Dünəndən sabaha addımlayan inam

 

Azərbaycan idmanının inkişafında Heydər Əliyev amili danılmazdır. Çünki o,  respublikaya rəhbərlik etdiyi hər iki dövrdə bu sahəyə xüsusi önəm verib. Veteran futbolçu, 1966-cı il SSRİ çempionatının bürünc medalını qazanmışNeftçi”nin ən bacarıqlı oyunçularından olmuş Kazbek Tuayev bu fikirdədir. O, həm sovetlər dönəmində, həm müstəqillik illərində şahidi olduğu xeyli hadisəni yada saldı, Heydər Əliyevlə bağlı xatirələrini danışdı:

Heydər Əliyev sovet Azərbaycanına rəhbərlik etməyə başlayanda, 1969-cu ildə sizNeftçi”nin aparıcı oyunçularından sayılırdınız. O dövrü necə xatırlayırsınız?

Heydər Əliyev haqqında çox danışmaq olar. Mən onun sovet dönəmində respublikaya rəhbərlik etdiyi dövrdəki fəaliyyətinin şahidiyəm, müstəqillik illərində gördüyü misilsiz işlərinin . İlk görüşümüz yaxşı yadımdadır. Heydər Əliyevin Mərkəzi Komitənin birinci katibi təyin olunmasından sonra Azərbaycanda hər şey müsbət istiqamətdə dəyişməyə başladı. Bütün sahələrdə görünməmiş fəallıq nəzərə çarpırdı. Əlbəttə, ulu öndər idmanı da yaddan çıxarmırdı bizi, “Neftçikomandasını qəbul etdi, uğurlar arzuladı. Bütün futbolçuların problemi ilə maraqlandı, onların sosial vəziyyətinin, mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində real addımlar atdı. Mən, eləcə futbolçu dostlarım Heydər Əliyevin qayğıkeş münasibətini həmişə sonsuz minnətdarlıq hissi ilə xatırlayırıq.

İdmanın bütün növlərinə diqqət olduğunu dediniz. Bu, nəticələrdə əksini tapırdımı?

Əlbəttə. İdmanın Azərbaycanda sevilən bütün növlərinin tərəqqisi üçün lazımi təlimatlar verilmişdi. Hazırda ölkəmizdə idmanın ümumi maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində görülən işlərin təməli məhz Heydər Əliyev tərəfindən qoyulub. Onun Azərbaycana ilk rəhbərliyi dövründə yeni stadionlar, idman qurğuları inşa edildi. Sevindirici haldır ki, bu ənənə indi uğurla davam etdirilir. Görün, Azərbaycanda necə möhtəşəm yarışlar, dünya, Avropa çempionatları təşkil olunur. İnfrastruktur olmasa, onları reallaşdırmaq mümkündürmü? Təbii ki, mümkün deyil. İndi Azərbaycanda 2015-ci il ilk Avropa oyunlarına ciddi hazırlıq işləri gedir.

 İnfrastrukturdan söz düşmüşkən, 1978-ci ildə Heydər Əliyevin qərarı ilə Bakıda xüsusi futbol məktəbi açıldı mən həmin məktəbə rəhbər təyin olundum. Heç bilirsiz, orada qədər istedadlı futbolçular yetişdi. Ümummilli liderin hər bir məsələyə özünəməxsus şəkildə yaradıcı yanaşması valehedici idi. Heyran qalmaya bilmirsən.

Azərbaycan milli komandası rəsmi oyunda ilk qələbəni sizin baş məşqçiliyiniz altında qazanıb. Heydər Əliyevin stadionda görüşü izləməsi yəqin unudulmaz anlardandır

Qarabağ müharibəsi ilə əlaqədar milli komanda ev oyunlarını Türkiyənin Trabzon şəhərində keçirirdi. AVRO-1996-dan fərqli olaraq, 1998-ci il dünya çempionatının seçmə oyunları artıq Bakıda təşkil olundu. Əlaqədar qurumların buna razılıq verməsində Heydər Əliyevin son dərəcə böyük rolu oldu. Paytaxtda keçirilən ilk rəsmi oyunda rəqib İsveçrə yığması idi. Azərbaycan prezidentinin oyunu stadionda izləməsi məsuliyyət hissini birə-beş artırmışdı, həm bu, biz məşqçilər, təbii ki, xüsusilə, futbolçular üçün əlavə stimul idi. Çox sevinirəm ki, biz 1996-cı ilin 31 avqust günündə o böyük insana qələbə hədiyyə etdik. İnanın, sevincimizin həddi-hüdudu yox idi, sanki dünya çempionu olmuşduq. Açığı, Heydər Əliyevdə qeyri-adilik vardı, ayağı çox düşərli olurdu. vaxt stadiona gəlirdi, biz qələbə çalırdıq. Bax, İlham Əliyevin qədəmi o cür uğurludur.

 

Heydər Əliyev siziŞöhrətordeni ilə təltif edib. O gün yaddaşınızda necə qalıb?

Ölkənin ən dəyərli mükafatlarından birinə layiq görülmüşəm. Fəxr edirəm ki, ordeni mənə Heydər Əliyev kimi dahi şəxsiyyət təqdim edib. Ona görə daxilən özümü olduqca rahat hiss edirəm. Tam səmimi deyirəm, Heydər Əliyev kimi böyük insan tərəfindən mükafatlandırılmaq çox şərəflidir. Görüşümüz zamanı ulu öndərlə aramızda həmişə maraqlı dialoq olub. Görüşlərimizin birində məndən yenə Neftçi”də işlədiyimi soruşdu, dedim xeyr. Cəmi bir gün sonra komandadan zəng vurub məni baş məşqçi təyin etdilər.

 Heydər Əliyev mənən, ruhən həmişə bizimlədir. Çünki əməlləri yaşayır, müstəqil Azərbaycan onun başladığı yolla uğurla addımlayır. Biz yaşlı nəslin nümayəndələri ölkənin gələcəyindən çox arxayınıq, çünki Azərbaycana öndərin siyasi kursunun layiqli davamçısı İlham Əliyev kimi müasir düşüncəli bir insan rəhbərlik edir. Məhz Prezident İlham Əliyevin fəaliyyətinin nəticəsidir ki, Azərbaycanın beynəlxalq aləmdə nüfuzu gün-gündən artır, müstəqil siyasət yürüdən məmləkətimiz dünyanın aparıcı ölkəsinə çevrilib. Əminəm ki, gələcəkdə daha böyük nailiyyətlər əldə olunacaq.

 

 

Kamal Rza

 

BakuPost.-2013.- 12 dekabr. - S.9.