"Rezidentura təhsilinin məzmunu və
təşkili Qaydaları"nın təsdiq edilməsi
haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2010-cu il 18 mart tarixli 50 nömrəli qərarında dəyişikliklər
edilməsi barədə
Azərbaycan Respublikasının
Nazirlər Kabineti qərar
¹ 330 Bakı şəhəri,
21 noyabr 2013-cü il
"Təhsil
haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq
edilməsi barədə" Azərbaycan Respublikası
Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanına
əsasən və Azərbaycan Respublikası Səhiyyə
Nazirliyinin təklifini nəzərə alaraq Azərbaycan
Respublikasının Nazirlər Kabineti qərara alır:
Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2010-cu il 18 mart tarixli 50
nömrəli qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2010, ¹ 3, maddə 261; 2011, ¹ 9, maddə 858;
2013, ¹ 3, maddə 335; Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2013-cü il 24 oktyabr tarixli
311 nömrəli qərarı) ilə təsdiq edilmiş
"Rezidentura təhsilinin məzmunu və təşkili
Qaydaları" yeni redaksiyada təsdiq edilsin (əlavə
olunur).
Artur
RASİ-ZADƏ,
Azərbaycan
Respublikasının Baş naziri
Azərbaycan
Respublikası Nazirlər
Kabinetinin 2013-cü il 21
noyabr tarixli 330 nömrəli qərarı
ilə yeni redaksiyada təsdiq edilmişdir
Rezidentura
təhsilinin məzmunu və təşkili
QAYDALARI
1.
Ümumi müddəalar
1.1. Bu
Qaydalar “Təhsil haqqında” Azərbaycan Respublikası
Qanununun tətbiq edilməsi barədə” Azərbaycan
Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli
Fərmanına əsasən hazırlanmışdır və
rezidenturada təhsilin səviyyəsinə ümumi tələbləri
müəyyən edir, rezidentlərin attestasiya şərtlərini
müəyyən etməklə, həkim-mütəxəssis
hazırlığının səmərəliliyinin
artırılmasına, təhsilin keyfiyyət səviyyəsinin
beynəlxalq tibb təhsili sisteminin prinsiplərinə
uyğunlaşdırılması ilə Azərbaycan Respublikasının
ali tibb təhsili sisteminin dünya tibb təhsili məkanına
inteqrasiyasına və verilmiş tibb təhsili sənədlərinin
beynəlxalq məkanda tanınmasına şərait
yaradır.
1.2. Bu
Qaydalar Azərbaycan Respublikasının bütün ali tibb təhsili, elmi və tibb müəssisələrinə
şamil edilir və rezidenturada təhsilin məzmununa,
ixtisaslar üzrə müvafiq təhsil proqramlarına, təhsilalanların
hazırlıq səviyyəsinə qoyulan tələbləri
müəyyənləşdirir.
1.3. Bu
Qaydaların məqsədləri üçün
aşağıdakı anlayışlardan istifadə edilir:
1.3.1. rezidentura – tibb ixtisasları üzrə baza ali
tibb təhsili əsasında həkim-mütəxəssis
hazırlığının forması;
1.3.2. rezident – rezidenturada təhsil alan şəxs;
1.3.3. kurator – rezidentin müvafiq ixtisas üzrə zəruri
olan nəzəri biliklərə və peşə vərdişlərinə
yiyələnməsini təmin edən, elmi dərəcəsi,
elmi adı olan və ya elmi dərəcəsi, elmi adı
olmayan, praktiki təcrübəsi 10 ildən çox olan
mütəxəssis;
1.3.4. klinik baza – müasir maddi-texniki bazası olan, təşkilati-metodiki,
tədris, müalicə-diaqnostika və elmi tədqiqat işlərinin
müasir metodları əsasında rezidentlərin
hazırlığını həyata keçirən səhiyyə
müəssisəsi;
1.3.5. stajorluq – rezidentin ixtisası üzrə tibb
müəssisəsində ilkin iş təcrübəsi
keçməsi;
1.3.6. klinik hal – tibbi praktikada bir və ya bir neçə
müştərək patologiya ilə əlaqədar
müşahidə olunan konkret kliniki vəziyyət.
1.4.
Rezidenturada təhsil dövlət təhsil standartı və
proqramlarına uyğun olaraq hazırlanmış tibb təhsili
proqramları əsasında, Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2011-ci il 14 iyun tarixli 95 nömrəli qərarı ilə
təsdiq edilmiş “Rezidenturada həkim-mütəxəssis
hazırlığı aparılan ixtisasların Təsnifatı”nda
qeyd olunan həkim-mütəxəssis ixtisasları üzrə
aparılır.
