Azərbaycanın cəlbedici TASİM xətti

 

Qərb Şərqi bir-birinə bağlayan  şəbəkə – “Trans-Avrasiya Super İnformasiya Magistralı” (TASİM) layihəsini məhz bu cür adlandırırlar. TASİM - İKT ilində Azərbaycanın adının hallandığı ən iri infrastruktur layihələrdən biridir. 

Uzun illər ərzində regionu yüksək keyfiyyətli internet rabitəsi ilə təmin edəcək bu layihə Azərbaycan dövlət başçısının təşəbbüsü və dəstəyi ilə ərsəyə gəlib”. TASİM layihəsinin direktoru Zaur Həsənov söhbətində məhz bu məqamı vurğulamağı vacib bilir.

– Dünyanın diqqət mərkəzində olan TASİM layihəsinin cəlbedici məqamları hansılardır?

– Azərbaycan son illər bir çox sahələrdə irimiqyaslı və uğurlu layihələrə imza atıb. İndi isə ölkəmiz bütün dünya üzrə informasiya təminatı sahəsində Şərqlə Qərbi birləşdirən bir xəttin yaradılmasına başlayır. Bu təşəbbüs Azərbaycan hökuməti tərəfindən irəli sürülübPrezident İlham Əliyevin birbaşa nəzarətindədir. İnformasiyakommunikasiya texnologiyalarının prioritet olduğunu bir daha sübut edən Azərbaycan özünün sərfəli coğrafi mövqeyindən növbəti dəfə faydalanacaq.

TASİM layihəsi vacib regional təşəbbüsdür və onun əsas məqsədi AvropaAsiya arasında optik əlaqənin strateji marşrutunu çəkmək, həmçinin ümumilikdə Avrasiya regionunda rabitə infrastrukturunun modernləşməsinə nail olmaqdır. Bu baxımdan Azərbaycanın böyük tranzit potensialı var. Çünki Avrasiya regionu əsas beynəlxalq internet magistrallarından uzaqda yerləşdiyindən, TASİM həmin ölkələrin regional İnternet şəbəkəsinə daha çevik və etibarlı çıxışına imkan yaradacaq. Bu da AvropaAsiya arasında yerüstü marşrutlarla TASİM-i daha cəlbedici edir. Çünki xətt üzrə Bulud Texnologiyaların tətbiqi, yüksək tutumlu (HD kefiyyətində) yayımın təmin olunması, mobil telefonlar üzrə bir çox əməliyyatların aparılması mümkün olacaq.

Bir qədər konkret danışsaq, layihə çərçivəsində iki tranzit dəhliz: Cənub Çin-Qazaxıstan-Azərbaycan-Gürcüstan-Türkiyə-Almaniya və Şimal Çin-Qazaxıstan-Rusiya-Ukrayna-Polşa-Almaniya dəhlizlərinin tikilməsi nəzərdə tutulub. Faktiki olaraq, fiber-optik rabitənin Avrasiyanı əhatə edən halqası yaradılacaq.

TASİM-in Azərbaycan və ümumiyyətlə region ölkələri üçün əhəmiyyətindən danışsaq, ilk əvvəl hansı məsələləri qeyd etməliyik?

– Layihənin reallaşması ümumilikdə regionun inkişafına səbəb olacaq. Çünki müasir dövrdə məlumatın ötürülməsində daha tutumlu ötürücü vasitələrinə böyük tələbat var. Məsələn, artıq bəzi Asiya ölkələrində HD müasir format kimi qəbul olunmur. Yeni qəbul edilən formatların tutumu HD-dən 3-4 dəfə böyükdürbu informasiyanı yerüstü kabeldən başqa digər yolla ötürmək mümkün olmur. Hazırda dünya üzrə internet və rabitənin 95%-i okean altından çəkilən xətlərlə ötürülür. Halbuki, ən etibarlı variant yerüstü kabellərdir. Çünki okean altından uzanan xətlər üzərindən nə yeni xidmət, nə də yeni yerləri yaratmaq mümkün olmur. Bu variantda heç Bulud Texnologiyalarının tətbiqi də mümkün deyil. Halbuki, indi bütün dünya Bulud Texnologiyasına keçir, hətta bəzi elektron hökumətlər də “Buluddan istifadə edir. Bu kabelin üstünlüyü ondadır ki, sonradan onun ötürmə qabiliyyətini artırmaq, saniyədə 0,5 terabayt-dan 10 TB/san sürətinə kimi qaldırmaq mümkün olacaq.

Konkret Azərbaycan üçün faydasından danışsaq, ölkədə İnternetin qiymətinin düşməsi gözlənilir, mobil applikasiyalardan istifadə daha da asanlaşacaq, bir çox tətbiqetmələr daha tez yüklənəcək. Nəqliyyat sistemində GPS-in real rejimdə istifadə imkanları yaranacaq. Bununla da yollardakı vəziyyət, tıxacların harada olub-olmamasını öyrənmək mümkün olacaq.

