Yəhudiyə, xristiana,
müsəlmana büdcədən pul
ayıran tək ölkə...
Azərbaycan tarixən multikultural və tolerant bir ölkə kimi tanınıb və özünü təsdiqləyib. böyük tarixi ənənələrə söykənən bu mütərəqqi addımlar müasir dövrdə də yüksək səviyyədə həyata keçirilir. Çoxmillətli və çox konfessiyalı ölkə olaraq Azərbaycanda bütün ənəvi dinlərə böyük rəğbət bəslənir, onlar dövlət qayğısı ilə əhatə olunurlar.
Məlumdur ki, Azərbaycan multikulturalizm siyasinin banisi Heydər Əliyev olub. H.Əliyev bütün
siyasi fəaliyyətini
bu sərvətin əbədi olması istiqamətində yönəldib.
Ekspertlərə görə Azərbaycan
multikultural ənənələrinin
dövlət tərəfindən
qorunması işində
ən vacib olanı Heydər Əliyevin təşşəbbüsü
və göstərişi
ilə bu məsələnin hüquqi
sənədlərdə, o cümlədən
Azərbaycan Konstitusiyasında
əks olunmasıdır.
Multikulturalizm siyasətinin
əsasını təşkil
edən tolerantlıq prinsipi Azərbaycan konstitusiyasının bir
sıra maddələrində
çox aydın şəkildə öz əksini tapıb.
Bütün dini konfessiyalara
dövlətin birdəfəlik
maliyyə dəstəyi...
Bu gün Prezident
İlham Əliyevin yürütdüyü siyasətdə
də bu istiqamət əsas xəttlərdən biri kimi keçir. Ölkəmizdə fəaliyyət göstərən
bütün dini konfessiyalara dövlət tərəfindən maliyyə
dəstəyinin göstərilir
və bu məsələyə Prezident
Əliyev xüsusi diqqət göstərir.
Azərbaycanda mövcud olan
bütün dini konfessiyalara fərq qoyulmadan dövlət tərəfindən maliyyə
dəstəyi göstərilir.
Bildiyimiz kimi, Azərbaycandakı dini qurumlara maliyyə yardımı ayrılıb. Bu barədə
Azərbaycan Prezidenti İlham Əliyev dini qurumlara maliyyə yardımı göstərilməsi haqqında
Sərəncam imzalayıb.
Yanvarın 15-də imzalanan Sərəncamla
maliyyə yardımı
ölkədə mövcud
dini konfessiyaların fəaliyyətini dəstəkləmək,
habelə dinlərarası
həmrəyliyin daha da inkişaf etdirilməsi, dini maarifləndirmə işinin
müasir tələblərə
uyğun şəkildə
qurulması və mütərəqqi mənəvi-əxlaqi
dəyərlərin təbliği
sahəsində fəaliyyətin
gücləndirilməsi məqsədilə
ayrılıb.
Azərbaycanda dini qurumlara maliyyə yardımı göstərmək üçün
2025-ci il dövlət
büdcəsində nəzərdə
tutulan Prezidentin ehtiyat fondundan Qafqaz Müsəlmanları
İdarəsinə 3 milyon
manat, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası dini qurumuna 350 min manat, Bakı şəhəri Dağ yəhudiləri dini icmasına 350 min manat, Avropa yəhudilərinin Bakı dini icmasına 350 min manat, Sefarad yəhudilərinin Bakı dini icmasına 350 min manat, Katolik Kilsəsinin Apostol Prefekturası dini qurumuna 350 min manat və Alban-Udi xristian dini
icmasına 350 min manat,
habelə digər qeyri-islam dini icmalarına maddi dəstək məqsədilə
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin
tabeliyində Mənəvi
Dəyərlərin Təbliği
Fonduna 350 min manat ayrılıb.
