Tariximizə yeni baxış

 

Müstəqil Azərbaycanın ilk fövqəladə və səlahiyyətli səfiri (eyni zamanda Azərbaycan SSR-nin sonuncu, müstəqil Azərbaycanın ilk hökumət başçısı olmuş) Həsən Həsənovla keçmişi, bu günü və gələcəyi müzakirə etdik. Hazırda Azərbaycanın Polşadakı səfiri olan Həsən Həsənovun “New Baku Posta müsahibəsini təqdim edirik:

– Müstəqil Azərbaycanın ilk səfiri kimi diplomatik fəaliyyətinizə BMT-də, Nyu-Yorkda başlamısınız. BMT-də Qarabağla bağlı 4 qətnamənin qəbul olunmasında birbaşa iştirak etmisiniz. Fürsət düşmüşkən, ilk ondan başlamaq istərdim ki, orada pərdəarxası, ictimaiyyətin bilmədiyi hansı məqamlar olub?

– İctimaiyyətin bilmədiyi məqamlar çoxdur və onları xırdalıqlarla çox söyləmək olar. Amma söhbət ondan gedir ki, BMT yanında yaradılan Azərbaycan nümayəndəliyi hansı əsas məsələləri həll eləməli idi. Bizim əsas həll eləməli olduğumuz məsələlər Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsi, Dağlıq Qarabağın Azərbaycana aid olduğunun təsdiqlənməsi və əsas şərt olaraq o dövrdə zəbt olunmuş Azərbaycan ərazilərindən qoşunların çıxarılması idi. Bu problemlə bağlı 4 qətnamə ətrafında apardığımız fəaliyyət bu məqsədləri güdürdü.

Qətnamələrin məhz bu səpkidə qəbul olunması üçün  bir il yarım BMT-də 150-ə yaxın rəsmi sənəd yaydıq və 200-ə yaxın görüş keçirdik. Nəticədə Dağlıq Qarabağ haqqında 4 qətnamə və 4 bəyanat qəbul olundu. Biz nəyə nail olduq bu qətnamələrdə? Əsas nailiyyətimiz ondan ibarətdir ki, Dağlıq Qarabağın və Naxçıvanın məhz Azərbaycan regionu olduğu BMT sənədlərində təsdiq olundu. Bu çox vacib amil idi. O dövrə qədər, yəni həmin qətnamələrin qəbulunadək, konflikt başladıqdan sonra  heç bir beynəlxalq sənəddə Dağlıq Qarabağın Azərbaycana məxsusluğu qeyd edilməmişdi.

Hətta SSRİ-nin konflikt dövrünə aid sənədlərində  sadəcə Dağlıq Qarabağ məfhumu var idi, arxasında Dağlıq Qarabağın Azərbaycan regionu olması məfhumu yox idi.İlk dəfə bu fikir məhz BMT-nin qətnamələrində qəbul olundu. Bizim həll etdiyimiz 2-ci məsələ ondan ibarət oldu ki, qətnamələrdə yazıldı ki, Azərbaycan ərazisindən bütün qeyri-qanuni qoşunlar şərtsiz çıxarılmalıdır.

3-cü də həll elədiyimiz və qətnamələrdə öz əksini tapan məsələ ondan ibarət oldu ki, konflikt Azərbaycanın ərazi bütövlüyü, yəni Dağlıq Qarabağ Azərbaycanın tərkibinə daxil olmaqla, beynəlxalq prinsiplər əsasında həll olunmalıdır.Bu da çox vacibdir, ona görə ki, ermənilər o dövrdə də, indi də bəzən Dağlıq Qarabağın onlara  məxsus olduğunu əsaslandırmaq üçün cılız olsalar da müxtəlif səbəblər irəli sürürlər. Beləliklə, bizim əlimizdə beynəlxalq hüquqa əsaslanan rəsmi sənəd var. Bu sənəd göstərir ki, Dağlıq Qarabağın Azərbaycana məxsusluğu beynəlxalq hüquq prinsiplərinə əsaslanır və konflikt məhz bu səpkidə həll olunmalıdır.

Amma qətnamələrdə “işğalsözü işlənməyib...

