QƏDİM TƏBABƏTƏ
AİD ƏLYAZMALAR NƏŞR OLUNUR
AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda qədim təbabətə aid ərəb, fars və türk dillərində xeyli əlyazma kitab mühafizə olunur. İnstitutumuzun zəhmətkeş əməkdaşları həmin kitabları dilimizə tərcümə edib nəşrə hazırlayır və oxuculara təqdim edirlər. Bu yazımızda həmin kitablardan üçü haqqında danışmaq istəyirik.
Mir Məhəmməd Zaman Hüseyni Deyləmi (öl. 1698) XVII əsrdə Süleyman şah Səfəvi dövründə yaşamış görkəmli alimlərdən biridir. Atası da Səfəvilər sarayında həkim olmuşdur. O, dərmanlara aid materiallar toplamış, lakin işi başa çatdıra bilmədiyindən kitab yazmağı oğluna tapşırmışdır. Mir Məhəmməd ilk təhsilini atasından almışdır. O da bir sıra tibbi kitabları əldə edib oxumuş, tibbi təcrübə toplamış və dərmanşünaslığa öz töhfəsini vermişdir. Mir Məhəmməd Möminin bu böyük həcmli məşhur əsəri Süleyman şah Səfəviyə ithaf olunmuş “Töhfeyi-həkim Mömin”dir. Əsərin müxtəlif nüsxələri bir çox ölkələrin kitab xəzinələrində mühafizə olunur. Əlyazmalar İnstitutunda əsərin 24 əlyazması saxlanılır. Əlyazmadakı qeyddən bilinir ki, əlyazma Fətəli şah Qacarın nəvəsi Bəhmən Mirzənin kitabxanasındandır. Burada Bəhmən Mirzənin möhürü və əsərin kitabxanaya verildiyi tarix (1829) vardır. “Töhfətül-Mömin”i Sultan Mahmud dövrünün həkimlərindən Əhməd Sani b. Həsən “Ğünyetül-muhassilin” adı ilə çevirmişdir. “Töhfeyi-həkim-Mömin” əsərinin I hissəsini institutumuzun əməkdaşı K.Hüseynoğlu fars dilindən tərcümə etmişdir. Kitab “Elm və təhsil” nəşriyyatında çap olunmuş, redaktoru f.e.d. Nəsib Göyüşovdur.
Kitaba olduqca əhatəli ön söz yazan, izah və şərhlər verən, ön sözdə həm qədim təbabət haqqında, həm Mir Məhəmməd Hüseyni Mömin və onun əsəri haqqında dəyərli fikirlərini oxucularla bölüşən müəllif yazır: “Təqribən 1500 səhifədən ibarət olan Töhfeyi-həkim-Mömin” əsəri (mənbələrdə əsərin adı “Töhfətül-möminin” kimi də gödtərilib) müqəddimə və iki hissədən ibarətdir ki, bu hissələr də öz növbəsində müvafiq bölmələrə və fəsillərə bölünürlər. Birinci hissədəki bölmələr kitabda “təşxis”, yəni “təyinetmə” adlandırılır. Ancaq “təyinetmə” sözü azərbaycan dilində termin kimi o qədər də uğurlu səslənmədiyinə görə tərcümədə o, “təlimat” və ya “təyinetmə üzrə təlimat” kimi verilmişdir”. Bizcə, “təşxis” müasir tibdə “diaqnoz” deməkdir...
