlərinə, şəhərlərinə
qayıdırlar. Heç
şübhəsiz ki,
azad rayonlara qayıdış prosesi o bölgələrin demoqrafik
mənzərəsini daha
da inkişaf etdirir.
İndiyə qədər azad rayonlara nə qədər əhalinin qayıtması ilə bağlı statistika var.
Bu il oktyabrın 1-dək işğaldan
azad edilmiş ərazilərin bərpa olunmuş yaşayış
məntəqələrinə 19 min 109 nəfərdən ibarət 4826 ailənin qayıdışı təmin
edilib.
Bu barədə
Dövlət Statistika
Komitəsinin aylıq
hesabatında qeyd olunub.
Bildrilib ki,
bu, Azərbaycan Respublikası Prezidentinin
2022-ci il 16 noyabr tarixli 3587 nömrəli Sərəncamı ilə
təsdiq edilmiş “Azərbaycan Respublikasının
işğaldan azad edilmiş ərazilərinə
Böyük Qayıdışa
dair I Dövlət Proqramı”na əsasən
həyata keçirilir.
Qeyd edilib
ki, işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq
işləri və digər peşə fəaliyyəti ilə bağlı müvəqqəti
yaşayan şəxslərin
və onların ailə üzvlərinin sayı isə 38 304 nəfər təşkil edib.
Xankəndi şəhərində
yerləşən Qarabağ
Universitetində təhsil
alan 2152 nəfər tələbə də nəzərə alınmaqla
işğaldan azad edilmiş ərazilərdə
məskunlaşmış əhalinin
ümumi sayı 59 565
nəfər təşkil
edib.
Xankəndi şəhərində,
Ağdərə və
Xocalı rayonlarında
Prezidentin xüsusi nümayəndəsi Elçin
Yusubov şəhərdə
keçirilən Qeyri-Hökumət
Təşkilatlarının Əməkdaşlıq Forumunda
çıxışı zamanı
bildirib ki, Xankəndi şəhəri,
Ağdərə və
Xocalı rayonları üzrə köç planına əsasən 19 yaşayış məntəqəsində
əhalinin məskunlaşdırılması
istiqamətində işlər
davam edir. O, təkcə həmin rayonlara kifayət qədər əhalinin qayıtdığını deyib:
“Artıq 1 040 ailə
– 4064 nəfər keçmiş
məcburi köçkün
doğma yurduna qayıdıb. Ümumilikdə
bu ərazilərdə
22 mindən çox şəxs məskunlaşıb
və bütün sosial xidmətlərlə
təmin olunub".
Qeyd olunub
ki, hazırda ərazidə 546 sahibkarlıq
obyektinin fəaliyyət
göstərdiyi yerlərdə
3 mindən artıq şəxsin işlə təmin olunduğu, ümumilikdə 65 milyon manatdan çox investisiyanın həyata keçirildiyi vurğulanıb.
Bu faktlar
azad ərazilərin demoqrafik vəziyyətinə
necə təsir edir?
Sosiologiya üzrə
fəlsəfə doktoru,
sosioloq Üzeyir Şəfiyev "Bakı-Xəbər"ə
bildirdi ki, 2020-ci ildə 44 gün davam edən, şanlı Zəfərlə
başa çatan İkinci Qarabağ savaşından sonra Azərbaycan yeni reallıqda yaşayır və bu yeni
reallıqda da şübhəsiz, dövlətin
qarşısında çox
mühüm vəzifələr
durur. “Uzun illər işğal altında olmuş, Vətən müharibəsi
nəticəsində azad
olunmuş ərazilərimizin
ilk növbədə
o yerlərin minlardan təmizlənməsi, ordakı
infrastrukturun bərpası
və keçmiş məcburi köçkünlərin
öz yurd-yuvalarına
qayıdışı məsələsi
dövlətimiz üçün
əsas priorotetlərdən,
vəzifələrdən biridir.
Şübhəsiz ki,
müharibə bitən
kimi Prezident İlham Əliyev bu məsələyə çox rasional yanaşaraq bununla bağlı ardıcıl
addımlar atıb. Proses bu gün
də davam edir. Belə ki, ilk növbədə
azad ərazilərdə
mina problemi çox ciddi bir problem kimi
qarşımızda durur.
Azərbaycan xalqı hələ də mina problemi üzündən
əziyyət çəkir.
