Ömrün bitməyən simfoniyası
90 illik yubileyi təkcə Azərbaycanda
deyil, dünyanın bir çox yerində təntənə
və ehtiramla qeyd olunan Heydər
Əliyev misilsiz xidmətləri sayəsində
tarixə görkəmli
dövlət xadimi, böyük siyasətçi,
xalqın lideri və müasir Azərbaycanın qurucusu kimi düşüb.
1923-cü
il may ayının
10-da Azərbaycanın ayrılmaz
parçası Naxçıvanda
dünyaya göz açan Heydər Əliyev hələ uşaqlıqdan qeyri-adi zəkası, dərin müşahidə qabiliyyəti,
kitaba sevgisi və səlist nitqi ilə seçilir.
Orta məktəbi bitirəndən
sonra təhsilini Naxçıvan Pedaqoji Texnikumunda davam etdirən Heydər Əliyev Azərbaycan Sənaye İnstitutunun memarlıq fakültəsinə
daxil olur. Lakin İkinci dünya müharibəsinin başlanması
təhsilini yarımçıq
qoyması ilə nəticələnir.
1941-ci ildən
Heydər Əliyev Naxçıvan MSSR Xalq Daxili İşlər Komissarlığında və
xalq komissarları sovetində çalışır.
Üç il
orada işlədikdən
sonra Dövlət Təhlükəsizlik Komitəsinin
sərəncamına göndərilir.
Təhlükəsizlik orqanlarında gərgin
fəaliyyəti, əzmkarlığı
və bu peşənin sirlərinə
dərindən yiyələnmək
arzusu ilə yanaşı, o, paralel olaraq 1957-ci ildə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirir.
1964-cü ildən Azərbaycan SSR Nazirlər Soveti yanında Təhlükəsizlik
Komitəsi sədrinin
müavini, sədri olur və general-mayor rütbəsinə qədər
yüksəlir. Bununla da,
təhlükəsizlik orqanlarında
azərbaycanlı kadrların
rəhbər vəzifələrdə
işləməsi prosesi
başlanır.
Heydər Əliyev 1969-cu ildə
Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin iyul plenumunda birinci katib seçilir. Bu təyinatla Azərbaycanda
sürətlə gedən
sosial-iqtisadi, eləcə
də mənəvi-psixoloji
tənəzzülün qarşısı
alınır, respublikada
çoxdan gözlənilən
sabit inkişaf dövrü başlayır.
Çiçəklənmə dövrü
1969-1982-ci illərdə Azərbaycan
üçün strateji
önəm kəsb edən məsələlər
uğurla həyata keçirilir. Heydər Əliyevin
bu dövrdə yürütdüyü məqsədyönlü
siyasət Azərbaycanı
SSRİ məkanında inkişaf
etmiş respublikalardan
birinə çevirir.
Həmin
illərdə Azərbaycanın
neft hasilatı 3, qaz hasilatı 2 dəfə artır.
13 ildə əvvəlki
50 ilə bərabər
sənaye məhsulu istehsal edilir.
Azərbaycan pambıqçılıq, əkinçilik, üzümçülük
sahələrində ciddi
irəliləyişə nail olur. İnsanları zəhmətə, kollektiv əməyə ruhlandıran Heydər Əliyev onların ən dəyərli qiymətini də elə özü verirdi. Onun həyata keçirdiyi
siyasət Azərbaycanda
milli ruhun sıxışdırılmasının qarşısını almağa,
yüksəltməyə xidmət
edirdi. Çünki Heydər Əliyevin
nəzəri-siyasi irsinin
əsasını milli
özünüdərk, müasirlik
və azərbaycançılıq
ideyası təşkil
edirdi.
Azərbaycana rəhbərlik etdiyi
dövrdə böyük
təzyiqlərə məruz
qalsa da, daim xalqın tarixi keçmişini, dilini, milli adət-ənənəsini
qorumaq uğrunda mübarizə aparıb.
1982-ci ildə Sov. İKP MK Siyasi Bürosunun üzvü seçilən
Heydər Əliyev
SSRİ Nazirlər Soveti
sədrinin birinci müavini təyin edilir. Bununla da o, ilk azərbaycanlı
kimi dövrün nəhəng dövlətinin
rəhbərlərindən biri olur. 20 il SSRİ Ali Sovetinin deputatı, 5 il SSRİ Ali Soveti sədrinin müavini kimi çalışır.
