İllüziya – “şirinyalan

 

Bakıda illüzianistlər məktəbi yaradılacaq, - bunuNew Baku Posta açıqlamasında tanınmış illüziyaçı Tofiq İsgəndərli deyib. Məktəb haqqında ətraflı danışan müsahib illüziya sənəti haqqında fikirlərini də bölüşüb. Dövlət Uşaq Teatrının aktyoru Tofiq İsgəndərli məşhur illüziyaçılar Devid Kopperfild, Robert Qallup, Lans Burton, ZiqfirdRoyun üzv olduğu ABŞ İllüzionistlərin Beynəlxalq Qardaşlıq Mərkəzinin üzüdür:

 İllüziya, gözbağlıca, sehrfokus.... Bunların arasında fərq var?

   Bu məfhumların arasında o qədər də böyük fərq yoxdur. “Sehrbazsözü diləyatımlı, asan tələffüz edildiyindən daha çox işlənir. Foks almancahokus-pokus” sözündən götürülüb. Mənası tamaşaçını təəccübləndirən bir hərəkət deməkdir. “İllüziya” isə latın sözüdür,  “yanlış təsəvvür” mənasını verir.

 – Necə  fokusçu  oldunuz?

 Orta məktəbin aşağı siniflərində oxuyarkən kəndimizə illüziyaçılar gəlirdi. Tamaşalar çox maraqlı idı və artistin zərlə göstərdiyi nömrələrdən birinin sirrini tapdım. Nağıl oxumağı, fantastik filmlərə baxmağı da sevirdim. Axı hər bir uşağın arzusudur ki, əlində sehrli çubuq tutan sehrbaz olsun.  

 Fokus-illüziya insanları aldatmaq deyilmi?

 Fokus-illüziya sənəti insanların real həyatda gerçəkləşdirə bilmədiyi xəyalları səhnədə reallaşdıran bir sənətdir. Real həyatda insanın uçmağı qeyri-mümkündür, səhnədə isə quş kimi qanad çalmaq mümkündür.

 Əslində illüziyanın  kökündəşirin yalandurur. Əgər tamaşaçı buşirin yalan”dan zövq alırsa, əylənirsə, alqışlayırsa, pul verib baxırsa düşünürsə, burada pis heç yoxdur. Yanlış təsəvvür yalan deyil.

 Avropa ölkələrinin bir çoxunda orta ali məktəblərdə illüziyadan dərs keçirlər. Bu, şagird tələbələrin zehni düşüncəsini inkişaf etdirmək üçün çox yaxşı vasitədir. 

 Niyə insanlar bilə-bilə ki, bu, illüziyadır, ona inanır?

 Çünki illüziya əlçatmaz xəyaldır adamlar həmişə bu xəyallara can atır. İnsanlar həyata keçirə bilmədiklərinin reallığa çevrildiyini görəndə sevinir, məmnun qalır. Gərək bunu tamaşaçıya çatdıra biləsən.

 Azərbaycanda illüziya sənətinin tarixi vaxtdan başlayır?

 – Bu sənət beynəlxalq dildəmagician”dır. Kökü isə qədimmaqsözündən  götürülüb. Qədimdə Azərbaycan ərazisindəmuğtayfaları yaşayıb. Onlar odpərəst kimi karvan yolunun üstündə yaşayıb. Bir parça çörək pulu qazanmaq üçün karvan yolundan keçənlərə tamaşa göstəriblər: bədənlərini odla yandırır, odla qeyri-adi hərəkətlər edir ağızlarından alov buraxırmışlar. Müasir dildə desək, şou düzəldirmişlər. Zaman keçdikcə bu hərəkətlər karvanlar vasitəsilə dünyanın müxtəlif ölkələrinə yayılıb. Laməkan dərvişlər isə insanlarda xof yaratmaq üçün müxtəlif gözbağlayıcı fəndlərdən istifadə edib. Qədimdə Quba ərazisində kahinlərin mərkəzi olması faktı da var. İllüziya sənət kimi el şənliklərində kəndirbaz, gözbağlayıcı, təlxəklər vasitəsilə yayılıb. 

 İndi Azərbaycanda bu sənət hansı səviyyədədir?

