Azərbaycanın qlobal və regional diplomatiyası konkret hədəfə yönəlib
- inteqrasiya...
Müstəqillik əldə etdikdən
sonra Azərbaycanın
dünya birliyinə inteqrasiyası prioritet məsələlər sırasına
daxil oldu. Müstəqil dövlət
olaraq Azərbaycan bütün dövlətlər
və beynəlxalq təşkilatlarla bərabərhüquqlu,
ikitərəfli münasibətlərə
üstünlük verdi.
Yeni dünya düzənində
regional və qlobal inteqrasiya strateji xətt kimi müəyyən edilib. Bu
siyasətin ardıcıl
olaraq həyata keçirilməsi, Azərbaycanın
dünyada özünü
təsdiqi ilə nəticələndi. Məhz
təməli qoyulan düşünülmüş siyasətin nəticəsidir
ki, Azərbaycan hazırda
çoxsaylı dövlət
və beynəlxalq təşkilatlarla əməkdaşlıq
edir. Hazırda Azərbaycan nəinki dünya dövlətləri
ilə əməkdaşlıq
edir, hətta beynəlxalq aləmin qlobal problemlərinin həlli istiqamətində
faydalı təşəbbüslə
çıxış edir.
Təkcə oktyabrda Prezident
4 fərqli coğrafiyada
4 sammitdə iştirak
edib
Bu il ərzində Azərbaycan
beynəlxalq aləmdəki
mövqeyini daha da möhkəmləndirərək,
həm regional, həm də qlobal səviyyədə strateji əməkdaşlıqlarını
genişləndirib. Azərbaycan
və Çin arasında 23 aprel 2025-ci ildə imzalanan "Əhatəli Strateji Tərəfdaşlıq haqqında
Birgə Bəyannamə"
iki ölkə arasında ticarət, investisiya, yaşıl enerji və rəqəmsal iqtisadiyyat sahələrində əməkdaşlığın
genişləndirilməsini nəzərdə tutur. Avropa İttifaqı ilə də münasibətlər inkişaf
etməkdədir. Aprelin
25-də Brüsseldə keçirilən
görüşdə, Aİ və Azərbaycan yeni tərəfdaşlıq
və əməkdaşlıq
müqaviləsi üzrə
danışıqların bərpa
olunmasına qərar veriblər. Avqustun 8-də
Vaşinqtonda Prezident İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan, ABŞ Prezidenti Donald Trampın şahidliyi ilə sülh sazişinin bəndləri
paraflanıb. Azərbaycanla
ABŞ arasında Strateji
Tərəfdaşlıq Xartiyasının
hazırlanması məqsədilə
Strateji İşçi
Qrupunun yaradılması
barədə memorandum
imzalanıb. Azərbaycanən
Şanxay Əməkdaşlıq
Təşkilatı ilə
təmasları güclənib.
Türk Dövlətləri
Təşkilatının Qəbələdə
keçirilən toplantısına
Azərbaycan ev sahibliyi edib. Təkcə oktyabr ayının statistikasına
baxsaq görərik ki, Prezident Əliyev
4 fərqli coğrafiyada
4 sammitdə iştirak
edib, ortaya mövqe qoyub, diqqət mərkəzində
olub: 1-2 oktyabrda Kopenhagendə Avropa Siyasi Birliyinin Sammiti; 6-7 oktyabrda Qəbələdə Türk
Dövlətləri Təşkilatının
Sammiti; 9-10 oktyabrda Düşənbədə MDB Sammiti;
nəhayət, 13 oktyabrda
Şarm əş-Şeyx
Zirvəsi.
Sözügedən məsələ ilə bağlı fikirlərini
“Bakı-Xəbər”lə
bölüşən yazıçı-publisist,
Beynəlxalq “Alaş”
Ədəbiyyat mükafatı
laureatı Əkbər
Qoşalı hesab edir ki, Azərbaycan
dünyada mövqeyini
möhkəmləndirir: “Bakının
Şərqdən Qərbə
çoxşaxəli işbirliyi
ilə Çin,
ABŞ, Avropa Birliyi və Türk dünyası planında aktivliyinin artması danəlmaz faktdır və əlbəttə, tarixi təqdiri haqq edir. Bəs
bunu şərtləndirən
amillər hansılardır?
Dövlətlərarası
mövqelərin gücləndirilməsi
mühüm əhəmiyyət
kəsb edir. Bu il Azərbaycan
xarici siyasətdə çoxsaylı irəliləyişlərə
nail olub və bu yalnız
bölgədə yox,
qlobal arenada da öz səciyyə
və səviyyəsi
ilə seçilir. Bakı təkcə müşahidəçi deyil,
aktiv oyunçu kimi davranır. Strateji işbirliklərinin
genişlənməsi - bu,
sadəcə “dostluq anlaşmaları” imzalamaqla
olmur, həmçinin
daşımaçılıq-logistik, rəqəmsal iqtisadiyyat, yaşıl enerji, enerji ötürülməsi
kimi sahələrdə
ciddi “məhsulverici” işbirliklərinin qurulması
deməkdir. Örnəyi,
Çinlə əlaqələrdə
bu yeni mərhələni
görürük. Çin
və Azərbaycan arasında aprelin 23-də imzalanmış “Əhatəli
Strateji Tərəfdaşlıq”
çərçivəsində bu sahələr önə çıxıb.
