Gənc mütəxəssis

 

Azərbaycanlı gənc Orxan Nadirov İslam Əməkdaşlıq Təşkilatının Türkiyədəki ofisində çalışır. Bakıdakı Anadolu Türk liseyinin məzunu olan Orxan Türkiyənin Hacettepe Universitetinin “İqtisadiyyatın təşkili və idarəedilməsi” bölümündə ingilis dilində təhsil alıb. Hazırda elə həmin universitetdə mühasibatlıq üzrə magistratura pilləsində təhsilini davam etdirir. Hacettepe Universitetinin təqaüdünü alır. Özünü yad ölkədə hiss etmir. Müsahibə zamanı bəlli oldu ki, bu gənc haqqında deyilənlər doğruymuş:

– Deyirlər ki, bir yerdə dayanmağı xoşlamırsınız, hər işlə məşğulsunuz. Elədir?

– Hə, indiyə qədər bir çox sahələrdə çalışmışam, təhsil müddətimdə heç boş qalmadım. Universitetin kitabxanasında, iqtisadiyyat kafedrasında dosent yardımçısı olmuşam, hətta yay tətilində Bakıya gələndə də xidmət sahəsində işləmişəm. Əsas məqsədim ixtisasım üzrə müəyyən təcrübəsi qazanmaq, həm də təbii Türkiyədə bəzi xərclərimi qarşılamaqdır. Təhsillə yanaşı, digər məşğuliyyətim də olub. Universitetin rəqs dərnəklərində vals, tanqo, çaça kimi rəqslərlə məşğul olmuşam, solist idim. Bizim universitet amerikan futbolu üzrə ardıcıl çempion olub, mən də həmin komandanın üzvü idim. Bakıda olanda isə Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi, Milli Bank, Milli Məclis, Türkiyənin Xarici İşlər Nazirliyində, özəl auditor şirkətlərində də praktika keçmişəm. Lap bekar qalanda nəyisə sındırıram ki, sonradan onu düzəldim, boş dayana bilmirəm...

Amma indi İslam Əməkdaşlıq Təşkilatı kimi nüfuzlu bir qurumun Türkiyə ofisində daimi işləyirsiniz. Azərbaycanlı tələbənin bu qurumda işə düzəlməsi çətin olmadı ki?

– Hələ tələbəlik dövrünün ilk illərindən yay tətili dövründə Türkiyənin və Azərbaycanın bir çox dövlət təşkilatlarına, özəl şirkətlərinə təcrübəsi üçün müraciət etmişəm. İslam Əməkdaşlıq Təşkilatında (İƏT) da yay tətilində təcrübədə olmuşam. Əslində, təcrübə toplamaq üçün olduğum bir çox təşkilatlardan sonradan daimi işləmək üçün dəvətlər almışam. İƏT də belələrindən biridir. Hətta həmin vaxt mən telefon nömrəmi dəyişmişdim, özləri gəlib məni universitetdən tapmışdılar. Təhsilimə mane olmamaq üçün müəyyən güzəştlərə də getdilər. Elə tələbəlikdən indiyə kimi İƏT-də çalışmaqdayam. Burada yayım, informasiya texnologiyaları və maliyyə məsələləri üzrə mütəxəssis vəzifəsindəyəm. İƏT dini, tarixi, siyasi və mənəvi dəyərləri ilə bir-birinə bağlı olan müsəlman ölkələrinin uğurlu birlik modeli kimi özünü təsdiqləyib. Beynəlxalq münasibətlər sistemində xüsusi çəkiyə malik olan bu qurum ilə birgə fəaliyyət Azərbaycan diplomatiyasına dünya siyasətinə əlavə təsir imkanları yaradılması baxımından mühüm əhəmiyyət kəsb edir. İƏT üzvü olan ölkələrin əhalisinin böyük hissəsini gənclər təşkil etdiyini, gənclərin də cəmiyyətin ən fəal təbəqəsi və aparıcı qüvvəsi olduğunu nəzərə alsaq, azərbaycanlı gənclərin də bu təşkilatın işində daha fəal iştirakını zəruri edir. Təbii ki, bizim ölkələrimizin gənclərinin indidən bir-biri ilə təmasda olması, əlbəttə ki, gələcəkdə fəaliyyətimizi daha da yüksək pilləyə gətirib çıxaracaq və daha böyük nailiyyətlər qazanmağa zəmin yaratmış olacaq.