 Azərbaycanda vəziyyət Rusiya, Türkiyə, İran Avropadakı kimi ürəkaçan deyil. Sənət hər zaman yüksəkdədir. Sadəcə, sənətdə sürünənləri qaldırmaq lazımdır.

 Sənət daim öz üzərində çalışmağı tələb edir. Azərbaycanda peşəkar illüzianist yoxdur. Sovet dövründə sərhədlər bağlı idi, yalnız öz qabiliyyətin bacarığın sayəsində nəsə öyrənirdin. Lakin indi internet dövründə hər şey sadələşib. Peşəkar illüzianistin öz dəsti-xətti,  diplomu, sertifikatı, öz laboratoriyası olmalıdır. Peşəkar artist maraqlı şou yaratmağı bacarmalıdır.  

 Bu sənəti inkişaf etdirmək üçün işə qəlbən bağlanan insanları tapmaq lazımdır.  Sentyabrdan illüziya kursları açacağıq. Buranı bitirənlərə şəhadətnamə veriləcək. İnternet sosial şəbəkələr vasitəsilə elanlar veriləcək.

Bu işin əyləncəsi, zahiri gözəlliyi cəlbedicidir. Lakin dərindən baş vuranların əksəriyyəti çətinlikləri gördükdə uzaqlaşır. “Tİ-Magiyaadlı illüziya teatrını da yaratmışıq.

 Tamaşaçıların marağı necədir?

 Sonuncu dəfə bu ay Rus Dram TeatrındaEcazkarlaradlı fokus-illüziya tamaşamız oldu. Gələnlər 3 saat oturub fokuslara baxdı. 12 artist fərqli nömrələrlə çıxış etdi. Əgər tamaşaçı axşam saat 20:00-dan 00:00-dək illüziya tamaşasına baxırsa, demək nəyə isə nail olmuşuq. 

 – Bu sənət hansı ölkədə daha populyardır?

 Çin Hindistanda. Fokusun yaranma köklərindən biri bu ölkələrlə bağlıdır. Bəzi illüziya nömrələri Çində yarandığı üçün adı da bu ölkə ilə bağlıdır.

 Azərbaycanda illüziya sənətinə bəzən primitiv baxırlar. 2001-ci ildə Çində 20 ölkənin illüzionistlərinin iştirak etdiyi beynəlxalq festivaldan sertifikat hədiyyə ilə qayıtdım. Dövlət bu festivala külli miqdarda pul ayırmışdı. Çində istənilən mağazadan fokus əşyaları almaq mümkündür.   

 Özünüz hansısa illüziya nömrəsi icad etmisiniz?

 – 6 dənə müəlliflik şəhadətnaməsi olan fokus nömrəm var. Əslində özümə məxsus nömrələrim çoxdur. Lakin onların patentləşdirilməsi prosesi uzun yorucu olduğundan yalnız 6-nın müəlliflik hüququna nail ola bilmişəm.

 Hələ sirrini çözə bilmədiyiniz fokus ya sehr varmı?

 Xeyr.  Çünki sırf bu işin içərisindəyəm sənətimə həvəskar kimi yanaşmıram. Peşəkarın borcu bütün fokusların açarını bilməkdir. Müəyyən bir xətt var, onu biləndən sonra bütün fokusların sirrini bilmək olur. Bu sənətə yaxşı yiyələnmək üçün müəyyən bir kurs, məktəb təhsil mütləq vacibdir. Heç olmasa aktyorluq təhsili almaq lazımdır.

 Peşəkar sənətçi olmaq məqsədilə Mədəniyyət İncəsənət Universitetinin dram-kino aktyorluğu fakültəsini bitirdim. Bu sənəti isə xaricə qastrol səfərlərinə getməklə və ya bura gələn illüzianistlərin işini diqqətlə izləməklə  öyrənmişəm. İllüzianist aktyorun ömür boyu oynadığı bir roldur, onun yaşı olmur.

– Ailənizdə bu sənəti davam etdirən varmı?

– Təəssüf ki, yox. Evimdə 2 minə yaxın fokus əşyası var. Çox istərdim ki, oğlum davam etdirsin. Lakin həvəsi olmadı.

 

Ümidə Həsənli

 

BakuPost.- 2013.- 17 iyul.- S.10.