II “Şuşa
Qrantı” elan olunacaq
Prezident yanında Elmin İnkişafı Fondu elm
festivalı keçirmək,
alimlərin ən yaxşı elmi işlərinə görə
birdəfəlik mükafatlar
təsis etmək niyyətindədir. Fondun icraçı direktoru Elçin Babayev “New Bakı Post”a
eksklüziv müsahibəsində
görülən işlər
və qarşıdakı
planlar barədə danışdı. Qurum bir çox yeniliklərə hazırlaşır:
– Hazırda hansı layihələr gerçəkləşdirilir?
– Elmin İnkişaf Fondu yarandığı gündən bir neçə sanballı müsabiqə keçirib,
onlarla layihələr
və yüzlərlə
alim və mütəxəssislər bir
neçə milyon manatlıq qrantlara layiq görülüb. Artıq son illərdə bu müsabiqələrin rəngarəngliyi
artmaqdadır. Əgər ilk müsabiqələrimizdə ən
müxtəlif növ
layihələr bir müsabiqədə bir yerə toplanırdısa,
artıq Fond elə bir səviyyəyə gəlib çatıb ki, müəyyən xarakterli layihələri sərbəst olaraq müsabiqə şəklində
elan edə bilir.
Gənc alim və mütəxəssislərin 2-ci qrant müsabiqəsi də elan olunub.
Sənədlər bu həftənin
sonuna qədər qəbul olunacaq. Maraq kifayət qədər böyükdür.
Yenilik kimi bu il “Mobillik” qrantının elan edilməsini vurğulamaq istərdik. Bu müsabiqə
bu ildən etibarən ildə ən azı 3 dəfə keçiriləcək.
– “Şuşa
Qrantı” layihəsində
işlər nə yerdədir?
– “Şuşa Qrantı” ötən il
təsis olundu. Bəziləri elə başa
düşür ki, bu layihə yalnız Şuşanın
tədqiqini nəzərdə
tutur. Bu əsla belə deyil. “Şuşa
Qrantı” qrantın düşünələrək seçilmiş adıdır.
Şuşa Qarabağın tacı,
mədəniyyət və
elm beşiyi, dahilərin
məskənidir. Qrantın adı
ona görə belə seçilib. Amma bu qrant bütövlükdə
Qarabağla bağlı
ixtiyarı tədqiqata
yönəlmiş layihələrin
dəstəklənməsini nəzərdə tutur.
Təbii
ki, söhbət onun tarixi, etnoqrafiyası,
arxeologiyası, bitki örtüyü, hətta
siyasi məsələlərindən
gedir. Sual çıxa bilər
ki, işğal altında olan ərazilərdə bu məsələlər nə
cür həyata keçirilə bilər.
Əraziyə getmək
mümkün olmadığına
görə müəyyən
tədqiqat layihələrində
hələ ki, məhdudluq ola
bilər, amma bəzi layihələrimiz
var ki, bu
cür tədqiqatlar mümkündür. Məsələn,
bir layihəmizdə Şuşa və
ətrafındakı ərazilərdəki
mövcud vəziyyət
aerokosmik şəkillər
vasitəsilə öyrənilir
və üçölçülü
model yaradılır. Bu layihənin reallaşmasına
Fond böyük təşəbbüs
göstərdi. Hazırda müsair
kosmik şəkillər
vasitəsilə və
əvvəldən qalan
aerokosmik şəkillərlə
tədqiqat aparılır.
Dövlət Torpaq və
Xəritəçəkmə Komitəsi bu işdə kömək edir, istifadə oluna biləcək məlumatları verir.
Bu layihənin sonunda bəlli olacaq ki, işğala
qədər, işğal
və işğaldan sonrakı dövrdə vəziyyət necə olub. Bu nəticə
həm də ölkənin apardığı
məqsədyönlü siyasətdə
hücum taktikasında
əsl silaha çevrilə bilər.
Layihənin sonunda nəşr
və maraqlı nəticələrin təqdimatları
nəzərdə tutulub.
Maraqlı layihələrdən biri də Fondun qrantı əsasında Prezident yanında Strateji Araşdırmalar Mərkəzi ilə Berlinin Humboldt Universiteti arasında həyata keçiriləcək. Bu, Qarabağ elitasının
tədqiqi ilə bağlıdır. Qarabağın yeni dövr azәrbaycanlı elitası modernlәşmә
prosesi vә
mütәmadi siyasi dönüşlәr arasında
(XVIII әsrin sonu-XX әsrin sonu) araşdırılacaq.
