Perspektivli bazar

 

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) bu il fəaliyyətə başlamasının 15 illiyini qeyd edəcək. Elə Azərbaycanda fond bazarının ciddi inkişaf tarixi də təxminən bu qədərdir. 15 il ərzində görülmüş işlər, eləcə də ortamüddətli perspektivdə qiymətli kağızlar bazarının inkişafı ilə bağlı suallarımızı QKDM-nin sədri Rüfət Aslanlı cavablandırdı. Komitə sədri ilə müsahibə “New Baku Post” qəzetinin 1 yaşına təsadüf etdi.

– Azərbaycanda qiymətli kağızlar bazarının hazırkı durumunu necə qiymətləndirirsiz?

İlk növbədə qəzetinizin 1 yaşının tamam olması münasibəti ilə, sizdaxil olmaqla bütün kollektivinizi təbrik edirəm və Cənubi Qafqaz regionunda yeganə pulsuz paylanan qəzet olanNew Baku Postun uzunömürlü olmasını arzu edirəm.

 Sualınıza gəlincə isə, qısaca ifadə etsək, Azərbaycanın qiymətli kağızlar bazarı sabit inkişaf edən stabil kapital bazarıdır. Bu özünü həm əməliyyat prosesləri və bazar infrastrukturunun dinamikasında, həm də bazarın kəmiyyət göstəricilərində büruzə verir. Bütövlükdə, hər iki amil kapital bazarlarında keyfiyyət dəyişikliklərinə təkan verir. Bir neçə il bundan əvvəl Azərbaycanın kapital bazarı əsasən Mərkəzi Bankın pul siyasətinin realizasiya vasitəsi olan notların və dövlət büdcəsinin kəsirinin bağlanması məqsədi ilə buraxılan dövlət borc alətlərinin ticarətinə xidmət edən bir platforma idi. 2007-ci ildə, qlobal maliyyə böhranından əvvəl bu əməliyyatlar qiymətli kağızlar bazarında 98% paya malik idi. Son illər isə kapital bazarlarında özəl sektor müəssisələrinin, xüsusilə də qeyri-neft sektoru müəssisələrinin sərmayələrə çıxış imkanları reallaşmağa başlayıb və hazırda bu cür əməliyyatların payı bir qədər əvvəl qeyd etdiyim 2%-dən 15-17%-ə gəlib çatıb.

– Ortamüddətli perspektiv üçün qiymətli kağızlar bazarının potensialı necədir?

– Azərbaycanın kapital bazarının həcmi son 5 ildə 70%-dən çox artıb. Bu dövrdə qiymətli kağızlar bazarının artım templəri, ölkəmizin iqtisadiyyatının, ümumi daxili məhsulun (ÜDM) artım templərindən üstün olub. Təbii ki, bu cür vəziyyət obyektiv amillərlə bağlıdır. Ölkədə iqtisadiyyatın şaxələndirilməsi, yeni müəssisələrin yaradılması, mövcudlarınsa böyüməsi və sərmayələrini artırması kapital bazarındakı dinamikanın fundamental amili sayılmalıdır. Həmçinin son dövrlər bazar infrastrukturunun təkmilləşdirilməsi, ticarət-hesablaşma proseslərinin sadələşdirilməsi və avtomatlaşdırılması, digər tərəfdən kapital bazarının üstünlükləri barədə aktiv məlumatlandırma və maarifləndirmə tədbirlərinin görülməsi, kapital bazarı institutlarının, broker və dilerlərin daha aktiv fəaliyyəti də dinamik inkişafa təsir göstərir. Nəticədə, qiymətli kağızlar bazarının ölkə iqtisadiyyatında çəkisi də artır. 2012-ci ilin yekunlarına görə, bu bazarda əməliyyatların həcmi ÜDM-ə nisbətdə 17,5% təşkil edib. Nəzərə alsaq ki, kapital bazarında tamamilə qeyri-neft sektorunun müəssisələri sərmayələr cəlb edir, bazarın həcminin qeyri-neft ÜDM-nə nisbəti 33%-dən çox olar. Bu da əvvəlki dövrlərlə müqayisədə ciddi artımdır. Potensiala gəldikdə, inkişaf etmiş iqtisadiyyatlarda birja ticarətinin həcmi ölkənin ÜDM-i ilə müqayisə edilə bilən hədlərdə olur. Hazırda ölkə Prezidenti cənab İlham Əliyev növbəti 10 il ərzində ölkə iqtisadiyyatının 2 dəfə artırılmasını hökumətin iqtisadi prioriteti kimi müəyyən edib. Təbii ki, buna nail olmaq üçün iqtisadiyyata ciddi sərmayə axını təmin edilməlidir və bu bütün maliyyə kanalları vasitəsilə dəstəklənməlidir. Bu baxımdan kapital bazarının ortamüddətli perspektivdə potensialı kifayət qədər genişdir. Yəni ölkənin qiymətli kağızlar bazarı ortamüddətli perspektivdə iqtisadiyyatı və bizim hədəfimiz olan qeyri-neft sektorunu, şaxələndirilmiş milli iqtisadiyyatı davamlı və rəqabətli qiymətlərlə sərmayələrə çıxış imkanları ilə təmin etməlidir. Bu isə kapital bazarının həcminin 2012-ci ildəki 10 milyard manatlıq həddən 2-3 dəfə çox olması deməkdir.

