Qəbələnin
sehrli axşamları
Böyük Qafqaz dağlarının qoynunda yerləşən Qəbələdə sehrli axşamlar yaşanır. İpək yolunun üstündəki qədim məkan V Qəbələ Beynəlxalq Musiqi festivalı keçirilir. Heydər Əliyev Fondunun möhtəşəm musiqi layihələrindən biri olan ənənəvi tədbir avqustun 6-na kimi davam edəcək.
Açılış dağların ətəyində təbiət qoynunda qurulan “Açıq səhnə” də baş tutdu. Mərasim Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın festival iştirakçılarına ünvanladığı təbrik məktubunun oxunması ilə başladı.
Səhnənin ilk günü
Açıq havada qurulan səhnənin ilk qonağı Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət simfonik orkestri oldu. Konsertdə Pyotr Çaykovskinin “Yevgeni Onegin” operasından Polonez, Türkər Qasımzadənin “Balet süitası”, Ayaz Qəmbərlinin “Divertisment”, Qara Qarayevin “Don Kixot simfonik qravürləri”, Fikrət Əmirovun “Nəsimi haqqında dastan” simfonik poeması, Kərəm Əkbərovun “Azərbaycan” simfonik poemasından parçalar səsləndi.
Konsertdə skripkada Cavad Tağızadə, pianoda Səidə Tağızadə, violində Toğrul Qəniyev, celloda Aleksey Miltix çıxış etdilər.
Bakı Musiqi Akademiyasının professoru, Əməkdar İncəsənət Xadimi, Prezident mükafatçısı Yalçın Adıgözəlov və Fəxrəddin Kərimovun dirijorluğu isə konsertə başqa abu - hava gətirirdi.
Festivalda Koreyadan gələn məşhur pianoçu Hi Youn Choe də iştirak etdi: “ Qəbələ V-ci Beynəlxalq Musiqi Festivalında çıxışımdan çox məmnunam. Bu festivalın gələcək yaradıcılığıma töhfə verəcəyinə əminəm. Bu festival musiqisevərləri dünya bəstəkarlarının klassik əsərləri ilə yaxından tanış edir”.
Festivalın bədii rəhbərlərindən biri, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq Artisti Fərhad Bədəlbəyli deyir ki, bu cür tədbirlər dünyada maarifçilik ideyalarının yayılmasına xidmət edir: “Dünyanın bir çox ölkələrində belə festivallar pullu təşkil olunur. İnsanlar bu musiqi bayramlarında iştirak etmək üçün pul ödəməli olurlar. Bizdə isə bu festival bütün insanlar üçün pulsuzdur.Məqsədimiz musiqi mədəniyyətimizi təbliğ etmək bizdə zövq formalaşdırmaqdır.”
İştirakçılar kimdir?
V-ci Qəbələ Beynəlxalq Musiqi festivalının 2- ci günündə “Açıq səhnə”də “Viva Verdi” konserti keçirildi. Dahi İtaliya bəstəkarı Cüzeppe Verdinin 200 illiyinə həsr edilən Konsertdə “Taleyin gücü” operasına üvertüra, eyni operadan Leonoranın ariyası, “Don Karlos”, “Bal-maskarad”, “ Otello”operalarından duetlər və ariyalar səsləndi. Konsert Yerusəlim Simfonik Orkestrinin ifasında baş tutdu. Bu orkestr ilk dəfə 1930- cu ildə Fələstin radiosu nəzdində yaradılıb, sonralar “ Kol İsrail Orkestri” kimi tanınıb və sonda Yerusəlimin əsas simfonik orkestrinə çevrilib.
Konserti italiyalı dirijor
Jader Benyamini idarə
edirdi. Çıxışçılar
isə Burçin Savigne (türk) , Karmelo Korrado
Karuzo (italiya), Yusif Eyvazov və
Səbinə Əsədova
idi.
Avqustun 6-na kimi davam edəcək
V Qəbələ Beynəlxalq
Musiqi festivalında Rusiya, Türkiyə, Böyük Britaniya,
ABŞ, İtaliya, Fransa,
Litva, Kuba, Qazaxıstandan dünya şöhrətli dirijorlar,
musiqiçilər və
kollektivlər – Yuri Başmet
və “ Yeni Rusiya” simfonik orkestri, Kuba caz qrupu, Amos Talmon, Boris Berezovski, Vadim Repin, Oksana
Yablonskaya, Dmitri Yablonski,
Mikro Roverelli, İdil Biret, Nina Koqan və başqaları
iştirak edəcək.
Yeni layihələr
Bu ilki festivalda maraqlı
bir məqam da “ Atalar və oğullar” adlı konsertin təşkilidir. Bu konsertdə tanınmış
musiqiçi nəsillərin
ənənələrini davam
etdirən istedadlı
yeniyetmə və gənc ifaçılar çıxış edəcək.
Konsertin dirijorları
Yuri Başmet (Rusiya) və Dmitri Yablonskidir ( Rusiya-ABŞ).
Festival çərçivəsində caz musiqi axşamları
və “ Ustaddan
şagirdə” muğam
axşamları da təşkil olunacaq.
Heydər Əliyev Fondunun
Beynəlxalq layihələri
sırasında xüsusi
yer tutan Qəbələ Beynəlxalq
Musiqi festivalı
2009-cu ildən keçirilir.
Azərbaycan Ağsaqqallar
Şurasının sədri,
Milli Məclisin deputatı Fəttah Heydərov deyir ki, Azərbaycan
mədəniyyətinin təbliğinə
xidmət edən bu festival həm də ölkəmizin musiqi ənənələrinin
dünyada tanıdılması
üçün bir vasitədir: “Son 5 ildə Qəbələ Beynəlxalq
Musiqi festivalına maraq hədsiz dərəcədə artıb.
Qəbələ yubiley festivalı
ilə ən maraqlı günləri yaşayır. Ölkənin birinci xanımı Mehriban Əliyevanın hamilik etdiyi bu festival artıq özünü dünyada
doğruldub. Bu il 30-40 dövlətin
nümayəndələri maraq
göstərir, istedadlarını
sınayırlar.
Bu yubiley
gələcək festivallara
zəmin olacaq. Çünki artıq gündoğandan
günbatana bütün
dünya dövlətləri
mədəniyyətin qorunması
üçün Azərbaycanın
həyata keçirdiyi
layihələrə maraq
göstərir. Düşünürəm ki, belə festivallar
gərəklidir. Çünki ünsiyyət, dostluq və qardaşlıq yaradır. ”
Bu fikirlər
qədim Qəbələdə
hökm sürən ab-havanı bariz şəkildə canlandırır.
Böyükdən kiçiyə qədər hamı bayram əhval-ruhiyyəsi yaşamaqla
bildirir ki, artıq bu möhtəşəm festival
Azərbyacan və dünya mədəniyyətinin
ayrılmaz hissəsidir.
Yaqut Tapdıqqızı,
Baku Post.-2013.-27 iyul.-S.10.