– ASAIF-də ictimai fəaliyyətiniz də var. Bu təşkilatın nəzdində hansı işlər görmüsünüz?

– 2010-cu ildə ASAIF-i kəşf etdim. Xaricdə oxuyan azərbaycanlı tələbələrin şəbəkəsinin daha önəmli olduğunu anladım. Həmin vaxtdan etibarən ASAIF-in forumlarında iştirak edirəm. Elə bu ümumi tədbirlərdə aşkarladım ki, eyni ölkədə, eyni şəhərdə oxusaq belə, tanımadığım azərbaycanlı tələbələr var. Onlarla təmasda olmaq, əlaqə yaratmaq hər birimiz üçün faydalıdır.

Azərbaycanın tanıtımında hansısa fəaliyyətiniz olubmu?

– TRT kanalında “Anne ben Türkiyedeyim” video yarışmasında iştirak etmişəm. Burada Türkiyədə təhsil alan əcnəbi tələbələr müxtəlif mövzularda video-çarxlar hazırlayırlar, sonra da onların arasında qalib seçilir. Mən iki mövsüm ardıcıl olaraq qalib çıxdım. Hədiyyə olaraq valideynlərimi Türkiyəyə tətilə gətirdim. Əvvəllər onlar məni Türkiyəyə gətirirdilər, indi mən onları.Bundan əlavə, universitet könüllüsü kimi valideyn himayəsindən məhrum uşaqlara milli rəqslərimizi öyrətmişəm. Uşaqlar rəqslərimizi çox bəyəndilər, yaxşı oynaya bilənləri vardı. Sonda hətta onlar arasında yaxşı qabiliyyəti olanların iştirakı ilə kiçik bir səhnəcik hazırladıq.

Türkiyədə təhsil, ümumi sosial mühit, gənclərin davranışı necə fərqlənir? Buradakı gənclərin hansı xarakterini bizə transfer etməyə ehtiyac görürsünüz?

Türkiyədə təhsilin, xüsusilə ali təhsilin dünya təhsil sisteminə daha dərin geniş inteqrasiya olunduğunu təhsil sahəsində böyük uğurların əldə edildiyini nəzərə alsaq, qardaş Türk dövlətinin bu təcrübəsindən yararlanmağa ehtiyac olduğunu güman edirəm. Gənclər arasında oxşar cəhətlər barəsində danışmaq daha asan olardı. Vətənpərvərlik, torpağına bağlılıq, böyüklərə hörmət, əməksevərlik döyüşkənlik həm türkiyəli, həm azərbaycanlı gənclərin əsas xüsusiyyətləridir. Lakin Türkiyədə gənclər məncə, öz həyatlarını qurmaqda, təhsildə karyerada daha müstəqil olmaları ilə seçilirlər, daha çox öz qüvvələrinə güvənirlər. 

Özünüzü dərəcədə uğurlu gənc sayırsınız?

Əldə etdiyim nailiyyətlər çox olub, amma hələ qazanmalı olduqlarım da çoxdur. Bakalavr təhsil pilləsini müvəffəqiyyətlə bitirmişəm, magistraturada uğurla təhsilimi davam etdirirəm. İndiyə kimi dünya iqtisadiyyatında siyasətində öz sözünü demiş insanlarla bir məclisdə olmuşam, onlarla fikir mübadiləsi aparmışam. Amma hədəfim yüksəkdir. Hərtərəfli inkişaf etmək, əsl mütəxəssis kimi yetişib Vətənim Azərbaycana fayda vermək istəyirəm.

 

 

 Fərəh Sabirqızı

 

Baku Post.-2013.-9 yanvar.-S.-8.