Son 10 ildəki intibah

 

Onu neçə ilərdir tanıyıram. Amma budəfəki söhbətimizdə indiyə kimi bilmədiyim çox faktları öyrəndim. Bəlli oldu ki, Fuad Muradovun 10 il əvvəl verdiyi bir qərar onun həyat tərzində, karyerasında ciddi dönüşə səbəb olub. Əgər Azərbaycanda qalıb gənclər sektorunda aktiv işə başlamasaydı, indi neft sənayesində ətraf mühitlə bağlı problemlərin həllində aparıcı mütəxəssislərdən biri ola bilərdi.

Milli Məclisin üzvü, uzun müddət Azərbaycan Respublikası Gənclər Təşkilatlarının Milli Şurasına rəhbərlik edən Fuad Muradov vaxtilə təhsil aldığı Dövlət Neft Akademiyasında gənclər təşkilatının sədri olub. Daha sonraÜmidli gələcək” adlı təşkilatı yaradıb.

– Həmin vaxt ilk layihəmiz iqtisadi kitabxananın yaradılması oldu. Bu kitabxana indinin özündə də Nizami küçəsi 117 ünvanında fəaliyyət göstərir. Sonra kimsəsiz uşaqlar üçün ingilis dilikompüter kursları açdıq. Zaqulbada Sümük vərəm dispanserində 6 ay könüllü kimi işlədik. 2000-ci ilə kimi tələbəlik dövrümdə forumların hazırlıq mərhələsində iştirak etdim. Amma elm məni daha çox maraqlandırırdı:

– Bəs, elm arxasınca getmək fikriniz olmayıb?

Olubbu istiqamətdə xeyli işlər görmüşdüm. 2000-ci ildə ADNA-da ilk dəfə olaraq TEMPUS-TAZİS – Avropa Birliyi proqramı çərçivəsində iki illik magistratura proqramı açıldı. Ən yaxşı tələbələri ora müsabiqəsiz qəbul edirdilər. Proqrama görə, 6 ay Bakıda, daha sonra NitsaSofiyada təhsil alırdın. O vaxt təhsil ocaqlarında indiki kimi potensial yox idi. Lakin Neft Akademiyasında müxtəlif qurumlardan – bp-dən, Shevron-dan mütəxəssislər gəlib laboratoriya açırdılar, bizorada işləyirdik. Ona görə  artıq müəyyən əlaqələr formalaşmışdı. Bu əlaqələr hesabına TEMPUS-TAZİS proqramı çərçivəsində magistraturanın məhz bizim Akademiyada açılmasına nail olmuşduq.

 Sonra elə oldu ki, Tokio Universitetinin nəzdində atom enerjisi və təhlükəli tullantılar mövzusunda magistratura almaq imkanı yarandı. Yaponiyanın Matsumaya Fondu xüsusi bacarıqlı tələbələr üçün qrant ayırmışdı. Mənim də ixtisasım neft sənayesində ətraf mühitin qorunması idi, yəni sırf mənim maraq dairəmdə idi. Həmin dövrdə postsovet ölkələrində bu ixtisas üzrə mütəxəssis yox idi, hamısı xaricdən gəlirdi. Mən də həmin proqrama müraciət etdim, çox uzun bir imtahan prosesi oldu. Nəhayət, seçim bitdiqalib oldum. Tokio Universitetindən dəvət aldım, artıq elmi işimi aparmaq üçün mənə professor da təhkim olunmuşdu. O vaxta görə mənə elmi üçün çox böyük məbləğdə təqaüd ayrıldı. Mən də 2002-ciilin martında getməyə hazırlaşırdım. 

Amma getmədiniz. Səbəb nə oldu?

Çünki elə həmin ərəfədə AR Gənclər Təşkilatları Milli Şurasına (ARGTMŞ) dəvət aldım. Axı, həmin vaxta kimi Şurada təmsilçiliyim vardı. Bunu ilk dəfə sizə deyirəm, 2001-ci ildə Milli Şura BMT-nin İqtisadiSosial Şurasında status almalı idi. Buna mane olmaq üçün oradakı erməni lobbi təşkilatları işə keçmişdilər. Ona görə belə qərar verildi ki, ora gedim. İlk dəfə Amerikaya da onda getdimbir neçə günlük müzakirələrin nəticəsi uğurlu oldu. Azərbaycan tarixində ilk dəfə gənclər təşkilatı Ecosof-un xüsusi statusunu aldı. Həmin vaxt ətraf mühitin qiymətləndirilməsi ilə bağlı məsləhətçi kimi işləyirdim, o vaxta görə yaxşı maaş da alırdım. Digər tərəfdən, Tokioya hazırlaşırdım.  Amma elə bu məqamda Milli Şuranın rəhbərliyi tərəfindən qalıb orada işləmək təklif olundu. Çox düşünüb-daşınandan sonra qalmağa qərar verdim. Əvvəl beynəlxalq katib, sonra baş katib vəzifəsində işlədim. 2004-cü ildə sədr seçildim. Bununla da gənclər sektorunda işim başladı.

– Bəs, bu illər ərzində elm aləmi üçün darıxmadınız?

