QƏHRƏMAN ŞƏHİDİMİZ
ƏSGƏROV VÜQAR RZA OĞLUNUN ƏBƏDİ
XATİRƏSİNƏ...
Azərbaycanın Vüqarı!
Salam, bu
gün sizə öz hekayəmi danışmaq istəyirəm…
amma mənim hekayəm sadəcə mənim deyil, bütün bir xalqın, bütün bir millətin, bəlkə də keşməkeşli tariximizin
hər anını özündə təcəssüm
etdirən müstəqilliyimizin
hekayəsidir. Bir yol ki, əvvəlində
heç kim bilməzdi necə sonlanacağını, amma
içində hər
addımda bir məqsəd, hər addımda bir amal vardı: öz torpağını qorumaq, sevdiklərini müdafiə etmək, “vətən üçün
can vermək”… Mənim yolumda
hər kəsin deyəcəyi bir cümlə vardı: “Gedirsən, amma bu yolun sonunda
nə olacağına
heç kim zəmanət verə bilməz.” Amma mənim üçün yolun sonu heç
vaxt əhəmiyyətli
deyildi, çünki hər şey, sadəcə, bir məqsəd üçün
idi - MÜSTƏQİLLİK… Torpağımın, sevdiklərimin,
Azərbaycanımın müstəqilliyi
…
Həyatımın ən çətin anları çox erkən yaşda başladı. Çoxları
düşünər ki,
kasıb olmaq yalnız maddi çatışmazlıqdır, amma mən bilirəm
ki, ailəyə sahib olmaq, sevdiklərinin
yanında olması, ananın cənnət qoxusunu içinə çəkib onu qucaqlamaq, atanın səni “oğlum” deyə səsləməsi,
bacı-qardaşınla vaxt
keçirə bilmək
ən böyük zənginlikdir. Uşaqkən,
bizim maddi sıxıntılarımız çox
idi, atam ağır ürək və şəkər xəstəsi idi, amma bir ailə
idik, sevgi dolu kiçik evimiz var idi,
o qədər də çox şeyə ehtiyacımız yox idi. Bəzən həyatın ən çətin anları, insanın daxili gücünü tapması
və əsl məqsədinə doğru
irəliləməsi üçün
ən qiymətli dərsləri verir. Allahın qismətidir ki, zamanla mənə
zənginlik kimi gələn hər şeyin əlimdən sürüşüb getdiyini
gördüm. Ailəm,
mənə həyatın
ən qiymətli dərslərini öyrədən
insanlar, mənim üçün uzaq bir xatirəyə çevrildilər. Hər
şey mənim üçün bitdi, amma mən ölmədim,
bəlkə də əsl məqsədimə
çatdım...
Nəysə, sizi çox intizarda qoymaq istəmirəm, yəqin kim olduğumu öyrənmək istəyirsiniz,
bəlkə də bir çoxunuz kim olduğumu təxmin etdiniz, bəlkə də məni tanıyırsınız,
bəlkə də heç vaxt tanımayacaqsınız... Yaxşı,
gəlin, deyim kimən...
Mən Anamın
saçına düşən
hər dəndəki həsrətlə yoğrulmuş
xəyalları, baxışlarındakı
illərin yorğunluğu,
üzündəki hər
qırışda gizlənmiş
arzularıyam,
Mən atamın
səsini eşidəndə
içimdəki bütün
boşluqları dolduran,
sonsuz bir gücə çevrilən
sevgisiyəm, onun hər "oğlum" deməsində, həyatın
hər çətinliyini
aşmağıma səbəb
olan əminlik və inamıyam,
Mən həyatın
bütün yükünü
çiynimə götürdüyüm
hər an, sevdiklərimə olan bağlılığımın və hər zəif anımda onlardan aldığım gücəm,
Üfüqdəki zəngəzur dağlarının
üstündəki ağ
buludam suverenliyimizin bayrağı kimi dalğalanıram,
İllərdir vətən deyə hayqıran yollaram, azadlığa aparan cığıram, müstəqilliyimizin
görünməyən nəfəsiyəm,
Mən hər
bir azərbaycanlının
gözündəki intizar,
gələcəyin zəfərini
gözləyən bir
inamam,
Mən, hər
zaman qayıdacaq, hər zaman yenidən doğulacaq bir vətənin ruhuyam,
Ümumilli Liderimizin
əmanətinin izləri,
vəsiyyətinin təminatçısıyam,
Mən, Zəngəzuram,
mən Qarabağam -
BÜTÜN AZƏRBAYCANAM !
Vətən adlı amal uğrunda can verən minlərlə şəhidlərimizin simasıyam,
Mən Vüqaram,
vətənimin - Azərbaycanın
“Vüqarı”.
