Peşəkar
səhnənin bir addımlığında
Noyabrın 4-15-də Bakı Şəhər Mədəniyyət və
Turizm İdarəsinin
təşkilatçılığı ilə Bakıda xalq teatrlarının festivalı keçiriləcək. Festival Heydər Əliyevin 90 illik yubileyinə həsr olunub. Festivalda 19 mədəniyyət müəssisəsindən
21 kollektiv iştirak edəcək. Gələn
il isə
xalq teatrları festivalı respublika miqyasında keçiriləcək.
Həvəskar insanların
yeganə məkanı
olan xalq teatrı və festival haqqında
Bakı şəhər
Mədəniyyət və
Turizm İdarəsinin
sədri Əlikram Əliyev fikirlərini “New
Baku Post”la bölüşüb
– Xalq teatrı deyərkən hansı yaradıcı heyətlər
nəzərdə tutulur?
– Bakı şəhər Mədəniyyət və
Turizm İdarəsinə
tabe olan mədəniyyət müəssisələri
ərazisində sakinlərin
teatra olan marağının təmin
olunması üçün
və insanların asudə vaxtının təşkili üçün
müxtəlif yaradıcı
heyətlər fəaliyyət
göstərir.
Əvvəllər bunlar dərnək
formasında olurdu. İnsanlar teatra olan marağını təmin
etmək üçün
həmin dərnəklərə
gəlirdi. Sonra dram dərnəklərinə
xalq teatrları adı verildi, yəni professional yox, həvəskar teatr. Teatra həvəsi olan insanlar mədəniyyət müəssisəsinə
müraciət edir, burada qoyulan tamaşalarda öz bacarığını nümayiş
etdirir. Bu gün
Azərbaycanın teatr
sahəsində elə
bir insan tapılmaz ki, vaxtı ilə xalq teatrında iştirak etməsin. Azərbaycan teatrlarında çalışan
aktyorların 99 faizi xalq teatrlarının yetirməsidir.
– Xalq teatrlarının festivalının keçirilməsində
məqsəd nədir
– Məqsəd xalq yaradıcılığının inkişafı, gənc nəslin özfəaliyyət
teatr kollektivlərinə
cəlb edilməsi və həvəskar teatr kollektivlərinin fəaliyyətini dövrün
tələblərinə uyğun
qurmaqdır.
Festivallar zamanı istedadlar
üzə çıxır. Xalq teatrlarının qoyduğu tamaşalar yerli əhali üçün göstərilir,
həmin tamaşalarla
müxtəlif məktəblərə,
hərbi hissələrə
qonaq gedirlər.
Xalq teatrlarında bütün təbəqələrə
aid tamaşalar var. Festival isə
bunların daha da mükəmməl olmasına xidmət edir. Məsələn, oktyabrın 4-5-6-da festival tamaşalarına baxış
olub. Münsiflər heyəti tamaşalardakı
səhvləri düzəldir,
yol göstərir, aktyor oyununa baxır.
Final mərhələsində mükəmməl tamaşalar
ortaya qoyulur.
– Festivala qatılmağın
şərtləri nədir?
– Festivala mədəniyyət
müəssisələrinin dram dərnəkləri və
xalq teatrları qatılır. Onlar ildə ən
azı iki tamaşa oynamalıdır.
Sonuncu tamaşalardan biri festivalda nümayiş etdirilir. Hər dəfə mövzu qoyulur.
Builki mövzu
uşaqlara həsr olunub. Festivala 21 kollektiv
qatılıb. Onlardan 10-dan çoxu
xalq teatrı, qalanları isə dram dərnəkləridir. Ola bilsin ki, bu
il də
yaxşı çıxış
edən dram dərnəyi
xalq teatrı statusu alsın. Qalibləri isə dünyanın müxtəlif ölkələrində
keçirilən həvəskar
teatr festivallarına göndəririk.
– Yaradıcı heyətlər
hansı formada qiymətləndiriləcək?
– Münsiflər heyəti tərəfindən bizim tərtib etdiyimiz qiymətləndirmə cədvəli
var. Onlar yaradıcı
heyətləri 5 nominasiya
üzrə qiymətləndirəcək.
