Uşaqların ürəyini qoruyaq

 

Azərbaycanda ilk dəfə olaraq 4 günlük körpə üzərində ağır ürək qüsurunun aradan qaldırılması üçün mürəkkəb əməliyyat həyata keçirilib. Səhiyyə Nazirliyindən verilən xəbərə görə, ağciyər arteriyasının kritik stenozu diaqnozu ilə doğulan körpənin əməliyyatını Belarusdan gəlmiş cərrahlarla yerli mütəxəssislər birgə icra edib.

 Əməliyyat M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində (ECM) baş tutub. Yeni doğulan körpə ağır vəziyyətdə bu mərkəzə gətirilib. Əgər dərhal əməliyyat olunmasaydı, uşaq bir həftədən artıq yaşaya bilməzdi.

 Son zamanlar yalnız Azərbaycanda deyil, bütün dünyada ürək xəstəlikləri cavanlaşmağa doğru gedir. Bəzi həkimlər bunu həm irsi faktorlar, həm valideynlərin diqqətsizliyi ilə əlaqələndirir. Tibb elmləri doktoru, professor, ATU-nun uşaq xəstəliklərinin propedevtikası kafedrasının müdiri İbrahim İsayev bildirir ki, uşaqlarda ürək-damar xəstəliklərinin yaranma səbəbləri müxtəlif ola bilər. Yeni doğulmuş uşaqlarda rast gəlinən anadangəlmə inkişaf anomaliyaları əksər hallarda genetik pozuntular nəticəsində baş verir: “Valideynlərin yaşının çox olması, hər hansı birində ürək-damar xəstəliklərinin mövcudluğu bu cür ehtimalları artırır. Digər səbəblər qismində infeksion amili, yəni hamilə qadının xroniki persistəedici virus xəstəliklərini (məxmərək, herpes, adenoviruslar, toksoplazma, mikoplazma, listerioz s.) göstərmək olar. Uşaqlarda ürək-damar xəstəliklərinin əmələ gəlməsində fiziki (rentgen şüalanması, ionlaşdırıcı radiasiya, vibrasiya, elektromaqnit dalğaları s.) kimyəvi amillərin (alkoqol, narkotik maddələr, hamiləlik zamanı istifadə olunan dərmanlar s.) rolu da az deyil”.

Professor söyləyir ki, uşaqlarda rast gəlinən ürək-damar xəstəlikləri yaşdan asılı olaraq müxtəlif formada özünü büruzə verir. Məsələn, kiçik yaşlarda ürəyin anadangəlmə inkişaf anomaliyalarına, qüsurlarına iltihabi xəstəliklərinə rast gəlinir. Məktəblilərdə isə aritmiyalar, vegetativ damar distoniyalarına, arterial hiper hipotoniyalara təsadüf edilir.

 İ.İsayevin sözlərinə görə, anadangəlmə ürək qüsuru olan uşaqların müalicəsi çox böyük səy diqqət tələb edir. Əksər hallarda anadangəlmə ürək qüsurlarının müalicəsi cərrahi yollarla aradan qaldırılır.

 Son illərdə bir sıra anadangəlmə ürək qüsurlarının müalicəsində invaziv üsullardan da geniş istifadə edilir. Bütün hallarda belə uşaqlar mütəmadi olaraq həkim-kardioloqun nəzarəti altında olmalıdır.

 Kardioloq xəbərdarlıq edir ki, hansısa ailə üzvlərində ürəyin işemik xəstəliyinə meyilli olanlar varsa, onda belə ailədə uşaqlarda əsas risk amillərinin inkişafının qarşısını almağa çalışmaq lazımdır. Məsələn, profilaktik tədbirlər kimi gündəlik qida rasionuna diqqət yetirmək lazımdır: “2 yaşına kimi uşaqlarda pəhrizə ehtiyac yoxdur. Amma sonrakı yaşlarda aterogen mənşəli (heyvan) yağların istifadəsindən çəkinmək lazımdır. Əslində, böyüməkdə olan uşağın rasionuna  kifayət qədər yağ daxil edilməlidir ki, onun sinir inkişafı normal getsin. Lakin bu zaman rasiona əsasən bitki mənşəli yağlar, xüsusilə doymamış yağ turşuları daxil edilməlidir”.

 Ümumilikdə həkimlər uşaqlarda  aşağıda qeyd edilən əlamətlərə diqqət yetirməyi məsləhət görür:

 - ürəkdöyünmə;

 - döş qəfəsi (ürək) nahiyəsində ağrılar;

 - gərginlik zamanı xüsusilə sakit vəziyyətdə olarkən təngnəfəslik;

 - nəbzin yavaşıması.

 Düzdür, bu əlamətlər digər xəstəliklərin, yaxud ümumi yorğunluğun da simptomları ola bilər. Ancaq istənilən halda, döş nahiyəsində ağrıları olan uşaq kardioloq-həkimin konsultasiyasından keçməlidir. Fiziki emosional gərginliyə məruz qalmadan sakit vəziyyətdə əmələ gələn təngnəfəslik təhlükəli ola bilər.

 Həmçinin, uşağın dərisi dodaqlarının rənginə diqqət yetirmək lazımdır. Əgər yeni doğulmuşun dərisi dodaqları göyümtüldürsə, bu, ağır ürək, ağciyər digər orqanların xəstəliklərinin olmasından xəbər verə bilər. İlk aylarda uşaqda səbəbsiz narahatlıq, qışqırıq, dərinin ağarması, süstlük, soyuq tər əlamətləri müşahidə olunarsa, bu, valideynləri narahat etməli həkimə müraciət etmək üçün səbəb olmalıdır.

 Hazırda əhali üzrə ürəyin anadangəlmə  qüsurlarının tezliyi 1 faiz təşkil edir. Ürək qüsuru olan valideynin övladı da belə xəstəliklə doğula bilər. Əgər ana özü ürək qüsurlu olarsa, onun bu cür xəstəliyi olan uşaq dünyaya gətirməsi riski 14 faizdir. Əgər anada qulaqcıq-mədəcik qapaqlarının stenozu xəstəliyi varsa, onda onun övladı  23 faiz ehtimalla anadangəlmə ürək qüsurlu doğula bilər. Ürək qüsuru olan bir uşağa malik ailədə digər ürək qüsurlu uşağın doğulma riski 1-4 faizdir. Lakin 2 uşaq belə xəstəliklə doğularsa, ailədə artıq üçüncü ürək qüsurlu uşağın da doğulma riski artıq artaraq 3-12 faiz olur.

 Qeyd edək ki, ECM-nin nəzdində Uşaq Kardiocərrahiyyə Mərkəzi yaranandan indiyə kimi burada 400-ə qədər açıq ürək əməliyyatı aparılıb.

 

Fərəh Sabirqızı

 

BakuPost.-2013.- 2 noyabr. - S.10.