1987-ci ilin oktyabrında
Sov.İKP rəhbərliyinin
yeritdiyi məntiqsiz və perspektivi olmayan siyasi xəttə etiraz edərək tutduğu vəzifədən istefa verir. Cəmi 4 il sonra
SSRİ-nin süquta uğraması təsdiqləyir
ki, həmişə uzaqgörənliyi ilə seçilən Heydər Əliyev istefanı əbəs yerə verməmişdi. Həyatın gedişatı onun
siyasi baxışlarının
praqmatik olmasını
əyani şəkildə
təsdiqlədi.
Həmişə xalqın
yanında
1990-cı il yanvarın 20-də
Bakıda törədilən
qanlı faciə ilə bağlı Heydər Əliyev Moskva nümayəndəliyinə
gedərək bəyanatla
çıxış edir,
dinc xalqa qarşı törədilən
vəhşiliklərə ilk hüquqi-siyasi qiymət verməklə cinayətkarların
cəzalandırılmasını tələb edir.
1991-ci ildə
Heydər Əliyev
SSRİ rəhbərliyinin Dağlıq
Qarabağla bağlı
ikiüzlü siyasətinə
etiraz əlaməti olaraq, Kommunist Partiyasının sıralarını
tərk edir və Azərbaycana qayıdır. Ali Sovetə deputat seçilən Heydər Əliyev 1991-1993-cü illərdə
Naxçıvan Muxtar
Respublikası Ali Məclisinin
sədri, Azərbaycan
Respublikası Ali Soveti
sədrinin müavini kimi fəaliyyət göstərib. 1992-ci ildə Naxçıvanda keçirilən Yeni Azərbaycan Partiyasının
Təsis Qurultayında
siyasi təşkilatın
sədri seçilir.
Bu həmin
o dövr idi ki, Azərbaycanda xalq hərəkatı geniş vüsət almışdı. Lakin insanların
demokratiya və müstəqillik arzusunun reallaşması və erməni millətçilərinin
vəhşiliklərinə qarşı aparılan mübarizədə həqiqi
milli lider böhranının yaşandığı
aşkar şəkildə
özünü büruzə
verirdi. Müstəqilliyin ilk illərində siyasi hakimiyyətdəkilərin
səriştəsizliyi, düşünülməmiş
addımlar atması, qətiyyətsizliyi ölkədə
hərc-mərcliyə səbəb
olmuşdu.
Zamanın çağırışlarına
doğru
Ən ağır məqamda,
vətəndaş müharibəsi
təhlükəsi ilə
üz-üzə qalmış
xalq 1993-cü ilin iyununda təkidlə Heydər Əliyevi ikinci dəfə siyasi hakimiyyətə qaytardı. İyulun 15-də Azərbaycan Ali Sovetinin sədri seçilən siyasi lider Milli Məclisin
qərarı ilə iyulun 24-dən Azərbaycan
Respublikası Prezidentinin
səlahiyyətlərini icra
etməyə başladı.
Həmin ilin oktyabrında
ümumxalq səsverməsi
nəticəsində Heydər
Əliyev Azərbaycan
Respublikasının Prezidenti
seçildi və o gündən ölkədə
hüquqi-demokratik dövlət
quruculuğu istiqamətində
məqsədyönlü işlər
həyata keçirilməyə
başlandı.
Ölkə qısa müddətdə
dünya birliyində tanındı və özünəməxsus yeri
tuta bildi. Uzaqgörən rəhbərin siyasəti
nəticəsində imzalanmış
“Əsrin Müqaviləsi”
Azərbaycanın gələcək
inkişafının təminatçısı
oldu. Xalq 1998-ci ildə də
prezident seçkilərində
yenə etimadını
Heydər Əliyevə
göstərdi.
Dünya birliyində ilk addımlarını
atan ölkəni uğurlu gələcəyə
aparan strategiya müvəffəqiyyətlə reallaşır.
Azərbaycanın görkəmli şəxsiyyəti
bir çox orden və medallarla,
beynəlxalq mükafatlarla
təltif olunub. Dünyanın ən məşhur
universitetlərinin fəxri
doktoru seçilib.
Baku Post.-2013.-10 may.-S.2.