Yeddi dəfə özünü
oynayan
39 il bundan əvvəl ifa etdiyi kiçik rolda bir cümləsi ilə məşhurlaşan aktyor, respublikanın Əməkdar artisti Şamil Süleymanov milli kino sənətində öz yerini tutmuş simalardandır. Deyilənlərə görə o, məşhur olmağın sirrini aça bilib.Yəqin etmək olar ki, bu səbəbdən də həmişə çəkilişlərə cəlb olunur, kinodakı fəaliyyətindən tək özü deyil, yaradıcı heyətlər, tamaşaçı auditoriyası razılıq edir.
Bu il aktyor üç yeni filmə çəkiləcək. Ötən il yaradıcılığını uğurla başa vurmaqla filmlərin ekranlara çıxmasını səbirsizliklə gözləyir.
Ümumilikdə, Ş.Süleymanov 40-dan çox filmə çəkilib. Onların arasında “Babamızın babasının babası”, “Baladadaşın ilk məhəbbəti”, “Tütək səsi”, “Bəyin oğurlanması”, “Evlənmək istəyirəm”, “Yuxu”, “Əlvida, cənub şəhəri”, “Çölçü”, “Dolu”, “Etiraf”, “Əlavə təsir”, “Günaydın, mələyim!”, “Mahmud və Məryəm”, “Ölüm növbəsi”, “Sübhün səfiri” kimi ekran əsərlərinin adını çəkmək olar. Özü və sənət haqda məşhur kino aktyoru “New Baku Post”a aşağıdakıları söyləyib:
– Hazırda hansı filmə çəkilirsiz?
– Ötən il rejissor Elmar İmanovun quruluş verdiyi 4-5 qısametrajlı filmdən ibarət kinoalmanaxda rol aldım. Bu işdə yaxşı təcrübəm var. Çünki 1974-cü ildə “Ömrün səhifələri” kinoalmanaxındakı “Baladadaşın ilk məhəbbəti” çəkildiyim ilk film olub. Qısametrajlı filmləri həm sevirəm, həm də orada mənim işim alınır.
Əslən azərbaycanlı olan alman vətəndaşı E.İmanovun filmi ABŞ Kino Akademiyasının “Tələbə Oskar”ına layiq görülüb. Bu il isə üç yeni filmə təsdiq olunmuşam və “Ləkə” serialında çəkilirəm. Serialda öz adımla çəkilirəm. Bu vaxtadək altı Şamil rolunu oynamışam. Ən böyük arzum idi ki, yeddinci dəfə Şamili oynayım. Çünki Məkkədə də 7 dəfə olmuşam və 7 rəqəmini çox sevirəm.
– İfa etdiyiniz Şamillərin hansında özünüz varsınız?
– Hansı aktyor deyir ki, 80 ayrı xarakterli rol oynayıb, bu gəlişi gözəl sözdür. Bu təqribən şairlərin “saçlarımı ona görə daramıram ki, şairəm”, “şalvarımı ona görə ütülətdirmirəm ki, yaradıcı insanam” deməsinə bənzəyir. Ürək birdir. Şamillər içərisində mənim öz ürəyim yoxdursa, demək, mənim aktyorluğum bir qəpiyə dəymir.
– Axtarışında olduğunuz rol varmı?
– Əgər rola özümün verəsi heç nəyim olmursa, çəkilmərəm. Cinayət aləminin avtoritetlərindən birinin rolunu oynamaq istəyirdim. Nəhayət, “Ləkə” serialında Lal Şamil Dədə rolunu ifa etdim. Hər kəs düşünür ki, cinayət aləminin insanları qorxulu olur. Əslində isə onların arasında savadlı, mehriban olanları da var. Müəllim rolunu oynamaq istəyirdim, “Dolu” filmində bu istəyimə çatdım. Hətta döyüşdə də həmin müəllimin ziyalılığı bilinir. Ziyalının ölüm meydanında belə içindəki nuru göstərmək istəyirdim və buna da nail oldum. Bu mənim ən çox sevdiyim rolumdur... Bir də jurnalist rolunu oynamaq istəyirəm.
– “Baladadaşın ilk məhəbbəti”ndəki epizodik bir rolla və bir cümlə ilə yadda qaldınız. Sizcə, bunun sirri nə idi?
– “Baladadaşın ilk məhəbbəti”nin
rejissoru Fikrət Əliyev filmdə mənə rol tapa bilmirdi.
“A bala,
a bala, yox bir Əlibala” sözünü kim
desəydi, məşhurlaşacaqdı.
