Əfsanələr diyarı
Üç il bundan əvvəl Azərbaycan
Respublikası Mədəniyyət
və Turizm Nazirliyi tərəfindən
2010-2014-cü illər üçün
Xalq Yaradıcılığı
Paytaxtları Proqramı
təsdiq edilib. Proqramın məqsədi Azərbaycanın
qeyri-maddi mədəni
irsinin qorunması, bərpası, təbliği
istiqamətlərində görülən
işlərin davamıdır.
2013-cü ildə Zaqatala folklor, Göygöl sənətkarlıq, Xaçmaz əfsanələr paytaxtı elan edilib. Xalq Yaradıcılığı Paytaxtları proqramının yekun nəticəsi kimi Zaqatala, Göygöl və Xaçmaza Media turu olub. Səfərdə Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Fikrət Babayev, aparıcı məsləhətçi Rəşad Əliyev, nazirliyin mətbuat katibi Zöhrə Əliyeva və KİV nümayəndələri iştirak edib.
Qızılgüllər diyarı
Nümayəndə heyəti əvvəlcə
Şəki rayonunun Daşüz kəndində
yerləşən Respublika
Atçılıq Turizm
Mərkəzində Prezident
Kuboku uğrunda VIII çövkən milli oyunlarına tamaşa edib. Mədəniyyət və Turizm
Nazirliyinin təşkilatçılığı,
Şəki Şəhər İcra
Hakimiyyətinin dəstəyi ilə keçirilən oyunlarda respublikanın müxtəlif şəhər
və rayonlarını təmsil edən 20 komanda
mübarizə aparıb. Builki oyunlarda paytaxt komandaları da iştirak edib. Bakı-2
komandası Prezident Kuboku
uğrunda VIII çövkən milli oyunlarının qalibi olub. 3-cü yeri şəkililər qazanıb.
Folklor paytaxtı Zaqatalada azərbaycanlılarla yanaşı, 20-dək azsaylı xalqın nümayəndələri yaşayır. Burada yaşayan müxtəlif etnik xalqların adət-ənənəsi, yaradıcılığı onların zəngin folklor tarixindən xəbər verir. Media turu çərçivəsində Əliabad və Yengiyan kəndlərində təşkil edilmiş konsert proqramı burada azsaylı xalqların doğma dilə və mədəni irsə sevgisini nümayiş etdirib.
Yenilməz batalyon və Cavad xan filmlərinin çəkildiyi Zaqatala qalası 1830-cu ildə çar Rusiyasının dayaq nöqtəsi kimi tikilib. Zaqatala Tarix-Mədəniyyət Qoruğunun direktoru Hümbət Bayramovun sözlərinə görə, üçbucaq şəklində olan qalanın üç giriş qapısı var. Qala divarlarının uzunluğu 3 min metrdir. Bəzi hissələrdə divarların hündürlüyü 5 metrə çatır. Qalanın ərazisində 17 tikili var. Qaladan 1834-1859-cu illərdə Şeyx Şamil hərəkatında, 1863-cü il Zaqatala üsyanının yatırılmasında istifadə olunub.
Bu il rayona
20 minə yaxın turist gəlib. Şəhərdə 11 turizm obyekti
fəaliyyət göstərir.
Mərkəzdə yerləşən 1852-ci ilə aid binalar, Qala düzü adlı ərazi, Dədə Qorqud meydanı, Zaqatala qalası ərazisində yerləşən qədim
Alban məbədi bərpa
olunub. Rayonun dağlıq ərazilərində
yeni turizm marşrutlarının salınması
planlaşdırılır.
Qırmızı kirəmitli şəhər
Media turunda növbəti dayanacaq Sənətkarlıq
paytaxtı Göygöl
şəhəri olub.
