Böyük Qayıdış gənclərin hərtərəfli inkişafına yeni imkanlar açır...

 

Uşaq gənclərin fiziki mənəvi inkişafı onların yaşadıqları ölkənin, cəmiyyətin, xalqın inkişafının göstəricisidir. Çünki istənilən uşaq hansı mühitdə böyüyürsə, məhz həmin mühitdə öyrəndiklərini gələcəkdə nümayiş etdirir.

 

Əlbəttə, hər bir uşağın gəncin gələcəkdə layiqli vətəndaş kimi yetişməsində onun mənəvi fiziki tərbiyəsi ilə yanaşı, təhsili önəmli yer tutur. Bütün bunlar bir-biri ilə mütləq uzlaşmalıdır. Hər bir cəmiyyətin dövlətin gələcəyini indiki uşaqlar gənclər müəyyən edir. Bu baxımdan, gənc nəslin düzgün tərbiyəsi, fiziki mənəvi inkişafı, savadlı vətəndaşlar kimi yetişməsi digər vacib amillər, onların gələcəkdə cəmiyyətə inteqrasiyasına böyük təsir göstərir. Müstəqillik əldə edildiyi ilk gündən etibarən dövlətimiz bu sahəyə xüsusi diqqət ayırır. Son illərdə bu diqqət daha da güclənib. Yeni məktəblərin inşası, mövcud təhsil müəssisələrinin təmiri, idman infrastrukturlarının yenilənməsi olimpiya komplekslərinin yaradılması bu istiqamətdə atılmış addımlardan yalnız bir neçəsidir.

 

Gənclərin fiziki inkişafı ilə yanaşı, həmçinin onların mənəvi cəhətdən inkişafı da vacib şərt hesab olunur. Hər bir uşağın, hər bir gəncin gələcəkdə layiqli vətəndaş olması olduqca önəmlidir məhz bunun üçün uşaq gənclərin mənəvi cəhətdən inkişafına da diqqət yetirilməlidir. Sözsüz ki, uşaq gənclərin mənəvi cəhətdən inkişafında onların təhsili xüsusi rol oynayır. Ona görə ki, gənc nəslin mənəvi tərbiyəsində ailədən sonra ilk yeri məhz təhsil ocaqları, orta ali məktəblər, universitetlər tutur. Valideynlərin öz övladlarına düzgün tərbiyə verməsi ilkin şərt olsa da, gənclərin hər mənada sağlam yetişməsində təhsil ocaqlarının özünəməxsus yeri vardır. Uşaq gənclərimizin layiqli vətəndaş olmaları üçün təhsil ocaqlarında çalışan pedoqoji kollektivin, müəllimlərin xüsusi əməyi diqqətdən yayınmamalıdır.

 

Qalib xalq, qalib dövlət statusundayıq

 

O da məlumdur ki, otuz ilə yaxın ərazilərimizin işğal altında qalması uşaq gənclərin mənəvi inkişafına mənfi mənada təsirsiz ötüşmürdü, müəyyən travmalar, natamamlıq kompleksi yaradırdı. Artıq beş ildir bütün bunlar ortadan qalxıb. Qalib xalq, qalib dövlət statusundayıq. İşğala son qoyulması, ərazi bütövlüyümüzün suverenliyimizin bərpa edilməsi gənclərin mənəvi inkişafında kimi müsbət izlər buraxır? Söhbət son 5 ildə gedən proseslərdən gedir.

 

2020-ci ilin Zəfəri bu psixoloji taleyi kökündən dəyişdi

 

Sözügedən məsələ ilə bağlı fikirləriniBakı-Xəbər”lə bölüşən yazıçı-publisist, BeynəlxalqAlaşƏdəbiyyat mükafatı laureatı Əkbər Qoşalı hesab edir ki, otuz ilə yaxın bir zaman kəsiyində torpaqlarımızın işğalı ərazilərimizlə yanaşı, bir sıra mənəvi ünvanların da işğalıydı, fərqli kateqoriyalar üzrə işğalıydı: “Amma ruhumuzu işğal edə bilmədilər!

