Azərbaycanda aliment məsələsi - qanun reallıqlar...

 

 

Azərbaycan dövləti ailə institutumuzun monolitliyini qoruması üçün həm qanunvericilik, həm ictimai müstəvidə kifayət qədər ciddi tədbirlər görür. Nəzərə alsaq ki, ailə institutu hər bir dövlətin əsas söykəndiyi dəyərlərdən biridir, bu səbəb dövlət səviyyəsində bu istiqamətdə çoxsaylı proqramlar hazırlanır, qanunvericilik aktları mükəmməlləşdirilir.

 

Məlumdur ki, ailə institutunun qorunması üçün məqsədyönlü işlər aparılmasına baxmayaraq, bizim cəmiyyətdə boşanma halları mövcuddur. Təəssüflər olsun ki, son dövrlər boşanmaların sayı artır. Boşanmalar nəticəsində ortaya ciddi problemlər çıxır, o problemlərdən biri alimentin ödənilməsi ilə bağlıdır.

 

Ekspertlər bildirir ki, bu sahədə ciddi problemlər var, xüsusən qarşı tərəf aliment ödənişini həyata keçirmək istəmir. Ekspetlər qeyd edir ki, boşanma baş verəndə məhkəmə alimentin ödənilməsi barədə qərar çıxarır, amma müəyyən məsuliyyətsiz kişilər bu alimenti ödəməkdən boyun qaçırırlar.

 

Cəmiyyəti narahat edən məsələ - problemli aliment...

 

Bəzi ekspretlərə görə, ölkədə aliment problemi ciddi şəkil alıb. Qadınlar var ki, boşanıb, iki-üç uşaqla himayəsiz, dəstəksiz qalıb. Atalar aliment ödəmək istəmir, qadınlar təkrarən məhkəmələrə, eyni zamanda icra hakimiyyətlərinə, müxtəlif qurumlara üz tutur. Problemli aliment məsələsinin həlli isə çox zaman mümkün olmur. 

 

Ölkədə aliment problemi kifayət qədər ciddidir. Müşahidələr göstərir ki, bu problem qadınlarla yanaşı, artıq məhkəmələri bezdirirb.

 

Məsələn, Ədliyyə Nazirliyindən bildirilirdi ki, keçən ilin ilk 6 ayı ərzində aliment tələbinə dair 11 319 məhkəmə qərarı daxil olub.

 

İcraatda olan aliment işləri üzrə 4 259 nəfər axtarışa verilib. İnzibati qaydada həbs olunan şəxslərin sayı 1 051 nəfər, cinayət məsuliyyətinə cəlb olunan şəxslərin sayı isə 98 nəfərdir.

 

Keçən ilin avqustunda  dərc olunan rəqəmlərdən aydın olur ki, məsələ çox ciddidir.

 

Bəzi ekspertlər problemdən çıxış yolu kimi, Aliment Fondunun yaradılması təklif edir.

 

Məlum olduğu kimi, Aliment Fondunun mahiyyəti bundan ibarətdir ki, aliment fond tərəfindən ödənilir, cavabdehlər isə vəsaiti həmin fonda köçürür, bu dövləti tələb kimi həyata keçirilir.

 

2024-cü ildən Azərbaycanda alimentin minimum məbləği qaldırılıb. Belə ki, Azərbaycanda alimentin minimum məbləği ya miqdarı 220 manatdan 235 manata qaldırılıb.Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanunu”na əsasən, bu il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilib.

 

Aliment uşağın sayından asılı olmayaraq, valideynin daimi qazancının ya başqa gəlirlərinin müəyyən hissəsi qədər tutulur. Əgər valideynin qazancı qeyri-müntəzəm olarsa, yaxud tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu halda alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər.

 

