Muğam Festivalının ideya müəllifi Mehriban Əliyevadır”

 

“Muğam aləmi” III Beynəlxalq Muğam Festivalı bu gün başa çatır. Martın 11-dən başlanan festivalın təşkilatçıları Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Bəstəkarlar İttifaqıdır. Artıq üçüncü dəfədir ki, qədim muğam sənəti dünyanın müxtəlif ölkələrindən gələn ifaçıları, sənətkarları, incəsənət xadimlərini, alimləri və musiqisevərləri bir araya toplayır. Muğam bayramının yaddaqalan məqamları  haqqında festivalın bədii rəhbəri, Xalq Artisti, professor Firəngiz Əlizadə “New Baku Post”a müsahibə verib. 

– “Muğam aləmi” III Beynəlxalq Muğam Festivalı necə yadda qaldı?

– Festival unudulmaz məqamlarla zəngin oldu. Azərbaycan vətəndaşları, eləcə xarici qonaqların marağı sözlə ifa edilməyəcək qədər çoxdur. Festival konsertlərini izləmək üçün yer tapmayanlar hətta pilləkənlərdə otururdu. Biletlər dərhal satılmışdı. Qonaqlar da qeyd edir ki, muğam bayramı hər dəfə daha da möhtəşəm görkəm alır, musiqimizin şöhrətini ucaldır. 

Budəfəki festivalın fərqli cəhətləri idi?

– Bu il festivala 24 ölkə qatılıb. Festival çərçivəsində keçirilən müsabiqə  təkcə xanəndələri yox,  həmçinin instrumental muğam sənətini əhatə etdi, yəni xanəndələrlə yanaşı, musiqi alətlərinin ifaçıları da müsabiqədə məharətlərini nümayiş etdirdi. Ölkəmizin bütün regionlarında fəaliyyət göstərən musiqi məktəblərinin şagirdləri bu festivala qatılıb. Bu gün (19 mart-red.) festivalın  bağlanış mərasimində qaliblərin  adlarını açıqlayacağıq. Əvvəlki illərdən fərqli olaraq bu il festival təkcə Bakıda deyil, Naxçıvan, Gəncə, Lənkəran, Qəbələ, Şamaxı, Şirvan digər rayonlarda keçirildi. Bölgələrimizin  muğam ifaçıları  xarici musiqiçilərlə çıxış edib maraqlı bir vəhdət yaratdı. Festival çərçivəsində  Beynəlxalq Muğam Mərkəzində ustadların çıxışları, Filarmoniyada, Opera Balet Teatrında, digər konsert salonlarında simfonik muğamlar, muğam operaları, oriyental musiqi, həmçinin Rimski KorsakovunŞəhrizadəsəri, etno-caz səsləndirildi. İlk dəfə olaraq Heydər Əliyev Mərkəzində möhtəşəm bir konsert proqramı oldu.  Arxa fondakı zəngin videogörüntülər, slaydlar konsertin ruhuna təravət qatdı. Musiqi nömrələri sıralandıqca muğamlar onları bir-birinə bağlayaraq qırılmaz vəhdət yaradırdı. Silsilə konsertlərimiz  dəsgahlarla yadda qaldı. Muğam Mərkəzində sənətin ustaddan şagirdə ötürülməsini  səhnələşdirdik. Şagirdlər ustadlar çıxış etdi, nəsillərin təması quruldu. Xanəndələrimizin şəkilləri görüntüləndi,  ənənələrin qaynağından söhbət açıldı. Bildiyiniz kimi, hələ qədimlərdən muğamın incəlikləri bilavasitə qulaqdan-qulağa, səsdən-səsə ötürülüb. Bunları əyani surətdə bütün qonaqlara göstərdik. Bakı Caz Klubunda muğamla cazın nadir sintezini dinləmək imkanı yaradıldı. İtalyan dirijor simfonik muğamları idarə etdi. Festival çərçivəsində keçirilən elmi simpoziumda xaricdən gələn çoxsaylı ekspertlər alimlər iştirak edirdi.

Muğam sənətinə göstərilən qayğı Azərbaycanın dünya mədəniyyətində yerini dərəcədə əhəmiyyətli edir?

– Biz bəzi qonşularımız kimi heç vaxt demirik ki, muğam təkcə bizimdir. Əksinə, bizim festivalın adıMuğam aləmi”dir. Çindən başlamış Mərakeşə qədər bütün ölkələrin muğam ənənəsi var. Hind milli musiqisiraqası, Mərakeş melodiyaları, Misirin qədim mahnıları da hamısı bir strukturun üzərindəmuğam aləmində cəmləşib. Bütün dünya muğamı artıq tanıyır mənimsəyir, özününkü kimi qəbul edir. Muğamın dirçəlməsi ilə ölkəmizin dünya mədəniyyətinə çox böyük təsiri oldu. Bizim bütün dünyaya səs salan məşhur ifaçılarımız var. Dünyada muğam konsertləri keçirilir, dünya sənətçiləri öz növbəsində muğam festivallarına həvəslə qatılır.

Beynəlxalq Muğam Festivalının ideya müəllifi kim idi?

Təbii ki, Beynəlxalq Muğam Festivalının təşkilində keçirilməsində Heydər Əliyev Fondu, xüsusən Mehriban xanımın xidmətləri əvəzsizdir. Elə bu ideyanın müəllifi Mehriban xanımdır. Bu festival sıravi mədəniyyət tədbiri səviyyəsində yox, unudulmaz bir bayram kimi keçdi. Azərbaycanın birinci xanımının yaxından dəstəyi ilə muğama aid kompakt disklər buraxıldı, bütün muğamlar yeni texniki üsulla yazıldı, yeni muğam albomları, kitablar nəşr edildi. Muğam simpoziumunda tədqiqatlar barədə məlumat verildi, muğamın elmi, nəzəri tərəfləri araşdırıldı. Xarici qonaqlar deyir ki, dünyadakı ənənəvi musiqi bayramları arasında bizim muğam festivalını xüsusi bəyənirlər. Bu da təsadüfi deyil. Muğam dünyada böyük rəğbətlə qarşılanır. Muğamın digər janrlarla sintezi dəbdədir. Fransız rus bəstəkarları öz əsərlərində muğamdan istifadə ediblər. İndi Qərb bəstəkarları da muğama tez-tez müraciət edir. Buna sevinir qürur hissi duyuruq.  

 

 

Ümidə Həsənli

 

Baku Post.-2013.-19 mart.-S.10.