Bu kino ki var...

 

Bu il 115 yaşı tamam olacaq Azərbaycan kinosunun tarixində ilk dövlət qurumu ötən əsrin 20-ci illərində yaradılıb. 1923-cü ildə Azərbaycan Foto-Kino İdarəsi (I Dövlət kinofabriki) təşkil edilib. Sonrakı illərdə bir neçə dəfə adını dəyişən qurum 1961-ci ildən C.Cabbarlı adınaAzərbaycanfilmkinostudiyası adlanır. 90-cı illərin əvvəlində yaşanan ağır siyasi-iqtisadi böhrandan mədəniyyətin digər sahələri kimi, kino təsərrüfatı da öz nəsibini aldı... C.Cabbarlı adınaAzərbaycanfilmkinostudiyasının direktoru Müşfiq Hətəmov bir ildən çoxdur ki, bu vəzifədə çalışır. O, kinostudiyanın fəaliyyəti haqqında fikirlərini bizimlə bölüşüb:

Azərbaycanda kino sənayesini yenidən qurmaq üçün əsas istiqamət xətti necə olmalıdır?

Əsas məqsədimiz yeni kino təfəkkürü yaratmaqdır. Müasir dövrdə yeni, güclü maddi-texniki baza ilə yanaşı, yeni zövq, yeni düşüncə tərzi formalaşdırmaq vacib məsələdir. Elə bu səbəbdən kinoda düzgün işlək mexanizm qurmağa çalışırıq. Qarşımızda belə suallar var – biz bu yolda hansı prosesləri keçməliyik hansı işləri görməliyik? Kinostudiyada 2008-ci ildən tamamlanmamış bir neçə film var idi. Bir il müddətində 7 filmi tamamladıq bir neçəsi bitmək üzrədir. Bundan sonra düzgün istehsal mexanizmi qurmaq üçün bir çox addımlar atdıq ki, nəticəsi özünü doğrultmaqdadır.

 Azərbaycanda kino üçün böyük meydan var. Qoruqlar, etnoqrafik məkanları, tarixi yerlər, qədim şəhərlər bu baxımdan böyük əhəmiyyət kəsb edir. Biz bu atributlardan düzgün istifadə edə bilsək, kinonun inkişafı üçün əvəzsiz töhfə olar. Düzgün mexanizmi qurmaq üçün ilk növbədə müvafiq hüquqi baza hazırlamaq lazımdır.

Kinostudiyanın yenidən qurulması ilə bağlı hansı layihələrə başlanılıb?

Əsas məqsəd kino sənayesini elə qurmaqdır ki, özümüzdən başqa xarici şirkətlər gəlib burda film çəkə bilsin. Hazırda Fransa şirkəti ilə bərabər kinostudiyanın layihələndirilməsi prosesi gedir. Bu işlərin 2014-cü ildə başa çatması gözlənilir. Çalışacağıq ki, “Azərbaycanfilmkinostudiyası müasir gözəl kino şəhərciyinə çevrilsin. Burada yaradılacaq mərkəz müasir avadanlıqlarla təchiz olunacaq. Həmçinin mehmanxana, kino zalları, kino muzeyi, texniki kadrların hazırlanması üçün laboratoriyalar s. fəaliyyət göstərəcək. Neçə illərdir ki, televiziyalarAzərbaycanfilm”lə əməkdaşlıq etmirdi. Artıq bu gün İctimai Televiziya kinostudiyanın pavilyonunda seriallar çəkir. 

Azərbaycanda  kinoprokat sahəsi demək olar ki, yoxdur

Avropa Şurasının nəzdində Kinonun İnkişaf Fondu fəaliyyət göstərir. Rusiya Gürcüstan da həmin fondun üzvüdür. Mədəniyyət Turizm Nazirliyi həmin fonda üzv olmaq üçün müraciət edib. Bu fonda üzvlük filmlərimizin keyfiyyətli çəkilişinə rəvac verəcək. Bu yaxınlarda Mədəniyyət Turizm Nazirliyinə müraciət edərək “Kino haqqındaQanunda bəzi dəyişikliklər etmək təklifini  irəli sürmüşük. Nazirlər Kabinetində İqtisadi İnkişaf  Nazirliyində hazırladığımız təkliflər paketinə baxılır. İstəyirik ki, kinodan əldə olunan gəlirlər müvəqqəti olaraq – 5 il müddətinə vergidən azad edilsin. Təklifimiz müsbət qarşılanarsa, bu, Azərbaycan kinosunun inkişafına öz töhfəsini verəcək ölkəmizə üz tutan xarici kino şirkətlərinin sayını artıracaq. Prokat ilə bağlı onu deyim ki, “Azərbaycanfilm”in 90 illiyi ilə əlaqədar böyük bir kinoprokat layihəmiz həyata keçiriləcək. Prokat əsas məsələdir biz bu işi qurmaqla kinomuza stimul verəcəyik. Həmçinin respublikamız ilk dəfə olaraq Xalq yazıçısı Elçinin eyniadlı əsəri əsasında çəkilmiş “Mahmud Məryəmfilmi ilə dünya prokatına çıxa bildi. Azərbaycan Türkiyə kinematoqrafçılarının birgə əməyinin məhsulu olan ekran əsəri artıq Avropanın 8 dövləti, Yaponiya Amerikada prokata çıxarılıb. Bu ilk addım böyük uğurdur. Bundan başqa, ötən bir ildə kinostudiyanın saytı yaradılıb, müxtəlif kiçik layihələr həyata keçirilib. Kinostudiyanın 100 min şəkildən ibarət olan foto arxivi rəqəmsal sistemə köçürülüb.

