Novruz simvollarının açması

 

Novruz bayramı yazın müjdəçisidir.Bu bayram həm də yeni ilin gəlişi kimi qeyd olunur. Şamaxı Astrofizika Rəsədxanasının hesablamalarına görə, il martın 20-si  saat 15:02-də təhvil olunacaq.Novruz adət-ənənəsinin əsrlərdən çıxan sınaqları haqda folklorşünas Məhəmməd Məmmədov danışır:  

– Novruzu digər bayramlardan fərqləndirən cəhət nədir?

Novruz xeyirxahlıq, həmrəylik, humanizm bayramıdır. Bu bayramda küsülülər barışır, insanlar bir-birinə köməklik edir.Novruz bayramı təbiətin 4 ünsürününsuyun, odun, küləyin, torpağın oyanmasını təcəssüm etdirən bir bayramdır.Təbiətin oyanışı bir çox ölkələrdə qeyd olunur.Türk xalqlarında da həmçinin.Məsələn, Orta Asiyada martda, Rusiyada apreldə, Çində fevralda olur. Bu bayram  Azərbaycanın təşəbbüsü, Əfqanıstan, İran, Qazaxıstan, Tacikistan, Türkmənistan, Türkiyə, Albaniya, Hindistan və Makedoniyanın həmmüəllifliyi ilə BMT tərəfindən “Beynəlxalq Novruz Günükimi elan edilib.  Bu bir daha Novruzun dini deyil, təbiət bayramı olmasına işarədir.

 1920-ci illərin əvvəllərində də dövlət tərəfindən milli bayram kimi qeyd olunurdu. Lakin 20-ci illərin sonunda Novruz sıxışdırılır.Ona dini bayram adı altında qəti qadağa qoyulur. Şıxəli Qurbanovun səyləri nəticəsində 1967-ci ildə Mərkəzi Komitə bu bayramın keçirilməsinə  icazə verir.

Kosa keçəl hardan gəlir?

Çox vaxt biz keçəlin, kosanın zahiri əlamətlərinə fikir veririk. Keçəlin başında   tükün olmaması qışın əlamətidir.Keçini isə yazın əlaməti kimi görürük.Kosanın bolluq gətirməsinə inam var. Mənbələr göstərir ki, kosa-kosa mərasimi icra olunarkən kənd camaatı istəyirdi ki, onlar ilk onun evinə daxil olsun.İnanırdılar ki, Kosanın ayağındakı bolluq onların evlərinə gələcək.Övladı olmayan şəxş Kosa rolunda çıxış edirdisə, inanılırdı ki, onun övladı olacaq.Kosanın ətrafında çoxlu adamların fırlanması, Kosanın kürkünü tərsinə geyinməsi, zınqırovlu kəmər taxması, yaxud boynuna zınqırov asması onun müqəddəslər dünyasına məxsusluğundan xəbər verirdi.

Keçəl hiyləgər, kələkbaz obrazdır.Fiziki cəfətdən zəif olsa da, özünün ağlı ilə qəhrəmanın arzularına çatmasında kömək edən ironik obrazdır.Mərasimdə gülüş əsas rol oynayır.Kosa Keçəlin atmacalar deməsi, məzəli əhvalatlar danışması, rəqs etməsində hamı iştirak edir.Keçəlin zahiri çirkinliyinin arxasında daxili gözəllik durur.“Xanım ayağa dursana, çömçəni doldursana, Kosanı yola salsanadeyilir.Sonra “Pay verənin oğlu olsun, verməyənin qızı olsunifadələri işlədilir.

Novruz bayramı süfrəsində hansı nemətlərin olması vacibdir?

İl təhvil olanda süfrəyə 7 nemət  qoyulur: çörək, duz, üzərlik, güzgü, su, yumurta kömür. Bunların hər biri insanın yaşaması üçün önəm daşıyır.

 Süfrəyə mütləq plov qoyulur.Düyüyə müqəddəs bir nəsnə kimi baxılır.Bu, məhsuldarlıq simvoludur.Həmin gün ailənin bir yerə toplanması, ailə üzvlərinə başçı tərəfindən hədiyyələrin verilməsi, hətta qədimdə bunu təzə paltar bayramı kimi qeyd edirdilər.Çünki ailə başçısı çalışırdı ki, hamı təzə libasda yeni ilə sağlam şəkildə, ağırlıqdan qurtarmış halda qədəm qoysun.

 Novruz xonçasını cürbəcür şirniyyatlar bəzəyir.Şirniyyatlar əcdadlarımızın astral təsəvvürləri ilə bağlıdır.Hər birində göy cismlərinin əlamətini görürük.Şəkərbura, badambura aypara şəklində olur.Şorqoğalının üzərinə sarı, qırmızı rəngin verilməsiylə günəşə bənzədilir.Paxlava ulduzun simvoludur.Alimlərin fikrincə isə o rombu xatırladır.Romb da təbiətin qadınla bağlı olmasına işarədir.Romb həyat ağacının mərkəzi elementidir.

Bəs, yumurta  boyamaq necə  yozulur?

Yumurta həyatın canlılığını, dünyanın yaranışını özündə əks etdirir. Yumurtanın müxtəlif rənglərə boyanması ilin 4 fəslini özündə təcəssüm etdirir. Qırmızıya boyanmış yumurta yayın, sarı  payızın, yaşıl-göy rəngli yazın, boyanmayan qışın rəmzidir. Yumurtanın dairəviliyi, qabığı torpağı özündə simvollaşdırır.Yumurtanın pərdəsi havanın, ağı suyun, sarısı isə odun simvoludur.

Novruzun əsas atributlarından biri səmənidir. Səməni nəyə işarədir?

Səməni bolluq, bərəkət rəmzidir. Həm buğda, həm arpadan hazırlanır.Arpadan hazırlanan daha çox təbiətin oyanışını bildirir.Səməni həmişə müqəddəs sayılıb.

 Ailədə xoşbəxt olan, çoxuşaqlı qadının rəhbərliyi altında səməniylə bağlı müxtəlif rəqslər edilir, şeirlər oxunur, sevgi göstərilir.“Səməni saxla məni, ildə göyərdərəm sənideməklə səməninin bolluğa, yaşıllığa işarə oluduğu bildirilir.

Səmənidən hazırlanan səməni həlimi xəstəliklərə şəfa verir.Səməni övlad vermək funksiyası da daşıyır.Bir qadın övladı olmayan gəlinlərin başı üzərinə səməni xonçası qoyur, digəri isə ordan su töküb “ay bu səmənini göyərdən bu gəlini göyərtalqışı deyir. Səməni 12 gün süfrənin baş tərəfində saxlanılır, 13-cü gün isə  axar suya atılır. Onu zibilliyə atmaq yasaq sayılır.

 

 

Yaqut Tapdıqqızı

 

Baku post.-2013.-16 mart.-S.9.