Şəhid mayor Kamran Fərəcovun məzarı
ziyarət edildi…
44 günlük haqq savaşımızda minlərlə Vətən
qeyrətli oğulların
qanı bahasına qazanılan qələbə
Azərbaycanın, eləcə
dünya hərb tarixinə qızıl hərflərlə həkk
olundu. Bu şərəfi bizə yaşadanların sırasında
şəhid mayor Kamran Fərəcov
son damla qanına qədər həmişə
öndə gedib. Astara Pedaqoji Kollecində ona həsr olunmuş "Roman kimi"
hekayəsinin təqdimatı
keçirildi.
Əvvəlcə Vətən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anıldı.
Dövlət Himninin sədaları
altında başlanan tədbiri açan kollecin direktoru, şəhid atası Kamran
Kazımov dedi: -Azadlığı, müstəqilliyi,
babalardan miras qalan torpağı uğrunda oğlunu, qızını şəhid
verən xalq xoşbəxt xalqdır.
Bu mənada Azərbaycan
xalqının qürur
hissi keçirməyə,
başını uca tutmağa tam mənəvi
haqqı var. Milli-mənəvi
birliyimiz, Vətən
oğullarının doğma
el-obaya sədaqəti,
mərdliyi və mətinliyi 44 günlük haqq
savaşımızda özünü
daha bariz şəkildə göstərdi.
Bu ölümsüzlüyə qovuşan qəhrəmanlar öz
xalqının əsrlərin
sınağından çıxmış
milli xüsusiyyətlərinin mahir daşıyıcılar
olmaqla, onların igidlik nümunələrində
xalqın, millətin köklü duyğuları
yaşayır. Milli mentalitetimiz,
milli ləyaqətimiz məhz
millətin qiymətli
potensialı olan belə oğulların çiyinlərində yüksəlir.
Çıxışlarda şəhid
mayor Kamran Fərəcovun tələbəlik
yoldaşları, iş
yoldaşları ehtiyatda
olan polkovnik Rəşad Kazımov, polkovnik-leytenant Asif Kərimov,
ehtiyatda olan zabit, mayor Cəmaləddin
Məmmədov, döyüş
yoldaşları Rauf Salayev , Ağasəlim Camalov şəhidlə bağlı danışdıqları xatirələr
tədbir iştirakçılar
tərəfindən böyük
maraqla dinlənildi.
Astara Rayon İcra Hakimiyyətinin İctimai, siyasi-humanitar şöbə üzrə
müavini Firəngiz Sadıxova, sinif yoldaşı Ruslan Əliyev, müəllimi
Aybəniz Həsənova,
Astara rayon YAP təşkilatının
sədri, şəhid
ailələrinin dostu
Həbib Cəfərov
mayor Kamran Fərəcovun Vətən
müharibəsində göstərdiyi
igidlik və qəhrəmanlıqdan, onun
vətən sevgisindən
söz açdılar.
"Roman kimi"
filminin nümayişindən
sonra Astara Pedaqoji Kollecin Maliyyə-informasiya şöbəsinin
müdiri, şəhidin
ömür-gün yoldaşı
Nuranə Fərəcova
çıxışında tədbirdə iştirak edən hər kəsə, şəhidin
döyüş yoldaşlarına
təşəkkür söylədi
və nə qədər ağrılı-acılı
olsa da Kamranın qürurla, iftixarla yad olunduğunu bildirdi.
Şəhid mayor Kamran Fərəcov 1978-ci ildə Astaranın
Səncərədi kəndində
dünyaya göz açıb. Vətən
müharibəsində Cəbrayılın,
Qubadlının azadlığı
uğrunda döyüşlərdə
qəhrəmanlıq göstərib.
Oktyabrın 21-də Qubadlıda
şəhadətə qovuşub,
Astarada torpağa tapşırılıb. Ölümündən sonra 3-cü dərəcəli
"Rəşadət" ordeninə, "Vətən
uğrunda", "İgidliyə
görə", Cəbrayılın,
Qubadlının
azadlığı uğrunda
medallara layiq görülüb.
Ailəli
idi, iki qızı yadigar qalıb.
Zəfər ORUCOĞLU
Azərbaycan Jurnalistlər Birliyinin
üzvü
Bakı
xəbər.-2025.-23 oktyabr.-S.16.