Həmin qadın
Fotoda
ağlayan qadın 21 il əvvəl
Xocalı faciəsində bütün ailə üzvlərini
itirib, bətnindəki körpə ilə sağ qalan Rahilə
Quliyevadır. İndi onun boyu bərabərində qızı
var. Sumqayıt Dövlət Universitetində təhsil alan Zərifə
Quliyeva Ermənistan prezidenti Serj Sarkisyandan atasının,
qardaşının, nənə-babasının
öldürüldüyünün etirafını tələb
edən gəncdir. Ona bu ideyasını gerçəkləşdirməkdə
anası Rahilə Quliyeva dəstək olub:
– “Xocalı faciəsi” deyəndə
siz nəyi göz önünə gətirirsiniz?
–
25-dən 26-na keçən gecə baş verənlərə
qədər biz çox pis şəraitdə
yaşayırdıq. Demək olar ki, hər gün bizi atəşə
tuturdular, üstümüzə mərmilər
yağdırırdılar.Amma ev-eşiyimizdən bir addım
belə kənara çəkilmirdik.
Həmin gecə mənim ailəm ən
xoşbəxt ailə idi.Hamımız süfrə
başında yığışardıq.2 yaşlı
oğlum Samir də bizimlə idi. O vaxt mən qızım Zərifəyə
3 aylıq hamilə idim. Amma
qaniçən düşmən ailəmin bütün səadətini
elə həmin gecə pozdu.
Hamilə canımla 4 nəfəri
itirdim. Oğlum Samiri, yoldaşımı, qaynanamı,
qaynatamı. Qaynımın 8 yaşlı qızı,
baldızım, baldızımın 4 yaşlı qızı,
bir baldızımın 8 yaşlı oğlu, həyat
yoldaşı, əmimoğlu
öldürüldü. 22 şəhid verdik. Anam
yaralandı, özüm 4 güllə yarası aldım hamilə-hamilə.Elə
bilirdim oğlum yaralıdı, qucağımdan qoymurdum. Biləndə
ki, ölüb, zornan aldılar əlimdən. O mənzərə şəkillərdə
də var. Qucağım boş qalıb.
– O vaxt bətninizdə olan Zərifə
Ermənistan prezidenti Serj Sarkisyana məktub yazmışdı.
İdeya hardan doğdu?
– Mən hamilə ola-ola
yaşadığım bu dəhşət Zərifəyə
də təsirsiz ötüşmədi. Qızım
dünyaya gələndə səs tellərində qüsur
oldu.Onun ağlamağını eşitmirdik.Bir də gedib
görürdüm ki, uşaq özündən gedib.Onu
müalicələrlə böyütdüm.6 yaşına qədər
mən ona heç nə demirdim. Sonra yavaş-yavaş
danışmağa başladım.
O həmin hadisələrə
baxırdı, sonra aylarla qorxurdu. Evin içində tək
başqa otağa keçmirdi, məni dartıb
aparırdı.Həmişə deyirdi ki, mən atam
üçün, qardaşım üçün nəsə
edəcəm.
Serj Sarkisyana məktub yazmaq fikrinə
gəldi.Onlara müraciət elədi ki, əgər sizin
qızlarınız mənim yaşadıqlarımı
yaşasaydı, necə olardız?Onlar isə bu məsələyə
belə cavab verdilər ki, guya belə bir qız yoxdur.Məktub
onun adından yalandan yazılıb.Sonra Zərifə ikinci dəfə
məktubla və Türk kanallarının ekranlarında
çıxış edərək bildirdi ki, mən varam, həqiqətən
mənim atamı, qardaşımı, babamı, nənəmi
siz öldürmüsünüz.İkinci dəfə
yazılan cavabda ermənilərin əsl yaltaq sifətini
gördük.
– Cavabı
xatırlayırsız?
–
Başlığı “əzizimiz Zərifə” deyə
yazılmışdı. Məktubda deyilirdi ki, siz bizə işıq,
su vermədiniz deyə biz sizi öldürmək qərarına
gəldik.Ermənilərin həmişəki yalanları.Onlar
həmişə belə olublar.Bax, indi sizə
danışıram boğazım quruyur, əsəb
keçirirəm.Ona görə mən heç yerə
müsahibə vermirəm, ekranlara çıxmıram.Zərifə
üçün ağır olan bilirsiz nədir? O deyir ki, mənim
qardaşımın yaşıdları indi əsgərdir.
Amma mənim qardaşım 2 yaşında əsgər olub, vətən
uğrunda şəhid olub. O həmişə deyir ki, heç
2 yaşında da əsgər olar?
O, çox pis keçirdir bu günü.
Xocalılı gənclər
baş verənlərdən
kifayət qədər məlumatlıdırlarmı?
– Çox az. Heç 10%-ni bilmirlər. Kadrlar Xocalıda baş verənləri tam deyə
bilmir. Əgər
bunlar da olmasaydı, bizə heç kim
inanmazdı. Amma şəkillər
o faciəni çatdıra
bilməz. O dəhşəti ancaq yaşayanlar təsəvvür edə bilər.
– Xocalıdan uzaq düşən xocalılar bu gün bir-birinə yaxındırlarmı? Adət-ənənələrini yaşada bilirlərmi?
– Əlbəttə, bütün
xeyir-şərimiz bir
yerdədir. Xocalıdan çıxanların, demək
olar ki, 90%-nin ölüm səbəbi xərçəng xəstəliyidir.
Biz hərdən özümüz-özümüzə deyirik ki, bu
da o dəhşətin
nəticəsidir.Xeyir işlərimiz
də bir yerdədir.Mənim qızım
atasının üzünü
heç vaxt görməmişdi. Onu
dişimlə-dırnağımla böyütdüm, bu il ona
toy elədim, bütün
xocalılar iştirak
elədi, başımıza
toplaşdı.
– Dolana bilirsiz?
– Şükür olsun. Uşağımı böyütmüşəm. İşləyirəm, maaş alıram.2-ci qrup
əliləm, pensiya alıram, sosial müavinət alıram. Dolanıram.
Heç
kimdən heç nə istəmirəm.Özüm-özümü
qayğılardan uzaq tuturam.
– Xocalıya qayıtsanız, evinizi tapa bilərsiz?
– Mən çox istəyirəm öz torpağıma qayıdım.
Bəlkə də ora gedəcəyim gün mən öləcəm.Çünki
mən o evdən, o həyətdən, o ərazidən
doğmalarla, yaxınlarla
çıxmışdım.Onlar indi yoxdur.
Ora tək ayaq basmaq mənim sonum olacaq, bilirəm.Amma
yenə də ora getmək, orda yaşamaq istəyirəm.Acı xatirələrlə
olsa da, orda ölmək istəyirəm.
Bir cığırına düşsəm, gözyumulu
taparam.Nə qədər
dağıdılsa da,
yenə qarış-qarış
tanıyaram.Kimin evi hardaydı, yanında nə var idi,
hamısını bilərəm.Çünki
Xocalı gözümün
önündədir, sadəcə
əlim çatmır.
Yaqut Tapdıqqızı
Baku Post.-2013.-27 fevral.-S.3.