Tanınmış almaniyalı professor Yeva Mariya Aux bu işə dəstək verir. Ümumiyyətlə onun Azərbaycanın
tanıdılması yönündə
böyük xidmətləri
var.
Mayın 8-də Şuşanın işğalı günündə
2-ci “Şuşa Qrantı”
elan olunacaq. Biz bunu daimi əsaslarla keçirmək
niyyətindəyik.
– Reallaşan layihələr ən çox hansı sahəni əhatə edir və ən
passiv sahə hansıdır?
– Bütün elm sahələrini əhatə edirik. Prioritet sahələr üzrə (məsələn, nanotexnologiyalar, İKT və s.) və kəsişən elm sahələrini əhatə edən layihələrə üstünlük verilir. Məsələn: bioloqlar və riyaziyyatçılar. O layihələrdə ki, həm akademiya, həm universitet təmsilçiləri, həm müstəqil alim var, onlar daha effektiv sayılır. Məqsəd müxtəlif sektorlarda çalışan alimləri bir araya gətirib, komanda şəklində onlara qrant ayırıb çalışdırmaqdır. Bu elmi-texniki nəticələr almaq və sağlam ünsiyyət qurulması baxımından daha effektlidir. Müştərək layihələrə də üstünlük veririk. Xüsusilə xarici elmi fondlarla və müvafiq qurumlarla olan birgə layihələrə. Amma biz Azərbaycan tərəfinə qrant ödəyirik, xaric də öz tərəfinə. Qüvvələr və səylər tədqiq edilən mövzu ətrafında birləşdirilir.
Ənənəvi olaraq fizika-riyaziyyat və texnika elmləri sahəsində daha çox layihə təqdim olunur. Səbəbi məktəbin güclü olmasıdır. Sevindirici odur ki, biologiya, tibb və aqrar elmləri üzrə layihələrin sayı onlara çatıb və hətta bəzi müsabiqələrdə bir az da üstələyib; bu sahələrdən daha çox layihələr təqdim olunur.
İstərdik ki, humanitar və ictimai elmlər sahələrindən daha çox layihələr daxil olsun. Bu sahələrdə potensial çox böyükdür, lakin az layihə verilir. Bəlkə də biz bu sahədə geriləməni aradan qaldırmaq üçün humanitar və ictimai elmlər üzrə məqsədli qrant müsabiqəsi elan etdik. Bu maddi və qeyri-maddi mədəni irsin, xalq sənət, incəsənət, aşıq sənəti, muğamın və b. öyrənilməsinə yeni ab-hava gətirmək üçün lazımdır.
– Təqdim edilən işlər qane edirmi? Plagiata qarşı
necə mübarizə
aparılır?
– Ən “ağır”
şərtlərimizdən biri qrant layihəsi
üzrə alınmış
nəticələrin – məqalələrin
ölkədən kənarda
tanınmış nəşrlərdə
çapıdır. Artıq əvvəlki
layihələr üzrə
xeyli nəticələr
var, sanballı elmi jurnallarda (Springer,
Elsevier və b. kimi nüfuzlu nəşriyyatlarda
nəşr olunmuş)
dərc olunan məqalələrin sayı
daima artır. 1-2 ilə və
bundan sonra daha çox olacaq. Maraqlı bir faktı deyim: ölkə daxilində onkologiya üzrə 2 fəlsəfə
doktoru dissertasiyası
müdafiə edilərkən
Fondun qrantına da istinad verilib.
Bu artıq ölkədə
elmin inkişafına verilən real töhfədir.
Layihələrin keyfiyyətinə gəlincə, hər müsabiqədə bir neçə yüksək
səviyyəli layihəyə
rast gəlinir. Əksəriyyəti isə xeyli
normaldır. Amma içərisində
“başdansovdu” şəkildə
hazırlananlar da olur. Haradansa bloklar şəklində
köçürülmüş cümlələrlə dolu,
fikir, məqsəd tamamlanmadan təqdim edilən layihələr də var. Bəzi hallarda isə artıq nə vaxtsa yerinə yetirilmiş işlər üzrə də layihə gətirirlər.