Uşaqlığının
sükutunda böyüyən
cəsarət
Vüqar Əsgərov
1994-cü ilin payızında,
noyabrın 26-da, Şərurda,
indiki Kəngərli rayonunun Qarabağlar kəndində dünyaya göz açıb. Vüqar, evin ikinci övladı olaraq, uşaqlıq illərində çətinlik
və yoxsulluqla qarşılaşıb, amma
heç vaxt ailəsini tək qoymayıb. Böyüdükcə,
evin yükünü bölüşmək, ailəsinin
hər bir üzvünə dəstək
olmaq onun həyatının məqsədinə
çevrilib. Xüsusilə
bacıları və qardaşınahəm dost,
həm də rəhbər olmağa çalışıb. Anasına
və ağır ürək xəstəsi olan atasına diqqət göstərmiş
və evin yükünü çəkməkdə
onlara kömək olmuşdu. Evin içində olduğu kimi, qonşularının
da sevimlisi olub; yardımsevərliyi və insanlara qarşı göstərdiyi
səmimi diqqət, onu hər kəsin
etibar etdiyi biri halına gətirib. Vüqarın uşaqlığı, sadəcə
çətinliklərlə deyil, həm də bu çətinliklərdən
güclənərək çıxan
və hər kəsə nümunə olan bir həyat
hekayəsi ilə yadda qalıb. Mən hər ikimizin ortaq tanışı olan, onun da yaxın
qonşusu olan Quludan Vüqar haqqında soruşduqda onun sözlərindən çox təsirləndim:
“Vüqar haqqında
danışarkən, sözlərim
boğazımda düyünlənir,
qəlbimdə ağrılı
bir hiss yaranır. O, həqiqətən
də çox ailəcanlı və fədakar insan idi. Mən onunla
yalnız qapıbir qonşu olmaqla deyil, həm də sinif yoldaşı
kimi tanış olmuşam. Hər kəs onun ailəsi
üçün nə
qədər çox şey etdiyini görürdü, amma o, yalnız yaxınlarına
deyil, dostlarına, qonşularına da eyni dərəcədə
fədakar idi. Əlindən gələn
hər şeyi əsirgəməzdi, həmişə
yardım etməyə
hazır idi. Düşüncəli, sakit təbiətli, amma bir o qədər də emosional insan idi. Həyatın
qarşısına çıxardığı
çətinliklərə qarşı daima səbirlə yanaşar, öz mövqeyini sükunətlə bildirərdi.
O, həm də çox ağırbaşlı
və imanlı insan idi. Ramazan günlərində, birgə
oruc tutar, əhya gecələrində
dualar edərdik. Vüqarın duaları o qədər səmimi və içdən idi ki, gözü yaşarır, ürəyi
dolu olurdu. Onun əslində nə qədər səmimi, nə qədər saf və həssas insan olduğunu yalnız onunla vaxt keçirənlər bilirdi”.
2001-ci ildən 2012-ci ilə qədər, Qarabağlar kəndinin 2 nömrəli
tam orta məktəbi,
Vüqarın gənclik
illərinin ən mühüm mərhələsini
təşkil edib. Məktəb dövründə
Vüqar, sakit təbiəti və tərbiyəli davranışları
ilə müəllimlərinin
sevimlilərindən biri
olub. Hər dərsdə özünü
çalışqan və
ciddi şagird kimi göstərərək,
nümunəvi bir tələbə obrazı
yaratmışdır. Eyni
zamanda idmanla məşğul olmağı
sevirdi, ən çox da futbol oynamağı xoşlayırdı.
Müəllimləri onu
yalnız biliyi ilə deyil, həm də əxlaqlı və diqqətli davranışı
ilə tərifləyirdilər.
Onun həyatına yön verən təhsil dövrü, həm də müəllimlərin ona verdiyi dəyər və dəstək ilə daha mənalı
olub. Vüqar, məktəb illərində
tərbiyəsi, çalışqanlığı
və savadı ilə həmyaşıdlarına
da örnək olub. Onu ən yaxşı,
əlindən tutub yazmağı-oxumağı öyrədən,
onun ilk müəllimi
olan Səriyyə müəllimə təsvir
edə bilər:
“Vüqar tərbiyəli, qabiliyyətli, istiqanlı
uşaq idi. Məktəbə qədəm
qoyduğu ilk gündən
intizamı, dərslərə
hazırlığı ilə
seçilirdi. Hər şeyi yerindəcə öyrənir, sinif yoldaşlarına da kömək
edirdi. Yaxşı yadımdadır, dördüncü
sinifdə oxuyanda yoxlama gəlmişdi. Verilən bütün suallara səlis, aydın cavab verdi. Bu hər kəsin ürəyincə
oldu. Məktəbimizin
adını daim yüksəldən şagird
idi. Həm ibtidai təhsil aldığı dövrdə,
həm də 11 illik təhsilinin qalan hissəsində, yoldaşları ilə münasibətində nəzakətli
idi, kimsənin qəlbinə dəyməzdi.