1.5. Azərbaycan Respublikasının vətəndaşları
üçün rezidentura təhsili dövlət sifarişi və
ya ödənişli əsaslarla həyata keçirilir. Əcnəbilər
və vətəndaşlığı olmayan şəxslər
rezidenturaya ödənişli əsaslarla qəbul olunurlar.
Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum
olmuş uşaqlar, habelə onların arasından olan şəxslər
dövlət, bələdiyyə və özəl ali təhsil müəssisələrində
rezidenturada ödənişli əsaslarla təhsil
aldıqları müddətdə təhsil haqqı dövlət
büdcəsinin vəsaiti hesabına ödənilir.
2. Rezidenturaya
qəbul
2.1. Azərbaycan
Respublikası vətəndaşlarının rezidenturaya qəbul
planı hər bir ixtisas üzrə həkim-mütəxəssislərə
ehtiyac nəzərə alınmaqla, Azərbaycan Respublikası
Səhiyyə Nazirliyinin təklifləri və Azərbaycan
Respublikası Nazirlər Kabinetinin təqdimatı əsasında
Azərbaycan Respub-likasının Prezidenti yanında Təhsil
üzrə Komissiya tərəfindən müəyyən
edilir.
2.2.
Rezidenturaya qəbul Azərbaycan Respublikasının Tələbə
Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən
aparılır.
2.3.
Rezidenturaya qəbulun aparılması qaydaları Azərbaycan
Res-publikasının Tələbə Qəbulu üzrə
Dövlət Komissiyası tərəfindən Azərbay-can
Respublikasının Səhiyyə Nazirliyi ilə
razılaşdırılmaqla müəyyən edilir.
2.4.
Dövlət sifarişi əsasında rezidentura təhsili
almış şəxslər rezidenturanı bitirdikdən
sonra əmək fəaliyyətlərini 3 (üç) il müddətində Azərbaycan
Respublikası Səhiyyə Nazirliyinin göndərişinə
əsasən dövlət səhiyyə müəssisələrində
davam etdirməlidirlər. Dövlət
sifarişi əsasında rezidenturaya qəbul olunanların
hüquq və öhdəlikləri onlarla Azərbaycan
Respublikasının Səhiyyə Nazirliyi arasında
bağlanılmış mülki-hüquq müqaviləsi ilə
tənzimlənir.
3.
Rezidenturada təhsilin məzmununa və təşkilinə qoyulan
tələblər
3.1.
Rezidentura təhsili klinik bazaya malik olan ali
tibb təhsili və elmi müəssisələrdə və
ya Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən
rezidentlərin hazırlanması üçün klinik baza
kimi müəyyən edilən tibb müəssisələrində
(bundan sonra – klinik baza) təşkil edilir.
3.2.
Rezidenturada ayrı-ayrı həkim-mütəxəssis
ixtisasları üzrə təhsil müddəti 2 ildən 5 ilə
qədər olmaqla, bu Qaydaların əlavəsi ilə müəyyən
edilir.
3.3.
Rezidenturada təhsilin məzmunu və ona qoyulan minimum tələblər
həkim-mütəxəssis hazırlığı prosesinin
planlaşdırılmasını, onun həyata keçirilməsinin
forma və metodlarını, tədris yükünün həcmini,
tədris növlərini və ixtisaslar üzrə təhsil
proqramlarına qoyulan tələbləri əhatə edir. Rezidenturada təhsil proqramında auditoriya tədris
yükü həftədə 6 saatdan çox
olmamalıdır.
3.4.
Rezidenturada təhsil alanlar nəzəri təlim, həkim
hazırlığı, ixtisas və ixtisaslaşma fənlərinin
mühazirə, məşğələ, seminar, məsləhət,
eləcə də kuratorun rəhbərliyi və nəzarəti
altında müalicə-profilaktika işlərinin
aparılması, sərbəst stajorluq formasında öyrənilməsi
ilə təmin olunurlar.
3.5.
Rezidenturada təhsilalanların nəzəri biliklərinin və
müalicə-profilaktik işlərinin həcmi ixtisaslar
üzrə təhsil proqramlarına uyğun və dövlət
təhsil standartlarına əsasən müəyyənləşdirilir.
3.6.
Rezidentura təhsil proqramları Azərbaycan
Respublikasının Təhsil Nazirliyi ilə
razılaşdırılmaqla, Azərbaycan
Respublikasının Səhiyyə Nazirliyi tərəfindən
təsdiq edilir və bu təhsil proqramları əsasında tədris
planları hazırlanır.
3.7. Hər
bir rezidentin hazırlığı onun fərdi iş
planına müvafiq həyata keçirilir. Fərdi iş
planında tədris yükünün həcmi, təsviri,
müddəti və növü, habelə müalicə-profilaktik
işlərinin həcmi müəyyən edilir. Fərdi
iş planları rezidentura hazırlığını həyata
keçirən müəssisələrin müvafiq elmi (tibbi)
şuralarının iclaslarında təsdiq edilir.