Ümumiyyətlə, TASİM-i sırf kommersiya layihəsi adlandırmaq da düzgün olmazdı. Yəni, layihənin siyasi, sosialiqtisadi tərəfləri də var və getdikcə TASİM-in əhəmiyyəti daha da artır.

Təsəvvür edin, BMT müzakirələrində Ermənistan da bu layihəyə marağının olduğunu açıqladı.

– TASİM-ə bu dərəcədə marağın olması nəyin göstəricisidir?

Bu, bir daha sübut edir ki, Azərbaycan dövləti düzgün istiqamət seçib və lazım olan vaxt çərçivəsində çox uğurlu bir təşəbbüsə imza atıb. Bu layihə həmçinin Azərbaycanın beynəlxalq nüfuzunun, regionda artan rolunun, qlobal İKT bazarında əsas oyunçuya çevrilmək istəyinin göstəricisidir. BMT-də təşəbbüslə çıxış etmək və üç  qətnamənin qəbuluna nail olmaq elə də asan məsələ deyil. Bu, böyük diplomatik səylər, həmfikir ölkələrin dəstəyinə nail olmaq üçün geniş beynəlxalq fəaliyyət tələb edir. TASİM-in reallığa çevrilməsi sosial-iqtisadi bəhrələrini verməklə yanaşı, Azərbaycanın beynəlxalq nüfuzunun artmasında yeni bir mərhələ olacaq.

– Hazırda TASİM-lə bağlı işlər hansı mərhələdədir?

İlk dəfə bu təşəbbüs 2008-ci ilin noyabrında 14-cü BakuTel sərgisində nazirlərin görüşü zamanı irəli sürülmüşdü. 2009-cu ildə BMT Baş Assambleyasının 64-cü sessiyasında ilk dəfə bu layihə ilə bağlı qətnamə qəbul olundu, 30 ölkə TASİM-in əlaqələndirilməsində Azərbaycanın xüsusi rolunu qeyd etdi. Bundan sonra BMT-də daha iki qətnamə qəbul olunub. Qətnamələrdə  regionda telekommunikasiya tranzit yollarının inkişafına töhfə vermək məqsədilə hökumətlər, özəl sektor, vətəndaş cəmiyyəti və beynəlxalq inkişaf institutları arasında əlaqələndirmənin təkmilləşdirilməsi üçün Azərbaycan hökumətinin irəli sürdüyü Avrasiya Rabitə Alyansının (EuraCA) təsis edilməsi təklifi öz əksini tapıb.

Bu ilin dekabrında isə Çin, Qazaxıstan, Rusiya və Türkiyənin mobil operatorları, həmçinin Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyalarının Beynəlxalq Əlaqələr və Hesablama Mərkəzinin rəhbər şəxslərinin iştirakı ilə Anlaşma Memorandumu imzalanıb. Bu memorandum TASİM layihəsinin gələcək konturlarını müəyyən edərək, bu layihədə iştirakçı operatorların vəzifə və səlahiyyətləri, maliyyə öhdəlikləri və hüquqi statuslarını əks etdirib.

Altı ay ərzində TASİM-lə əlaqədar prinsipial razılaşma sənədi imzalanacaq. Bu sənəddə artıq görüləcək işlər konkret təfərrüatı ilə göstəriləcək.  TASİM layihəsi üzrə magistral xəttin 2016-cı ilədək tikilib qurtarması gözlənilir.

Gələcəkdə TASİM-in hansı istiqamətdə genişləndirilməsi mümkün  ola bilər?

– Hazırda Asiyanın 20-yə yaxın ölkəsi bütün toplantılarına TASİM-dən ekspertləri dəvət edir və hər dəfə də qırmızı xətlə qeyd olunur ki, bu layihə Avropa ilə Asiyanı birləşdirən xətdir. Dünya Bankı, Dünya İqtisadi Forumu ilə işləyirik. TASİM-i fərqləndirən göstəricilərindən biribu layihə məhz Davamlı İnkişaf Çağırışlarına, həmçinin PPP sistemi (Private Public, Partnership) üzərində qurulmasıdır.

 Çünki bu layihədə həm dövlət, həm də özəl qurumlar əməkdaşlıq edir. Həm də fikir verin ki, bu, eyni ölkənin yox, ayrı-ayrı ölkələrin özəl və dövlət təşkilatlarını birləşdirir.

Layihədə Çin (Chinatelecom), Qazaxıstan (Kaztranscom), Rusiya (Rostelecom), Türkiyə (Turktelekom) təmsil olunduğu halda, Azərbaycandan RİTN-in Beynəlxalq Əlaqələr və Hesablama Mərkəzi memorandumu imzalayıb.

Gələcəkdə TASİM marşrutlarından həm də Orta Asiya, Əfqanıstan, Pakistan, Monqolustan və digər ölkələrdə internetə çıxış şəraitini yaxşılaşdırmaq üçün istifadə oluna bilər.

 

BakuPost.-2013.- 24 dekabr. - S.9.