GÖRKƏMLİ
ALİM, SADƏ İNSAN
Üzvi
kimya sahəsində öz sözünü deyən alim Eldar Hüseynqulu oğlu Məmmədbəylini 1967-ci ildən
tanıyırdım. O zamanlar
biz Kataliz və qeyri-üzvi kimya İnstitutunun (KQKİ) yerləşdiyi
binada işləyirdik.
Sonradan onların laboratoriyasını AMEA NKPİ-nin Sumqayıt filialına köçürdülər.
Eldar müəllimi daha yaxından tanımağa başladım. Həmin illərdə onun bizim institut əməkdaşları ilə
sıx elmi əlaqələri yarandı.
Onlar tərkibində
halogen saxlayan norbornen sırası yeni birləşmələrin
sintezi və polimerlərə əlavələr,
plastifikator maddələr,bioloji
aktiv maddələr
SRB-yə bakterisid kimi xassələrin öyrənilməsində birgə
işlər aparırdılar.
Bunlardan
əlavə o Respublikamızda
asimmetrik sintez sahəsində sistemli şəkildə çalışan
ilk azərbaycanlı alimlərdən
biri kimi tanınmağa başlayırdı.
Onun EÜBİ-nin nəzdindəki İxtisaslaşmış
Şurada müdafiə
etdiyi namizədlik dissertasiyası və
BDU-nun nəzdindəki Dissertasiya
Şurasında müdafiə
etdiyi doktorluq dissertasiyası bütövlükdə
asimmetrik sintez problemlərinə həsr
olunmuşdur. Hələ
1976-cı ildə o indiki
Polimer Materialları İnstitutunun direktoru,
professor, Azərbaycan SSR Elmlər
Akademiyasının müxbir
üzvi Mustafa Hüseynovun
rəhbərliyi ilə
asimmetrik dien sintezinin prinsipcə yeni variantını təklif etmiş və xiral katalizatorun iştirakı ilə bu reaksiyanın aparılmasını həyata
keçirib.
Sonrakı illərdə yapon (K.Koqa və b., 1979) və amerika (V.R. Rouşet və b., 1982) alimləri tərəfindən
onun bu işləri
prioritet kimi qəbul edilmiş və inkişaf etdirilmişdir. Daha sonra bu işlərə
dünyanın bir sıra aparıcı alimlərinin əsərlərində
istinadlar edilmişdir
(Y.Mori, 1982; M.Noqradi, 1989; K.Narasaka,
1991; H.V. Kaqan, V.D. Riant, 1992 və s.). Həmçinin,
Rusiya Elmlər Akademiyasının (bundan sonra - REA) görkəmli kimyaçı alimlərindən
“Jurnal Orqaniçeskoy
Ximii” (“Jurnal Opqaniçeskoy Ximii”) jurnalının baş redaktoru, Moskva Dövlət
Universitetinin professoru,
akademik İ.P. Beletskaya,
uzun müddət
EÜBİ-nin direktoru
işləmiş akademik
Y.N. Bubnov, KFİ-nin laboratoriya müdiri, dünya şöhrətli
professor R.Q. Kostyanovski və
başqaları onun elmi işlərinə yüksək qiymət vermişlər.
Daha sonralar Eldar müəllim AMEA-nın Katalitiz və Qeyri-üzvi Kimya İnstitutunun əməkdaşları
ilə birlikdə yeni
metal-üzvi komplekslərin
alınması sahəsində
elmi-tədqiqat işlərinin
aparılmasında rəhbərlik
və iştirak etmişdir. Ferrosen və simantrenin birli, ikili, tsiklik
karbinolların və onların bəzi törəmələrinin sintezi
və xassələrinin
öyrənilməsinə dair
elmi işlər aparılmışdır. Alınmış
birləşmələrin bioloji
aktiv maddələr, dizel yanacaqları üçün tüstüazaldıcılar
və benzin fraksiyasının diemerkapitanlaşması
üçün komponent
kimi sınaqdan keçirilməsi həyata
keçirilmişdir. Aparılan
tədqiqatlar əsasında
institutun doktorantı
Elvin İmanov onun rəhbərliyi altında
2013-cü ildə fəlsəfə
doktoru dissertasiyasını
müdafiə etmişdir.