Bu işbirliyinin gündəliyinə yerləşdirilən
sahələr - ötürülmə
(tranzit) və logistik (“Orta dəhliz” çərçivəsində),
yaşıl enerji, rəqəmsal iqtisadiyyat, intellektual mülkiyyət və s. vurğulana bilər. Çin tərəfi Azərbaycanı
etibarlı tərəfdaş
kimi qiymətləndirir.
Bununla belə,
Azərbaycan eyni zamanda Avropa İttifaqı (Aİ) ilə
münasibətlərini də
inkişaf etdirir.
Aİ-Azərbaycan arasında
növbəti “Tərəfdaşlıq
və İşbirliyi”
anlaşması üzrə
danışıqların bərpa
edilməsinə qərar
verilib.
ABŞ-la əlaqələrdə
də ciddi addımlar var: avqustun 8-də Vaşinqtonda
Azərbaycanın ABŞ ilə
strateji tərəfdaşlıq
xartiyası hazırlamağa
yönəlmiş Strateji
İşçi Qrupunun
yaradılması barədə
memorandum imzalanmasını
yada salaq. Bütün bunlar onu göstərir ki, Azərbaycan yalnız bölgə ilə məhdudlaşmır,
müxtəlif istiqamətlərdə
əməkdaşlığı genişləndirir.
Yaxşı, bəs məntiq və motivlər nə deyir?
Bu aktivliyin
arxasında müəyyən
məntiqi motivlər dayanır, əlbəttə.
Xüsusən də diversifikasiya siyasəti. Azərbaycanın iqtisadiyyatda
və tranzitdə asılılıqları hələ
də yüksəkdir.
Yeni işbirlikləri
vasitəsilə tək-əl
ilə müəyyən
tərəfdaşlara bağlanmaq
riskləri azaldılır.
Çinlə işbirliyi
bu baxımdan alternativ açar “qapı” rolundadır. Coğrafi üstünlükdən
səmərəli istifadə
edilir. Azərbaycan enerji, tranzit, qitələrarası körpü
baxımından Cənubi
Qafqazda strateji mövqeyə malikdir. Bu mövqedən istifadə edərək “Orta dəhliz” və ya Çin-Avropa
yolu çərçivəsində
rolunu artırmaq imkanı var. Aparılan siyasətin siyasi və təhlükəsizlik üstünlükləri
var. Regional mühitdə
– Türkiyə, Rusiya,
İran və hətta
Ermənistan ilə birgə yaxud qarşılıqlı işbirliyində
– Azərbaycan öz mövqeyini möhkəmləndirmək,
həmçinin indiki
geosiyasi qütblərin
kəsişməsində dayanan
dövlət kimi çıxış etmək
əzmindədir.
Azərbaycan Türk dünyasında rolunu möhkəmləndirir
İqtisadi və
texnoloji transformasiya yeni imkanlar yaradır.
Yaşıl enerji, rəqəmsal iqtisadiyyat kimi sahələrə fokus – bu, artıq
resurs ixracçısı
olmaqdan çıxıb
“dəyər yaratmaq” yoluna keçmək niyyətini göstərir.
Çinlə imzalanan
sənədlər də
bu yöndədir. Bax, bu motivlər
çərçivəsində Prezident İlham Əliyevin bir sıra sammitlərdəki
iştirakı və təşəbbüsləri ölkəmizin
nüfuzunu artırır.
Bəli, Azərbaycan aktivdir, yeni-yeni arenaları fəth edir. Təkcə uğurlar yox, risklər və diqqət tələb edən məqamlar da vardır. Çin–Azərbaycan münasibətlərində bəzi
analitiklər ehtiyatlı
yanaşır. Məsələn,
Çin yatırımının
strateji aktivlərə
təsiri barədə
müxtəlif fikirlər
var. Aİ ilə münasibətlərdə “şərtlilik
məsələsi” özünü
göstərməkdədir. Yəni Aİ öz standartlarını önə
çəkir və bu, müəyyən müzakirələrə mövzu
olur. Regionda balans qurmaq işi
asan deyil. Rusiya, İran, Avropa aktorları arasında zəruri manevrlərin uğuru özünəməxsus
məsuliyyətli qərarlar
doğura bilir. Azərbaycanının diplomatik
aktivliyinin bu il daha da
artması Cənubi Qafqazın geosiyasi məzmununa, səhnəsinə
çevrilmə səylərini
göstərir. Məsələn,
Türk Dövlətləri
Təşkilatının Qəbələdə
keçirilən sammiti
Azərbaycana bir ev sahibi kimi
status verir və Türk dünyasında rolunu möhkəmləndirir. Çinlə
strateji tərəfdaşlıq
Avropaya, Asiyaya açılan yeni işbirliyi imkanlarını
göstərir. ABŞ ilə
memorandum vasitəsilə
həmin ölkənin
aid olduğu siyasi-diplomatik, ideoloji məkan arasında bağların yenidən qurulması baş verir. Aİ ilə danışıqlar yenidən
qurulur. Bütün bunlar Azərbaycanın “dünya oyunu”nda
prinsipial şəkildə
iştirak istədiyini
göstərir. Əlbəttə,
bu işbirliklərinin
gerçəkləşmə mərhələsinə keçməsi
vacibdir. İmzalar, açıqlamalar yaxşıdır,
amma yetərli deyil. Konkret yatırımlar, layihələr,
həmin sahələrdə
əməli addımlar
tələb olunur. Biz sözü imzası qədər keçərli bir ölkə olduğumuz üçün, imzamız
heç şübhəsiz
öz nəticələrini
verəcəkdir”.
Vidadi ORDAHALLI
Bakı
xəbər.-2025.-31 oktyabr.-S.8.