Müəllimlərinin sevimlisi
idi. Əsl insani keyfiyyətlər Vüqarda toplaşmışdı.
Onun haqqında hansı gözəl sözləri desəm, yenə azdır. Vüqar indi elə bir uca
zirvədədir ki, hamımız
ona baxıb fəxr edirik, onu örnək göstəririk”.
Vüqar
tarix fənninə olan dərin sevgisi ilə də seçilirdi. O, hər zaman keçmişin
izlərini və xalqının qəhrəmanlıq
dolu günlərini ürəyində daşıyırdı.
Qismət belə gətirdi ki, o, öz adını yalnız tarix kitablarında deyil, həm də Azərbaycanın şanlı tarixinin bir parçası olaraq əbədi yaşatdı. Vüqar, tarixi yazanlardan biri oldu, amma
bu, qəlbindəki sevgi İlə deyil, son damlasına qədər vətənə
olan fədakarlığı
ilə mümkün oldu. O, Azərbaycanın tarixində bir ulduz kimi parladı
və özünün
qızıl hərflərlə
yazılacaq adını,
xalqının müstəqilliyi
uğrunda verdiyi mübarizəsi ilə əbədi etdi.
Orta məktəbi başa vurduqdan sonra Vüqar, 2012-ci ildə Azərbaycan Pedaqoji Universitetinin Azərbaycan dili və ədəbiyyatı
ixtisasına daxil olsa da, maddi çətinliklər səbəbindən
təhsilini davam etdirə bilmir. Hərbi xidmətə yollanır, 2014-cü ildə
hərbi xidmətini başa vurduqdan sonra yenidən universitetə qəbul imkanı əldə etsə də, bu dəfə də təhsilinə davam edə bilmir və müxtəlif işlərdə
çalışaraq ailəsinə
baxır. 2016-cı ildə
böyük qardaşı
çalışmaq üçün
getdiyi Rusiyada avtomobil qəzasında həlak olur. Bu hadisə əslində Vüqara çox mənfi psixoloji təsir edir, daha çox özünə qapanmağa
başlayır, çünki
elə ən yaxın dostu, arxa-dayağı onun böyük qardaşı
idi. Amma Vüqar daha dözümlü, daha güclü olmağa məcbur idi, axı atası
sağlıq problemləri
çəkirdi, qardaşı
da vəfat edəndən
sonra onsuz da çəkdiyi ailəsinin
yükü indi tam mənasında Vüqarın
üzərinə düşürdü.
Uzun müddət davam edən sükut və depressiyadan sonra özündə güc yığmağı bacardı
və həyat mübarizəsinə davam
etdi. 2019-cu ildə Vüqarın içindəki
vətən sevgisi onu yenidən orduya, vətənin keşiyinə gətirdi.
O, forma geyinəndə sanki
uşaqlıq arzularına
qovuşurdu. Bu dəfə
məqsədi sadəcə
xidmət etmək deyil, torpağı qorumaq, xalqının şərəfini yaşatmaq
idi. İçindəki
Vətən eşqi onu səngərə, igidlərin sırasında
yer almağa çağırdı. Hərbi
xidmət onun üçün sadəcə
iş deyildi, həm də ruhunun çağırışı
idi.
Bəzən 44 gün 30 ildən
daha “VÜQAR”lıdır.
Alın
yazısı sanki hər birimizin ruhumuzun işarəsidir, bəzən sakit, bəzən qəzəblə
dolu, amma həmişə haqqın,
ədalətin yoluna aparan bir ömür
xəttidir. Sanki Vüqarın
da taleyi hər addımını azadlığa,
hər nəfəsini
vətənə hədiyyə
etmək üçün
yazılmışdı. Hər
baxışı, hər
qərarı onun alnında yazılmış
bu missiyanın davamçısı olduğunu
göstərirdi. O dövrlər
Vüqarın xidmətə
başladığı anlar,
qismətdən ona verilmiş sınaq kimi döyüş vaxtına təsadüf etdi. O, Vətən yolunda irəliləyərək,
II Qarabağ döyüşlərinin
şanlı zəfərinin
bir parçasına çevrildi.
