Yeni mövsümə yeni binada

 

Azərbaycan Dövlət Musiqili Komediya Teatrının (ADMKT) yeni binasında tamamlama işləri gedir. Bu barədə “New Baku Post”a açıqlamasında sənət ocağının direktoru, əməkdar incəsənət xadimi Əliqismət Lalayev bildirib. Onun sözlərinə görə yaradıcı heyət növbəti mövsümü yeni binada qarşılayacaq. Ə. Lalayev teatrın durumu və Azərbaycan teatrı haqqında fikirlərini də bölüşüb.

– Azərbaycanda ən ucqar kəndlərdə belə bizim teatrın  aktyorlarını tanımamaq mümkün deyil. Çünki onlar  el sənətkarları, gülüş ustaları və unudulmaz dəqiqələr bəxş edən insanlardır. Musiqili komediya yüngül və əyləncəli janrdır. Bizdə aktyorun başqa  teatrlardan fərqli olaraq oxumaq üçün gözəl səsi, rəqs üçün plastikası olmalıdır. Çünki tamaşalar iki saat davam edən əyləncəli səhnə əsəridir. İnsanı ağlatmaq asan, güldürmək isə çox çətindir.

Yeni bina vaxt istifadəyə veriləcək?

Sentyabr ayında yeni  mövsüm öz teatrımızda açılacaq. Tamaşaları Mədəniyyət Turizm Nazirliyinin bizə ayırdığı  Dənizçilərin Mədəniyyət Evində hazırlayır nümayiş etdiririk. Premyeralarımız  Akademik Milli Dram (AZDR), Rus Dram (RD), Gənc Tamaşaçılar Teatrının (GTT) binasında oynanılır. Həmin teatrların kollektivi rəhbərləriİsrafil İsrafilov, Ədalət Hacıyev Mübariz Həmidova təşəkkür edirik. Teatr yenidən qurulub, fasaddakı yeniliklər göz oxşayır. Girəcəkdən tutmuş, səhnə oturacaqlaradək, çılçıraq, texniki avadanlıq, səs işıq effektləri,  yardımçı otaqlar yenilənib, ən müasir texniki avadanlıqlar gətirilib.

Yəqin repertuarda da yenilik çox olacaq...

Daha çox klassikaya müraciət edirik. İki il öncəEvlənmətamaşasına quruluş verdik bu səhnə əsəri Mədəniyyət Turizm Nazirliyinin 2012-ci ilin ən gözəl tamaşası kimiZirvəmükafatına layiq görüldü. Bu Azərbaycan incəsənəti üçün “Oskar” mükafatıdır. İndiEvlənməbaşqa stil estetikada səhnəyə qoyulub. Əməkdar incəsənət  xadimi rejissor Bəhram Osmanovun quruluş verdiyi bu tamaşaya AzDR-dan aktyorlar dəvət etdik. Xalq artisti Məleykə Əsədova, Şükufə Yusupova, GTT-dən Qurban İsmayılov bizim gülüş ustalarımızla eyni səhnəni bölüşdü. Uzun illər belə bir fikir formalaşmışdı ki, burada yalnız operetta musiqili komediya qoymaq olar, başqa janrlara müraciət etmək mümkün deyil. Bu tamaşa ilə bütün çərçivələri qırdıq. İndi teatrda müxtəlif janrlı tamaşalar hazırlanır.

Azərbaycan teatrı dünya teatrları ilə ayaqlaşa bilir?

– 140 yaşlı Azərbaycan teatrının sorağı dünyanın bir çox ölkələrindən gəlir.  İlk dəfə olaraq, biz ABŞ-a qastrola getdik. Kollektiv dünyanın müxtəlif festivallarında, teatr təşkilatlarında təmsil olunur, bir çox ilklərə imza atıb. 2009-cu ildə MKT-nın Beynəlxalq  Assosiasiyasına ilk dəfə biz qəbul olunduq. Teatrşünasların Beynəlxalq Assosiasiyası, Beynəlxaq Teatr İnstitutu, Uşaq Gənclərin Beynəlxaq Qurumunda  təmsil olunuruq.

Teatrın problemləri nədən ibarətdir?

Azərbaycan teatrının rejissor problemi var. Bizim nəsil korifey sənətkarların tamaşalarını görüb, yəni başqa ruhda tərbiyə almışıq. O zaman səhnədə Mehdi Məmmədov, Adil İsgəndərov, Tofiq Kazımov vardı. Bu şəxsiyyətlər teatrın bütün həyatını idarə edə bilirdi. Direktor teatrda inzibatçı fiqur idi. Bu gün prodüser məktəbi var, direktor prodüser vəzifələrini yerinə yetirir. Açığı, Azərbaycan teatrının şəxsiyyət ola biləcək rejissorlara ehtiyacı var.

Belə rejissorlar yetişəcəkmi?

Teatrda Elvin Mirzəyev, Mikayıl Mikayılov, İradə Gözəlova kimi gənc rejissorlar püxtələşir, orta nəsli təmsil edən Bəhram Osmanov, Əsgər Əsgərov uğurlu tamaşalar hazırlayır. Məsələn, Vaqif İbrahimoğlu Yuğ teatrının,  Hüseynağa Atakişiyev Gənclər Teatrının siması idi. Sonra bir boşluq yarandı. Amma gənclərin işlərinə baxanda görürəm ki, bunlar zaman keçdikcə həmin səviyyəyə çata biləcək. 

Xarici ölkələrlə müqayisədə teatrımız aktyorların üstün çatışmayan cəhətləri nədir?

Hər bir teatrın uğurlu uğursuz tamaşası var.  Azərbaycana müxtəlif ölkələrdən tanınmış teatr  aktyorlar qastrola gəlir. Bizdəki temperamentli aktyor oyunu heç yerdə yoxdur.  Rejissorun çatdırmaq istədiyi intellektual düşüncə bizim tamaşalarda çatmır. Əsəri yazıb teatra təqdim etməklə işi bitir. Tamaşanı rejissor yaradır.  Müəllifin ideyasına öz prizmasından baxmaq artıq rejissorun fərdi işidir.

Teatra maraq həmişə aktual olub...

Teatr ziyalıların görüş yeridir. Teatr bir bayramdır. Teatra gedən insan bilir ki, axşam tamaşaya baxacaq, əvvəlcədən hazırlaşır, geyinib-keçinir. Ən böyük çatışmazlıq odur ki, ziyalılar teatra az gəlir.

Niyə daha çox klassik əsərlərə üstünlük verirsiniz?

Dahi  sənətkarlar klassik tamaşalarda yetişir, dahiyanə sözlər klassik tamaşalarda deyilir. Bu yaxınlarda Jan Batist MolyerinSkapenin kələkləritamaşasını oynadıq. Əsərdəki kələkbazlıq, fırıldaqçılıq, dələduzluq bugünlə səsləşir. Klassik əsərlər insanlara güclü emosional təsir göstərir.

 

 

Ümidə Həsənli

 

Baku Post.-2013.-6 mart.-S.10.