Tolerantlıq ünsiyyət körpüsüdür

 

16 noyabr – Beynəlxalq Tolerantlıq Günüdür. Bu tarix BMT Baş Assambleyasının 1996-cı il qərarına əsasən qeyd olunur. Tolerantlıq insanlaricmalar arasında qarşılıqlı hörmətin bünövrəsidir və ortaq dəyərlər ətrafında vahid qlobal cəmiyyətin qurulması üçün həyati əhəmiyyət kəsb edir. Tolerantlıq insanlar arasında körpülər salır və ünsiyyət üçün yollar açır. Bu gün dözümlülük BMT siyasətinin əsas prioritetlərindən biri sayılır.

Qərb nümunəsi

 Tolerantlıq öz-özünə yaranmır. O, öyrədilməli, təlqin edilməli  və başqalarına ötürülməlidir. Əfsuslar olsun ki, son illər dünyada ekstremizm və zorakılığın güclənməsi meyilləri aşkar müşahidə olunur. Tolerant yanaşmanın zəifliyi isə bu mənfi tendensiyanın güclənməsinə təkan verir. Bu gün biz Suriya, Yaxın Şərq və Şimali Afrikada radikal islamın baş qaldırdığı, Misirdə isə xristianların təzyiq altında olduğu bir zamanda yaşayırıq. Təbii ki, bunun obyektiv səbəbləri var.

 Hələ bir neçə il öncə danimarkalı karikaturaçı Kurt Westergaard çəkdiyi karikaturanı Hz. Məhəmmədlə (s) əlaqələndirərək bütün dünyada həm tanındı, həm də varlandı. Dünyanın müxtəlif ölkələrində yaşayan müsəlmanlar isə bu karikaturaya görə çox fərqli tərzdə etirazlarını bildirdi və nəticədə dini zəmində  qarşıdurmalar baş verdi. Danimarkalı təxribatçı isə Almaniya kansleri A. Merkel tərəfindən mükafatlandırıldı.

 Amerikalılar 2001-ci ilin 11 sentyabrında törədilən terrordan əvvəl İslama ölkədəki çoxsaylı dinlərdən biri kimi yanaşırdı. Həmin hadisədən sonra isə Amerikada müsəlman vətəndaşlara qarşı münasibət dəyişdi. Bəzi yerlərdə onlar ayrı-seçkiliyə və hücumlara məruz qaldı. Nəticədə, İslam dininə və müsəlman dünyasına qarşı daha təxribat xarakterli hərəkətlərə yol verildi.

 Bu yaxınlarda, İslam əleyhdarı kimi tanınan amerikalı keşiş Terri Cons 3 minə yaxın “Qurani-Kərim” nüsxəsini yandırmağa cəhd edib. Düzdür, asayiş keşikçiləri bu cəhdin qarşısını aldı, lakin 2011-ci ildə onun, Floridadakı kilsələrin birində 50 nəfərin gözü qarşısında törətdiyi eyni əməli geniş rezonansa səbəb oldu. Qəribədir, dünyaya dözümlülükdemokratiya dəyərlərini yaymağa çalışan ölkələrin öz daxilində zorakılığa sövq edən hərəkətlərə yol verilir. Nəticədə, dinlərarası qarşıdurmalar qaçılmaz olur. Bundan maksimum yararlanmağa çalışan bəzi maraqlı dairələr özü tolerant din olan İslamı terrorla əlaqələndirir və bu absurd iddianı təlqin edir. 

Mədəniyyətlərarası dialoqun beşiyi

Ümumiyyətlə, tolerantlıq bir məziyyət, mənəvi keyfiyyətdir, lakin hər şeydən əvvəl  xoş əməldir. Bu, başqalarına xeyirxah yardım əlini uzatmaqmövcud fərqlilikləri maneə kimi deyil, dialoqanlaşmaya dəvət kimi qəbul etməkdir. Cənubi Qafqazın yeganə müsəlman ölkəsi olan Azərbaycan məhz bu yolu tutub.

 Təsadüfi deyil ki, bu gün beynəlxalq birlik Azərbaycanı əsl tolerant ölkə və ən önəmlisi mədəniyyətlərarası dialoqun beşiyi hesab edir. Azərbaycanda din, mədəniyyətlərarası dialoq və tolerantlıqla bağlı müxtəlif səviyyəli uğurlu beynəlxalq tədbirlər keçirilir. Bu gün Azərbaycan müxtəlif dinlərdən və xalqlardan olan insanların tolerant şəkildə yaşayıb, fəaliyyət göstərdiyi bir məkandır. 

 Azərbaycan açıq şəkildə nümayiş etdirib ki, bütün dinlərə qarşı, sadəcə, tolerantlıq göstərilmir, eyni zamanda, bu dinlər təşviq olunur.

 Azərbaycanda heç kim müqəddəs “İncili yandırmağı ağlına belə gətirə bilməz. Bu, azərbaycanlıların mənəviyyatından, mədəniyyətindən və nəhayət, istənilən dinə qarşı dərin hörmətindən irəli gəlir. Təəssüflər olsun ki, ermənilər işğal etdiyi Azərbaycan torpaqlarındakı tarixi abidələri, məscidləri və qəbiristanlıqları amansızlıqla dağıdır və dünya birliyi buna  göz yumur.  

 Şərqlə Qərb arasında körpü rolunu oynayan, əsrlərdən gələn zəngin tarixi və mədəniyyəti özündə ehtiva edən Azərbaycan, həm də müxtəlif  mədəniyyətlərin toqquşduğu, mədəniyyətlərarası həmrəyliyin qorunub saxlanıldığı bir məkandır. Tolerantlıq sahəsində əldə olunmuş nailiyyətlər Azərbaycanı dünyanın bir çox ölkələri üçün örnəyə çevirir.

 

Ənvər Sultanlı

 

BakuPost.-2013.- 16 noyabr. - S.15.