Vüqarla eyni döyüş
yolu keçmiş, II
Qarabağ döyüşlərinin
iştirakçısı, hal hazırda N saylı hərbi hissədə xidmətini davam etdirən kəşfiyyatçı Bayramov Məhəbbət Vüqarla
çiyin-çiyinə döyüşmüşdü:
“2020-ci il
sentyabrın 27-də Azərbaycan
Silahlı Qüvvələri
tərəfindən Ermənistan
işğalı altında
olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün
bərpa olunması üçün başlanan
Vətən müharibəsi
zamanı biz Vüqarla
Naxçıvanda kursda
idik. Vüqar hər dəfəsində
döyüşmək istədiyini,
cəbhəyə yollanmaq
istədiyini komandirlərə
təkidlə deyirdi.
O, könüllü olaraq
döyüşə getmək
üçün müraciət
edənlərdən idi.
Və nəhayət Vüqarın arzusunda olduğu an yetişdi. Hərbi hissədən dedilər ki, sabah bir qrup döyüş
üçün cəbhəyə
yola düşəcək,
Vüqar və mən də o siyahıda idik. O gün hamımızı qəribə, məğrur
bir sükut bürümüşdü. Vüqarın
baxışlarındakı o istəyi, həyacanı və nəhayət döyüş başladığı
gündən öz istəyinə - cəbhəyə
getmək arzusuna qovuşacağı üçün
keçirdiyi sevinc hissini görməmək mümkün deyildi. O gün ailəmizlə sağollaşmaq üçün
evə getdik, vaxt az idi.
Evə baş çəkib, sağollaşıb
qayıtmalı idik, qayıdanda Vüqar dedi ki, anasına döyüşə gedəcəyini
deməyib, “anam narahat olar, atam
da ürək xəstəsidi,
dözməz,” - dedi. Sakitcə əlavə elədi: “Dedim Culfaya təlimə gedirik, yəqin bir ay çəkər.” Hərbi hissəyə çatanda maaş kartını taksi sürücüsünə uzatdı:
“Bu kartı ailəmə
çatdırarsan, başqa
gəlir yerləri yoxdu. Kim bilir, bəlkə də qayıtmarıq”. O an onun baxışında qəribə
bir sükut vardı, sanki ürəyinə nəsə
dammışdı. Sanki son vəzifəsinə doğru
gedirdi, gözündə
qorxu yox, yalnız intiqam və qürur var idi. Həmin gecə Naxçıvandan
yola çıxdıq,
birbaşa Beyləqana
gəldik. Oradan bizi bölüklərə
böldülər, sonra
Füzuli- Xocavənd istiqamətinə göndərdilər.
Artıq növbəti
gün Vüqarla döyüşlərə qoşulmuşduq.
O necə qorxmaz və cəsur olduğunu bir daha sübut edirdi, sanki illərlə
bu anı gözləyirmiş kimi irəliləyirdi. Hər dəfə deyirdi: “Mən heç nədən qorxmuram. Bircə qorxduğum odur ki, mənə nəsə olsa, geridə buraxdığım
ailəmə kim baxacaq?” O, ölümün
gözünə baxırdı,
amma fikri yalnız ailəsində idi.”
Vüqar
son dəfə evə
gedib ailəsi ilə sağollaşanda əslində, bunun bir vida olduğunu
hiss edirdi. Mən, Səmayə ana ilə söhbət edəndə
onun dediklərindən
anladım ki, Vüqar
əslində ailəsi
ilə vidalaşmağa
gəldiyini, onları
son dəfə görüb
müqəddəs amalının
arxasınca yollanacağını
hiss etmişdi, elə
Səmayə ana da onu
son dəfə evlərindən
yola saldığını
bilirdi:
Vüqarın hərəkətlərində qəribə bir şey vardı. Gələndə dedi ki, hazırlıq görəcək,
gecə çıxmalı
olacaq, bir müddət dağda təlimdə olacaqlar, “ola
bilər ki, telefon işləməsin, əlaqə
saxlaya bilməyəcəyik,
narahat olmayın”- dedi. Mən içimdə bir boşluq hiss etdim, amma susdum, səsimi
çıxarmadım. Mənim
gözümə yuxu getmirdi, Vüqar dostu ilə bir müddət həyətdə danışdıqdan
sonra evə gəldi. Dedi hazırlaşıram çıxam,
Dedim: “Yemək hazırlayım, yoluna” amma o, istəmədi. Baxışları soyuq, sözləri qısa, amma hər hərəkətində
bir qəribəlik vardı. Atasının və mənim üzümdən öpüb,
tez çantasını
yığıb çıxdı.