Müəllif əsərin dibaçəsində göstərir ki, bu zamana kimi dərmanşünaslığa aid fars dilində mükəmməl bir əsər olmadığından, təkcə Hacı Zeynəlabidinin “İxtiyarati-bədii” əsərindən istifadə edilmişdir ki, bu əsər də çox bəsit imiş, orada müəllif özündən əvvəl yazılmış əsərlərə istinad etməmişdir. Mir Məhəmməd Mömin kitabı yazarkən qarşısına həm də belə bir məqsəd qoymuşdur ki, Zeynəlabidinin öz əsərində demədiyi məlumatları da işıqlandırsın. Ona görə də təbabətə aid əldə etdiyi bütün kitabları oxumuş, bir sıra alim həkimin
. Mir Məhəmməd Mömin kitabı yazarkən qarşısına həm də belə bir məqsəd qoymuşdur ki, Zeynəlabidinin öz əsərində demədiyi məlumatları da işıqlandırsın. Ona görə də təbabətə aid əldə etdiyi bütün kitabları oxumuş, bir sıra alim həkimin, dahi təbiblərin, o cümlədən Hippokratın “Müalicat”, Loğmanın “Dərman vəsaitləri haqqında məqalələr”, Qalenin “Minqizüs-səmum”, “Kamilüs-sənayə”, Bahirin “Cuk və mustəcuk”, İbn Təlmizin “Muğənna”, Razinin “Tibbi-muluki”, İbn-Sinanın “Qanun”, İbn Baytarın “Malayəsə”, “Külliyyat”, Şeyx Davud Əntakinin “Camei-Bağdadi”, “Camei-Əntaki”, Əminəddövlənin “Kamilül-ədviyyə” və b. əsərlərə müraciət etmiş, onlardan bəhrələnmiş və əsərində bunu qeyd etmişdir.
Birinci təlimatda dərman maddələrinin xüsusiyyətləri, qəbul olunması, təsiri verilmişdir. müəllif əsərdə biitki mənşəli dərmanları hazırlayarkən, həmin bitkiləri nə zaman, hansı fəsildə hansı bitrkini toplamaq lazım gəldiyini, heyvan mənşəli dərmanları hazırlarkən heyvanın yaşını nəzə almağı, mineral maddələri torpaqdan nə zaman çıxarmağın gərəkliliyini və s. göstərir.
İkinci təlimatda sadə dərmanların və qidaların, qarışıqların və onlara uyğun dərmanlardan bəhs edir.qida maddələrinin xüsusiyyətləri və təsiri ərəb əlifbası ilə verilir.
Üçüncü təlimatda əsas mahiyyət, dərmanların xassələri, keyfiyyəti, hazırlanma qaydaları, dozaları, dərmanların zərərli cəhətlərinin aradan qaldırılması yolları, eyni zamanda tibb terminlərinin lüğəti, dərmanşünaslıqda işlədilən çəki vahidlərinin izahı və s. məsələlər verilmişdir. müəllif burada da dərmanları ərəb əlifbası sırası ilə ardıcıl düzmüşdür. Əsər dərmanşünaslıq elmində bir inqilabdır, desək, yanılmarıq. Çünki, müəllif burada bir çox əsərlər kimi əvvəl xəstəlikdən danışıb, sonra müalicəni göstərməmiş, əvvəl dərman vasitəsini təqdim etmiş, sonra onun hansı xəstəlikdə işlədildiyini qeyd etmişdir. Lazım gələn yerlərdə yuxarıda adlarını qeyd etdiyimiz alimlərin əsərləri ilə müqayisələr də aparmışdır.
Tərcüməçi yazır: “Sonda demək lazımdır ki, Mir Məhəmməd Mömin özünün təbabətə dair yazdığı ensiklopedik əsərində qədim təbiblərin çoxsaylı əsərlərindən istifadə edərək, qədim Şərq təbabətinin bütün sahələrini əhatə etməyə çalışmışdır. Öz kitabında müxtəlif təbabətə dair yazılmış elmi risalələrdə rast gəldiyi bütün dərman maddələrinin müalicəvi xüsusiyyətlərini verməklə yanaşı, məlum xəstəliklər və onların müalicə üsulları, təbabətdə işlənən çəki vahidləri, müxtəlif alətlər və onlardan istifadə üsulları barədə də geniş məlumatlar vermişdir”.
