"Gənclər üçün Prezident Mükafatının diplomunun, nişanının

  həmin nişanın vəsiqəsinin təsviri"nin təsdiq edilməsi haqqında

 

Azərbaycan Respublikasının Nazirlər Kabineti qərar

 

¹ 335             Bakı şəhəri, 4 dekabr 2013-ci il

 

 

 

"Gənclər üçün Prezident  Mükafatının təsis edilməsi  haqqında" Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 2 iyul tarixli 934 nömrəli Fərmanının 3.1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

"Gənclər üçün Prezident Mükafatının diplomunun, nişanının və  həmin nişanın vəsiqəsinin  təsviri"  təsdiq edilsin (əlavə olunur).

 

 

Yaqub EYYUBOV,

Azərbaycan Respublikası Baş nazirinin birinci müavini

 

 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 4 dekabr

 tarixli 335 nömrəli qərarı ilə təsdiq edilmişdir

 

 

Gənclər üçün Prezident Mükafatının diplomunun təsviri

 

 

Gənclər üçün Prezident Mükafatının diplomu plaket formasındadır. Plaketin qutusu göy velür parçadan hazırlanır. Hər iki qapağın qapanma kənarları qızıl metalla əhatələnir. Ölçüləri 20 sm x 20 sm, qalınlığı 4 sm-dir.

Qutunun üz qapağı üzərində Azərbaycan Respublikasının Dövlət gerbi "Gənclər üçün Prezident Mükafatının laureatının diplomu" sözləri qızılı hərflərlə əks olunur. Dövlət gerbi qabarıq formada hazırlanır.

Plaketin içərisində üzərində mətn olan metal lövhə yerləşdirilir. Lövhənin ölçüləri 19 sm x 19 sm, qalınlığı 0,5 sm-dir.

Lövhənin üzərində Azərbaycan Respublikasının Dövlət gerbi, "Diplom" sözü, Gənclər üçün Prezident Mükafatına layiq görülmüş şəxsin soyadı, adı, atasının adı mükafatın verilməsi barədə müvafiq mətn əks olunur (eskiz əlavə olunur).

Diplom Azərbaycan Respublikasının Prezidenti tərəfindən imzalanır.

 

 

 

GƏNCLƏR ÜÇÜN PREZİDENT MÜKAFATININ DİPLOMUNUN TƏSVİRİ

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 4 dekabr tarixli 335 nömrəli qərarı ilə təsdiq edilmişdir

 

 

Gənclər üçün Prezident Mükafatının nişanının təsviri

 

 

 

Gənclər üçün Prezident Mükafatının nişanı dolanıb birləşən ikizolaqlı lentdən, kiçik halqadan səkkizguşəli ulduzdan ibarətdir. Ulduzun üzərində Azərbaycan Respublikasının Dövlət gerbinin təsviri həkk olunur. Lentin kəsişmə sahəsində həmin zolaqlar bir-birinə altdan üstdən keçidlə daxil olurlar (eskiz əlavə olunur).

Nişan 750 əyarlı sarı qızıldan hazırlanır. Nişanın eni 20 mm, hündürlüyü 35 mm, qalınlığı 3 mm-dir. Bütövlükdə nişan stilizə edilmiş gənc insanı təsvir edir. Burada, lentin ucları - qolları, kiçik halqa isə baş nahiyəsini simvolizə edir.

Nişanda istifadə olunan səkkizguşəli ulduz Azərbaycan Respublikasının Dövlət gerbi qabarıq formada lentin arasında yerləşdirilir.

Nişanın arxa tərəfi hamar səthlidir. Səkkizguşəli ulduzun arxa hissəsində nişanın ardıcıllıq nömrəsi əks olunur.

Nişan arxa hissəsindəki xüsusi sancaqla geyimə bərkidilir.

 

 

 

GƏNCLƏR ÜÇÜN PREZİDENT MÜKAFATININ NİŞANININ TƏSVİRİ

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 4 dekabr

 tarixli 335 nömrəli qərarı ilə təsdiq edilmişdir

 

 

Gənclər üçün Prezident Mükafatının nişanının vəsiqəsinin təsviri

 

 

Vəsiqə cildlik içlikdən ibarətdir. Cildliyin üz arxa hissələri göy velür parçadan hazırlanır.  Cildliyin üz hissəsində Azərbaycan Respublikasının Dövlət gerbi "Gənclər üçün Prezident Mükafatı laureatının nişanının vəsiqəsi" sözləri əks olunur. Azərbaycan Respublikasının Dövlət gerbi qabarıq formada təsvir edilir, yazı isə qızıl hərflərlə yazılır (eskiz əlavə olunur).

İçliyin birinci səhifəsində qəhvəyi rəngli kağız üzərində nişanın təsviri nişanın ardıcıllıq nömrəsi əks olunur.

İçliyin ikinci səhifəsində Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamının tarixi, nömrəsi mükafata layiq görülmüş şəxsin soyadı, adı, atasının adı Mükafatın verilməsi barədə müvafiq mətn əks olunur.

Mətn üzərində səkkizguşəli ulduzlar əks olunan qırmızımtıl kağız üzərində yazılır. Kağızın kənar sərhədləri qızılı xətlə əhatələnir.

Vəsiqə Azərbaycan Respublikasının Prezidenti tərəfindən imzalanır.

 

Azərbaycan.-2013.- 8 dekabr.- S.3.