Mən arxasınca qaçdım, amma həyətdə yox idi. Tələsik getmişdi, mən evə qayıtdım, kaş arxasınca gedib son dəfə qucaqlayaydım. Hiss etdim
ki, Vüqarımı son dəfə
gördüm, çünki
Vüqar hər dəfə evə gələndə bizi öpərdi, gedəndə
isə sadəcə sağollaşardı, bu dəfə isə fərqli idi, yola çıxarkən bizi öpüb getdi, vidalaşarmış
kimi. Bu gecə, bu gediş, hər zaman yadımda qalacaq, övladımın
alın yazısı kimi…
Budur, bütün Azərbaycan xalqı ekran qarşısında dayanıb,
sanki tək bir nəfəs, tək bir ürək
kimi döyünür.
Tariximizin ən qürurlu günlərindən
biridir; küçələr
səssiz, evlərdə
isə bir nəfəsin səsi belə duyulmur. Hamı o anı gözləyir - Müzəffər
Ali Baş Komandanın
səsini, torpaqlarımzın
azadlıqla səslənən
adlarını. Televizordan
səslənən hər
kəndin, hər şəhərin adı sanki illərin həsrətini yarır, gözlərə yaş, qəlblərə qürur
gətirir. Ekran arxasında dayananlardan biri də Vüqarın
anası Səmayə
anadır. Üzündə
həm həsrətin,
həm də qürurun izləri var. Tarixlər 17 oktyabrı göstərir və Ali Baş Komandanımızın
qürurlu səsi qulağımızda cingildəyir:
“Şanlı Azərbaycan
ordusu öz xilaskar missiyasını uğurla davam etdirir, bu gün
Füzuli rayonunun Qoçəhmədli kəndi,
Çimən kəndi,
Cuvarlı, Pirəhmədli,
Musabəyli, İşıqlı,
Dədəli kəndləri
və Füzuli şəhəri işğaldan
azad olunub, Füzuli bizimdir,
QARABAĞ AZƏRBAYCANDIR!”
Hər səslənən kənd-şəhər
adları ürəyimizə
bir xəncər kimi dəyir, amma o xəncərin ucunda işıq var idi - azadlığımızın
işığı... Səmayə
ananın, qəlbində
sevinclə yanaşı
nigarançılıq da var idi. Bilmirdi ki, oğlu artıq gözümüzün önündəki
yazılan tarixin qəhrəmanlarından birinə
çevriləcək, bilmirdi
ki, artıq Vüqarın
ayaq izi qürurla dinlədiyi işğaldan azad olunmuş Füzuli torpaqlarındadır. Zəfər
isə hələ irəlidədir.
Döyüş yoldaşları Vüqarın
döyüş meydanındakı
şücaətindən böyük
maraqla danışırdılar.
İşğaldan azad
olunan hər qarış torpaqlarımıza
qovuşduqca Vüqar öz sevincini gizlədə bilmirdi: “Mən vətənimi görürəm, Vətənə
bir az daha
yaxınlaşıram, bu
torpaq üçün
döyüşmək ölüm
deyil, dirilməyin ən ali halıdır .”- deyirdi.
Artıq
ərazilərimiz düşmənin
işğalından azad
olunur, qarşıya qoyulan tapşırıqlar
məharətlə yerinə
yetirilirdi. Vüqar da bu baxımdan öz öhdəsinə düşən işi məharətlə yerinə
yetirirdi. Füzuli və Xocavəndin böyük bir hissəsi düşmən
tapdağından azad olunmuş, şanlı bayrağımız bu müqəddəs torpaqlarda
dalğalanırdı. Artıq
İstiqamət Şuşa
idi. Şuşanın
azad edilməsi bizim üçün təkcə bir şəhərin geri alınması deyildi , bir millətin
şərəfinin, tarixinin
və ruhunun yenidən dirilməsi idi. Qarabağın baş tacı olan Şuşanın azad edilməsi dağların nəfəs
alması, çinarların
başını qaldırması,
şəhidlərimizin ruhunun
səmanın üzündə
gülümsəməsi idi.
Şuşa azad olarsa, təkcə torpaq deyil, millətin
qəlbi də azad olacaqdı. Çünki Şuşa zəfərin simvolu, Azərbaycanın qəlbində
heç vaxt sönməyən azadlıq
atəşidir.
Şuşanın azadlığına gedən
qələbə yolu buradan başlayırdı,
tanklarla, ağır zirehli texnika ilə güclənmiş
düşmən, illərdir
qurulan səddlər, istehkamlar qəhrəmanlarımızın
qəlbindəki vətən
eşqindən daha güclü və daha möhkəm ola bilməzdi. Zəfər bizim olacaqdı, buna heç kəsin şübhəsi yox idi. Vüqarın da dediyi kimi, bu
torpaq üçün
döyüşmək ölüm
deyil, dirilməyin ən ali halı
idi.
