Əsrin möcüzəsi
“bp
Azerbaijan” şirkətinin sabiq
prezidenti Devid Vudvord Heydər Əliyevin Azərbaycanın
uzunmüddətli inkişaf
strategiyasının yaradılmasında
müstəsna rolundan
danışıb:
“Heydər Əliyev
ən kiçik detalları qavrama qabiliyyətinə, həmçinin
qeyri-adi yaddaşa malik güclü və xarizmatik lider idi. O, Azərbaycan
xalqının gələcəyini
görmək kimi unikal bacarığa malik idi.
Heydər Əliyev SSRİ-nin dağılmasından sonra neft-qaz resurslarının və ölkənin potensialının
Azərbaycanın müstəqilliyinin
və uğurlu iqtisadi inkişafının
təminatında həlledici
amil kimi müəyyənləşdirilməsində mühüm rol oynadı”.
Onun sözlərinə görə,
Heydər Əliyev bunu qonşu ölkələrlə yaxşı
münasibətləri saxlayaraq,
beynəlxalq şirkətlərin
energetika sektoruna çıxışına şərait
yaratmaqla etdi: “Azərbaycanda “Azəri-Çıraq-Günəşli”
(AÇG) dəniz yataqları
blokunun işlənməsini
nəzərdə tutan,
“Əsrin müqaviləsi”
adlanan PSA tipli (hasilatın pay bölgüsü)
müqavilə keçmiş
SSRİ ölkələrində bp kimi beynəlxalq
neft şirkətləri
tərəfindən investisiyaların
əminliklə qoyuluşuna
əsas yaradan ilk razılaşmalardan biri oldu”.
Vudvord vurğulayıb ki, bu sərmayələr böyük risklər dövrü kimi baxılan bir vaxtda neft-qaz resurslarının inkişafı
üçün zəruri
idi: “Heydər Əliyev sonrakı inkişaf layihələrinə
də böyük diqqət ayırır və həmin layihələri öz şəxsi dəstəyi,
həmçinin Azərbaycan
Respublikası Dövlət
Neft Şirkəti və hökumətin dəstəyi ilə təmin edirdi. Bu dəstək olmadan
AÇG, Bakı-Tbilisi-Ceyhan
(BTC) və “Şahdəniz”
layihələri uğurla
həyata keçirilə
bilməzdi”.
Onun fikrincə, AÇG-nin və “Şahdəniz” qaz yatağının işlənməsindən əldə
olunan əsas gəlirlər infrastruktur,
təhsil, səhiyyə
və digər sahələrə dövlət
xərcləri formasında
Azərbaycan iqtisadiyyatına
böyük töhfə
verdi: “Hərçənd,
2006-cı ildə Azərbaycanı
tərk etdiyimdən bütün bu hadisələrin birbaşa
şahidi olmamışam,
ancaq ölkənin əldə etdiyi heyranedici tərəqqi haqqında hesabatları görür və eşidirdim. Azərbaycan Respublikası Dövlət
Neft Fondu uzunmüddətli perspektivdə
ölkənin rifahını
təmin etməyə
kömək edəcək
xeyli kapital yığıb və əminəm ki, bu müddət ərzində iqtisadiyyatın
özəl sektoru da əhəmiyyətli dərəcədə artacaq”.
Göstərilən
bu layihələrin təsiri Azərbaycandan kənarda da hiss olunub: BTC-nin fəaliyyətindən və
onun tranzit tariflərindən Gürcüstan
və Türkiyə də faydalanıb. Onun sözlərinə görə, eyni sözləri “Şahdəniz”
yatağından Cənubi
Qafqaz boru kəməri ilə qaz tədarükü haqqında da demək olar: “Şübhəsiz ki, enerji layihələri bu ölkələr arasında artıq sıx olan siyasi
və iqtisadi münasibətlərə öz
töhfəsini verəcək”.
Lakin onun sözlərinə görə,
bu layihələrin təsiri daha genişmiqyaslı olub, belə ki, bu
layihələr Avropa və dünya bazarlarını Xəzərdən
yeni neft və qaz mənbələri
ilə təmin edib və beləliklə,
Azərbaycan beynəlxalq
arenada əhəmiyyətli
oyunçuya çevrilib.
O, həmçinin
qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyev hələ
ARDNŞ-ın birinci vitse-prezidenti olduğu dövrdə Azərbaycanın
formalaşmasında müəyyən
rol oynadı və AÇG və BTC layihələrinin irəliləyişi
üzrə bir sıra məsələlərin
həllinə şəxsən
kömək etdi: “İlham Əliyev Prezident olan kimi bu layihələrə
aktiv dəstəyi davam etdirdi. Azərbaycanı altı ildən
çoxdur tərk etsəm də, bilirəm ki, neft və qaz
yataqlarının işlənməsi
davam etdirilib. Prezident İlham Əliyev Azərbaycanın
gələcəkdə “Şahdəniz”
yatağından Avropaya
qaz tədarükünü
həyata keçirməsi
məqsədilə ölkənin
resurslarından istifadə
siyasətini yalnız
iqtisadi mənfəət
üçün deyil,
həmçinin gələcəkdə
Azərbaycanın dünyadakı
mövqeyinin və beynəlxalq əlaqələrinin
möhkəmləndirilməsi üçün də dəstəkləyir”.
(Trend)
Devid Vudvord,
“bp
Azerbaijan” şirkətinin
sabiq prezidenti
Baku Post.-2013.-10 may.-S.4.