Sərvətə bərabər sükutya Kinodramaturqun “mətləbləri”

 

Son günlər Bakıda Cənubi Azərbaycan sakinlərinin problemlərinə həsr olunmuş konfrans düz yerdə böhran yaradıb hətta dövlətlərarası münasibətlərdə anlaşılmazlıq yaratdı. Məsələ o yerə çatdı ki, İran hökuməti Azərbaycana hətta etiraz notası verdi.

Müşkül yaratmış konfransda iştirakçıların səsləndirdiyi fikirideyalar sağlam düşüncəli insanlarda təzadlı hisslər doğurmaya bilməzdi. Düzdür ki, İranda yaşayan soydaşların ağrılı problemləri varonlar həllini tapmalıdır. Ancaq çatışmazlıqlara yanaşmada savadla, təmkinlə davranmaq lazımdır ki, gərginlik artmasın. Odur ki, problempredmeti dərindən bilməyən kəslər işə girişəndə yalnız yeni böhran yaradırlar ki, bu da heç kimə lazım deyil.

 Azərbaycanlı kinodramaturq Rüstəm İbrahimbəyovun Rusiyanın “rosbalt.ru” saytına verdiyi müsahibəni oxuyanda oxşar fikir və hisslər yaranır və istər-istəməz deməli olursan ki, a balam, gedin bacardığınız işdən yapışın. Axı, niyə başınızın girə bilmədiyi yerə bədəninizi soxursunuz?

 

 Eybəcər düşüncənin refleksləri

 

 Hər kəs gərək bacardığı işlə məşğul olsun ki, “fırtına” qoparmasın. Əks təqdirdə, yaranan anlaşılmaz vəziyyət hər şeyi alt-üst edir. Aydın məsələdir ki, R.İbrahimbəyov etiraf etməsə də, siyasətdə naşı olduğunu gözəl anlayır, buraxdığı səhvlərdən daxilən sıxıntı keçirir. Belə olmasaydı, müsahibələrində “mən peşəkar siyasətçi deyiləm” fikrini tez-tez təkrarlamazdı. Deməli, öz naqisliyini duyur. Di gəl ki, boynuna almayıb yenə də siyasətin dərinliklərinə baş vurur.

 rosbalt.ru” agentliyinə sonuncu müsahibədə R.İbrahimbəyov sözün əsl mənasında piyadariyakar olduğunu təsdiqlədi, həm də xaincəsinə davrandığını aşıq-aşkar nümayiş etdirdi.

Onun adamı dəhşətə gətirən fikirləri, sadəcə, sağlam məntiqə sığmır. Bütün varlığı ilə qəsbkar ermənilərə bəraət qazandırmasına, düşməndən sadiq dost obrazını düzəltməyə çalışmasına nə ad verəsən?

Halbuki, onun əldə etdiyi imkan sağlam düşüncəli azərbaycanlının əlinə düşsə, həqiqəti söyləyib kənar qüvvələrin Qafqaz bölgəsində baş verən proseslərə işıq salar, hər şeyi olduğu kimi nəql edib dolğun məlumat verər.

 R.İbrahimbəyov “rosbalt.ruinternet saytının müxbirləri ilə söhbətdə reallığı alt-üst edib anlaşılmaz fikirlər səsləndirir, işğalçı dövləti quzu, zərərçəkən Azərbaycanı isə canavar qismində təsvir edir.

 Azərbaycan-Ermənistan münaqişəsinin mahiyyətinə toxunan kinodramaturq deyir: “Hər iki tərəfdən rəsmi təbliğat qüvvələri bir-birinə qarşı qoymağa çalışır”. Ola bilsin ki, buna bənzər vəziyyət mövcuddur. Çünki Ermənistanın 20 il əvvəl başladığı müharibə bölgəyə olmazın dəhşətini gətirdi, saysız-hesabsız dağıntı, sarsıntı və itkilərlə sonuclandı. Ən qorxunc məqam isə odur ki, müharibə sona çatmayıb.

 Hava-gün kimi aydındır ki, bu bəlanı bölgəyə gətirən erməni millətçiliyidir və indiyə qədər də qəddarlığını tətbiq edib dağıntı və itkilərdən doymur. Belədə, hücum edənlə zərərçəkən arasında bir fərq olmalıdır, ya yox?

 Deməli, hər şeyin qiymətini düzgün verib kimin kim olduğunu vurğulamaq vacibdir. Amma R.İbrahimbəyov bunu etməyib günahkarla onun qurbanını bir müstəviyə qoyur, azərbaycanlıları işğalçı ermənilərə tay edir. Bu nə qədər ədalətlidir? Şərhə ehtiyac varmı?

 

 Cinayətkar vəkillik

 

 Özündən müştəbeh olanlara daim elə gəlir ki, onlar zamanı üstələyib hamıdan irəlidə addımlayırlar. Belə olduqda isə bu qəbildən olanlar anlamırlar ki, xülyalar aləmindədirlər və heç gözlərinin önündəki mənzərəni də düzgün qiymətləndirə bilmirlər. Amma gerçəkliklə uyğunlaşmayan fantaziyaları ilə sağlam düşüncələri istismar edib qarşıdurmanı dərinləşdirirlər.