3.8.
Rezidentin hazırlığına bilavasitə rəhbərliyin
həyata keçirilməsi üçün klinik baza kimi müəyyən
edilmiş müəssisələrdə kuratorlar təyin
edilirlər. Bir kuratorun ikidən çox rezidentə
rəhbərlik etməsinə yol verilmir.
4.
Rezidenturada hazırlıq
4.1.
Rezidenturada təhsil əyani formada həyata keçirilir.
4.2.
Rezidenturada təhsil dövründə rezident:
4.2.1. fərdi iş planını yerinə yetirir;
4.2.2. fərdi iş planının, kuratorun tövsiyə
və tapşırıqlarının yerinə yetirilməsini
əks etdirən gündəlik aparır;
4.2.3. fərdi iş planının yerinə yetirilməsi
ilə bağlı hər tədris ilinin sonunda kuratorun
iştirakı ilə təhsil aldığı müəssisənin
elmi (tibbi) şurası qarşısında hesabat verir.
Hesabatda il ərzində
görülmüş işlər əks etdirilməlidir. Hesabat yazılı təqdim edilir, onun səsləndirilməsi
üçün rezidentə 15 dəqiqə vaxt
ayrılır. Hesabatı məqbul hesab
edilən rezident dövri attestasiyaya buraxılır.
4.3.
Dövri attestasiya yazılı test formasında həyata
keçirilir və rezident 2 (iki) saat ərzində 50 test
sualına cavab verir. Test suallarına hər düzgün cavab
2 (iki) balla qiymətləndirilir. Səhv cavablar
və ya sualın cavabsız qoyulması sıfır bala bərabərdir.
Testin yekununa görə 60 və ya daha çox bal
toplayan rezidentlər dövri attestasiyadan keçmiş hesab
olunurlar.
4.4. Dövri attestasiyadan keçə bilməyən
rezidentlər 1 (bir) aydan tez olmayaraq, növbəti 2 (iki) ay
müddətində təkrar attestasiya edilirlər.
4.5. Fərdi
iş planının yerinə yetirilməsi və
attestasiyanın nəticələri rezidentin gündəliyində
əks etdirilir.
4.6.
Rezidenturada hazırlığın son ilində rezidentlər
ixtisas üzrə təhsil proqramında müəyyən
edilmiş müddətə uyğun olaraq stajorluq keçirlər.
Bunun üçün rezident Azərbaycan
Respublikasının Səhiyyə Nazirliyi tərəfindən
müvafiq tibb ixtisası üzrə ölkənin tibb müəssisələrinin
birinə stajorluğa göndərilir.
4.7. Təhsil
müddəti başa çatdıqda, fərdi iş
planını tam həcmdə yerinə yetirmiş rezidentlər
yekun attestasiyaya buraxılırlar. Rezidentlərin yekun
attestasiyası Azərbaycan Respublikası Səhiyyə
Nazirliyinin təsdiq etdiyi Attestasiya Komissiyası tərəfindən
ali tibb təhsili müəssisəsində
aparılır.
4.8. Yekun
attestasiya iki mərhələdə (yazılı test və
praktiki komponent üzrə) həyata keçirilir. Birinci mərhələdə
rezident 3 (üç) saat ərzində 50 test sualına cavab
verir. Test informasiya texnologiyaları və xüsusi optik cihazlar
vasitəsilə oxunan sual vərəqəsi üzrə
aparılır. Test suallarına hər düzgün cavab 1 (bir)
balla qiymətləndirilir. Səhv cavablar və
ya sualın cavabsız qoyulması sıfır bala bərabər
tutulur. Testin yekununa görə 40 və ya daha çox bal toplayan rezidentlər yekun attestasiyanın
ikinci mərhələsinə buraxılırlar.
4.9.
İkinci mərhələdə rezident tərəfindən 5
(beş) müxtəlif klinik hal
araşdırılır. Klinik halların
araşdırılmasına diaqnostik müayinələrin sərbəst
aparılması və təhlili, müalicə tədbirlərinin
planlaşdırılması, xəstələrin
reabilitasiyası, profilaktik tədbirlərin aparılması, xəstəliyin
gedişinin proqnozlaşdırılması kimi aspektlər
aiddir. Klinik halların hər biri meyarları ali tibb təhsili müəssisəsində təyin
edilən 10 (on) bal çərçivəsində qiymətləndirilir.
Bu mərhələnin yekununa görə 30 (otuz) və ya daha
çox bal toplamış rezident yekun attestasiyadan
müvəffəqiyyətlə keçmiş hesab edilir.
4.10. Yekun
attestasiyanın hər hansı mərhələsindən
keçə bilməyən rezidentlər həmin mərhələ
üzrə növbəti ildə yekun attestasiyadan keçməlidirlər.