Burada milli arxitektura elementləri ilə zəngin bina, park və xiyabanlar var. Şəhərin
Mədəniyyət Evində
təşkil edilən
rəngkarlıq, tikmə,
toxuma, dekorativ tətbiqi sənət dərnəkləri Sənətkarlıq
paytaxtının zəngin
iş təcrübəsindən
xəbər verir. Göygöldə 100-ə yaxın sənətkar çalışır.
Bu ərazidə 31 yerli əhəmiyyətli tarixi və memarlıq abidələri
var. Göygöl Rayon Mədəniyyət
və Turizm şöbəsinin müdiri
Şərqiyyə Hümbətova
buradakı abidələrin
XII-XVI əsrlərə aid olduğunu bildirib. Çaykənd kəndində
yaşayış evi,
Ağ körpü, Qabriel kilsəsi, Türbə, Üç tağlı körpü, İki tağlı körpü, Şərabçılıq
zavodunun zirzəmisi, Anahid məbədi, Birtağlı körpü,
Qala daxil olmaqla 31 yerli əhəmiyyətli tarixi abidə qorunub saxlanılır.
Göygöldə 1854-cü ildə almanlar
tərəfindən tikilən
Lüteran kilsəsi hazırda
Tarix Diyarşünaslıq
Muzeyi kimi fəaliyyət göstərir.
Burada 2000-ə
yaxın eksponat var. Muzeyin direktor Rita İbrahimovanın
sözlərinə görə,
fonda 456 ədəd məişət əşyası,
190 ədəd foto şəkil, 236 ədəd
sənəd və digər eksponatlar daxildir. Eksponatların çoxu kənd
sakinlərindən toplanıb.
Lüteran kilsəsi 2008-ci ildə bərpa edilib. Bura Almaniyadan,
İsveçrədən, Macarıstandan,
Koreyadan, Ukraynadan çoxlu turist gəlir.
Əfsanələr şəhərində bir gün
2013-cü
il üçün
Əfsanələr paytaxtı
elan edilən Xaçmazın adı xaçı qəbul etməyən yer anlamını verir. Ərazidə məskunlaşmış tayfalar oda sitayiş
etdiklərinə görə
Alban dövlətində hakim olan xristian dinini
qəbul etməyib.
Azərbaycanda keçirilən Belarus Mədəniyyət Günlərinin
bir hissəsi Xaçmazda təşkil olunub. Dağıstanla Azərbaycan arasında
ənənəvi dostluq
bayramı da rayonda qeyd edilib.
Mədəniyyət sarayı yenidən
təmir olunur, musiqi məktəbləri yenidən qurulur. Rayonun ərazisində yaşayan
azsaylı xalqların
adət-ənənəsi, folklorunu
yaşatmaq üçün
tədbirlər görülür.
Xaçmazı muzeylər şəhəri
adlandırırlar. Çünki burda 10 muzey fəaliyyət göstərir.
Açıq hava altında
yerləşən Şəxsiyyətlər
Muzeyində 51 görkəmli
şəxsiyyətin büstü
qorunur. Natavan, Məhsəti Gəncəvi,
Vaqif, Vidadi, M.Maqomayev, Niyazi, N.Zeynalova, H.Qurbanova və digər görkəmli şəxsiyyətlərin
büstü gələnləri
heyran qoyur.Açıq
səma altındakı
muzeyin həyətində
Uşaq İncəsənət
Məktəbi şagirdlərinin
bir- birindən gözəl rəqsləri
qonaqların ürəyincə
olub.
Yenidən qurulan daha bir
muzey isə Tarix-Diyarşünaslıq muzeyidir.
Burada toxuma, xalça, əl işləri, rəsm əsərləri
nümayiş etdirilir.
Əfsanələr şəhərinin atributu sayılan bu muzeyin iki filialı
Xalça və Döyüş şöhrəti
muzeyləri də ziyarətçilərin maraq
göstərdiyi yerdir.
Xalça muzeyində 110, Döyüş
şöhrəti muzeyində
isə 798 eksponat qorunur.
Ümidə Həsənli
BakuPost.-2013.- 28 dekabr. - S.11.