Fond bazarının hansı aspektlərini onun güclü tərəfi hesab etmək olar?

– Ölkəmizin dayanıqlı siyasi-iqtisadi, sosial mövqeyi ilə şərtlənən  fundamental amillərlə yanaşı, fond bazarının özünəməxsus institusional üstünlükləri də təbii ki, mövcuddur.

İlk növbədə qeyd edim ki, bazarın ticarət və hesablaşma infrastrukturunun avtomatlaşma səviyyəsi kifayət qədər yüksəkdir və bu, bizim üstünlüyümüz sayılır. Bu gün Azərbaycanın fond bazarının əsas institutları istənilən qiymətli kağızın elektron ticarətini təşkil etməyə imkan verir. Çevik hesablaşma, saxlanc sistemi mövcuddurbütün bu imkanlar bir-biri ilə əlaqələndirilib. Qiymətli kağızın ticarəti bir qədər mürəkkəb prosesdir. Bununla belə, mövcud ticarət sistemi əməliyyatların dəqiq və bütün tərəflərin hüquqlarını qorumaqla həyata keçirilməsinə imkan verir.

 Bu gün Azərbaycanda buraxılmış qiymətli kağızların demək olar ki, tam həcmdə sənədsiz, elektron formada olması 2-ci mühüm institusional üstünlük sayıla bilər. Daha uzun tarixə malikinkişaf etmiş fond bazarına malik ölkələr var ki, onlarda qiymətli kağızların sənədsizləşdirilməsi hədəf olaraq qalır və buna nail olmaq üçün hələ uzun yol keçilməlidir. Bu fərq də təbiidir. Azərbaycanda qiymətli kağızlar uzunmüddətli maliyyə bazarları ənənələrinə malik ölkələrlə müqayisədə nisbətən gec, ötən əsrin 90-cı illərində, özəlləşdirmə prosesində iqtisadi dövriyyəyə daxil olub. Milli lider Heydər Əliyevin iqtisadi siyasətinin uzaqgörənliyinin bir nümunəsi də ondan ibarətdir ki, ölkəmizdə qiymətli kağızlar ilk gündən sənədsiz, elektron formada buraxıldı və bizə tarixi üstünlük verdi.

 3-cü amil kimi fond bazarı alətlərinin beynəlxalq standartlara uyğunluğunu qeyd etmək olar. Bu gün beynəlxalq səviyyədə nəinki qiymətli kağızların ticarəti, hətta onların alınıb-satılması barədə qərarların verilməsi prosesi də avtomatlaşdırılıb, qiymətli kağızların ticarəti isə qloballaşıb və sərhədləri keçib. Bu baxımdan kapital bazarları alətlərinin qəbul olunmuş beynəlxalq standartlara uyğunlaşdırılması qlobal sərmayə bazarlarına çıxış üçün zəruri şərtlərdəndir. Cənab Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “2011-2020-ci illərdə Azərbaycan Respublikasında qiymətli kağızlar bazarının inkişafı” Dövlət Proqramının tələblərinə uyğun olaraq ötən il ölkəmizdə buraxılmış bütün qiymətli kağızların beynəlxalq İSİN kodlarına keçidi tamamlanmış və 7 milyard manatı keçən maliyyə alətləri tam həcmdə beynəlxalq standartlara uyğunlaşdırlmışdır.

