Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli 191 nömrəli qərarı ilə təsdiq edilmiş "Elektron xidmət növlərinin Siyahısı"nda dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikasının Nazirlər Kabineti qərar

 

¹ 332                   Bakı şəhəri, 29 noyabr 2013-cü il

 

 

 "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanının 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli 191 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, ¹ 11, maddə 1072, ¹ 12, maddə 1247; 2012, ¹ 1, maddə 40, ¹ 3, maddə 256, ¹ 10, maddə 1016, ¹ 11, maddə 1207; 2013, ¹ 6, maddələr 745, 757, ¹ 7, maddə 868, ¹ 8, maddələr 1005, 1018) ilə təsdiq edilmiş 2 nömrəli əlavə - "Elektron xidmət növlərinin Siyahısı"nda aşağıdakı dəyişikliklər edilsin:

 

1. 15.7-ci bənddən "üçün müraciətin və sənədlərin qəbulu" sözləri çıxarılsın.

 

2. Aşağıdakı məzmunda 37-1-ci hissə əlavə edilsin:

 

 

 

37-1. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi

 

37-1.1.İnformasiya sistemləri, informasiya ehtiyatları və elektron xidmətlərlə bağlı dövlət orqanları tərəfindən təqdim olunan layihələrə (təkliflərə) rəy verilməsi üçün müraciətin və sənədlərin qəbulu

 

37-1.2.“ASAN xidmət” mərkəzlərində göstərilən xidmətlərdən istifadə məqsədi ilə onlayn növbənin tutulması

 

37-1.3.“ASAN xidmət” mərkəzlərində göstərilən xidmətin nəticəsində təqdim edilməli olan hazır sənədlə bağlı məlumatın verilməsi

 

 

 

 Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri

Azərbaycan.-2013.- 8 dekabr.- S.3.