Ekspertlər hesab edirlər ki, Prezident İlham
Əliyevin Sərəncamı
ilə ölkəmizdəki
bütün dini konfessiyalara birdəfəlik
yardım ayrılması
çox mühüm addımdır. Onların sözlərinə görə,
heç bir fərq qoyulmadan islam, xristian,
yəhudi dinlərinin
təmsilçilərinə yardım məqsədilə
ayrılan bu vəsaitin mühüm əhəmiyyəti var və bu qurumların
fəaliyyətinə dövlətin
diqqətinin, qayğısının
təzahürüdür. Ekspertlərə görə, Azərbaycan
nadir ölkədir ki,
bütün dini konfesdsiyalara fərq qoymadan maliyyə yardımı göstərir.
Ekspertlər qeyd edirlər ki, Azərbaycan dövləti bununla
tolerant, multukultural ölkə
olduğunu bir daha təsdiqləməklə
eyni zamanda daxildə dini təşkilatların bir-biri
ilə müsbət əlaqələrinin daha da möhkəmlənməsinə
dəstək verir. Ekspertlər deyirlər
ki, dini konfessiaylara birdəfəlik
maliyyə yardımları
göstərilməsi illərdir
mövcuddur və bu artıq ənənə
halını alıb,
bu amil həm
də o dini icmalara, qurumlara ciddi stimul verir,
onların fəaliyyətinə
müsbət təsir
edir.
“Heç bir dini konfessiya arasında fərq qoymadan bərabər şəkildə...”
Milli Cəbhə Partiyasının
(MCP) sədr müavini,
tanınmış ilahiyyatçı
Tural İrfan “Bakı-Xəbər”ə “Ölkədə
dini konfessiyaların fəaliyyətinin davamı
və effekti üçün dövlət
başçısı tərəfindən
növbəti vəsaitin
ayrılması həmin
qurumların mütərəqqi
şəkildə inkişaf
etməsinə şərait
yaratmaq üçündür.
Tolerantlıq mühitinə xidmətin
davamı, dini ayin və tədbirlərinin
keçirilməsi, dövlət
- din münasibətlərinin inkişafı, miltikultural
dəyərlərin qorunub
saxlanılması kimi
fəaliyyətlərin töhfə
verməsi üçün
həmin vəsaiti gərək səmərəli
sərf etsinlər.
Dövlətin dinə və
dini qurumlara olan diqqət, qayğısı cənab
Prezidentin bu dəstəyi ilə əyani şəkildə
özünü göstərir.
Heç
bir dini konfessiya arasında fərq qoymadan bərabər şəkildə
edilən bu dəstək o qurumların
cənab Prezidentə təşəkkür məktubu
ilə dəyərləndirildi.
Bu, ilk növbədə o deməkdir ki, Azərbaycanda dövlət-din
münasibətləri, tolerantlıq
ən yüksək səviyyəyə qalxıb”
- deyə bildirdi.
T.İrfanın sözlərinə görə,
ölkədəki dini
tolerantlıq nümunəsi
dünyanın istər
xristian olsun, istərsə də müsəlman bir ölkəsinə örnək
göstərilə bilər. “Çünki fərqli dinlərin mənsubları
mehriban şəkildə
yaşamaqla bərabər
birgə ziyarətlərdə,
tədbirlərdə, ayinlərdə
iştirak edirlər, mənəvi dəyərlərin
vəhdət, həmrəylik
mahiyyətini təzahür
etdirirlər.
Bu vəsaitin ayrılması
eyni zamanda həmin qurumların xaricdən asılılığını
aradan qaldırır və onları kənar yardımlara möhtac qoymur. Eyni zamanda
bunun müqabilində
onlara olan yad təsirlərin kəsilməsinə kömək
edir. Hər bir halda dini qurumlara dövlətin qayğısı
müsbət haldır
və gərək bu qurumlar da
dövlətə, xalqa
hər zaman töhfə versinlər.
Ümid edirəm ki, bu ənənə ölkəmizdə belə
də davam edəcək. Çünki dövlət - din siyasəti
uğurla aparılır”
- deyə T.İrfan əlavə etdi.
İradə
SARIYEVA
Bakı Xəbər .- 2025.- 31
yanvar (№ 17).- S.8.