 4-cü mühüm amil qiymətli kağızların saxlanc sisteminin, Milli Depozit Mərkəzinin (MDM) çox ciddi struktura çevrilməsi ilə bağlıdır. 1996-cı ildə yaradılmış MDM-də demək olar ki, mövcud qiymətli kağızların hamısı saxlanılır. Bu isə kağızların ticarət mexanizmlərinin təşkili ilə yanaşı, onların mövcud və gələcək sahiblərinin hüquqlarının kifayət qədər dönməz təmin olunmasına və bu əqdlərin nəticələrinin mübahisələndirmədən tamamlanmasına imkan verir. Həm Qərbi Avropa, həm də Şərqi Avropa ölkələrində və ümumilikdə inkişaf etmiş ölkələrdə depozitar sistemin mərkəzləşdirilməsi bir strategiya kimi bəyan edilib. Avropa İttifaqında bu qarşıya məqsəd kimi qoyulub. Bizdə isə bu proses tamamlanmışdır.

 Dinamik qanunvericilik bazası, adekvat tənzimləmə mühitini də Azərbaycan qiymətli kağızlar bazarının üstün cəhətlərinə aid etmək olar. 

– Azərbaycan inkişaf etmiş ölkələrin və postsovet dövlətlərinin bazarlarından nədə geridə qalır?

Hesab edirəm ki, ən əhəmiyyətli zəifliyimiz Azərbaycandakı maliyyə vasitəçilərinin – brokerdiler institutlarının institusional inkişafı və rəqabət qabiliyyətinin məhdud olmasıdır. Bu amil özünü həm maliyyə imkanlarının az olmasında, həm göstərilən xidmətlərin çeşidinin darlığında, peşəkarlıq səviyyəsində göstərir. Baxmayaraq ki, son illər maliyyə vasitəçilərinin daxili idarəetmə və maliyyə hesabatlılığı sistemləri formalaşıb, amma bu sahədə görüləcək işlər çoxdur.

 Digər çatışmazlıqlar daha çox kapital bazarının özü ilə deyil, onunla əlaqəli sahələrlə bağlıdır. Mövcud müəssisələr qabaqcıl idarəetmə təcrübəsini geniş tətbiq etmir, mütərəqqi maliyyə hesabatlığı sistemlərinə keçiddə aktiv deyil. Baxmayaraq ki, Azərbaycan hökuməti maliyyə hesabatları ilə bağlı ciddi irəliləyişlərə nail olub. Yeni maliyyə hesabatlığı standartları qəbul olunub ki, bunlar müəssisələrin maliyyə vəziyyəti haqqında ətraflı məlumat əldə etməyə imkan verir. Amma bu prinsip və standartlarının tətbiqi uzun vaxt tələb edir. Təsəvvür edin ki, islahatlardan öncə ölkədə mövcud olan 250 mindən çox müəssisənin maliyyə hesabatlığı köhnə uçot standartları əsasında təhsil almış mühasiblər tərəfindən idarə olunurdu. Mühasibat institutunun dəyişdirilməsinə, bu sahədə təhsil proqramlarında yeni qaydaların tətbiqinə ehtiyac var. Bütün bunlar da vaxt tələb edən məsələlərdir.

 Bütövlükdə qiymətli kağızlar bazarı haqqında bilik və məlumatların azlığı maliyyə vasitəçilərinin bazarda daha aktiv işləməsini tələb edir. Bazarın potensialı, imkanları peşəkarlar tərəfindən ictimaiyyətə təqdim olunmalıdır ki, kifayət qədər təklif olsun. Hazırda Azərbaycanın fond bazarında tələb təklifi üstələyir. Ölkədə həm səhmlərə, həm də istiqrazlara (borc alətlərinə) həm daxili, həm də xarici tələb mövcuddur. Bu, ölkəmizin sabit iqtisadi mövqeyi, uzunmüddətli siyasi dayanıqlığı, Azərbaycan iqtisadiyyatının perspektivinə beynəlxalq səviyyədə inam, ölkənin reytinqlərinin müsbət istiqamətdə inkişafı ilə əlaqədardır. Amma mövcud tələbatı ödəmək üçün bazarda kifayət qədər təklif yoxdur.

