İnsan haqları üzrə
Milli fəaliyyət planı, proqram və qanunlar...
Azərbaycanda insan hüquq və azadlıqlarının
müdafiəsi, vətəndaşların
hüquqi, siyasi mədəniyyət səviyyəsinin
yüksəldilməsi qarşıda
duran əsas vəzifə hesab olunur. Bunun üçün
ölkəmizdə yeni
qanun layihələri hazırlanıb.
Bu sahədə,
dövlətlə yanaşı,
vətəndaş cəmiyyəti
subyektlərinin, o cümlədən
siyasi partiyaların, vətəndaşların üzərinə
ciddi məsuliyyət düşür. Deməli,
hər kəs məşğul olduğu
sahənin fəaliyyət
prinsiplərini yaxından
dərk etməli və məsuliyyətli olmalıdır. Bununla belə, hər bir vətəndaş öz hüququnu aydın dərk etməlidir. Yalnız bu halda hüquq
pozuntusu faktları azala bilər.
Vətəndaşın hüquqları dövlət
tərəfindən etibarlı
şəkildə qorunur
Azərbaycan dövlət müstəqilliyini
bərpa etdikdən sonra demokratik, hüquqi və dünyəvi dövlət
quruculuğu yolunu seçərək həm
BMT-nin Ümumdünya
İnsan Hüquqları
Bəyannaməsinə, həm
də bir sıra beynəlxalq konvensiyalara qoşulmuşdu.
1995-ci il noyabrın
12-də ümumxalq səsverməsi
yolu ilə qəbul edilmiş Konstitusiya ölkəmizdə
insan hüquq və azadlıqlarına əsaslanan yeni dövlət quruculuğunun
əsasını qoymuş,
hüquq islahatlarının
keyfiyyətcə yeni mərhələsinin başlanmasına
təkan vermişdir. Dünyada yaşayan bütün insanların doğulduğu gündən
toxunulmaz hüquq və azadlıqları var. İnsan hüquqlarının əsas
qayəsi yer üzündəki bütün
insanların eyni hüquqa malik olmalarını aydın şəkildə göstərir.
Bu hüquq və azadlıqlar şəxsin cəmiyyət
və digər şəxslər qarşısında
məsuliyyət və
vəzifələrini də
müəyyən edir.
Vətəndaşın hüquqları
dövlət tərəfindən
etibarlı şəkildə
qorunur. İnsan haqları ölkələrin
konstitusiyalarında əsas
hüquqların və
beynəlxalq razılaşmaların
köməyi ilə bir hüquq kimi qəbul edilmişdir. Beynəlxalq aləmdə insan haqları BMT-nin deklarasiyası ilə qanuniləşdirilmişdir. İnsan
haqları bütün
insanların eyni haqqa malik olması
ideyasına uyğun olaraq bu cür
ifadə olunur: "Hər bir insan
onun mənsub olduğu irqdən, cinsiyyətdən, dildən,
dindən, siyasi və digər baxışlardan, milli və sosial mənşədən, mülkiyyətdən,
doğum və başqa hallardan asılı olmayaraq təmin olunmuş insan haqlarına və azad olmaq
hüququna malikdir".
Dərindən diqqət
yetirdikcə görürük
ki, insan hüquqları insanlar üçün ən etibarlı qoruyucudur. Qəbul olunmuş qanunlar insanların müdafiəsində dayanmaqla
yanaşı, həm də onlara cəmiyyətdə, həyatda
necə davranmalı olduğunu öyrədir, düzgün yol göstərir, davranış
qaydalarını izah edir. İnsan hüquqları hər şeydən əvvəl insanlara həm özünə, həm də başqalarına qarşı hörmətlə
yanaşmağı tələb
edir. Hər kəsə yüksək insani keyfiyyətlər, mənəvi dəyərlər
aşılayır.
Ötən müddət
ərzində Azərbaycanda
insan hüquqlarının
qorunması ilə bağlı bir sıra işlər görülüb. Azərbaycanda
insan hüquqlarının
müdafiəsi ilə
bağlı “Milli Fəaliyyət Planı” hazırlanıb. Sənəd
ümumi olaraq 5 hissədən və 48 bənddən ibarətdir.
