Teatrların
soyunma otağında
Artıq yeni teatr mövsümü başlayıb. Lakin
tamaşa qədər ən azı pərdəarxası məqamlar
da teatrsevərlərin marağında olur. Mövzu, süjet,
aktyorlar qədər geyimlər
də səhnə əsəri haqqında təəssürat
yaradan mühüm ünsürlərdəndir.Bəs, görəsən
tamaşalarda hadisələrin baş verdiyi dövrün ilk
göstəricisi olan geyimlər necə, harada hazırlanır
və necə qorunub saxlanılır?
Azərbaycan Dövlət Opera və Balet Teatrının repertuarında 40-dan artıq
tamaşa və hər birinə aid 50-100 arası geyim nümunəsi var. Teatrın mətbuat
xidmətinin rəhbəri Şükufə Ağamirzəyeva
deyir ki, sənət ocağı vaxtilə
oynanılmış
tamaşaların hazırda istifadə edilməyən
kostyumlarını da saxlayır: “Köhnə kostyumlar
sökülmür. Bəzən repertuardan çıxan
tamaşaların kostyumları yeni səhnə əsərində
istifadə edilir. Geyinilməyənlər isə Opera və
Balet Teatrına müraciət edən qurum və təşkilatlara,
eləcə də bölgə teatrlarına verilir”.
Sənət ocağında kostyum sexi var. Hər bir yeni
tamaşa səhnəyə
qoyulmazdan əvvəl
kostyumların tikilməsi
üçün teatrın
geyim üzrə rəssamı eskizləri ora təqdim edir. “Tikiş sexində
10-a yaxın professional çalışır.
Uzun illərdir burada çalışan kostyumçularımız da
işlərini çox
sevirlər. Baxmayaraq ki, otaqlar çox
genişdir, onlar hər
kostyumun yerini dəqiq bilirlər”, - deyə Ş.Ağamirzəyeva
bildirir.
Geyimlərin hazırlanması bir
aya qədər vaxt aparır: “2005-ci ildə Polad Bülbüloğlunun “Eşq
və ölüm” baleti
hazırlanan zaman çox sayda kostyum tikmək tələb edilirdi. Hətta tikiş sexinin işçiləri iki aya gecə də
işlədilər. Bu,
geyimlərinə ən
uzun müddət sərf olunan tamaşa oldu”.
Opera və
Balet Teatrının rəngarəng libasları
ilə seçilən
səhnə əsəri
isə 2008-ci ildə hazırlanan Qara Qarayevin “7 gözəl” baletidir: “Bu tamaşa keçən il
Rusiyanın Böyük
Teatrında nümayiş
etdirildi. Rusiyanın KİV-i “7 gözəl”in
musiqi, quruluşu, ifaçılıq səviyyəsinin
yüksəkliyi ilə
yanaşı, dekorasiya
və səhnə kostyumlarının gözəlliyi,
möhtəşəmliyini dəfələrlə qeyd
etdilər”.
Teatrın təmirindən sonra kostyumların
qorunub saxlanması üçün daha yaxşı şərait,
yeni və daha geniş tikiş sexi yaradılması nəzərdə
tutulur.
Kostyumlar sanki canlıdır
Akademik Milli Dram Teatrında
hazırda ən bahalı və al-əlvanlığı ilə
seçilən geyimlər “Hökmdar
və qadın” tamaşasındandır. Bu kostyumların
parçaları, aksessuarlar
və daş-qaşlar
xaricdən alınıb.
130 illik tarixə
malik Cəfər Cabbarlı adına İrəvan Dövlət
Azərbaycan Dram Teatrı
1988-ci ildə öz texniki imkanlarından təcrid olunub. Həmin illərdə sənət
ocağının bütün
əmlakını ermənilər
əllərindən alıblar.
Sənət ocağının
direktoru İftixar Piriyevin sözlərinə
görə, Bakıya
pənah gətirərək
yenidən fəaliyyətə
başladıqdan sonra
tamaşalar üçün
yeni dekorasiya və geyimlərlə bərpa olunub: “Bakıya gələndən
sonra 1995-ci ildə teatr dövlət statusu aldı və 2000-ci ildən
bugünədək 60-dan çox tamaşanın premyerası
olub. Teatrda bütün səhnə
əsərlərinin geyimlərini
göz bəbəyimiz
kimi qoruyuruq”.
Binəqədi rayonu Rəsulzadə
qəsəbəsində Mədəniyyət
Sarayının binasında
yerləşən teatrın
geyimləri şəraitsiz
otaqda saxlanılır.
Burada sonuncu dəfə bu il Mirzə Fətəli
Axundzadənin
“Mürafiə vəkilləri”
tamaşası üçün
kostyum hazırlanıb:
“Kütləvi səhnələrdəki
obrazlara kostyum tikdirmirik, digər tamaşaların geyimlərindən
yararlanırıq”.Teatrda ən
dəbdəbəli geyim
“O olmasın, bu olsun”, “Lənkəran xanının vəziri” tamaşalarındadır. Elə uzun
müddətə hazırlanan
kostyumlar da “O olmasın, bu olsun”dadır.
Geyimlə doğulan obrazlar
Abdulla Şaiq adına Kukla Teatrında isə geyimlər daha fərqli üsulla hazırlanır. Belə ki, kukla dünyaya elə geyimlə gəlir. Sənət ocağının
direktoru Rəşad Əhmədzadə deyir ki, burada yalnız
aktyorların iştirakı
ilə hazırlanan tamaşalara geyim tikilir: “Mağazadan hər hansı bir kuklanı alıb paltarını çıxaranda adama elə gəlir ki, bu, sanki
adam paltarıdır,
lakin ölçüsü
kiçikdir. Bizdə isə
geyim kuklanın əyninə tikilir, yəni yapışdırılır”.
Bu proseslər teatrın sexində həyata keçirilir. Üzeyir Hacıbəylinin
“O olmasın, bu olsun” və Mirzə Fətəli Axundzadənin “Müsyö
Jordan və Dərviş
Məstəli şah”
tamaşalarının geyimləri
isə Sankt-Peterburqda hazırlanıb. Hazırda
sənət ocağının repertuarında
24 tamaşa var və hər birində ən azı 10 kukla yer alır.
Ümidə Həsənli
Baku Post .-2012.-
22 sentyabr.- S.16.