Bazar iştirakçıları, potensial investorlarlakimi işlər aparılır, fond bazarının inkişafını stimullaşdırmaq üçün hansı tədbirlər görülür?

– Bütövlükdə qiymətli kağızlar bazarının infrastrukturu, bazarda iştirak edən peşəkarlar, maliyyə vasitəçiləri və buradan faydalana biləcək maraqlı tərəflərlə işimiz proqramlarstrategiyalar çərçivəsində qurulub. “2011-2020-ci illərdə Azərbaycan Respublikasında qiymətli kağızlar bazarının inkişafı” Dövlət Proqramı bu istiqamətdə bütün fəaliyyətlərin peşəkarcasına əlaqələndirilməsini təmin edir. Proqramın mühüm istiqamətlərindən biri qiymətli kağızlar bazarı ilə bağlı məlumatlandırma və maarifləndirmə işlərinin aparılmasıdır. Bu kimi tədbirlər bir neçə istiqamətdə həyata keçirilir.

 Bazardan faydalanmaq imkanları və yolları, fond bazarının maliyyə sektorunun digər sahələri ilə müqayisədə fərqli cəhətləri (üstün və zəif) barədə geniş təbliğat işi aparılır. Məlumat qıtlığını aradan qaldırmaq üçün kütləvi informasiya vasitələri ilə əməkdaşlıq edirik, jurnalistlər üçün seminarlar təşkil edirik və lazımi məlumatların ötürülməsinə cəhd edirik. Azərbaycan və rus dilində seriya forması almış xüsusi buraxılışlarımız çap olunur. Ali məktəblərdəki dərsliklərlə bağlı aparılır. Maliyyə terminlərinin izahlı lüğətini hazırlamışıq və bu təkcə fond bazarının iştirakçıları üçün deyil, bu bazarla maraqlanan və gələcəkdə onun iştirakçısına çevrilə biləcək potensial şirkətlərin maliyyə menecerləri üçün nəzərdə tutulub.

 Bundan başqa, QKDK yanında təlim kursları fəaliyyətə başlayıb və sevindirici haldır ki, kurslara maraq göstərən daha çox tələbələrdir.

 Konkret fond bazarının canlandırılmasına gəlincə isə, bizimListinq məsləhət proqramı”mız var. Bu proqram çərçivəsində Azərbaycanda mövcud olankapital bazarından sərmayə cəlb etmək potensialı olan şirkətlərin siyahısını müəyyən etmişik. Aydın məsələdir ki, hər şirkət qiymətli kağızlar bazarına qatıla bilmir. Ən son məlumatlara görə, dünyada 17-20 milyon civarında müəssisə fəaliyyət göstərir, amma onların cəmi 49-50 mini fond birjalarında kotirovka olunub. Bunlar da iqtisadiçempionlar”, fərqlənən, uzunmüddətli hədəflərə nail olan şirkətlərdir. Doğrudur, kapital bazarından sərmayə cəlb etmək bank kreditləri ilə müqayisədə ucuzdur, amma bu ucuzluq həmin şirkətlərdən şəffaf olmağı, maliyyə hesabatlarını açıqlamağı tələb edir. Həmin müəssisələr qəbul edəcəkləri mühüm qərarları öncədən ictimaiyyətə bəyan etməlidirlər. Biz də Azərbaycanda belə şirkətləri müəyyən etmişikonlarla aparırıq. Həmin iri müəssisələrə bazarın üstünlüklərini izah edirik, kapital bazarından sərmayə cəlb etmək istəyən, buna ciddi niyyəti olan şirkətlərə yardım edirik, bazara çıxış üçün zəruri dəstək göstəririk.

 Əgər birinci qrup tədbirlər kapital bazarı haqqında zəruri bilik və marağı təmin edirsə, ikinci qrup tədbirlər, məsləhət proqramları həmin marağa uyğun nəticələrin formalaşmasına yardım edir. Ümid edirəm ki, bu proseslər nəticəsində növbəti il ərzində biz bir neçə şirkətin fond bazarına kütləvi təklifinə nail olacağıq.

 

 

Namiq Hüseynov

 

Baku Post.-2013.-6 aprel.-S.7.