Hazırda bu institutda, AMEA-nın müxbir üzvü Eldar Zeynalovun rəhbərlik etdiyi laboratoriyanın əməkdaşları
ilə birlikdə N-dixlormaleinimidlərin sintezi
və faydalı xassələrinin öyrənilməsi
sahəsində aparılan
birgə elmi işlərdə aktiv iştirak edir.
AMEA və REA-nın arasında 2005-ci ildə bağlanan Sazişin tematik planına onun təklif etdiyi iki elmi
işi daxil edilmişdir. Bu Saziş çərçivəsində AMEA-nın NKPİ ilə REA-nın EUBİ və
KFİ-nın arasında
3 il müddətinə ikitərəfli
elmi-texniki müqavilələr
bağlanmışdır (2007-2010-cu illər). Sonradan 2010-cu ildə bu müqavilələr
beş il müddətində
2015-ci ilə qədər
uzadılmışdır. Eldar
müəllim bu müqavilələrin elmi
kordinatoru və məsul icraçısı
olmuşdur. Bu müqavilələr
əsasında asimmetrik
sintez sahəsində,
Azərbaycan neftlərinin
optiki aktivliyinin öyrənilməsi sahəsində,
Azərbaycan Sənaye
bitkilərinin mikrokapsullaşma
üsulu ilə becərilməsi sahəsində,
tərkibində azot, kükürd, fosfor saxlayan müxtəlif yeni birləşmələrin sintezi
və faydalı xassələrinin öyrənilməsi
sahəsində tədqiqat
aparılmışdır.
EÜBİ
və NKPİ-nin arasında 2018-ci ildə 5
il müddətində yeni elmi
texniki müqavilə bağlanmışdır. Bu müqavilə
2025-ci ildə yenidən
beş illik olaraq bağlanmışdır.
Alınmış nəticələr
birgə dərc olunur.
Müəllifləri görkəmli rus alimləri B.A. Smit və A.D. Dilman olan “Müasir üzvi sintezin əsasları” adlı
2015-ci ildə dərc
olunmuş ali məktəblər üçün
dərslikdə (Moskva BİNOM. Laboratoriə znaniy 2015) axiral substratların (dien və dienofillər)
əsasında xiral adduktların alınması
üçün xiral
katalizatorların ıştirakında
aparılan [4+2]tsiklobirləşmə reaksiyasından
istifadə olunması
barədə məlumat
verilir. Bu tədqiqat sahəsinin azərbaycanlı
alimlər tərəfindən
açıldığı qeyd olunur (səh.
623, 641). Bu kitabda aparılan
işə dair istinad da göstərilir.
- Professor
E. Məmməbbəylinin anadan
olmasının 80 illiyi
münasibətilə 2021-ci ildə “Jurnal Orqaniçeskoy ximii”də
onu təbrik etmişdilər. Təbrik
üç səhifədə
yubilyarın şəkli
ilə birlikdə, redaksiya və redaksiya kollektivi tərəfindən verilmişdir
(2021 T.57, ¹8, c.1057-1059).
- Eldar müəllim
NKPİ-nin Elmi Şurasının və Dissertasiya Şurasının
üzvüdür. “Azərbaycan
Əczaçılıq və
Farmakoterapiya”, “Neft kimyası və neft emalı prosesləri” jurnallarının
həmçinin RF-nin
bir neçə elmi jurnallarının Redaksiya Şurasının
üzvüdür.
