Murov zirvəsinin şəhid
qartalı – Əkbər Hüseynli...
Azərbaycan xalqı 44 günə düşməni məğlub
edərək şanlı
qələbə qazandı.
Bu müqəddəs,
şərəfli yolda
minlərlə qeyrətli
Vətən övladı
öz canında keçdi. Onların adları qəhrəmanlıq
dastanına dönərək
böyük iftixarla, qürurla çəkilir.
Belə ölümsüzlüyə
qovuşan oğullardan
biri də 2001-ci il oktyabrın 15-də Cəlilabad rayonunun Alar kəndində anadan olan Əkbər
Azər oğlu Hüseynlidir.
Uşaqlıqdan Vətənə, torpağa,
bayrağa bağlı
boy atan Əkbər doğma kəndində H. Əliyev
adına 1 saylı orta məktəbi bitirib təhsilini Bakı Dövlət Sosial-İqtisadi Kollecində
davam etdirib. Lakin cənnət-məkan
Qarabağımızın düşmən
işğalında qalması
ilə barışmayan
Əkbər 2019-ci ildə
təhsilini yarımçıq
qoyaraq könüllü
hərbi xidmətə
yollanıb. Əsgərliyə
cəbhə bölgəsindən
başlayıb. Adına
can dediyi Azərbaycanın hər guşəsini özünə
əziz bilən əsgərin ən böyük arzusu düşmənə əsir
düşən Qarabağımızın
azad edilməsi və lazım gələrsə, bu müqəddəs yolda canında belə keçmək olub.
Əsgər Əkbər komandirlərin
verdiyi tapşırıqlara
ürəklə yanaşıb,
onları vaxtında və düzgün yerinə yetirib. Qatıldığı vacib
təlimlərdə də
bir qayda olaraq fərqlənib və əla döyüşçü keyfiyyətləri
göstərib. Bunları
ona görə edib ki, məqamı
gələndə müharibə
meydanında erməni
dığalarına yerini
göstərə bilsin.
Həmçinin əsgərlər
arasında keçirilən
müxtəlif idman yarışların dəfələrlə
qalibi olub.
Əkbər illərlə ürəyində
bəslədiyi arzusuna
2020-ci il sentyabrın
27-də yetib. Belə
ki, Ali Baş
Komandan döyüş
əmrini verib. Yağıdan Qarabağımızın
azad edəcəyi məqam gəlib. İgid Vətən oğlu İkinci Qarabağ müharibəsinin
ilk gün savaş meydanına atılıb. Onun qələbə sorağı
ən qaynar yerlərdən gəlib. Cəbrayılda, Füzulidə
gedən döyüşlərdə
əsl qəhrəmanlıq
nümayiş edib. Murov uğrunda haqq savaşımızda göstərdiyi hünərlə
döyüş yoldaşlarını
heyrətə salıb.
Həmçinin ağır
keçən vuruşmada
qolundan yaralanıb, əsgər yoldaşların
təkidinə baxmayaraq,
o, müharibə meydanından
geri çəkilməyib.
Komandası ilə bərabər xeyli irəliləyərək düşmənin
çox sayda hərbi qulluqçusunu məhv edib, texnikasını sıradan
çıxarıb. Son
damla qanına qədər vuruşub və qeyrətli, Vətənə bağlı
oğul kimi oktyabrın 3-də Azərbaycanın
müqəddəs bir
parçası olan Qarabağımızın azadlığı
yolunda şəhadətə
ucalıb. Bu şərəfli ölümü
ilə milyonların ürəyində özünə
əzəmətli abidə
ucaldan Murov qartalı həm də dövlət tərəfindən “Vətən
uğrunda”, “Cəsur döyüşçü” və
digər medallarla təltif olunub.
Bəli, öz
qanları bahasına Azərbaycanın yeni, şanlı tarixini yazan Əkbər kimi qəhrəman oğullar qısa ömür yaşasalar da, qərinələr ötsə, nəsillər
bir-birini əvəz etsə belə heç vaxt unudulmur...
Zəfər
ORUCOĞLU
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Bakı
Xəbər.- 2025.- 13-15 sentyabr, ¹164.- S.15.