Azərbaycan 3d animasiya filmi çəkir

 

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının (ARKİ) üzvü, kinorejissor Fariz Əhmədov bir neçə ay bundan əvvəlAzanfilmanimasiya filmləri studiyasının direktoru təyin edilib. “Kiçik Əmanət”, UNICEF üçünGənclik Sülh”, “Qocalar”, “Bir addım”, “Mayakkimi ekran işlərinin rejissoru olan F.ƏhmədovƏriyən adafilmini ərsəyə gətirib. Gənc rejissor yeni filmi, eləcə Azərbaycanda animasiyasının  gələcəyi haqqında fikirlərini bölüşüb.

– “Azanfilm”in rəhbəri kimi qarşınıza hansı məqsədləri qoymusunuz?

Rejissorluqla yanaşı prodüser təhsili alımışam. Lakin bu təklif gözlənilməz oldu. Ancaq bu sahədə vəziyyətin yerdə olduğunu anlayırdım. Uşaqlar üçün işləmək məsuliyyətlidir. Animasiya filminin psixoloji, ssenari, ədəbi-bədii tərəfi o qədər yüksək olmalıdır ki, balaca tamaşaçını cəlb edə bilsin. Animasiya həm tərbiyəvi əhəmiyyət kəsb edir. Ona görə studiyanın yaradıcılıq strategiyasını dəyişirik. Öncə cizgi filmləri həftəsi keçirdik. Bakının 10 rayonunda 10-dan çox məktəbdə Azərbaycanda hazırlanmış son animasiya filmlərini nümayiş etdirdik. Bu həm balaca tamaşaçıların marağını rəyini öyrənmək üçün sorğu idi. Animasiya böyük məbləğdə pul tələb edən sahədir. Hər filmin istehsalı yüz min manatlardan çox vəsait tələb edir. Nəticədə, elə film istehsal etmək lazımdır ki, rəfdə yatıb qalmasın. Çalışacaq ki, ilk 3 il ərzində 10 yaşadək olan uşaqlar üçün işləyək. İlin sonunda cizgi filmləri həftəsi olacaq.

Azərbaycanda ilk dəfə çoxpersonajlı animasiya filmi çəkilir. Bu ekran işi digərlərindən ilə fərqlənəcək?

– “Ən güclü kimdiradlı Azərbaycanda ilk dəfə çoxpersonajlı animasiya filmini istehsalata buraxdıq. Burada  20-dən çox personaj var. Onların sayının çoxluğu işin artması deməkdir. Çünki hər obrazı yaratmaq, hərəkətə gətirmək, səsləndirmək lazımdır. Rejissoru Arif Məhərrəmov olan animasiya filminin quruluşçu rəssamı Ramil Əliyevdir. Ekran işi Gülzar İbrahimovanınDünyanın ən güclüsü kimdir?” hekayəsi əsasında hazırlanır. Animasiya filmi ilin sonunadək balacaların ixtiyarına veriləcək. “Ən güclü kimdir” 3D formatında çəkilir. Bugünün uşaqları rəngli, maraqlı, dinamik süjetə malik animasiya filmi istəyir. O vaxtlar valideynlərimiz bizim başımızı “Tom Cerriiləaldadırdılarsa”, indiki uşaqlar daha çox maarifləndirici məqamlar  axtarır.

Niyə azərbaycanlı  uşaqlara cizgi filmi deyəndəŞrek”, “Tom Cerri”, “Maşa ayı s.-nin adını çəkir ?

Azərbaycanın animasiya tarixində 100 film istehsal edilib. Onlardan  30-a yaxını müstəqillik dövrünün payına düşür. İstehsal baxımından böyük zəhmət tələb edən sahə olduğu üçün animasiyaya maraq olmayıb, elə bu gün yoxdur. 10 dəqiqəlik animasiya ya cizgi filmi üzərində bir il gedir. Sovet vaxtında bu sahədə qeyri-azərbaycanlılar daha çox çalışırdı. Onlar köçüb getdi. İndi əncavananimatorun  70 yaşı var. Fiziki baxımdan bu adamların imkanları məhduddur. Ona görə çalışırıq ki, animasiya kursları başlasın, cavanları cəlb edək istehsalı artıraq.

Kinoteatrlarla işinizi necə quracaqsınız?

Azərbaycanın bölgələrində kino zalları fəaliyyətə başlayacaq kinoprokat sahəsi yaradılacaq. Kinoprokat kinonun bazarıdır. Kinonun çəkilməsinə xərclənən pul kinoprokat vasitəsilə geri qaytarılır. Biz yalnız dövlətin maliyyəsi hesabına film çəkirik, lakin bir qəpik qaytara bilmirik. Buna görə özəl sektorun nümayəndələri kinoya pul qoymaqdan çəkinir. Onlar görəndə ki, xərclədiyi pul geri dönür, dərhal istehsalata qoşulacaqlar. Yaxşı film çəkməliyik ki, gəlib baxsınlar. Prokata çıxmaq üçün 60-70 dəqiqəlik film olmalıdır. Bizim filmlər isə ən çox 15 dəqiqəlikdir. Maliyyə vəsaitimiz olsa belə tammetrajlı animasiya filmi çəkmək üçün yetərincə kadr yoxdur. Bu kadrlar ən azı 3 ilə yetişəcək sonra tammetrajlı filmlər hazırlamağı planlaşdırırıq.   

– Bu yaxınlardaƏriyən adafilmini ərsəyə gətirdiniz. Film nədən bəhs edir?

Ekran əsəri Mədəniyyət Turizm Nazirliyinin sifarişi iləAzanfilmstudiyası tərəfindən istehsal olunub. Ssenari müəllifi Esmira Əyyub, operatoru Rüfət Kərimov olanƏriyən adasənədli filmində hadisələr Xəzərin Neftçala sahillərindən 18 km aralıda yerləşən Kürdili kəndində cərəyan edir. 1981-ci ildə dəniz suyunun səviyyəsi qalxıb yarımada adaya çevrilib. Ailələr köçürülüb. Yalnız 4 ailə getməyəcəyini bildirib. Orada yaşayn 70 yaşlı ər-arvadın həyat tərzi mənə maraqlı idi. Sivilizasiyadan kənarda qalmış adada zaman dayanıb. Qaz əvəzinə odundan, elektrik əvəzinə şamdan istifadə edirlər, pul işləmir. Orda yaşayanlar müasir, rahat həyatdan xəbərdardır, istədikləri vaxt buranı tərk edə bilərlər. Amma onlar həyatlarından razıdır. Dünyada baş verənlər bu adamları maraqlandırmır gündəlik təsərrüfatları ilə məşğuldurlar. Adanın təbiəti gözəldir, qar olmur. Dənizin ortasından içməli su çıxır. Dəniz suyu içən at sürüləri var. Mənə maraqlı idi ki, övladları Azərbaycanın müxtəlif yerlərində yaşayan insanlar niyə buradan getmək istəmirlər? Ada hər  il 300-400 metr balacalaşır. Ən təsirli odur ki, sevdikləri ada sakinlərin gözü qarşısında əriyir. Onların gəncliyi, şirin xatirələri bu yerlə bağlıdır. Ona görə həyatlarını əriyən ada ilə birgə əritməyə qərarlıdırlar. 26 dəqiqəlik sənədli film müşahidə kamerası vasitəsilə ərsəyə gəlib.

 

Ümidə Həsənli

 

Baku Post.-2013.-12 iyun.-S.10.