I Ümumdünya Bakı Forumu

 

Bakıda Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu (MDBMİ) məzunlarının I Ümumdünya Forumu keçirilib. “Birlikdə gələcəyə doğrudevizi altında təşkil olunmuş forumda Rusiya, Ukrayna, Macarıstan, Çexiya, Bolqarıstan, Moldova, Polşa, Slovakiya, Kuba, Koreya Respublikası, İsrail, Qazaxıstan, Qırğızıstan, Çin, Vyetnams. ölkələrdən rəsmi şəxslər, nüfuzlu beynəlxalq təşkilatların, maliyyə və biznes nümayəndələri iştirak edib. Forum ümumilikdə 500-dən çox nümayəndəni, həmçinin Azərbaycanda, eləcə də xaricdə yaşayıb çalışan azərbaycanlı məzunları bir araya toplayıb.

 

“Müəllimlərimə təşəkkürümü bildirirəm”

 

 Burada mövcud olan ab-hava bizim xatırladığımız, heç vaxt unutmayacağımız və qiymətləndirdiyimiz Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutundakı ab-havanı tam əks etdirir”. Bunu forumda iştirak edən Prezident İlham Əliyev bəyan edib.  Dövlət başçısı xüsusi vurğulayıb ki, MDBMİ çox dərin və möhkəm ənənələrə əsaslanan ali təhsil ocağıdır: “Mənə dərs deyənlərin hamısına, mənim müəllimlərimə, professorlara, fakültə rəhbərlərimə təşəkkürümü bildirmək istərdim. Bizim rektorumuz, böyük insan Nikolay İvanoviç Lebedevə xüsusi təşəkkürümü bildirmək istərdim”. İlham Əliyev forumdan bir gün öncə Nikolay İvanoviçlə söhbət etdiyini deyibbildirib ki, Nikolay İvanoviç nəinki müasir beynəlxalq həyat məsələlərini dərindən və hərtərəfli bilir, həm də baş verən bütün hadisələri çox dəqiq təhlil edir.

 Dövlət başçısı qeyd edib ki, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu dünya səviyyəli, dünya miqyaslı ali məktəbdir və Azərbaycanda da çoxları Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda təhsil almağa çalışır:Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutundakı ənənələr bizə də sirayət etmişdir. Bizim ailə ənənələri davam edir. Mən çox şadam ki, Leyla da Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda yaxşı təhsil almışdır”.

 

 Unikal bilik və təcrübə

 

 İlham Əliyev deyib ki, həyatının 15 ili Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu ilə bağlıdır: Orada oxumuşam, sonra aspiranturaya daxil olmuşam, işləmişəm. Bu, unudulmaz illərdir. Yəqin ki, hər kəs üçün ən yaxşı illər gənclik, formalaşma illəridir. Mübaliğəsiz, tam səmimi deyə bilərəm ki, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda qazandığım bilik və təcrübə bu gün mənə işimdə kömək edir”.

 

 Azərbaycan son 10 ildə

 

 Dövlət başçısı Azərbaycanın keçdiyi yol barədə danışıb. Bəyan edib ki, son 10 ildə iqtisadi sahədə xeyli uğurlar qazanılıb, Azərbaycan dünyada iqtisadiyyatı ən sürətlə inkişaf etməkdə olan ölkələrdən birinə çevrilib: Son on ildə iqtisadiyyat 3 dəfə artmış, sənaye potensialı da təxminən 3 dəfə yüksəlmişdir. İri infrastruktur layihələri həyata keçirilmiş, yoxsulluq səviyyəsi təxminən 50 faizdən 6 faizə düşmüşdür, işsizlik göstəricisi 5 faiz həddindədir, xarici borcun həcmi təxminən ÜDM-in 7-8 faizi qədər, valyuta ehtiyatlarının həcmi isə təxminən ÜDM-in 70 faizi civarındadır. Ölkəmiz iqtisadi baxımdan özünü təmin edir. Çoxlu sosial məsələlər həll edilir”.

 

 Qeyri-neft sektoru genişlənir

 

 İlham Əliyev qeyd edib ki, energetika indiyə qədər iqtisadiyyatın əsası olaraq qalır və bu təbiidir, çünki sənaye üsulu ilə dünyada ilk dəfə neft hasilatı Bakıda olub, dəniz yataqlarından ilk neftdünyada ilk dəfə Bakıda çıxarılıb:Lakin indiki mərhələdə, enerji məsələləri ümumiyyətlə desək, bütövlükdə uğurla həll edildiyi bir vaxtda bizim əsas vəzifəmiz qeyri-neft sektorunu inkişaf etdirməkdir. Burada da çox görülür, hələ daha çox işlər görülməlidir. Lakin cari ilin ilk üç ayının statistikası göstərir ki, qeyri-neft sektorunun iqtisadiyyatı 11 faizdən çox artmışdır və bu, artıq Azərbaycan iqtisadiyyatının şaxələnməsinin göstəricisidir”.