– Bəli, “işğalsözü işlənməyib, siz onu düz deyirsiniz, amma 2 yolumuz vardı: ya mütləq “işğalsözü işlədilsin şərtini qoyaraq heç bir qətnaməyə nail olmuruq, ya daişğalsözü üzərində israrlı olmayaraq əsas prinsipləri həll etməli idik. Biz ikinci yolu seçdik və əsas prinsipləri həll etdik. Yəni, “qoşunlar çıxarılsın”, başqa sözlə, işğal olunub deməkdir. Dolayısı ilə həmin fikirdir. Qətnamələrdə “işğalsözü yoxdur, çünki o dövrdə Ermənistan dövlətinin bu konfliktə mənsubluğunu hələ beynəlxalq təşkilatlar rəsmi şəkildə qəbul etmək istəmirdilər, o dövrdə belə qələmə verilirdi ki, Azərbaycanın Dağlıq Qarabağla konflikti var, Ermənistan dövləti isə guya bu hadisələrə qarışmır. Əfsuslar olsun ki, bu model hələ də mövcuddur. Bütün bunlara baxmayaraqişğalsözü olmasa da, “qoşunlar çıxarılsın” ifadəsi var. Bu da həmin sözün müəyyən bir ekvivalentidir.

– Həsən müəllim, Azərbaycan tarixi ilə bağlı çoxsaylı tədqiqatlar aparmısınız və Azərbaycan tarixində erməni amili ilə bağlı yeni yanaşma ortaya qoymusunuz. Nədən ibarətdir bu yanaşma, açıqlaya bilərsinizmi?

Yeni yanaşma ondan ibarətdir ki, biz indiyə qədər Azərbaycan - erməni konfliktinin başlanğıcını ancaq XIX əsrə şamil edirdik. Mövcud elmdə məsələ belə qoyulub ki, Azərbaycan - erməni konflikti XIX əsrdə – Türkmənçay və Gülüstan müqavilələrindən sonra Azərbaycana ermənilərin köçü ilə bağlıdır. Həqiqətdə həmin sazişlərdən sonra ermənilərin Azərbaycana köçü mütləq xarakter alır və regionda demoqrafik vəziyyət dəyişir.

Mən isə araşdıraraq gördüm ki, artıq XV əsrdən Azərbaycan-erməni əlaqələri yaranır və yaranma prosesində Azərbaycan hökmdarları ermənilərə xüsusi qayğı göstərirdi və hətta erməni katolikosuna Azərbaycan ərazisində, yəni Üç-kilsə (Üçmüədzin) adlanan məkanda yer ayırmış və burada erməni kilsəsinin mərkəzini yaratmaq haqda rəsmi fərman vermişdilər. Bir çox hallarda bu qayğının acı nəticələrini biz indi hiss edirik.  Beləliklə, XV əsrdən başlayaraq ermənilər bir tərəfdən Azərbaycan hökmdarlarının qayğısından bəhrələnirdilər, digər tərəfdən isə Azərbaycan dövlətçiliyinin mövcud olmaması haqda fikirləri hal-hazıra qədər bütün dünyaya yayırlar.

– Bilmirəm, bu nə dərəcədə əsaslıdır, ancaq Azərbaycan-Polşa münasibətlərinin 540 illiyindən danışırlar. Polşadakı səfirimiz kimi buna aydınlıq gətirərdiniz.

– Əfsuslar olsun ki, Azərbaycan arxivlərində birbaşa orta əsrlərə aid az sayda sənəd  qalmışdır. Ona görə də mən Avropa arxivlərini araşdırdım, xüsusən  Polşanın arxivlərində araşdırma apardım və Krakov şəhərinin arxivində maraqlı bir sənəd tapdım. O sənədə əsasən, 1472-ci ildə Azərbaycanın Ağqoyunlu sülaləsindən olan hökmdarı Uzun Həsən tərəfindən göndərilmiş səfir Krakova gəlmiş, o dövrdə Yaqelon sülaləsinin adından hakimlik edən IV Kazimir tərəfindən qəbul olunmuşbu zaman ikitərəfli danışıqlar aparılmışdır. Məhz 2 dövlət arasında əlaqələrin yaranması kimi bu tarixi əsas götürərək biz diplomatik münasibətlərin qurulmasının 540 illiyini keçirmək qərarına gəldik.

Qeyd olunur artıq?

