Valeh Kərimov: “Moşu məni sevdirdi

 

Xalq artisti Valeh Kərimov yubileyinə hazırlaşır. Sənətkarın 44 il çalışdığı Sumqayıt Dövlət Musiqili Dram Teatrında ona həsr olunmuş tamaşa hazırlanacaq. Həyatını teatra bağlayan V.Kərimov bu illər ərzində az sayda kinoya çəkilməsinə heyifsilənir. “Bəxt üzüyü” filmindəki Moşu obrazı ilə tamaşaçı məhəbbəti qazanan Xalq artisti “Pəncərə” və “Yerlə göy arasında” filmlərinə də rol alıb. V.Kərimov həm də Mədəniyyət və İncəsənət Universitetinin müəllimidir:

Yeni teatr mövsümündə yaradıcılığınızda hansı yeniliklər gözlənilir?

– Təəssüf ki, filmə dəvət yoxdur. Yaxşı ki, o vaxt AzTV-ninBağdada putyovka var”, “Gəl, qohum olaq”, “Hərənin öz payı+tayı” kimi bir neçə televiziya filminə çəkildim. Güman var ki, yeni mövsümdə Sumqayıt teatrında yubileyimə həsr edilən tamaşa hazırlansın. Başqa tamaşalarda isə hər şey rejissordan asılıdır, hansı rolu versələr oynayıram. Əgər aktyorun imkanı var, sağlamdır, beyni işləyir, ağlı, əli-ayağı yerindədirsə, o, səhnədə olmalıdır ki, xalq da baxıb sevinsin, gülsün, kədərlənsin... Çox istərdim ki, filmlərə çəkilim. Amma teatrı çox sevirəm. Teatra görə kinonu qurban verərəm.

Rejissordan asılılıq sizi yormur ki?

– Biz ancaq rejissorlardan xahiş edə bilərik ki, filan rolu mənə ver. O da istəsə verər, istəməsə yox. Xahiş etdiyim rollar olub. Lakin çox vaxt mənfi cavab almışam. Rejissorların bir sözü var: “Səni bu rolda görmürəm”. Amma mən özümü o rolda hiss etmişəm. Arzuladığım rollar indi var, ancaq onları cavanlıqda oynamaq olardı. Hərçənd, ötən əsrin ortalarında teatrda 60-70 yaşlı aktyorlar Romeo, Cülyetta oynayırdı. Həmin vaxt teatrlarda cavan aktyorlar yox idi. İndi çox arzu edərdim ki, Şeyx Nəsrullahı Qərb dramaturqlarının əsərlərindəki yaşıma uyğun obrazları canlandırım.

Rejissor olmaq istəmisinizmi?

Rejissor olanda da özümü baş rolda görməmişəm, başqalarını hazırlamışam. Çox vaxt rejissor özü hazırladığı tamaşada oynayır. Bu həmişə yaxşı alınmır. Hətta böyük rejissorlar görmüşəm ki, hazırladıqları tamaşalarda hamıdan zəif oynayıb. Çünki onun fikri tamaşada, bütün aktyorların oyununda qalır öz obrazına kifayət qədər vaxt sərf edə bilmir. Dərbənd Füzuli Teatrlarında tamaşalar hazırlamışam. Bir ay bundan əvvəl Ağdam TeatrındaGəl, qohum olaqəsərini hazırladım, özüm rollardan birini ifa etdim. Üç gün anşlaq oldu.

Seriallara dəvət alırsınızmı?

– “Bir kəndin sevinciadlı serialda çəkildim. Digər seriallara isə baxa bilmirəm. Görünür, köhnə fikirli adamam. Biz məktəb görmüşük, başqa cür işləmişik. Mən Teatr İnstitutunu (İndiki Mədəniyyət İncəsənət Universiteti) bitirmişəm, müəllimlər görmüşəm. Başqa bir seriala da dəvət etmişdilər. Gətirib bir vərəq verdilər ki, bunu çəkəcəyik. Soruşdum ki, bəs, pyes hanı? Cavab verdilər ki, bu gün yazılır, sabah çəkilir. Dedim bunu bacarmaram. Burda hansı fikir, düşüncə ola bilər, axı?

Sizcə, Azərbaycan kinosu hansı dövrünü yaşayır?