 

“…Qüvvət ruhun gücündədir,

 

Qüdrət ruhun gücündədir.

 

Qeyrət ruhun gücündədir,

 

Kaş millətdə ruh yaşasın

 

Düşməni qul etmək olar,

 

Min əsr yol getmək olar.

 

Dünyanı titrətmək olar,

 

Kaş millətdə ruh yaşasın”…Xalq şairi, rəhmətlik Cabir Novruz belə deyirdi düz deyirdi. Milli ruhumuz, xəlqi cəsarətimiz, toplumumuzun vətəncanlılığı, dövlət ağlımız, Müzəffər Ali Baş Komandanımızın zəkası bizim toparlanmamızı təmin etdi bir məqsəd uğruna səfərbər ola bildik. Şəhidlərimiz ölmədi, Vətənimiz bölünmədi!”.

 

Artıq gənc insanın öz ulusuna baxışıməğlub millətprizmasından deyil

 

Daha sonra Ə.Qoşalı bunları qeyd etdi: “Bəli, işğal dönəminin uşaqlarıindiki gənclərbəzən xəritədə itirilmiş kəndin, bəzən evlərinin xəyali təsvirinin içində böyüyürdülər. “Qarabağsözündə həm həsrət, həm qorxu, həm ümid yaşayırdı. Amma 2020-ci ilin Zəfəri bu psixoloji taleyi kökündən dəyişdi. Qalib ruhun, qürur hissinin tərbiyəvi gücü indi hər bir məktəbdə, ailədə, universitetdə, toplumumuzda öz təsirini göstərir. Bu beş il içində böyüyən nəsil artıqitirilmiş torpaqanlayışı ilə yox, “bərpa edilmiş ərazi bütövlüyü”, “qalib Vətəndüşüncəsi ilə formalaşır. Qələbə gəncliyin özünəinamını, milli kimlik şüurunu, mübarizə əzmini bərpa etdi. Uşaqlar indiŞəhid”, “Zəfər”, “Qayıdışsözlərinin anlamını dərslikdə deyil, həyatın özündə görür-götürürlər.

 

Öncələr Qarabağ xatirələrdə idi, indi isənecə deyərlərtədris planlarında, layihələrdə, təbiət dərslərində, könüllü proqramlarında canlı şəkildə iştirak edir. Bu, gənclərin dünyagörüşünə mənəvi dayaq, ruhuna ilham verir. İşğal illəri bəzi uşaqlardamən azərbaycanlıyam, amma…” kimi qeyri-müəyyən kimlik, gərginlik hissi doğururdu. Zəfər buamma”nı silib atdı.

 

Artıq gənc insanın öz ulusuna baxışıməğlub millətdeyil, “yaradan qoruyan xalqprizmasındadır. Bu, yalnız emosional yox, psixoloji qurtuluşdur. İnsan öz ölkəsinin gücünə inananda, öz gələcəyini daha məsuliyyətlə qurur. Son beş ildə dövlət siyasətində bu mənəvi dönüş öz əksini tapdı. “Böyük Qayıdışproqramı, kəndlərin, şəhərlərin bərpası, orada məktəblərin, gənclər evlərinin tikilməsi təkcə iqtisadi yenidənqurma sayılmazbunlar milli tərbiyənin yeni mərhələsini nişan verir. Örnəyi, Qarabağda bir məktəbli dərsə gedərkən Vətən müharibəsi şəhidinin adını daşıyan küçədən keçirbu, hər günün özündə təsirli bir dərsdir. Beş il öncəki gəncliklə bu günkü arasında məsafə düşüncə ölçüsünə görə böyükdür.

 

Öncəazad olunacaq torpaqxəyalı vardı, indiqorunacaq Vətənməsuliyyəti var.

 

Ona görə , bu beş ilin ən böyük mənəvi sonucugənclərin içində yaranan Qalib Ruhdur. Bu ruh artıq bir nəslin ülküsü olmaqdan daha üstün mahiyyətləbütövlükdə ulusun kimliyidir”.

 

Vidadi ORDAHALLI

 

Bakı xəbər.-2025.-23 oktyabr.-S.8.