4.11. Yekun
attestasiyadan müvəffəqiyyətlə keçərək
rezidenturanı bitirənlərə Attestasiya
Komissiyasının qərarı əsasında müvafiq
ixtisas üzrə “həkim-mütəxəssis” ali peşə-ixtisas dərəcəsi və
müvafiq dövlət nümunəli diplom verilir.
5.
Rezidenturada hazırlığın təşkili
5.1.
Rezidenturada hazırlığın təşkilinə nəzarət
və metodik rəhbərlik Azərbaycan Respublikasının Səhiyyə
Nazirliyi tərəfindən həyata keçirilir.
5.2.
Rezidentlərə hazırlıq keçdikləri müəssisənin
daxili intizam qay-daları şamil edilir.
5.3.
Rezidentlərin iş rejimi, habelə növbətçilik
qaydası müvafiq təhsil proqramı və əmək
qanunvericiliyi ilə tənzimlənir.
5.4. Klinik
bazada hazırlığın təşkilinə və
rezidentlərin hazırlan-masının keyfiyyətinə,
onların sərbəst praktiki fəaliyyətə yararlı
olmasına klinik bazanın rəhbəri cavabdehdir.
5.5.
Kurator rezidentə gündəlik rəhbərliyi həyata
keçirməklə, onun nəzəri biliklərə və
peşə vərdişlərinə yiyələnməsini, fərdi
iş planını yerinə yetirməsini təşkil edir.
5.6. Sosial
məzuniyyət, əmək qabiliyyətini müvəqqəti
itirmə və hərbi xidmət üzrə çağırış
halları istisna olmaqla rezidenturada təhsil fasiləsizdir. Bu müddətlər rezidenturada təhsil
dövrünə aid edilmir.
5.7.
Rezidenturada hazırlıq keçən şəxslərlə
klinik baza tərəfindən hər təhsil ili
müddətinə əmək müqaviləsi
bağlanılır.
5.8.
Rezidenturada təhsil dövrü həkimin ümumi və
ixtisas üzrə əmək stajına daxil edilir və ona
dövlət büdcəsinin vəsaiti hesabına ümumi həkim
stajına və ixtisas dərəcəsinə uyğun olaraq əməkhaqqı
ödənilir.
5.9.
Rezidentin nəzəri biliklərə və peşə vərdişlərinə
yiyələnməsinə, fərdi iş planlarının
yerinə yetirilməsinə görə kuratorun vəzifə
maaşına hər bir rezident hazırlığı
üçün ayda 20 (iyirmi) manat əlavə haqq ödənilir.
Bu vəsait rezidenturada həkim-mütəxəssis
hazırlığı aparılan ixtisaslar üzrə dövlət
sifarişi ilə hər bir təhsilalana dövlət büdcəsindən
ayrılan təhsil xərclərinin hesabına həyata
keçirilir.
5.10.
Rezidentlər Azərbaycan Respublikasının əmək
qanunveri-ciliyinə müvafiq olaraq əmək məzuniyyəti hüququna malikdirlər.
5.11. Bu
Qaydaların xüsusiyyətləri nəzərə alınmaqla,
rezidentlə klinik baza arasında əmək münasibətləri
Azərbaycan Respublikasının əmək qanunvericiliyinə,
müalicə-profilaktik işlərin həyata keçirilməsi
ilə bağlı yaranan münasibətlər isə
“Əhalinin sağlamlığının qorunması
haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq tənzimlənir.
5.12.
Rezidentlər təhsil aldıqları dövrdə baza ali tibb təhsili əsasında tutulmasına
icazə verilən həkim vəzifələrində Azərbaycan
Respublikasının əmək qanunvericiliyinə uyğun
olaraq işləyə bilərlər.
6. Rezidentura
təhsilinə
xitam verilməsi
6.1.
Aşağıdakı əsaslar olduqda rezidentin təhsilinə xitam verilir:
6.1.1. bu barədə rezident yazılı ərizə
verdikdə;
6.1.2. əmək qabiliyyətini fasiləsiz olaraq 6 (altı) aydan çox müddətə tam itirdikdə;
6.1.3. məhkəmə qaydasında məhdud fəaliyyət qabiliyyətli hesab edildikdə;
6.1.4. attestasiyadan təkrarən keçmədikdə;
6.1.5. Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə əmək müqa-viləsinə xitam verilməsi üçün müəyyən edilmiş hallarda;
6.1.6. ödənişli əsaslarla təhsilalanlar müqavilə ilə müəyyən edilmiş qaydada ödənişi həyata keçirmədikdə;
6.1.7. həkim andını və sirrini pozduqda.
“Rezidentura təhsilinin məzmunuvə təşkili Qaydaları”na əlavə
Azərbaycan.-2013.- 8 dekabr.- S.3.