– Əslində, elmdən tam uzaq düşdüyümü deyə bilmərəm. Çünki neçə illərdir Milli Şura, Milli Məclislə paralel olaraq elmi işimi də aparırdım. Mövzum neft sənayesi olan yerlərdə torpaq, su çirklənməsinin paylanma qanununa uyğun olub-olmaması ilə bağlıdır. Tədqiqatlar Qum adasında gedirdi. Məlumatlara kifayət qədər çıxışın olmaması, avadanlığın az olması kimi çətinliklər vardı. Ona görə də araşdırmalarım neçə illər çəkdi. Nəhayət, ötən il kimya üzrə fəlsəfə doktoru adını aldım. Bununla yanaşı, AVRONEST-də enerji təhlükəsizliyi komitəsinin həmsədriyəm, Milli Məclisdə də Ekologiya və təbii sərvətlər komitəsində təmsil olunuram. Özüindi biliklərimi artırmaq imkanları da çoxdur – ədəbiyyat da kifayət qədərdir, əlaqələr daha genişdir. Onu da deyim ki, yapon professorla hələ də yazışırıq.

 Elə elmi işimin müdafiəsində də ondan məsləhətlər aldım.

Sonradan geriyə baxanda siyasəti seçdiyinizi səhv addım kimi qiymətləndirmədiniz?

Peşman olduğumu deyə bilmərəm. Gənc yaşımda millət vəkili seçilmişəm. Açıq deyirəm, Azərbaycanda məndən də istedadlı, məndən də savadlı, güclü gənclər çoxdur. Çünki 10 il əvvəlki dövrdə Azərbaycanda elə bir şərait yaradılıb ki, gənclər çox sürətlə həm ictimai, həm də siyasi proseslərə qatılmağa başladılar. Həmçinin iqtisadiyyatda, xarici siyasətdə, biznesdə gənclər üçün böyük imkanlar yaradıldı. Mən də bu imkanlardan istifadə edənlərdən oldum. Yəni, mənim timsalımda Azərbaycanda son 10 ildə gənclər üçün yaradılan geniş imkanları görmək mümkündür.

– Ümumiyyətlə, son 10 il ərzində gənclərin inkişafı üçün atılan konkret hansı addımları xüsusi vurğulamaq olar?

Bu müddət ərzində gənclər üçün intibah dövrü başladığını demək olar. Onların respublikanın ictimai-siyasi hadisələrinə daxil olması prosesi daha da sürətləndi. Biz bu prosesin içində olduğumuzdan, bəlkə də özümüz bu sürətli inkişafı görmürük. Amma kənardan baxanlar çox təəccüblənirlər. Mənim və mənim kimi bir çox digər gənclərin nümunəsi həm də ambisiyalı gənclərə böyük stimul vermiş oldu. Gənclər gördülər ki, daim öz üzərində işləyirsənsə, sən millət vəkili də ola bilərsən, mühüm dövlət postunda d işləyə bilərsən. Təsadüfi deyil ki, bu illər ərzində ölkədə xeyli yeni gənclər təşkilatları yaradıldı. Bu sahədə dövlət proqramı  qəbul olundu. Bakıda yüksək səviyyədə beynəlxalq tədbirlər təşkil olunmağa başladı. Son illər təkcə paytaxtda deyil, regionlarımızda da tədbirlər keçirilir, yeni Azərbaycanın siması göstərildi.

 Gənclər üçün vaxtilə çox çətin başa gələn, xülya kimi görünən xaricdə təhsil almaq indi çox asanlaşıb. Xüsusi dövlət proqramı çərçivəsində hər il onlarla istedadlı gənc dünyanın ən nüfuzlu təhsil ocaqlarında oxuyur, peşəkar kadrlar bazası yaranır. Bu, həm də Azərbaycanın müxtəlif ölkələrdə tanınmasına yardım göstərir. Təbii, görülən addımlar sırasında Gənclər Fondunun yaradılmasını da xüsusi vurğulamaq lazımdır. Yəni, işlər həddən artıq çoxdur

– 10 ildə görülən işlərdən, gənclər üçün yaradılan şəraitdən danışdınız. Bəs, indi inkişafı daha da sürətləndirmək üçün hansı sahələrə diqqət yetirmək lazımdır, prioritet nə olmalıdır?

– Məncə, təhsilə, xüsusilə də ali təhsilə yanaşma fərqli olmalıdır. İndiyə kimi düşünürdük ki, ən vacib olanı uşaqlarımızın instituta daxil olmasıdır. Bu, əlbəttə yaxşıdır, hər kəsdə motivasiya olmalıdır. Amma elə bir durum yaranıb ki, bəzi peşələrə əməlli-başlı tələbat olsa da, bu işləri görən yoxdur. Sürücü, çilingər, bənna, bağban kimi peşələr şərəfli işlərdir, onların da peşəkarlarına ehtiyacı var.

 Məni həm də gənc ailələr arasında boşanmaların sayının artması narahat edir. Artıq bu ilin ilk ayının göstəricilərinə görə boşanmaların sayı evlənmələrə nisbətən iki dəfə çoxdur. Məncə, aidiyyəti dövlət qurumları, komitə və nazirliklər bu istiqamətdə daha ciddi işləməlidirlər. Şəxsən mən hər dəfə Allaha şükür edirəm ki, ailəm məni bütün işlərimdə dəstəkləyib. Gərgin işimi qəbul edirlər, övladlarım Cəlal və İlham hələ kiçik olsalar da, məni başa düşürlər, məni az görmələrini bağışlayırlar. Məncə, ailə dəyərləri hər kəsin malik olduğu ən böyük sərvətdir və onu qorumağa çalışmalıyıq.

 

 

Fərəh Sabirqızı

 

Baku Post.-2013.-18 may.-S.6.