Plagiatı müstəqil elmi
ekspertlərin və ictimai forumun köməyi ilə ortaya çıxarmağa
çalışırıq. Müəllif Hüquqları
Agentliyi də bu işdə bizə kömək olur. Təkrar təqdim olunan
ideyalar aydınlaşdırılır.
– Qrant layihələrinin təqdimində
alimləri nə qane etmir?
– Kağız-kuğuz, sənəd
işi çoxdur. Fond dövlət büdcəsindən
maliyyələşir. Dövlət büdcəsindən
gələn maliyyənin
müvafiq sənədləşməsi
təbii bir proses kimi qəbul
olunmalıdır, maliyyə,
elmi-texniki hesabat verilməlidir. Qrantla işləmək istəyən şəxs bunlarla razılaşmalıdır.
Fond isə öz
növbəsində çalışır
ki, sənədlərin
sayı azalsın.
Qrant layihələri üçün ayrılan
məbləğlər müvafiq
vergidən və müəyyən rüsumlardan
azad olunarsa, bu sahədə iş xeyli yüngülləşər.
Söhbət Fond tərəfindən alimlərə verilən stimullaşdırıcı əməkhaqqı
ilə bağlı vergi və rüsum
ödəmələrindən gedir. Cihazların, avadanlıqların alınmasını Fond öz
üzərinə götürüb.
Böyük və məsuliyyətli
işdir. Sifarişlər verilir, yerli və beynəlxalq müqavilələr bağlanır.
Onların gətirilməsi,
gömrük rəsmiləşdirilməsi,
quraşdırılması, sazlanması, işçi
heyəti üçün
təlimlər və
s. böyükhəcmli işdir
və Fondun nəzarətindədir. Nazirlər Kabinetinin
təsdiq etdiyi siyahı var ki, müəyyən qisim elmi avadanlıq
və cihazlar idxalda vergi və
rüsumdan azad olunur. Lakin o siyahıya yenidən
baxılmalı və
genişlənməlidir. İstənilən halda qrant layihəsi yerinə yetirilərkən müvafiq
hüquqi sənədləşməyə
əməl olunmalıdır.
Onları sadələşdirmək üçün isə gücümüzü sərf
edirik. Hesab edirik ki, alimlərimiz vaxtlarının
çox hissəsini elmi tədqiqatlara sərf etməlidirlər.
– Yaxın gələcək üçün planlar nədir?
– Aprel ayında AMEA İnformasiya Texnologiyaları
İnstitutu ilə birgə “Springer” nəşriyyatının
treninqini keçirəcəyik
ki, Azərbaycan alimləri xaricə göndərdikləri məqalələrini
necə tərtib etməyi daha yaxsı öyrənsinlər
və onların xaricdə resenziyadan keçmə ehtimalı yüksəlsin. Aprel ayında qrant
layihəsi çərçivəsində
botanika üzrə beynəlxalq konfrans da keçirəcəyik.
Dünyanın bir neçə
ölkəsindən 20-yə yaxın tanınmış
alim iştirak edəcək. May ayında Kiyev Politexnik İnstitutu ilə birlikdə innovasiyalar və texnologiyaların transferi ilə bağlı milli seminar keçirməyi
planlaşdırırıq.
Artıq beynəlxalq əməkdaşlığın
başqa mərhələsinə
keçmişik. Avropa
Komissiyasının ERA-NET proqramıyla
əməkdaşlığımız
var. Bu il isə Belarus Respublika
Fundamental Tədqiqatlar Fondu
ilə ilk birgə qrant müsabiqəsini elan etmişik. Sənədlər qəbul olunub,
elmi ekspertiza mərhələsindədir. Bu yaxınlarda onların
da nəticələri
açıqlanacaq. Hədəf kimi
beynəlxalq əməkdaşlığa
xüsusi əhəmiyyət
veririk. Bu il Rusiya Fundamental Tədqiqatlar Fondu ilə, Cənubi Koreyanın Milli Tədqiqat Fondu ilə və bir sıra ölkələrlə
əməkdaşlıq əlaqələrinin
qurulmasını nəzərdə
tutmuşuq. Gələcək üçün olan planlar isə
daha zəngindir.
Devizimiz bunu özündə tam əks
etdirib: “Elm – inkişaf,
rifah və gələcək naminə!”
Yaqut Tapdıqqızı
Baku Post.-2013.-3 aprel.-S.7.