Çəkilişi başa çatmış filmlər vaxt təqdim olunacaq?

– “Dərvişin qeydləri”, “Qisas almadan ölmə bir neçə filmin təqdimatını avqust ayının sonuna qədər həyata keçirməyi planlaşdırırıq. Bu yaxınlarda isə “Mahmud Məryəm”in təqdimatı Azərbaycanda keçiriləcək. Hazırda Fikrət ƏliyevinPolkovnikin xəzinəsibədii filminə hazırlıq işləri gedir. Qısametrajlı digər filmlər istehsalata buraxılıb.

Siz rəhbər təyin olunmazdan öncə kinostudiya kənardan necə təsir bağışlayırdı indi bu qurumu necə görürsünüz?

Rəhbər olandan sonra gördüm ki, kino istehsalatını düzgün qurmaq lazımdır. Kino elə  sahədir ki, işin düzgün qurulması kadr potensialının artırılması vacibdir. Xaricdə təhsil almış gəncləri cəlb edirik, bu məqsədlə kinostudiyada beynəlxalq əlaqələr şöbəsi fəaliyyətə başlayıb. Mən son illərdə ölkəmizdə çəkilən filmlər haqqında xarici ekspertlərdən (Almaniya Amerika) rəy almışam, o cümlədən bir neçə ssenarini xarici ekspertlərə vermişəm. Bunların bir qismində plagiat var, bəziləri isə çox müsbət qarşılanıb. Öz kino mühitimizi saxlamaq şərti ilə çalışırıq ki, dünya kinosuna inteqrasiya edə bilək. Böyük texniki bazaya malik kino şirkətləri ilə əməkdaşlıq edib Bakıda onların nümayəndəliyini açmağa çalışırıq. Kinostudiyanın təmirindən sonra alınacaq hər bir yeni texnika üzrə kadrlarımız da hazırlanacaq. Kadr məsələsində Təhsil Nazirliyi ilə əməkdaşlıq etməyi düşünürük. Kino üç əsas komponentdən ibarətdirtexnika, kadr, mexanizm. Bunların üçü bir yerdə cəmlənəndə nəticə uğurlu alınır.

Siz həm Azərbaycan Prodüserlər Gildiyasına rəhbərlik edirsiniz. Bu qurumun məqsədi nədir?

Azərbaycanda olan kino mütəxəssislərini bir araya gətirmək üçün Prodüserlər Gildiyasını təsis etdik. Qurumda respublikanın aparıcı 18 şirkəti cəmlənib. Hazırda dünyada əsas sözü prodüser filmləri deyir. Bunların bir-birinə olan köməyi nəticəsində artıq Gürcüstan İrandan mütəxəssislərin gətirilməsi dayandırılıb öz kadr potensialımızdan düzgün istifadə edilməyə başlamışıq. Müsabiqə elan etdik, şərtə görə Azərbaycanda ilk dəfə olaraq ssenarini prodüserlər seçəcək. Kimin imkanı hansı maliyyəyə çatırsa, öz cibinə uyğun film çəkəcək. Bu da gələcəkdə özəl sahənin inkişafına təkan verəcək. Eyni zamanda, ekspert qrupu da dəvət olunacaq filmin sinopsis variantından artıq ilk proqnozları verməyə nail olacağıq. Çünki maliyyənin hara sərf ediləcəyi bilinməlidir. Beynəlxalq kino şirkətləri ilə birlikdə müştərək filmlər çəkmək istəyirik.  2014-cü ilə qədər bu layihəni həyata keçirəcəyik.

 

 

Ümidə Həsənli

 

Baku Post.-2013.-15 may.-S.10.