Eldar müəllimin işlədiyi
dövrdə 660-dan çox
elmi əsəri dərc olunmuşdur. Bunlardan 12-si SSRİ müəlliflik
şəhadətnaməsi, 5-i Azərbaycan patenti, 4-ü
monoqrafiyadır. Məqalələrinin
bir çoxu
“Tetrahedron”, “Green Chemistry”, “JOpX”, “JOX”,
“JPX”, “Neftexemiə”, “Kataliz
v promışlennosti”, “İzvestiə
RAN, “Ser. Xim.”, “Analitiçeskaə
ximiə”, “Azərbaycan
kimya jurnalı”, “Neft kimyası və neft emalı
prosesləri” kimi jurnallarda dərc olunmuşdur. Son beş ildə 170 elmi əsəri dərc olunmuşdur.
Onun rəhbərliyi ilə doqquz fəlsəfə doktoru, üç elmlər doktoru dissertsiya işləri müdafiə olunmuşdur.
Hazırda onun bir neçə əməkdaşı fəlsəfə
doktoru və elmlər doktoru elmi dərəcəsini almaq üçün dissertasiya işi üzərində işləyir.
Elmi işlərlə yanaşı,
təhsil sahəsinə
də vaxt və əmək sərf edir. Uzun illər Bakı Qızlar Seminariyasında, Azərbaycan
Beynəlxalq Universitetinin
Tibb fakültələrində
“Biokimya”, “Formakologiya”
fənnlərini tədris
etmişdir.
2009-cu ildə Azərbaycan Tibb Universitetinin buraxılış işlərinin
müdafiəsi üzrə
komissiyanın və
2016-cı ildə Lənkəran
Dövlət Universitetinin
dövlət imtahan komissiyasının sədri
olmuşdur.
Müxtəlif illərdə ayrı-ayrı
universitetlərdə tələbələrin
buraxılış işlərində
diplom işinin rəhbəri olmuşdur.
Son illər Moskva Dövlət
Universitetinin Bakı filialının 3 tələbəsinin
bakalavr pilləsinin diplom işinin rəhbəri olmuşdur.
Professor elmi fəaliyyətindən
əlavə ictimai işlərlə də məşğul olur.
1999-cu ildən başlayaraq
uzun müddət AR Səhiyyə Nazirliyinin Əczaçılıq müəssisələrinə
nəzarət edən
daimi komissiyanın üzvü olmuşdur.
2000-ci ildə Ukrayna Respublikasına səfər
edən Azərbaycan nümayəndə heyətinin
tərkibinə daxil olmuşdur.
Bəzi
qəzet və jurnallarda dərc olunmuş bir çox elmi populyar və publisistik məqalələrin
müəllifidir.
Mən onun elmi fəaliyyəti
ilə AMEA-nın kimya bölməsinin və kimya üzrə
koordinasiya şurasının
iclaslarında və digər tədbirlərdə
də tanış olmuşam.Onun təklif etdiyi elmi mövzular, yeni fikirlər həmişə
aktual olur və müasir tələblərə cavab
verir.
Bütövlükdə Eldar müəllim özünün
elmi məktəbini yarada bilmişdir.
Ömrünün 58 ilini elmə həsr etmiş bir fədakar insan, hazırda həyatının 85-ci ilini
yaşayır. Yaxınlarda
2026-cı ilin yanvar ayının 22-də onun
85 yaşı tamam olur. Təəsüf hissi ilə qeyd etmək istəyirəm ki, Eldar müəllim apardığı
işlərlə bağlı
qiymətini ala bilməmişdir.
Hesab edirəm ki, Dövlətimiz və onun rəhbərliyi tərəfindən layiq olduğu qiymətini alacaqdır.
Mən şəxsən öz adımdan və çoxsaylı dostları
olan institutumuzun kollektivi adından ürəkdən təbrik
edir, ona can sağlığı, uzun
sağlam ömür və Azərbaycan elminin inkişafında daha yüksək səviyyədə davam etdirməsini arzulayıram.
Ağadadaş Əliyev
AR ETN -nin Katalitiz və
Qeyri-üzvi
Kimya İnstitutunun şöbə
müdiri
Kimya elmləri doktoru,
professor, akademik
Bakı Xəbər .- 2025.- 24 oktyabr (¹193).- S.14.