Və tarix 20 oktyabr idi... Şuşa istiqamətində gərgin
və ağır döyüşlər davam
edirdi. Vüqar burada qəhrəmancasına
şəhid olaraq adını qızıl hərflərlə şanlı
tariximizin səhifələrinə
yazdırdı. Minlərlə
qəhrəman şəhidlərimiz
kimi şanlı zəfərimizin memarlarından
birinə çevrildi.
Vüqar ölmədi,
bu vətən üçün, millətimiz
üçün, müstəqilliyimiz
üçün ən
ali məqamda dirildi...
Vətənə xidmət mənim
üçün sadəcə
borc deyildi, hər nəfəsimdə,
hər addımımda
ona olan sevgimi yaşatmaq idi. Bəlkə mənim yolum burada bitdi, amma
o yolun işığı
heç vaxt sönməyəcək; çünki
o alov hər birinizin qəlbində yanacaq. Bütün arzularım bu dünyada gerçək olmasa da, bir inancım var: insanın içində elə bir güc, elə
bir iman olur ki, o, ölümün
kölgəsində belə
irəliləməyə vadar
edir. Mən gedərkən geridə qalanlara baxmadım, çünki qəlbimdə
bir məqsəd var idi “Bu yol mənim
yolumdur və mən bu yol
üçün canımı
da qurban verərəm.”
Canım
anam bil ki, sənin oğlun qorxmadı, ağlamadı,
sadəcə səssizcə
Vətənə qovuşdu.
Sənin hər duan mənim yolumu işıqlandırdı, hər
göz yaşın bu torpağa həyat verdi. Mənim səsimi indi külək aparır dağlara, amma o səs sənin qəlbində həmişə yaşayacaq.
Heç vaxt ağlama, anam...
Mən getmədim sadəcə sənə miras qoyduğum azad bir yurdun səmasında
ulduza çevrildim.
Azərbaycanın ərazi bütövlüyünün
təmin edilməsi uğrunda döyüş
əməliyyatlarında göstərdiyi
igidliyə görə
Vüqar Əsgərov
Azərbaycan Prezidenti
İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamı ilə ölümündən
sonra "Vətən
uğrunda" medalı
ilə təltif edilmişdir. Xocavənd rayonlarının azad olunması uğrunda və Şuşa istiqamətində aparılan
döyüşlərdə fərqlənərək şəxsi
şücaət nümayiş
etdirdiyinə görə
o, müvafiq olaraq
29.12.2020 və 24.06.2021-ci il tarixli Sərəncamlara əsasən "Şuşanın
azad olunmasına görə" və
"Xocavəndin azad olunmasına görə"
medalları ilə təltif olunmuşdur. Həmçinin, Füzuli
rayonunun azad edilməsi və tapşırıqların yerinə
yetirilməsində göstərdiyi
qəhrəmanlığa görə
“Füzulinin azad olunmasına görə” və “Hərbi xidmətlərə görə”
medalları ilə də təltif edilmişdir.
Şanlı zəfərimizin izləri
Ulu Öndərimiz Heydər Əliyev Qarabağı yalnız torpaq kimi yox, xalqımızın
qəlbi, gələcəyimizin
simvolu kimi görürdü. O, hər
gecəsini və hər gündüzünü
bu torpağın bütövlüyü üçün
düşünərək keçirirdi, hər addımında gələcək
nəsillərin ümidini
daşıyırdı:
"Arzu edirəm ki, sizinlə birlikdə yenidən Şuşaya gedək. İnanıram
ki, biz gedəcəyik. Buna inanın.
Şuşa təkcə
şuşalılar üçün
deyil, hər bir azərbaycanlı üçün əziz bir anlayışdır, deyə bilərəm ki, Azərbaycanın gözüdür,
hər bir azərbaycanlı üçün
iftixar mənbəyidir.
Ona görə də Şuşa təkcə yaşayış məkanı
deyildir. Şuşa bizim milli rəmzimizdir, mədəniyyətimizin, tariximizin
rəmzidir. Şuşa
hamı üçün
əzizdir. Amma tək
Şuşa yox, Laçın dağları
da əzizdir. Laçın
Azərbaycanın ən
yüksək dağları,
gözəl, səfalı
meşələri, bulaqları,
çayları olan bir diyarımızdır.
Biz heç vaxt Laçınsız yaşaya
bilmərik. Ağdam kimi gözəl bir şəhər, məkan, bağ-bağat, gözəl yer, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcərin o yüksək
dağları, çeşmələri,
İstisuyu - biz onlarsız
heç vaxt yaşaya bilmərik. Heç vaxt Azərbaycanı bu gözəl guşələrsiz
təsəvvür edə
bilmərik".