 Fikir verin, görün, R.İbrahimbəyov nə deyir: “Əminəm ki, erməni xalqı bizə düşmən deyil...”. Bütün olub-keçmişlərin cüzi bir hissəsini yada salanda, dəhşətə gəlirsən ki, bunu necə demək olar?!

 

Ya bu, qızdırma içində çabalayan xəstənin uydurmasıdır, ya da dünyadan xəbəri olmayan qatı romantikdir ki, ətrafı çəhrayı eynəklə seyr edib reallıqlarla uzlaşmayan “həqiqətləri” səsləndirir.

 Tam əmin olmaq mümkündür ki, belə fikri söyləyən adam heç vaxt öz varlığı ilə Azərbaycana köklənməyib və yalnız səmalarda dolaşıb. Axı, “ermənilər heç vaxt bizə düşmən olmayıb” deyən kəs anlamalıdır ki, ermənilər yüz minlərlə dinc azərbaycanlının qanını ona görə töküb ki, özgə malına, varidatına yiyələnsin, dünyaya meydan oxusun.

 Xalqa yaxın olan kəs, ziyalı ən azından soydaşlarının dərd-sərindən xəbərdar olmalıdır. Əgər R.İbrahimbəyov bu kimi məqamlardan xalidirsə, deməli, ruhən bizə, bu xalqa yaddır və onun mənliyi yad dəyərlərə bağlıdır.

 O, iddia edir ki, “Qarabağ dedikdə təkcə torpağı deyil, həm də insanları, əhalini nəzərdə tutmaq lazımdır...”. Səciyyəvidir ki, bu fikrin müəllifi “insanlar, əhali” dedikdə öz soydaşlarını deyil, erməni icmasının nümayəndələrini nəzərdə tutur. Niyə? Çünki özünü tam beynəlmiləlçi qismində qələmə verməklə bəzi əcnəbi dairələrə loyal simada təqdim etmək istəyir. Bu da təsadüfdən qaynaqlanmır.

Bəllidir ki, indi Avrasiya məkanında imperiyapərəst qüvvələr revanşist hisslərə qapılıb məkrli planlar həyata keçirmək istəyirlər. Onların ətraf dövlətlərdə beşinci kolonlara böyük ehtiyacı var. Belə olduqda komprador ünsürlərdən geniş istifadə uğur vəd edir. Azərbaycanda həmin mənfur dairələr məhz R.İbrahimbəyov kimi sürüşkən ünsürlərdən istifadə etməyi məqbul sayırlar. Çünki bu qəbildən olan insan materialı, adətən, tez sınıb ipə-sapa yatır, muzdurluğa asanlıqla gedir və nəticədə özünü “mütərəqqi” şəxs kimi müdafiə edir.

 

 Eqoistlik zirvəsində

 

 R.İbrahimbəyovun siyasətbazlığı göstərir ki, o, atdığı addımlarda heç kəsi düşünməyib yalnız şəxsi perspektivi güdür, mənəvi saflıqdan yüngülcə qırılıb xainliyə gedir, havadarların tapşırıqlarını qeyd-şərtsiz yerinə yetirir.

 Təəccüblü deyil ki, o, orduya çağırılanların guya təəssübünü çəkir. “Onları orduya çağırırlar və onlar öz borclarını yerinə yetirməlidirlər” deyən kinodramaturq elə təsəvvür yaratmağa çalışır ki, guya Azərbaycan ordusunda insanlar zorla qulluq edir və vətən, xalq qarşısında borc anlayışlarından xalidirlər. Real vəziyyəti həyasızcasına təhrif etməklə bərabər, R.İbrahimbəyov həm də orduda qulluq edənlərə, şəhid olmuş vətən oğullarına hörmətsizlik göstərir, onların ruhunu narahat edir. Belə olduqda bu adamın milli təəssübkeşliyi və qeyrətindən danışmağa yer qalırmı?

 Maraqlıdır ki, özgə dövlətin problemləri və həqiqətləri barədə söz düşəndə o, ağızdolusu fikirlər söyləyib əyani şəkildə göstərir ki, yadların varlığı və həqiqətləri barədə həm dolğun şəkildə məlumatlıdır, həm də hissiyyatlı. Təkcə bu məqam Rüstəm İbrahimbəyovun nə dərəcədə “vətənpərvər” və sağlam məfkurəli olmasından xəbər verir.

 Odur ki, belə adamların köpüklü fəaliyyətindənsə, fəaliyyətsizliyi daha səmərəli olar. Məhz ona görə müdriklər deyib ki, bəzi hallarda susmaq danışmaqdan üstündür. Çünki sükut ən azından təhlükəsizdir.

 

 

 Tofiq Abbasov

 

Baku Post.-2013.-6 aprel.-S.4.