– Bəli, biz artıq onu qeyd edirik: silsilə konfranslar, alimlərin və siyasətçilərin görüşləri, məruzələr, sərgilər, kino nümayişləri. XIX əsrdə Azərbaycanda bir çox polyak fəaliyyət göstərmişdir. Onların arasında polyak dövlət xadimləri, polyak alimləri, polyak memarları olmuşdur. Biz çalışırıq Polşada, o polyakların vətənlərində, şəhərlərində, doğulduğu yerlərdə memorial lövhələr asaq. Hazırda polyak dilində Azərbaycan - Polşa əlaqələri haqqında hər kitabdan 1000 nüsxə tirajla olmaqla 50 cild kitab hazırlayırıq.

 Bu o deməkdir ki, 50 min kitab nəşr olunacaq. Bu 50 min kitabın hərəsini 10 nəfər oxusa, deməli, Polşada yarım milyon adam Azərbaycan Azərbaycan-Polşa əlaqələrinin qədimliyi haqqında məlumat alacaq bizə belə gəlir ki, bu müəyyən dərəcədə işimizdə yardımçı olacaq.540 illik çərçivəsində bizim nəzərdə tutduğumuz proqram yalnız bir ili əhatə etmir gələcək illərdə həmin proqramı həyata keçirmək imkanımız var.  Bu məsələlərdə Azərbaycanın Xarici İşlər Nazirliyi, Diasporda Komitəsi, Mədəniyyət Turizm Nazirliyi, Gənclər İdman Nazirliyi bizə dəstək olur, böyük layihələr həyata keçirirlər.

Azərbaycan Polşa arasında bugünkü əlaqələr necədir?

Polşanın yeni Prezidenti cənab Bronislav Komarovski prezident seçildikdən 3 ay sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevlə görüşmüşdür. Bu da Polşa dövlətinin Azərbaycan dövlətinə göstərdiyi böyük marağın bariz nümunəsidir. Cənab Komarovski ilk səfərlərindən birini Azərbaycana etmiş,  Prezidentimiz İlham Əliyevlə görüşmüş görüş zamanı çox əsaslı hərtərəfli danışıqlar aparılmışdır. Ardınca Azərbaycana Polşanın xarici işlər naziri səfər etmiş, birmənalı olaraq Azərbaycan ərazi bütövlüyünü dəstəklədiklərini bildirmiş Azərbaycanın Dağlıq Qarabağ regionunda yaranmış hər hansı bir siyasi qurumun Polşa tərəfindən tanınmadığı haqqında bəyanat vermişdir.

İqtisadi baxımdan Polşa tərəfi Azərbaycanın neftində, qazında maraqlıdır bununla əlaqədar, böyük layihələr var. Bu layihələr əsasında Polşa Azərbaycanın müvafiq dövlət qurumları danışıqlar aparır düşünürəm, ümid vardır ki, Azərbaycanın nefti qazı müəyyən dövrlərdə Polşaya çatsın. Bu da 2 dövlətin çox sıx əlaqələrinin daha bir təzahürü olacaqdır.

– Bu yaxınlarda, Avropa ölkələrində təhsil alan azərbaycanlı gənclərin Vyanada Qarabağ forumundakı müzakirələrdə iştirak etdiniz. Təəssüratlarınız maraqlıdır.

Vyana forumu ilə bağlı təəssüratlarım yüksəkdir. Təşkilatçıları təbrik edirəm. Çünki elmi məlumatlarla dolğun bir tədbir keçirməyə müvəffəq oldular. Mən orada həddindən çox müxtəlif adlı müxtəlif formatlı gənclər təşkilatlarına onların rəhbərlərinə rast gəldim. Onlarla söhbət etdim onların geniş miqyasda fəaliyyətinə valeh oldum. Mən ürəkdən deyə bilərəm ki, Azərbaycan dövləti gəncləri dəstəkləməklə çox böyük görür. Çünki Avropada Azərbaycanı bir çox hallarda onların vasitəsilə tanıyacaqlar.

Azərbaycan müstəqillik qazananda hakimiyyətdə olan şəxslərin Avropada demək olar ki, tanışları yox idi. Bizim hazırkı 20, 25, 30 yaşlı gənclərimizin Avropada  onlarla, yüzlərlə tanışları var. Zaman gələcək, bu 20-25 yaşlı şəxslərin 40-45 yaşları olacaq onlar Azərbaycanda müxtəlif sahələrdə çalışacaqlar. Bunların hər birinin isə minlərlə tanışı olacaq demək, Azərbaycanın minlərlə tərəfdarı olacaqdır. Onun da zəmini indidən qoyulur.

 

 

Tural Əliyev

 

Bakupost. – 2012.  -10 noyabr. – S. 3.