Orda basdırılmış
minalar indinin özündə də ciddi fəsadlar törədir. Başlanğıcda
ərazilərimizin minalardan
təmizlənməsi əsas
vəzifələrdən biri
idi. Çünki ora köçürüləcək
əhalinin təhlükəsiz
yaşaması üçün
ilk növbədə ərazi minalardan təmizlənməli idi. Azərbaycan dövləti
müharibə bitən
kimi bu istiqamətdə
böyük işlərə
başladı və bu yöndə xeyli işlər görülüb. Ərazinin
xeyli bir hissəsi minalardan təmizlənib. Şübhəsiz
ki, bu əsasən
Azərbaycanın öz
daxili imkanları hesabına həyata keçirilib. Ondan sonra qarşıda duran vəzifələrdən
biri keçmiş məcburi köçkünlərin
öz yurd-yuvalarına
şərəfli qayıdışının
təmin edilməsi idi ki, dövlət
başçısı bunu
da rasional bir şəkildə həll etməyə başladı. İlk növbədə ölkə
başçısının Sərəncamı ilə
“Böyük Qayıdış”
I Dövlət Proqramı
qəbul olundu. Prezident İlham Əliyev böyük tarixi bir sənəd
imzaladı. Bu sənəddə keçmiş
məcburi köçkünlərin
öz yurd-yuvalarına
qayıdışı ilə
bağlı bütün
məsələlər detallı
şəkildə öz
əksini tapdı. Azərbaycan Prezidenti işğaldan azad olunmuş ərazilərdə
məsələləri mərkəzləşmiş
qaydada həll etmək üçün Əlaqələndirmə Qərargahı
yaratdı. Onun nəzdində akdemik və təhsil məsələləri üzrə
İşçi Qrupu
da yaratdı ki, bu İşçi
Qrupu keçmiş məcburi köçkünlər
arasında sorğu keçirməli, onların
rəy və təkliflərini də Böyük Qayıdış
prosesində öyrənməli
idi. Burda məqsəd o idi ki, Azərbaycanın postkonflikt ərazilərinə
repartasiyanın proqnozlaşdırılması
və effektiv təşkili ilə bağlı keçmiş
məcburi köçkünlərin
təklifləri əsasında
bir sənəd, proqram, Yol Xəritəsi
hazırlamaq idi. Prezident İlham Əliyev Böyük Qayıdışla bağlı
ictimai rəyə böyük önəm verdi və bu
məsələyə ictimai
rəy əsasında
yanaşdı. Bu addımla o, bir daha qərar qəbul etmədə ictimai rəyə böyük önəm verdiyini sübut etdi. Həmin sorğu da bir
neçə formada, bir neçə tədqiqat metodu ilə keçmiş məcburi köçkünlər
arasında keçirildi,
onların rəyləri
öyrənildi. Bu rəylər də Böyük Qayıdış
prosesində nəzərə
alınır.
Bütövlükdə “Böyük Qayıdış”
proqramı, keçmiş
məcburi köçkünlərin
öz doğma yurd-yuvalarına qayıdışı
məsələsi dövlət
başçısının müharibədən dərhal
sonra atdığı
bütün addımlarda
özünü göstərdi.
Ölkə başçısının
ardıcıl olaraq azad rayonlara səfərləri, orda quruculuq-abadlıq işlərinin
həyata keçirilməsi,
bununla bağlı zəruri addımların atılması günün
reallığına çevrildi”.
Ü.Şəfiyev qeyd etdi ki,
2 fevral 2021-ci ildə Prezident İlham Əliyevin sosial-iqtisadi inkişafa dair prioritetlərində də
məhz “Böyük Qayıdış”, keçmiş
məcburi köçkünlərin
geri qayışı əsas prioritetlərdən
bir kimi qeyd olunur. O, vurğuladı ki, eyni zamanda bu
Sosial-İqtisadi İnkişafa
dair Milli Strategiyada da bu məsələ öz əksini tapıb. Ü.Şəfiyev
vurğuladı ki,
2022-ci ildə artıq
“Böyük Qayıdış”la
bağlı I Proqramı
Prezident Əliyev təsdiqlədi, 2025-ci ildə
artıq II proqram öz təsdiqini tapdı: “2026-cı ilə
qədər təqribən
140 min keçmiş məcburi köçkünün
öz yurd-yuvalarına
qayıdışı nəzərdə
tutulur. Bu proses gedir. Qarabağ
və Şərqi Zəngəzur ərazisində
keçmiş məcburi
köçkünlərin yerləşdirilməsi
prosesi davam edir. Artıq on minlərlə keçmiş məcbuiri köçkün ora qayıdır, orda işlə təmin olunur, məşğulluq var, orda dayanıqlı
şəkildə məskunlaşma
həyata keçirilir.
Bu proses davamlı xarakter alıb və şübhəsiz ki, bu amil nəinki
Qarabağda və Şərqi Zəngəzurda,
bütövlükdə Azərbaycanda
demokrafik proseslərə
müsbət təsir
göstərəcək. Bu
əhalinin təbii artımına, ailə, məşğulluq məsələsinə,
demoqrafik mənzərənin
dimanikasına müsbət
töhfə verəcək.
Biz görürük ki, böyük qayıdışla bağlı
aparılan işlər
həm də işğaldan azad olunmuş ərazilərin
ölkə iqtisadiyyatına
inteqrasiya prosesinə də töhfə verəcək. Həmin torpaqlar məhsuldar torpaqlardır, o torpaqların
iqtisadiyyatı dirçələcək,
ölkə iqtisadiyyatının
gücünə güc
qatacaq...”
Ü.Şəfiyev qeyd etdi ki,
azad ərazilərə
qayıdış bölgənin
və ölkənin demoqrafik vəziyyətinə
müsbət təsir
göstərir. Mütəxəssis
hesab edir ki, proses ölkənin
demoqrafik mənzərəsini
daha da inkişaf
etdirir.
İradə SARIYEVA
Bakı Xəbər 2025.- 22 oktyabr
(¹191).- S.8.