“Təki sən xoşbəxt ol...”

 

Əməkdar artist Könül Xasıyeva  dekabrın 28 - 29-da Heydər Əliyev SarayındaQayıt, olaradlı solo konsert proqramı ilə çıxış edəcək. Bu, xanəndənin Sarayda sayca üçüncü konsertidir. Sonuncu dəfə isə xanım müğənni bu ilin aprel ayında Tofiq Bəhramov adına Respublika Stadionunda 18 min tamaşaçının iştirakı ilə musiqi “qonaqlığı” verib. Əməkdar artistNew Baku Posta müsahibəsində yaradıcılığı, həyatı və növbəti konserti haqqında maraqlı məqamlara toxunub.

– Konsertdə hansı yenilikləri olacaq?

İlk solo konsertim 2006-cı ildə olub. Sonra isə 2011-ci ildə Sarayın səhnəsinə çıxdım və bir də qismətimə bu il düşdü. Konsertin adı mahnılarımdan birindən götürülüb – “Qayıt, nə olar” adlanır. Bu ad simvolikdir. Dekabrın 31-i Dünya azərbaycanlılarının həmrəylik günüdür. Konsertin təşkilatçısı da Dünya azərbaycanlıları Mədəniyyət Mərkəzidir. İstədik ki, konsert vasitəsilə insanları həmrəyliyə, birliyə çağıraq.

  Mən sənət adamıyam. Belə adamlar coşqun, çılğın olur. Amma biz musiqisiz yaya bilmirik.  Repertuarda xalq mahnıları muğamlar olacaq. Hər konsertdə bir dəsgah muğam oxuyuram. Əvvəlki konsertlərimdəMirzə Hüseyn, “Şur”, “Zabul Sehagdəsgahını ifa etmişəm. Bu dəfə isəBayatı-Şiraz”ı təqdim edəcəm.

Yeni disk zaman işıq üzü  görəcək?

Bir həftəyə hazır olacaq. Vətən həsrətiadlanır. Burada yalnız  Qarabağ   vətənpərvər ruhlu muğam xalq mahnıları toplanıb. Aktyor Nadir Hüseynov da şeirlər ifa edib.

Ümumiyyətlə, yaradıcılığınızda bəstəkar mahnılarına   qədər  yer verirsiniz?

Xalq mahnıları da elə bəstəkar mahnılarıdır. Çünki onu da kimsə bəstələyib oxuyub. Sadəcə, vaxt kim tərəfindən yazıldığı məlum olmadığına görə xalqın içərisindən çıxan mahnılar kimi təqdim edilib. Amma  bunların hamısının müəllifi var.

Sizin ifanızdaGecələrmahnısı xüsusilə sevilir. Bu mahnının sizin həyat yaradıcılığınızda hansı rolu olub?

  Bu mahnının həyatımla sıx bağlılığı var. 2000-ci ilin noyabr ayında Bakıda baş vermiş zəlzələ zamanı stress yaşadım. Sonra  ağrılı-acılı gecələrim oldu. İnsanın bir yeri ağrıyanda gündüzlər birtəhər keçir, ancaq gecələr ağrılar artır. Ona görə Gecələrmahnısı ruhuma duyğularıma çox yaxındır.

Bəzi müğənnilər deyir ki, konsert təşkil edəndə maliyyə çətinliyi ilə üzləşirsən. Çünki sponsor tapmaq, biletləri satmaq çətindir. Bu barədə fikriniz necədir?

Mənim çətinliklərim var. Biletlərin paylanması mütləqdir, ya bizdən istəyirlər, ya özümüz təklif edirik. Açıq kassa satışı çətindir.  İnsanlar məlumatlı olmadan iki günlük konsertdə zal dolmaz. Bu işi ya öz vəsaitin ilə görməlisən, ya da imkanlı şəxslərdən dəstək gəlməlidir, onlar telekanallarda anonsların yerləşdirilməsinə kömək edə bilər. Konsertə bir həftə qalmış telekanalların birində anonslar gedəcək. Şəhərdə böyük baner qoyulub, ancaq afişalar azdır. Konsertə biletlərin qiyməti 10 manatla 50 manat arasında dəyişir. 

Qonaq müğənni olacaqmı?

 

Fasilədə bacım qızı Gülnar Haşımova oxuyacaq. Asəf Zeynallı adına Musiqi Kollecinin muğam şöbəsini bitirib, Alim Qasımovun tələbəsi olub. Hazırda M. Maqomayev adına 26 saylı musiqi məktəbində dərs verir.

Sizdən əvvəl ailənizdə musiqiçi olub?

Anamın gözəl səsi var. Atamın gözəl şeirləri var, kiçik qardaşım Namiq  bariton səsə malikdir. Mən çalışsam da onu sənətə gətirə bilmədim...

Özünüz  şeir yazmısınızmı ya mahnı bəstələmisinizmi?

– 2011-ci ildəSənə olan məhəbbətimadlı şeirlər kitabım çap edilib dörd mahnı bəstələmişəm. Böyük məmnuniyyətlə başqa bəstəkarların da şeirlərimə mahnı yazmasını istərdim.  Hardasan?” adlı şeirimə Cabbar Musayev mahnı bəstələyib onu Elxan Şirinov ifa edib. 

İfalarınızda lirika üstünlük təşkil edir. Bu nədən irəli gəlir?

Uşaqlıqdan lirikaya köklənmişəm. Həyatda gözəl günlərim az olub, çox çətin günlər yaşamışam.  Atam oxumağa icazə vermirdi.  Hər zaman tərəddüd, qorxu, həyəcan içərisində olmuşam. Amma ruhdan düşməmişəm, zəhmətə qatlaşıb pillə-pillə qalxmışam.

Tələbələriniz varmı?

M.Maqomayev adına 26 saylı musiqi məktəbində dərs deyirəm. Bu yaxınlarda Dünya azərbaycanlıları Mədəniyyət Mərkəzində muğam şöbəsinin rəhbəri təyin etdilər. Tələbələrim çoxdur. İnanıram ki, onlar Vətənimizi xaricdə layiqincə təmsil edəcək.

İstedad səsi olan adam üçün təhsil vacibdirmi?

Təhsil  vacibdir. Hər zaman savadın tərəfdarı olmuşam. Bacım-qardaşım övladlarının hamısını oxutdurmuşam. Savad, mədəniyyət tərbiyə bir arada olmalıdır. Biri çatmasa yarımçıq olarsan.

Başqa janrlarda mahnılara münasibətiniz necədir?

Şövkət Ələkbərova həm müəlliməm, həm mənəvi anam olub. Onun ifalarını hər zaman dinləyirəm. Akif İslamzadə, Flora Kərimovanın ifasını çox bəyənirəm. İncəsənətin hər bir qolunu sevməliyik.

 Xoşbəxt olşeirimə Aybəniz Haşımova musiqi bəstələdi. Özü , mən ifa etdik.

 

Ötdü gənclik çağı hayanda qaldı,

Azdı öz yolunu dumanda qaldı.

Mənim xoşbəxtliyim gümana qaldı.

Təki sən xoşbəxt ol, xoşbəxt ol gülüm.

 

Bitib arzularım, sönüb həyatım.

Daha danışım, daha yazım?

Matəm içindədi səsim, avazım,

Təki sən xoşbəxt ol, xoşbəxt ol, gülüm.

 

 

Ümidə Həsənli

 

Baku Post.-2013.-18 dekabr.-S.10.