Lakin taleyin sərt gedişi onu nakam aldı; o, arzularının, planlarının
tam çiçəyini görə
bilmədən bizlərdən
ayrı düşdü.
Amma onun vəsiyyəti,
onun dəyanəti bu torpaqda, hər
zəfərimizdə, hər
addımımızda yaşayır,
ruhumuzu dirildir və hər an iradəmizi möhkəmləndirirdi…
Azərbaycan Ordusu dövlətimizin başçısı tərəfindən
“Dəmir Yumruq” adı verilən əks-hücum əməliyyatına
- Vətən müharibəsinə
qalxdı. Cəmi 44 gün ərzində Ali Baş Komandan
cənab İlham Əliyevin misilsiz sərkərdəlik bacarığı
ilə qəhrəman
oğullarımızın igidliyi
və şücaəti
birləşdi. Yenilməz
Azərbaycan Ordusu tarixi missiyanı şərəflə başa
vuraraq düşməni
diz çökdürdü.
Azərbaycan Ordusu torpaqlarımızı bir-bir
azad edərək şanlı bir tarix yazdı. Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı kimi şəhərlər,
həmçinin xalqımızın
yaddaşında, mədəniyyətində
və ruhunda müqəddəs yer tutan — Qarabağın tacı sayılan Şuşa şəhəri
düşmən işğalından
xilas edildi. Bununla yanaşı, Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələri,
Xocavəndin Hadrut qəsəbəsi və çoxsaylı kəndlər,
Tərtərin Suqovuşan
kəndi, Xocalı və Laçın rayonlarının bir neçə yaşayış
məntəqəsi də
azad olundu. Ümumilikdə 300-dən çox
kənd və qəsəbə, eləcə
də Ağdərə,
Murovdağ və Zəngilan istiqamətlərində
yerləşən strateji
yüksəkliklər Azərbaycan
Ordusunun qəhrəmanlığı
sayəsində yenidən
Vətənə qovuşdu.
Azərbaycanın hərbi
sahədə qazandığı
parlaq zəfərlər,
xüsusilə 8 noyabrda
Şuşa şəhərinin
düşmən əsarətindən
azad olunması Vətən müharibəsinin
taleyində dönüş
nöqtəsi oldu. Bu möhtəşəm qələbə ilə Azərbaycan Ordusu sarsılmaz iradəsini və döyüş gücünü bir daha nümayiş etdirdi. Şuşanın azadlığı düşmənin
müqavimət ruhunu qırdı, Ermənistan isə məğlubiyyətini
etiraf etməyə məcbur qaldı. Nəhayət, 2020-ci il 10 noyabr tarixində Azərbaycan Respublikası
Prezidentinin, Ermənistan
Respublikası baş nazirinin və Rusiya Federasiyası Prezidentinin imzaladığı
üçtərəfli bəyanatla
müharibə Azərbaycanın
tarixi qələbəsi
ilə başa çatdı. Ermənistan
kapitulyasiya edərək
Kəlbəcər, Ağdam
və Laçın rayonlarını Azərbaycanın
suverenliyi altına qaytarmağa məcbur oldu və bununla
da Vətən müharibəsi Azərbaycan
xalqının şanlı
zəfəri kimi tarixə həkk olundu. 2023-cü ilin 19–20 sentyabr tarixlərində Azərbaycan Ordusu tərəfindən həyata
keçirilən cəmi
bir günlük antiterror tədbirləri ilə dövlətimizin suverenliyi tam şəkildə bərpa
olundu. Cəmi 23 saat 48 dəqiqə davam edən bu əməliyyat nəticəsində erməni
separatçı qüvvələri
ağ bayraq qaldıraraq təslim olmağa məcbur oldular. II Qarabağ döyüşləri Azərbaycanın
həm döyüş
meydanında, həm də diplomatik sahədə ard-arda qələbələri ilə
yekunlaşdı. Zaman
göstərdi ki, bu qələbələr bitməyib Müzəffər
Ali Baş Komandanın rəhbərliyi
ilə Azərbaycan beynəlxalq arenada ən nüfuzlu ölkələr sırasında
dayanır və dünya Liderləri artıq bizim varlığımızı qəbul
edir, regional münasibətlərdə Azərbaycanın
iştirakı və mövqeyini əhəmiyyətli
hesab edirlər.
2025-ci ilin 8 avqustunda
Vaşinqtonda baş tutan, Azərbaycan diplomatiyasının növbəti
böyük qələbəsi
sayılan mərasimdə
tarixi üçtərəfli
görüş Azərbaycan
Prezidenti İlham Əliyev, Ermənistan Baş naziri Nikol Paşinyan və ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Cənubi Qafqazın taleyində yeni bir səhifə açdı. Bu görüş, uzun illərdir davam edən münaqişələrə
nöqtə qoymaqla yanaşı, bölgədə
sülhün, sabitliyin
və əməkdaşlığın
təməlini qoyan diplomatik dönüş nöqtəsi kimi tarixə düşdü.