Münsifləri 5 nəfər
təmsil edir: əməkdar incəsənət
xadimləri Azad Şükürov
və Könül Axundova, əməkdar mədəniyyət işçisi
Atababa Hacıbabayev, Şuşa Dövlət Musiqili Dram Teatrının
baş rejissoru, əməkdar incəsənət
xadimi Loğman Kərimov, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının dosenti Aydın Əzimov
– Qalibləri hansı mükafatlar gözləyir?
– Mükafatlar sürpriz saxlanılır. Amma bütün yaradıcı
heyətlərin ürəyindən
olan mükafatlar olacaq. Bəri başdan deyim
ki, qaliblərə pul verilmir.
– Azərbaycanın bir çox məşhur sənətkarları – Yaşar
Nuri, Siyavuş Aslan və başqaları
xalq teatrlarından yetişib. Hazırda həmin kollektivlərin
belə sənətkarlar
yetişdirməyə gücü
varmı?
– Son 5 ildə çox sayda aktyorlarımız xalq teatrlarından professional
teatra gəlib. Mədəniyyət və İncəsənət
Universitetini bitirən
gənc oğlan və qızları teatrlar dərhal işə qəbul etmir, onlar müəyyən
təcrübə keçməlidir.
Belə gənclər
təhsil müddətində
xalq teatrının üzvü olur, təcrübə toplayır.
– Xalq teatrlarının modernləşdirilməsi üçün
hansı işlər görülür?
– Azərbaycan Prezidentinin göstərişi ilə Yevlaxda xalq teatrı üçün xüsusi
bina tikilib. Ümumiyyətlə, xalq teatrlarının
maddi-texniki bazasını
möhkəmləndirmək lazımdır. Orada çalışanlara
maddi dəstək olmaq lazımdır ki, həvəsləri artsın. Etiraf edək ki, keçmişdə xalq teatrlarına daha çox axın vardı. Arzu edərdim ki,
Bakıda həvəskar
teatrlar mərkəzi formalaşsın. Modernləşdirmə ancaq texniki baxımdan olmalıdır.
Bu gün hər
bir mədəniyyət
evi moder stildə təmir və inşa edilir. Səhnədə heç bir
rekvizitdən istifadə
etmədən adi işıq effektləri ilə tamaşaların qurulması artıq modern tamaşadır. Ən gözəl
modernləşmə isə
müasir düşüncə
tərzidir.
–
Professional teatrlar tamaşaçı
qıtlığından şikayətlənir...
– Xalq teatrında oynanılan tamaşaların
10-12 iştirakçısı olur. Onların da qohum-əqrabası,
həmin ərazidə
yaşayan insanlar, dostları dəstəkləmək
üçün tamaşaya
gəlir. Xalq teatrlarında
tamaşaçı qıtlığı
yoxdur. Professional teatra gedənlərin sayı isə əvvəlki illərə
nisbətən artıb.
Tamaşaçıların sayının çoxladılmasının
müxtəlif yolları
var: professional teatrlar bölgələrə qastrollara
getməlidir. Reklam, menecment,
tamaşalara biletlərin
təşkili düzgün
təşkil olunmalıdır.
Müasir tələblər
biletin on-line satış
rejiminə keçməsi
və çatdırılmasını istəyir.
– Gələcək planlarınız
nədir?
– Xalq teatrları gələcəkdə özünümaliyyələşdirən
teatrlara çevrilməlidir.
50-100 min əhalisi olan bir rayonda
insanların teatra olan
marağını yalnız xalq
teatrları təmin edir. Çünki
Bakı ətrafında elə rayonlar var ki, oranın sakinlərinin
şəhərin mərkəzinə gəlib teatra
baxması müşkül məsələdir.
Sakin də marağını öz ərazisində olan
xalq teatrı ilə təmin edir. Gələcəkdə bu
teatrlar əhaliyə pullu
xidmət göstərsə, üzvləri də maddi baxımdan gəlir əldə edər.
Ümidə Həsənli
BakuPost.-2013.- 2 noyabr. - S.11.