Kamil müəllim əsərin tərcüməsində çox böyük səy göstərmiş, ağır zəhmət bahasına bu kitabı ərsəyə gətirmişdir. Müəllifə təşəkkür edir, yeni uğurlar arzulayırıq.
Mir Məhəmməd Hüseyni Möminin əsərinin II hissəsini əsərinin II hissəsini institutumuzun əməkdaşı Kəlamə Əjdər qızı Abbasova fars dilindən tərcümə edib nəşrə hazırlamış və “OPTİMİST” çap mərkəzində “Töhfətül-möminin” (Möminlərin töhfəsi) adı ilə nəşr etdirmişdir. Kitabın redaktoru f.e.d. Nəsib Cümşüd oğlu Göyüşovdur.
Kəlamə xanım I cilddə geniş ön söz yazıldığına işarə edərək, kitaba qısa, yığcam ön söz yazmış və sonda qeydləri, şərhləri vermişdir. Müəllif yazır: “...Heç təsadüfi deyildir ki, əsər yazıldığı vaxtdan üç əsr müddətində təbabətə dair qaynaqlar içərisində məşhurluğunu və önəmini qoruyub saxlamışdır. Bu əsərin mühüm cəhətlərindən biri odur ki, burada klassik təbabət və əczaçılığın məşhur nümunələri arasında müqayisəli araşdırma aparılmışdır. Əsərin dünya kitabxanalarında bir çox əlyazma nüsxələri vardır. Tərcüməsini təqdim etdiyimiz Bakı nüsxəsi M-242 şifrəsi altında mühafizə olunmaqdadır. Əsərdə barəsində heç bir yerdə rast gəlinməyən müəllif və əsərlərin də adları çəkilir ki, bu da yeni tədqiqat işlərinə, yeni araşdırmalara zəmin yaradır”.
Əsərin II hissəsi kimi nəşr olunan kitabda 140 “he” hərfi ilə, 230 “xe ilə, 205 “dal” ilə, 38 “zal” ilə, 167 “re” ilə, 154 “ze” ilə başlayan dərman vasitəsi təqdim olunmuşdur. Bunlardan bəzisi haqqında geniş, bəzisi haqqında qısa məlumat, bir çoxunun sadəcə tərcüməsi verilmişdir. Bəzilərinin xüsusiyyətləri, bəzilərinin hansı xəstəliklərdə istifadə edilməsi diqqətə çatdırılmışdır. Burada hətta haqqında bir neçə səhifəlik məlumat olan dərman vasitələri də vardır.
Əlyazmalar İnstitutunda
mühafizə olunan tibbi
kitablardan biri də
XVIII əsrdə yaşayıb fəaliyyət göstərmiş
Azərbaycan təbiblərindən Hacı Süleyman
Qacar İrəvaninin 1788-ci ildə qələmə
aldığı “Fəvaidül-hikmət” (Hikmət xəzinəsi)
əsəridir. Bu əsəri də
fars dilindən Kəlamə Abbasova tərcümə edib
nəşrə hazırlamışdır. Kitabın elmi redaktoru professor Fərid Ələkbərlidir. Tərcüməçi
“Ön söz”də yazır: “Bəzi kataloqlarda “Kitabül-hikmət”
(Hikmət kitabı) adı altında verilmiş bu əlyazmanın İranda
və Misirdə nüsxələri saxlanılmaqdadır.
Tərcümə etdiyim bu əsər isə Əlyazmalar İnstitutunun
xəzinəsində D-182 şifrəsi
altında mühafizə
olunur”.
“Bismillah”la başlayan girişin kim
tərəfindən yazıldığı
bilinmir. Allaha həmd və şükürdən sonra
müəllifin tərifi
gəlir: “Şərqdə
ən dəyərli şəfa ocağının
təbiblərindən olan
xüsusi tərifəlayiq
şəfakar Hacı
Süleyman ibn Salman ibn Məhəmmədkərim
ibn Məhəmmədəli
ibn Hacıümmət
ibn İsağa ibn Həsənağa dövrünün xəstəliklərini
özünəməxsus şəkildə
az vəsait və sadə üsullarla müalicə etməösi ilə şöhrət tapmışdır.
