“Konstitusiya və Suverenlik İli”ndə cəmiyyətdə həmrəylik…
Müstəqil Azərbaycanın dövlət
idarəçiliyi sistemində
hüquqi dövlət
quruculuğu əsas strateji istiqamətlərdən
biri kimi formalaşıb. 1991-ci ildə
müstəqilliyini bərpa
etdikdən sonra Azərbaycan qarşısında
duran əsas vəzifələrdən biri
demokratik və hüquqi dövlətin bərqərar olunması idi.
Hüquqi dövlət
anlayışı, ilk
növbədə, insan
hüquq və azadlıqlarının qorunmasına,
qanunun aliliyinə və dövlət hakimiyyətinin məhdudlaşdırılmasına
əsaslanır. Hüquqi
dövlət dedikdə,
bütün dövlət
hakimiyyəti orqanlarının,
vəzifəli şəxslərin
və vətəndaşların
qanun qarşısında
bərabərliyi, qanunun
ali qüvvəyə malik olması və hüquqi məsuliyyətin təmin
olunması nəzərdə
tutulur. Belə bir dövlət modelində insan və vətəndaş hüquqları dövlətin
əsas dəyəri kimi qəbul edilir.
Azərbaycanın dövlətçilik ənənələrinin
daha da möhkəmlənməsinə
xidmət edən addımlar
Ölkımizdə bu ilin “Konstitusiya
və Suverenlik İli” olması da Azərbaycanın hüquqi dövlət quruculuğuna böyük
diqqətinin daha bir təzahürüdür.
Azərbaycan prezidenti İlham Əliyevin Sərəncamı ilə
2025-ci il “Konstitusiya və Suverenlik İli” elan edilib. Cari ildə
Konstitusiyamızın qəbul
edilməsinin 30-cu və
Vətən müharibəsində
Qələbəmizin 5-ci ildönümü
münasibətilə çoxsaylı
tədbirlər keçirilir.
Məlumdur ki,
tarixi zəfər sayəsində dövlətimizin
Əsas Qanununun hüquqi qüvvəsi, yəni burada təsbit edilmiş hüquq və azadlıqlar işğaldan
azad olunmuş bütün torpaqlarımızda
tam şəkildə bərqərar edilib. Bu, Azərbaycan xalqının dövlət
suverenliyinin qorunması
uğrunda apardığı
mübarizənin və
gələcəyə olan
əzminin təcəssümüdür.
“Konstitusiya və Suverenlik İli” sadəcə bir yubiley tədbiri deyil .Bu, Azərbaycan xalqının dövlətçiliyə,
hüquqa və milli suverenliyə verdiyi dəyərin ifadəsidir. Bu ilin çərçivəsində
həyata keçirilən
tədbirlər həm
keçmişi xatırlamağa,
həm də gələcəyə hüquqi
əsaslarla baxmağa
imkan verir. Bu təşəbbüs milli həmrəyliyin, hüquqi düşüncənin
və demokratik dəyərlərin gücləndirilməsi
baxımından mühüm
bir mərhələdir.
Azərbaycanın hüquqi
və siyasi inkişafında yeni mərhələnin başlanğıcıdır.
Bu il ərzində
atılan addımlar təkcə cari dövr üçün deyil, həm də gələcək nəsillər üçün
möhkəm hüquqi
baza formalaşdıracaq.
Eyni zamanda cəmiyyətin hüquqi maarifləndirilməsi üçün
mühüm fürsətdir.
Hüquqi maarifləndirmə
tədbirləri, ictimai
müzakirələr və
təbliğat kampaniyaları
vasitəsilə hüquq
mədəniyyətinin inkişafı
təmin olunur. 44 günlük Vətən müharibəsində əldə
edilən tarixi Zəfər yalnız hərbi deyil, həm də hüquqi və siyasi baxımdan suverenlik dəyərlərinin
möhkəmləndirilməsi anlamına gəlir. Postmüharibə dövründə
Qarabağda və Şərqi Zəngəzurda
yenidənqurma işləri,
məcburi köçkünlərin
doğma torpaqlarına
qaytarılması və
iqtisadi inteqrasiya layihələri suveren dövlət anlayışının
real təcəssümü
olub. Heç şübhəsiz ki, “Konstitusiya və Suverenlik İli” çərçivəsində həyata keçirilən
tədbirlər cəmiyyətimizdə
həmrəyliyi daha da artıracaq, yeni hüquqi, iqtisadi prioritetlərin dəqiqləşdirilməsi, konstitusion
dəyərlərin yeni
qlobal çağırışlar
əsasında realizəsinin
təmin edilməsi baxımından faydalı
olacaqdır. Prezident İlham Əliyevin 2025-ci ili “Konstitusiya və Suverenlik İli” elan etməsi Azərbaycanın
dövlətçilik ənənələrini
daha da möhkəmləndirmək,
xalqın hüquq və azadlıqlarının
təmin olunmasına dair öhdəlikləri vurğulamaq məqsədi
daşıyır. Elə
bu fonda Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin
təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli”nə həsr edilən “Dövlət suverenliyinin iqtisadi əsasları və iqtisadi müstəqillik” mövzusunda
konfrans keçirilib. Komitə sədri Azər Əmiraslanov ölkəmizdə həyata
keçirilən dövlət
siyasətinin əsasının
Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulduğunu
və hazırda prezident İlham Əliyev tərəfindən
uğurla davam etdirildiyini vurğulayaraq, bu siyasətin siyasi müstəqilliklə
iqtisadi müstəqilliyin
vəhdətindən ibarət
olduğunu qeyd edib.