Bu görüş Azərbaycan üçün
təkcə diplomatik deyil, mənəvi və simvolik bir zəfər idi, çünki ölkə 8 noyabr hərbi qələbəsinin
5 illiyini bu dəfə 8 avqust diplomatik qələbəsi
ilə tamamladı. İki tarixdəki “8” rəqəminin təkrarı,
həm liderin uzaqgörən siyasətinin,
həm də ilahi ədalətin təcəssümü kimi
dəyərləndirilir. Vaşinqtonda
diqqət çəkən
məqamlardan biri də Zəngəzur dəhlizi ilə bağlı qərar oldu. ABŞ-ın təşəbbüsü ilə
bu strateji yol “Trump Route
for International Peace and
Prosperity (TRIPP)” adlandırılaraq
sülh və rifah üçün beynəlxalq ticarət marşrutu rolunu oynayacaq. Bu, regionun logistika xəritəsini yenidən
formalaşdıracaq, enerji
və ticarət axınlarına yeni istiqamət verəcək bir addım kimi tarixə yazıldı. Görüşün
daha bir mühüm nəticəsi
isə ABŞ-ın
907-ci düzəlişi ləğv
etməsi oldu. Prezident İlham Əliyevin sözləri ilə desək, bu qərar “33 il sonra ədalətin
bərpası” idi. Bu da Azərbaycanın
haqlı mövqeyinin bir daha beynəlxalq
səviyyədə qəbul
edilməsi deməkdir.
Beləcə, Vaşinqton
görüşü təkcə
siyasi deyil, həm də iqtisadi və texnoloji baxımdan yeni bir dövrün
başlanğıcını müjdələdi
Rəşadətli Azərbaycan ordusunun döyüş meydanındakı
şücaəti ilə,
Azərbaycan xalqı müzəffər xalq kimi tarixdə öz yerini tutmuşdur. Əlbəttə
bu qələbə hər birimizin qələbəsidir, amma hər şeydən əvvəl torpaqlarımızın
azad edilməsi Ümummilli Liderimizin illərlə xalqın yaddaşında yaşayan
müqəddəs vəsiyyətinin
gerçəyə çevrilməsidir.
O, bu xalqın qəlbinə azadlıq ümidini əkdi, biz isə o ümidin barını
DƏMİR YUMRUQLA , inamımızla,
birliyimizlə yığdıq.
Ali Baş Komandan Şuşanın azad edilməsi ilə bağlı xalqa müraciətində
bu məsələyə
toxunaraq demişdir:
“Mən bu
gün Ulu Öndər Heydər Əliyevin məzarını
ziyarət etdim, onun ruhu qarşısında
baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini
yerinə yetirdim: Şuşanı azad etdik! Bu, böyük
Qələbədir! Bu
gün şəhidlərimizin,
Ulu Öndərin ruhu şaddır! Gözün aydın olsun, Azərbaycan! Gözünüz aydın
olsun, dünya azərbaycanlıları!”
Bu zəfər
yalnız torpaqlarımızın
azad edilməsi deyil, ruhumuzun, şəhidlərimizin, tariximizin
qələbəsidir. Bu
gün qürurla deyirik ki, QARABAĞ
AZƏRBAYCANDIR!
Mənim hekayəm
bu yurdun daşına, suyuna, səmasına yazıldı.
Mən şəhid oldum, amma ölmədim,
çünki Vətən
yaşadı. Mənim
səsim indi hər bayraq dalğasında, hər uşaq gülüşündə,
hər “Qarabağ Azərbaycandır!” nidasında
səslənir.
Çünki bu qələbə bir ordunun deyil
—mənimlə hər
danışanda “üşüyərsən,
oğlum, qalın corab geyin” deyən
Səma anamın, tək övladını torpağa tapşırarkən
göz yaşı ilə islanmış üçrəngli bayrağımızı
öpüb “Vətən
sağ olsun” deyən Rza atamın, gecələr şəhid qardaşının
şəklini qucaqlayaraq
yatan bacılarımın,
hər addımında
vətənin azadlığı
üçün canını
ortaya qoyan qazilərimizin, hər şəhidin ruhunu daşıyan xalqımın
zəfəridir...
ZEYNALOV EMİN
NAXÇIVAN BAŞ GÖMRÜK
İDARƏSİNİN ƏMƏKDAŞI
Bakı
xəbər.-2025.-23 oktyabr.-S.15;16.