 Müasir texnologiyalara, informasiya-kommunikasiya texnologiyalarına çoxlu sərmayə qoyulur. Bu ilin fevral ayında Azərbaycanın “Azərspace-1” adlı ilk süni telekommunikasiya peyki buraxılıb. Beləliklə, Azərbaycan kosmik ölkələr klubuna daxil olub.

 

Beynəlxalq reytinqlər

 

Azərbaycanın iqtisadi uğurları aparıcı beynəlxalq strukturlar tərəfindən də qeyd edilir. Üç aparıcı reytinq agentliyi – “Fitch”, “Moody’s” və “Standard & Poors” agentlikləri Azərbaycanın kredit reytinqini artırıblar, halbuki Avropa ölkələrinin çoxu əks mənzərə ilə qarşılaşıb.

 Davos Dünya İqtisadi Forumunun hesablamalarına görə, Azərbaycan iqtisadiyyatı rəqabət qabiliyyəti üzrə dünyada 46-cı yerdə və MDB-də birinci yerdədir.

 

Enerji diplomatiyası

 

Azərbaycan bütün qonşu ölkələrə neft, qaz, elektrik enerjisi ixrac edir və təbii ki, bu sahədə, xüsusən istehsalçı ölkələr arasında əməkdaşlıq indiki mərhələdə xüsusi əhəmiyyət kəsb edir: “Deməliyəm ki, enerji diplomatiyası məsələsi xarici siyasət məsələsi ilə birbaşa bağlıdır. Bu auditoriyada Azərbaycanın xarici siyasət təşəbbüsləri ilə əlaqədar bəzi məsələlərə toxunmamaq, yəqin ki, düzgün olmazdı. Biz çox fəal xarici siyasət yeridirik, bu siyasət artıq çoxdan bizim regionun çərçivələrindən kənara çıxmışdır. Tərəfdaşlarımız bizim regional miqyasda irəli sürdüyümüz təşəbbüsləri, əsasən, dəstəkləyirlər. Bu təşəbbüslər ilk növbədə, iqtisadi inkişaf məsələləri, inteqrasiya prosesləri, energetika ilə bağlıdır”.

 Dövlət başçısı deyib ki, rəsmi Bakı həm də qlobal beynəlxalq problemlərlə əlaqədar çox fəal müstəqil xarici siyasət kursu həyata keçirir.

 

Yeganə məzun prezident

 

İlham Əliyev bu forumun sonuncu olmayacağına ümidvar olduğunu bildirib: “Bəlkə də nəyisə artıq indi müzakirə etmək hələ tezdir, bəlkə də bunun əsl vaxtıdır. Lakin indicə söyləyəcəyim bir neçə amil nəzərə alınmaqla, mən Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun ikinci forumunu da Azərbaycanda keçirməyi təklif edərdim. Bir qədər qeyri-təvazökarlıq da olsa, deməliyəm ki, həmin amillərdən biri ondan ibarətdir ki, hələlik mən Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun məzunu olan yeganə prezidentəm. Bilirsinizmi, bəlkə də müəyyən şəraitdə yeganə olmaq xoşdur, lakin səmimi deyirəm, indiki halda mən istərdim ki, bizim məzunlar arasından həmkarlarım kampaniyası daha geniş olsun”.

 İ.Əliyev güman etdiyini bildirib ki, gələcəkdə  Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun məzunları olan dövlət və hökumət başçılarının forumu da keçiriləcək: “Əgər bu məsələyə əlifba nöqteyi-nəzərindən yanaşsaq, burada da Azərbaycan irəlidədir. Hələ onu demirəm ki, soyad üzrə yanaşsaq, yenə belədir. Buna görə bir daha tam ciddi şəkildə demək istəyirəm ki, biz bir ildən, iki ildən sonra, nə vaxt qərara alsaq, yenidən burada toplaşaraq ünsiyyətimizi davam etdirməyə çox şad olardıq”.

 

Dövlət başçısı forumun işinə uğurlar arzulayıb.

 

 MDBMİ-nin rektoru, Rusiya Elmlər Akademiyasının akademiki, bu ali təhsil ocağının 1972-ci il məzunu Anatoli Torkunov  Rusiya Prezidenti Vladimir Vladimiroviç Putinin forum iştirakçılarına göndərdiyi təbrik məktubunu oxuyub.

 

 

Kəmalə Abdıyeva

 

Bakı Post.-2013.-13 aprel.-S.2.