QHT-lərin, media qurumlarının və ictimai birliklərin fəaliyyəti
hüquqi islahatların
sosial əsasını
təşkil edir
Azərbaycan məhkəmə sistemində
müstəqillik və
şəffaflığın təmin olunması hüquqi dövlətin əsas tələblərindəndir.
2000-ci illərdən etibarən
bu sahədə mühüm addımlar atılıb. Yeni Məhkəmə-Hüquq Şurasının
yaradılması, hakimlərin
seçilməsi və
fəaliyyətinə dair
şəffaf mexanizmlərin
tətbiqi, məhkəmələrin
maddi-texniki bazasının
gücləndirilməsi bu
prosesin mühüm tərkib hissəsidir.
Elektron məhkəmə
sistemi və “ASAN xidmət” kimi innovativ təşəbbüslər
hüquqi xidmətlərin
əlçatanlığını artırmış, vətəndaşların
hüquqlarının daha
səmərəli müdafiəsinə
şərait yaradıb.
Bunlar fonunda “Konstitusiya və Suverenlik İli” çərçivəsində Azərbaycan Respublikasının
Prezidenti yanında Dövlət İdarəçilik
Akademiyası və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin birgə
təşkilatçılığı ilə akademiyanın inzibati binasında “İnsan və vətəndaşın hüquq
və azadlıqlarının
təminində məhkəmənin
rolu” mövzusunda tədbir xüsusi diqqət cəlb edir.
Binəqədi Rayon Məhkəməsinin
sədri Şeyda Məhərrəmova vurğulayıb
ki, hazırda ölkəmiz müstəqillik
tarixinin ən yüksək inkişaf dövrünü yaşayır:
“Bu gün Azərbaycan Respublikası
xalqımızın milli
maraqlarını rəhbər
tutaraq, yeni reallıqlar şəraitində
müstəqil siyasətini
daha cəsarətlə,
prinsipiallıqla davam etdirir, Konstitusiyanın tələblərinə və
öz suveren hüquqlarına əsaslanaraq,
qarşıda duran strateji hədəflərə
doğru inamla irəliləyir”. O da qeyd edilib ki,
müasir dünyanın
demokratik inkişafının
başlıca meyarlarından
birini insan və vətəndaş hüquq və azadlıqlarının təmin
olunması vəziyyəti
təşkil edir. Bu hüquq və
azadlıqlar bəşəriyyətin
mənəvi-hüquqi və
siyasi ideallarının
ali təzahürünə
çevrilməklə vətəndaş
cəmiyyətinin əsas
prioriteti olub.
Diqqətə çatdırılıb ki,
Azərbaycanda demokratik
hüquqi dövlət
prinsiplərinin təşəkkül
tapdığı və
gücləndiyi müasir
şəraitdə vətəndaşların
hüquqi müdafiə
təminatlarının gücləndirilməsinin
mühüm hüquqi
mexanizmi olaraq insan hüquq və azadlıqlarının
məhkəmə müdafiəsinin
rolu güclənib, məhkəmə hakimiyyətinin
səlahiyyətləri və
təsir sferası genişləndirilib, onun fəaliyyətində qanunçuluğun
realizə və möhkəmləndirilmə metodları
təkmilləşdirilib.
Xüsusi olaraq
bildirilib ki, müasir dövrdə müstəqil məhkəmə
hakimiyyətinin təşkilati-hüquqi
əsaslarının yaradılması
sahəsində ölkəmizdə
böyük nailiyyətlər
əldə edilib. Hüquqi dövlətin möhkəmlənməsi üçün
vətəndaş cəmiyyətinin
fəal rolu mühüm əhəmiyyət
daşıyır. Azərbaycanda
QHT-lərin, media qurumlarının və ictimai birliklərin fəaliyyəti hüquqi islahatların sosial əsasını təşkil
edir. Dövlət və vətəndaş cəmiyyəti arasında
qarşılıqlı əməkdaşlıq
mexanizmləri formalaşıb,
ictimai nəzarət institutları inkişaf etdirilib. Azərbaycanda hüquqi dövlətin qurulması istiqamətində
əhəmiyyətli nəticələr
əldə olunsa da, bu proses
davamlı xarakter daşıyır. Gələcəkdə
əsas məqsədlərdən
biri məhkəmə
sistemində tam müstəqilliyin təmin
olunması, qanunvericiliyin
beynəlxalq standartlara
daha sıx uyğunlaşdırılması və insan hüquqlarının
müdafiə mexanizmlərinin
genişləndirilməsidir.
Samirə
SƏFƏROVA
Bakı Xəbər .- 2025.- 24 oktyabr (¹193).- S.8.