Alimentlə bağlı qətnamənin icrasını aliment ödəməli olan valideynin yaşayış yeri üzrə İcra şöbələri Probasiya xidməti həyata keçirir. İlk növbədə, cavabdehə icraata başlamaq haqqında qərar göndərilir icranı 10 gün müddətinə könüllü təmin etməsi təklif olunur. Qərar könüllü icra olunmadıqda şəxsin mülkiyyətində hər hansı əmlakın olub-olmamağı barəsində müvafiq orqanlara sorğu göndərilir. Əmlakı müəyyən olunarsa, tələb onun əmlakına yönələ bilər. Həmin şəxsin rəsmi yerinin olub-olmamağı da müəyyənləşdirilir. Şəxsin barəsində məcburi gətirmə axtarış tədbirləri, ölkədən çıxışına məhdudiyyət qoyulması kimi tədbirlər görülə bilər. Belə ki, alimentin üzrsüz səbəbdən icra edilməməsinə görə borclu şəxslər İnzibati Xətalar Məcəlləsinin 528-ci maddəsi ilə məsuliyyətinə cəlb oluna bilərlər. Bundan da nəticə çıxarmayan borcluya sonuncu dəfə xəbərdarlıq edilir, barəsində materiallar toplanılaraq Cinayət Məcəlləsinin 306.1 maddəsi ilə cinayət işinin açılması üçün Ədliyyə Nazirliyinə təqdimat verilir. Həmin maddə ilə borclu cərimə, ictimai işlər, islah işləri ya 3 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Beləliklə, qanunda borclunun qətnaməni icra etməsi üçün kifayət qədər məcburiyyət tədbirləri, etmədiyi təqdirdə isə cəza növləri mövcuddur. Lakin ölkədə aliment ödəməkdən yayınanların sayı durmadan artır.

 

Bu mətbuatda gedən rəsmi qeydlərdir. Yəni bu yazıda istifadə etdiyimiz faktlar mətbuatda gedən məlumatlardan götürülüb.

 

Ailə Məcəlləsində aliment məsələsi necə tənzimlənir?

 

Sağlam Cəmiyyət Hərəkatının skeprti Lalə MehralıBakı-Xəbər”ə bildirdi ki, Azərbaycan Respublikasının Konstitusiyasında, Qanunvericiliyində Ailə Məcəlləsində aliment uşaqların saxlanılması üçün nəzərdə tutulan ödənişli öhdəçilik deməkdir: “Qanunlarımıza görə aliment ödəyəcək şəxsin rəsmi yeri yaxud rəsmi gəliri varsa, 1 uşaq üçün maaşının əlavə gəlirlərinin 1/4 hissəsini, 2 uşaq üçün 1/3 hissəsini, 3 ya daha çox uşaq üçün gəlirlərinin maaşının 50%-ni ödəməlidir.

 

Lakin adətən bizim məhkəmələrdə rəsmi gəliri az göstərməklə, yəni əlavə gəlir yerlərini gizlədərək daha az aliment kəsilməsi halları çox olur. Alimenti ödəyəcək tərəf daha az ödəyə bilmək üçün gəlirlərinin mənbəyini gizlədir, minmum maaş təqdim edir. Boşanmaların sürətlə çoxalmasına baxsaq alimentlə bağlı qədər çox mübahisəli vəziyyətin olduğunu da təxmin etmək olar.

 

Etiraf etmək lazımdır ki, kişilər boşanma məsələsində qadınlar qədər istəkli deyil. Məcbur qalıb boşananda da keçmiş həyat yoldaşına qəzəbli olan atalarınsilahı” aliment olur. Gah ödəyir, gah ödəmir, icraçı təqib etmir, alan tərəf iddia qaldırır yenə, təmin edilir, ya edilmir, bu da mübahisəlidir, çünki çox belə vəziyyət var. Boşanma bu qədər rahat olduqdan sonra bu qədər aliment mübahisənin yaranması da gözlənilən idi. Aliment məsələsinin həllinə enerji, vaxt sərf etmək yerinə boşanmaların azaldılması istiqamətində görmək lazımdır. Çünki aliment ödənilməsi rahatlaşdıqca boşanma sayı da artacaq. Mənim Mediasiya Şurasına böyük ümidlərim vardı, amma vəziyyət göstərir ki, əksinə oldu”.

 

Ekspert qeyd edir ki, alimentin ödənilməsi məsələsi Ailə Məcəlləsində digər qanunvericili aktlarında əks olunub, amma buna baxmayaraq yenə bu sahədə ciddi problem var. Problemin həlli üçün isə daha geniş miqyaslı işlər görülməli olduğunu deyən ekspert hesab edir ki, lazımı addımlar atılmadan problemin həllinə nail olmaq çətindir.

 

Əlbəttə, burada aidiyyatı dövlət qurumları ilə yanaşı ictimai qurumların da fəaliyyəti olmalıdır ki, bu problemin səviyyəsi, miqyası azalsın. Bu, cəmiyyətdə ciddi bir problemdir dəyərlərimizə ciddi ziyan vurur...Bu ziyanın aradan qalxması üçün isə cavabdeh tərəf öz məsuliyyətini dərk etməlidir.

 

İradə SARIYEVA

Bakı Xəbər  2025.- 7 yanvar (№ 1).- S.8.