Sənəddə “Qanun
layihələrinin hazırlanması”,
Avropa Şurası ilə birlikdə “Sərbəst toplaşmaq azadlığı haqqında”
Qanuna, Azərbaycan Respublikasının cinayət
və seçki məcəllələrinə əlavələr
və dəyişikliklərin,
habelə “Alternativ xidmət haqqında”, “Bələdiyyələrə əlavə
səlahiyyətlərin verilməsi
haqqında” qanun layihələrinin hazırlanması,
“İnsan hüquqları
sahəsində fəaliyyət
göstərən beynəlxalq
təşkilatlarla əməkdaşlıq”,
“Əhalinin müxtəlif
qruplarının hüquqlarının
müdafiəsinin gücləndirilməsi
sahəsində tədbirlərin
görülməsi və
digər məsələlər
qeyd olunub. Bütün bunlar məhz insan hüquq və azadlıqlarının müdafiəsinin
gücləndirilməsi məqsədi
ilə dövlətin
həyata keçirdiyi
layihələrin bir hissəsidir.
Azərbaycan insan hüquqlarının
qorunması sahəsində
olduqca fəaldır
Sözügedən məsələ ilə bağlı fikirlərini
“Bakı-Xəbər”lə
bölüşən hüquqşünas
Şəmsəddin Əliyev
hesab edir ki, bunun kökündə
Azərbaycanın tərəfdar
çıxdığı Birləşmiş Millətlər
Təşkilatının Baş
Assambleyasının 10 dekabr
1948-ci ildə qəbul
etdiyi prinsiplər dayanır: “Azərbaycan müstəqillik qazandıqdan
sonra BMT-nin Ümumdünya İnsan Hüquqları Bəyannaməsinə
qoşulub. 1966-cı ildə
Mülki və Siyasi Hüquqlar haqqında Pakt qəbul olunub. Bunu da BMT qəbul
edib. Təqvimdə hər il dekabrın
10-u insan hüquqları
və azadlıqları
günü elan edilib. Azərbaycan Konstitusiyasının 12-ci maddəsində
də dövlətin ali məqsədi insan hüquq və azadlıqlarının,
ölkə vətəndaşlarının
layiqli həyat səviyyəsinin təmin
edilməsindən ibarətdir.
Yəni bütün cəhətlərinə görə
insan hüquq və azadlıqları hər bir ölkənin
həm xarici siyasətində, həm daxili siyasətində, həm diplomatiyasında, həm də dövlətin daxili və xarici funksiyalarının həyata
keçirilməsində önəmli
rol oynayır. Beynəlxalq hüququn 10 prinsipindən biri insan hüquq və azadlıqlarının
müdafiəsi ilə
bağlıdır. Bu,
dövlətlərin daxili
işi deyil. Hətta BMT nizamnaməsində
belə bir yanaşma var ki, insan hüquq
və azadlıqları
dövlətin daxili işi deyil. Azərbaycan Konstitusiyasında
5 azadlıqlardan biri sərbəst toplaşma azadlığıdır. Bunun
üçündə kifayət
qədər zəmin yaradılır. Konstision maddədən əlavə
yeni qanun qəbul edilib. Sərbəst toplaşa azadlığının necə
təmin edilməsi ilə bağlı məqamlar öz əksini tapıb. Bununla bağlı bir həftə əvvəl müvafiq icra hakimiyyətinə müraciət edilməlidir.
Bir sözlə, Azərbaycan insan hüquqlarının qorunması
sahəsində olduqca
fəaldır. Buna görə də Ümumdünya İnsan Hüquqları Bəyannaməsindən
irəli gələn bütün öhdəliklər
yüksək səviyyədə
yerinə yetirilir. Ölkəmiz insan hüquqları sahəsində
əsas beynəlxalq sənədlərə qoşulmaqla
yanaşı, onlardan irəli gələn müddəaların həyata
keçirilməsi istiqamətində
də beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edir.
Bu təşkilatların
sırasında BMT-nin
insan hüquqlarının
təşviqi və müdafiəsi sahəsində
fəaliyyət göstərən
bir sıra qurumları mühüm yer tutur”.
Vidadi ORDAHALLLI
Bakı
xəbər.-2025.-28 oktyabr.-S.8.