Tarixi missiya

 

 Heydər Əliyevin vəfatından 10 il ötür. Amma neçə illər ötsə , qədər Azərbaycan olacaq, o qədər Heydər Əliyev olacaqmüasir Azərbaycanın banisi, Azərbaycan dövlətinin yaradıcısı”. Bizimlə söhbətə bu sözlərlə başlayan Milli Məclisin vitse-spikeri Ziyafət Əsgərov tarixə nəzər saldı: “90-cı illərin əvvəllərinə qayıtsaq görərik ki, o vaxt Azərbaycanın vəziyyəti olduqca acınacaqlı idi. Hər an vətəndaş müharibəsi başlaya bilərdi. Ölkəni o cür çətin durumdan çıxarmaq hər siyasətçinin işi deyil tarix göstərir ki, yalnız fenomenal qabiliyyətə malik insanlar elə çətin vəzifənin öhdəsindən gələ bilir.

 Heydər Əliyev həmin nadir şəxsiyyətlərdəndir. Azərbaycanın ən çətin vəziyyətində məsuliyyəti öz üzərinə götürən böyük siyasətçi ölkəni fəlakətdən qurtardı. Ona görə , müasir Azərbaycan həqiqətən Heydər Əliyevin şah əsəridir. Bunu böyükdən-kiçiyə, hər kəs dərk etməlidir”.

 Baxmayaraq ki, Heydər Əliyev Naxçıvanda idi, bütün Azərbaycan onu siyasi lider kimi qəbul edir, xalqın xilaskarı sayırdı. Bu, Heydər Əliyevə imkan verirdi ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müəyyən işlər görsün. Sözsüz ki, bu işləri hələ Naxçıvanda ikən görürdü.

 Heydər Əliyevin böyüklüyü beynəlxalq aləmdə nüfuzu, apardığı düzgün siyasət nəticəsində Naxçıvan işğaldan qurtuldu. O zamanlar Rusiyanın rəsmi nümayəndəsi Vladimir Kazimirovla görüşən Heydər Əliyev Dağlıq Qarabağla bağlı həmçinin Türkiyə Avropadan gəlmiş siyasətçilərlə bir sıra uğurlu müzakirələr aparmışdı.

 1993-cü ildə prezident seçildikdən sonra Heydər Əliyevin imkanları artdı, səlahiyyətləri genişləndi danışıqları artıq ölkə başçısı kimi aparmağa başladı. Nəticədə 1994-cü ilin mayında Ermənistanla atəşkəs rejimi barədə razılıq əldə olundu. Baxmayaraq ki, ermənilər cəbhə bölgəsində mütəmadi olaraq atəşkəs rejimini pozurlar, həmin sənəd hələ qüvvədədir.

 Bu illər ərzində intensiv sülh danışıqlarının aparılması üçün Azərbaycan üzərinə düşən mühüm tarixi missiyanı beynəlxalq hüquq çərçivəsində yerinə yetirib praqmatik siyasətini davam etdirir. Təbii ki, Azərbaycan məsələnin ərazi bütövlüyünün təmin olunması şərti ilə sülhlə həllinə tərəfdardır. Bu təməl fikir də məhz Heydər Əliyevin dövründən məqsədə çevrilib.

 

Ziyafət Əsgərov, MM-in vitse-spikeri

 

BakuPost.- 2013.- 12 dekabr. - S.2.