– O vaxtlar kino tamaşalarda təhsillərini Moskvada alan professionallar işləyirdi. İndi onlardan tək-tük qalıb. Xüsusi ssenari kursları, rejissorluq sənətini öyrənir, film çəkməyin qaydalarını bilirdilər. Mən film çəkə bilərəm, amma o səviyyədə peşəkar olmayacaq. İndi videorejissorların çəkdiyi əsərlər professional filmə oxşamır. Sovet dönəmində çəkilmiş serialları – “Kölgələr günorta yox olur”, “Əzablı yollarla”, “Baharın 17 anı”nı oturub izləyirdik, sabahı səbirsizliklə gözləyirdik ki, ardına baxaq. Professionallıq üçün oxumaq lazımdır. İndi tələbələr oxumağı xoşlamır.

Niyə?

Çoxu deyir ki, Bakı Dövlət Universitetinə girmək istəyib, balı çatmadığı üçün bura düşüb. Amma getmirlər, oxumurlar. Mən evdə danlandım, atam üzümə baxmadı, küsdü, ancaq dedim ki, bu sənətin sahibi olacam. Bir çox sənətkarlarımız başqa universitetlərə girib, lakin təhsili yarımçıq qoyub bu sənətin arxasınca gedib. Biri elə Səməndər Rzayev. Onlar məhz bu sənətə gəlmək üçün hər şeydən keçiblər, gecə-gündüz institutdan çıxmayıblar. Tələbəçilikdə Adil İsgəndərov, Mehdi Məmmədov, Tofiq Kazımov, Hökumə Qurbanova, Müxlis Cənizadə, Həsənağa Salayevi görəndə fəxrdən yerə-göyə sığmırdık ki, belə müəllimlərimiz var.

Əfsanəvi sənətkarlarəlçatmazidi....

Həmin dönəmdə bir telekanal vardı. Həftədə, ongündə bir aktyor ekrana çıxırdı hamı görürdü. İndi bütün aktyorlar hamısı teleseriallardadır, tamaşaçı onları bütün telekanallarda görür, bezir. Tək aktyorlar yox, müğənnilər belədir.

Moşu obrazı həyatda sizə dayaq oldu, yoxsa damğa?

Moşu tanınmağıma sevilməyimə dayaq olsa da, sənətdə damğaya çevrildi. Eşitmişəm deyiblər ki, o, oynasa Moşuya oxşayacaq. Amma başqa obrazlar oynayanda Moşu heç yadıma da düşmür. Elə bilməyin ki, aktyor oynadığı rolun dəli-divanəsi olur. Oynadığım digər obrazlarda Moşudan əsər-əlamət yoxdur. Bəxt üzüyü”nə üç dəfə baxmışam. Baxanda deyirəm ki, kaş burasını belə edərdim, orasın elə oynayardım. Bir kinoya on dəfə baxanlara təəcüb edirəm.

Daha çox aktyor kimi xoşbəxtsiniz, yoxsa insan kimi?

Aktyor kimi bəxtim gətirib: tanınmışam, sevilmişəm. Dövlət xalq sənətimə qiymət verib. Ailə başçısı kimi xoşbəxtəm, övladlarım, nəvələrim var. Lakin üç övladımın heç birinin bu sənətə marağı yoxdur.

Niyə? İstəməzdiniz ki, onlar da sizin kimi məşhurlaşsın?

  Bu sənətdə sevilmək asan deyil, hamının bəxti gətirmir, ya sevilirsən, ya nifrət qazanırsan. İstedad, təbiilik lazımdır. Elə şeylər var ki, tamaşaçıda ikrah oyadır. Aktyor obrazı hiss edərək, duyaraq oynamalıdır. Heç nəyi güldürmək xatirinə etməməlidir. Aktyor səhnədə tamaşaçı ilə elə təmas qurmalıdır ki, istəyəndə onları güldürüb, istəyəndə ağlatsın. Mən bunu bacarıram.

vaxtsa başqa teatra getmək istəmisiniz?

Musiqili Komediya Akademik Milli Dram Teatrında dəvətlə tamaşa oynamışam. Hər zaman arzum olub ki, Akademik Milli Dram Teatrında işləyim. 1980-ci illərdə rəhmətlik Tofiq Kazımov məni işə götürürdü. Amma Sumqayıt Teatrından buraxmadılar. 2000-ci ildə isə “Dar ağacıtamaşasında oynayanda Həsən Turabov işə götürürdü. Nazirlikdən isə bildirdilər ki, Sumqayıt Teatrına lazımsan...

 

Ümidə Həsənli

 

BakuPost.-2013.-28 avqust. - S.10.