İstedaduğur

 

Azərbaycanın musiqi sənətinin cavanlaşmasına əməli töhfə verən milli bəstəkarların yeni nəslidir. Onun bir çox nümayəndələri hazırda peşə ötkəmliyi nümayiş etdirməklə yaradıcılıqda özlərinin tutarlı sözünü deməyi bacarırlar.

Ülviyyə Vəliyeva Azərbaycanda instrumental musiqi yazan sayca çox az gənc bəstəkarlardan biridir. O, həm də bir neçə uşaq musiqi qrupunun bədii rəhbəridir. Yaradıcılıq yeniliklərindən danışan bəstəkar həm də uşaqların bəzən özlərini sərbəst apara bilməməsinin səbəblərini,  istedadın üzə çıxması üçün hansı şərtlərin vacib olduğunu vurğulayıb.

– Hazırda nə işlə məşğulsunuz?

– İstər İncəsənət Universitetində, istərsə də işlədiyim “Dünya” məktəbində tələbələrimi imtahanlara hazırlaşdırıram. Bundan əlavə, Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş ali məktəb tələbələri arasında keçirilən birinci beynəlxalq müsabiqədə təşkilat komitəsinin üzvüyəm.

 Sevinən kədəradlı yeni bir instrumental əsərim ərsəyə gəldi. Bu musiqiyə klip çəkməyi düşünürəm. Son albomum 2009-cu ildə işıq üzü görüb. Buradakı musiqilərdən çox verilişlər filmlərdə istifadə olunur. İnstrumental əsərlərimdən ibarət iki diskim çıxıb.  Əslində müğənnilərlə birliyimin nəticəsi olan disk üçün hər şey hazırdır. 

Müəllif konserti barədə düşünürsünüzmü?

Uşaqlıq illərindən pianoçu kimi simfonik orkestrlə dəfələrlə konsertim olub.  2009-cu ildə isə Bakı Caz Mərkəzində keçirilənMənə sevməyi öyrədinadlı solo konsertim bəyənilmişdi. Əslində mahnı janrına az müraciət edirəm. Məncə, müasir poeziyada tərənnüm olunan  sevgi  hissləri bir qədər sünidir.  Ona görə instrumental musiqiyə daha çox yer ayırıram ki, insanlar sözlə deyə bilmədiklərini, sevgi duyğularını  daha qabarıq hiss etsin. İndiki əksər mahnılar boş söz, zövqsüz musiqi quru hisslərdən ibarətdir.

İlk dəfə mahnı yazanda neçə yaşınız vardı?

İlk musiqi parçasını 5 yaşında yazmışam. Təsəvvür edin ki, o da instrumental idi.  Mahnıların ilk dinləyicisi ailə üzvlərimdir. Ən çətin anda isə müəlliməm, Qara Qarayevin tələbəsiElnarə Dadaşovadan məsləhət alıram.

Bədii rəhbəri olduğunuz uşaq qrupları necə yaranıb? Bura hansı yaşlı uşaqlar toplanıb?

Azərbaycanda uşaq qrupları qıtlığı həmişə olub. Bunu bildiyimdən Avropa standartlarına uyğun bir qrup yaratdım. Azərbaycanın UşaqAvroviziya”sında iştirakının təşəbbüskarlarından olmuşam. Sonunda arzuma çatdım. Qrupları yaradanda isə səs, zahiri görünüş ən əsası daxili sərbəstliyə fikir vermişəm. Yaş həddi 8-14 arasıdır. Hazırda qrupdakı uşaqlar böyüdüyünə görə ifaçıların tərkibində dəyişiklik edirəm. İstəyənlər müraciət edə bilər. Bizdə, ümumiyyətlə, uşaqlarla işləmək istəyən sənətçilər çox azdır. Maddi maraqlar bəzən üstün gəlir, onların da uşaqlara ayırmağa vaxtı yoxdur.

Azərbaycanda kifayət qədər uşaq musiqi qrupu varmı?

Azərbaycan  torpağı əvəzsiz istedadlar yetirir. Əsas güc valideynin üzərinə düşür. İlk növbədə, uşaqla valideyn məşğul olmalıdır. Övladın küçədə veyillənməkdənsə, hər hansı bir sənətlə məşğul olması daha vacib gözəldir. Bəzi valideynlər qorxur ki, birdən uşaqları səhnəyə çıxar müğənni olar. Əgər uşağın istedadı varsa qarşısına müğənni olmaq məqsədi qoyubsa,  əvvəl-axır bu yola gələcək.

Sizə elə gəlmir ki, bizim uşaqlar, məsələn, qonşu Türkiyə Rusiyadakı həmyaşıdlarından daha utancaq çəkingəndir?

Sizinlə tam razıyam. Ona görə səhnəyə uşaq hazırlayıramsa, bu amillərə çox ciddi fikir verirəm. Məncə, günah valideyndədir. Uşağı sərbəst həyata erkən hazırlamaq lazımdır.   Mentaliteti bəhanə gətirənlər çoxdur. Ona görə çəkilişlərə belə valideynləri buraxmıram. 

Ötən il Azərbaycan ilk dəfə “Junior Eurovision” müsabiqəsinə qatıldı uğurlu göstərici əldə edilmədi. Sizcə, yaxşılığa doğru irəliləyiş olacaqmı?

Uğursuz göstərici deyildi. Cəmi 12 ölkə iştirak edirdi. Mən özüm münsif idim. Bu bizim ilk çıxışımız idi. Növbəti müsabiqəyə ciddi hazırlaşsaq, ön sıralarda yer ala bilərik.

 

 

Ümidə Həsənli

 

Baku Post.-2013.- 4 may.-S.10.