Bu söz sadəcə
yerinə düşdü.
Həmin
film, ümumiyyətlə, vaxtında
deyilən bir söz oldu, məqam sanki yerinə düşdü.
O vaxt melodrama, sevgi mövzularında bir boşluq vardı. Camaat “Leyli və Məcnun”
üçün darıxmışdı.
“Baladadaşın ilk məhəbbəti” “Leyli və Məcnun”un
müasir, xırda bir forması oldu.
– Tamaşaçılar Azərbaycan seriallarının
bəsit və quru təsir bağışlamasından şikayət
edir. Buna səbəb nədir?
– Bəzən insanlar ağıllı görünmək
üçün nəyisə
bəyənmirlər. Mən sual
verəndə ki, yaxşı serial hansıdır,
Türkiyənin zəif
seriallarını misal
çəkirlər. Elə serialın
adını çəkirlər
ki, məni döysələr də, ona baxmaram.
Azərbaycanda cəmi 10-15 serial çəkilib.
Bu sahədə hələ bişməmişik.
Bizə elə gəlir ki, hamı serial çəkə bilər.
Müğənnilərə elə gəlir ki, onlarda böyük aktyorluq istedadı yatır, aktyorlara elə gəlir ki, onlar mahnı oxuya bilərlər. Kim deyir ki, serial dünyaya
səs salmalıdır?
Yer üzünün əşrəfi
insandırsa, o da çox yaşayanda hərifləyir. Serial da uzandıqca marağı itir. Serial ölkəni tanıtdıracaq sənət
əsəri deyil.
Amma ki, Azərbaycanda da gözəl seriallar olacaq. Səttar Bəhlulzadə səviyyəsində
serialımız heç
vaxt olmayacaq. Çünki serialın sənət
olması haqqında məndə şübhə
var.
– Son illər çəkildiyiniz
bir neçə film hələ də ekranlarda nümayiş etdirilməyib. Efirə getməyən və
ya kinoteatrda nümayiş etdirilməyən
filmin taleyi sizi narahat edirmi,
heyifsilənirsizmi?
– Qətiyyən! Çünki əvvəl-axır nümayiş etdiriləcək.
Kim istəyər ki, çəkildiyi film arxivdə yatsın? Əgər sənət əsəridirsə,
mütləq üzə
çıxacaq.
Filmləri nə kinoteatrlarda göstərən qurum, nə
festivallara daşıyan
məsul bir adam var ki,
bununla məşğul
olsun. Varsa da çox zəifdir. Nəticədə film tamaşaçısız qalır.
Heç tamaşaçı da həyat yoldaşı
ilə kinoya getmir. Yol azıb, ya küləkdən qaçıb
kinoya getmək lazım deyil. Geyinib-bəzənib-düzənib kinoya getmək
lazımdır. Bunun əvəzinə
indi insanların bir-birilə ünsiyyət
yeri yas yerləridir.
Ölü yiyəsinə başsağlığı
vermək yox, gözəgörünmək üçün
yaslara gedirik.
– Pedaqoji fəaliyyətlə
məşğul olursunuz?
– Əfsuslar olsun ki, nə məni
ora dəvət edən, nə də ki, belə
bir həvəsim var. Həyatım boyu iki nəfəri
ali məktəbə hazırlamışam. Bəlkə də
riyaziyyat, tarixi öyrətmək olar, amma aktyorluq öyrədilmir.
Çəkiliş məkanında mənim
öz “ov yeri”m var. O məkana girmək olmaz. Döyüşsüz o yeri heç
kəsə vermərəm.
Ustad dərsini yalnız gələcəyini gördüyüm
gəncə verə bilərəm. İndiyədək cəmi bir dəfə
gənc aktyorla söhbət etmişəm.
Nə o, nə mən bilmişik
ki, mən ona ustad dərsi
verirəm.
– Azərbaycanda hansı mövzulu filmlərə ehtiyac var?
– Bütün mövzulara. Məhəbbət, vətənə
sevgi, ana-bala, qardaşla qardaş, qonşu
münasibətinə də
ehtiyac var. Qardaşlar
indi bir-birini ata evinin üstündə
məhkəməyə verir.
Dünyada ən çətin iş ana olmaqdır. Analarla balalar arasında indi elə hadislər
baş verir ki, məəttəl qalırsan. Bir də ki, nə
qədər “Əsli və Kərəm” olar? Bir dəfə də
qonşulardan yazsınlar.
Ümidə Həsənli
BakuPost.-2013.-21 avqust. - S.10.