Mövcud xəstəliyi
mötədil vəziyyətə
çatdırmaq üçün
xıltların orqanizmdə
yaratdığı fəsadları
dövrünün qayda-qanununa
uyğun şəkildə
yüksək səviyyədə
və münasib yollarla aradan qaldıran yüksək bilik və dərin
kamal sahibi axan göz yaşını,
nəbzin ahəngini, qan təzyiqini, daxili əzaları və ümumilikdə bütün bədənin
zəruri nizamını
öz nəzarəti altında saxlamağı bacarmışdır”.
Kitabın I hissəsində dərman
bitkiləri haqqında
məlumat verilmişdir. Əvvəldə “əlif” hərfi ilə başlayan 112 dərman bitkisi verimişdir. Lakin burada
a, ə, i, u hərfləri
ilə başlayan bitkilər vardır.
Çox
güman ki, təkcə “əlif” deyil, həm də “ayn” hərfi
ilə başlayan bitkilər də bura daxil edilmişdir.
Daha sonra 66 “be” hərfi, 2 “pe”, 18 “te”, 7 “se”, 29 “cim”, 47 “ha”,
38 “xa”, 26 “dal”, 5 “zal”, 20 “ra”, 29 “za”, 49 “sin”, 29 (4) “şin”,
12 “sad”, 6 “zad”, 23 “ta”,
2 “za”, 25 “eyn”, 9 “ğeyn”, 21 “fa”, 33 “qaf”, 34 “kaf”, 13 (13)“gaf” (q), 25 “lam”, 38 “mim”, 24
“nun”, 5 “vav”, 8 “hayi-həvvəz”,
4 “yə” hərfi ilə başlayan dərman bitkiləri haqqında məlumat verilmişdir. Hacı Süleyman bir sıra dilləri (ərəb, fars,
latın, yunan, fransız, hind, çin və s.) bildiyindən, əsərində istifadə
etdiyi dərman bitkilərinin müxtəlif
dillərdə adlarını
qeyd etmişdir. Müəllif hər bir dərman bitkisinin hansı xəstəlikdə,
hansı forma və dozada istifadə edilməsini göstərmişdir.
Əsərin II hissəsində xəstəliklər,
simptomları, müalicə
üsulları və
s. haqqında məlumat
vardır. Burada baş, göz, qulaq, dil, diş
və diş əti, burun, boğaz, sinə, qara ciyər, ağ ciyər, mədə, bağırsaq,
dalaq, ürək, böyrək və s. orqanların xəstəliklərinin
ayrı-ayrılıqda müalicə
üsulları verilmişdir.
Sancı, iflic, əzələ süstlüyü,
bel və diz ağrıları, qadın xəstəlikləri,
uşaq xəstəlikləri,
podaqra, revmatizm, dəri xəstəlikləri,
şiş xəstəlikləri,yuxusuzluq,
yanıqlar, donmalar, ilan və həşərat
sancmaları, quduzluq və s. xəstəliklərin
müalicəsi göstərilmişdir.
Kitabın sonunda “qeydlər və şərhlər” və “Çəki vahidləri” qeyd olunmuşdur.
Kəlamə Abbasova hər iki kitabın ərsəyə gəlməsi üçün fədakarlıq göstərmiş, oxuculara dəyərli bir tərcümə əsəri təqdim etmişdir. Kəlamə xanım hal-hazırda “Töhfətül-möminin” əsərinin III hissəsinin tərcüməsi ilə məşğuldur. Ümid edirik ki, tezliklə növbəti kitabı da işıq üzü görəcək. Tərcüməçiyə təşəkkür edir, yeni uğurlar arzulayırıq.
SONA XƏYAL
Bakı Xəbər 2025.- 29-30 yanvar (№ 16).- S.14.