Ən yüksək səviyyə
Azərbaycan
və Türkiyə münasibətlərini,
qarşıdakı perspektivləri Azərbaycanın Türkiyədəki
fövqəladə və səlahiyyətli səfiri Faiq
Bağırov “New Baku Post”a şərh edir:
– Azərbaycan və Türkiyə
arasındakı münasibətlər indi hansı
dövrünü yaşayır?
– Azərbaycan
və Türkiyə iki dost, qardaş ölkədir. Hazırda
Azərbaycan və Türkiyə arasındakı münasibətlərin
ən yüksək səviyyədə olduğunu
müşahidə edirik. Yüksək Səviyyəli Strateji Əməkdaşlıq
Şurasının toplantılarının keçirilməsi
və bu şuraların toplantılarında çoxlu sayda
nazirlərin, hökumət üzvlərinin iştirakı onu
göstərir ki, Azərbaycan və Türkiyə arasında
strateji tərəfdaşlıq əlaqələri hər sahədə
inkişaf edir və bunu biz önümüzdəki dövrdə
də müşahidə edəcəyik. Çünki bizim əməkdaşlığımız
istər siyasi, istər iqtisadi, mədəni və elmi sahələrdə
yüksək səviyyədə inkişaf edir.
– İqtisadi sahədə
qarşıda hansı planlar var?
– Hər
sahədə olduğu kimi iqtisadi sahəyə də öncəlik
verilir. Azərbaycanı Türkiyə ilə bağlayan
Bakı-Tiflis-Ceyhan, Bakı-Tiflis- Ərzurum və
Bakı-Tiflis-Qars dəmiryol layihələri iqtisadi sahədə
əməkdaşlığımızın ən yüksək
səviyyədə olduğunu sübut edir. Əlavə olaraq
enerji sahəsində olan əməkdaşlığımızı
söyləmək olar. Trans Anadolu boru xəttinin çəkilməsi
istiqamətində dövlətlərarası saziş
imzalanıb. Söyləmək olar ki, Azərbaycan və
Türkiyə arasında əməkdaşlıq daha da
inkişaf edəcək. Hazırda Azərbaycan Türkiyədə
ən çox sərmayə qoyan ölkələr
sırasındadır. Bununla biz fəxr edirik. Çünki dəfələrlə
ölkə rəhbərliyinin söylədiyi kimi, Azərbaycanın
imkanları get-gedə artır, öz imkanını
qardaş, dost ölkələrlə paylaşmağa
hazırdır. Bunun bariz nümunəsini biz Türkiyədə
görürük.
– TANAP 2 ölkənin birgə layihəsidir.
Bunun strateji əhəmiyyətini necə qiymətləndirirsiniz?
–
Bunun əhəmiyyəti çox böyükdür. Təşəbbüskar
Azərbaycan və Türkiyədir. Başqa
iştirakçılar bu layihədə yoxdur. Bu, həm Azərbaycana,
həm Türkiyəyə gələcəkdə böyük
faydalar gətirə biləcək bir layihədir. TANAP Azərbaycanın
zəngin qaz yataqlarına malik ölkə kimi öz
qazını xarici ölkələrə, xüsusən
Avropaya nəql edilməsinə imkan yaradacaq. Bununla da Azərbaycanın
Qərb ölkələri, Avropanın enerji təhlükəsizliyini
təmin etmək istiqamətində
müəyyən addımın atılması
öngörülür. Türkiyə tərəfi də bu
layihə sayəsində nailiyyətlərə sahib olacaq. Ən
önəmlisi Türkiyənin çoxsaylı insanları bu
layihənin həyata keçirilməsində işlə təmin
olunacaq. Türkiyə təbii qazın Avropaya nəql edilməsindən
qazanc əldə edəcək. Qazın bir hissəsi Türkiyəyə
satılacaq, bu da Türkiyə üçün böyük əhəmiyyətə
malik layihədir.
– Türkiyədə çoxlu azərbaycanlı
gənc təhsil alır. Səfirlik onlarla necə işləyir?
–
Türkiyədə çoxlu bizim tələbələrimiz
var. Azərbaycandan çoxsaylı tələbələr
Türkiyədə təhsil alırlar. Tələbələrlə
sıx əlaqəmiz var, müxtəlif tədbirlərimiz
keçirilir, tədbirlərdə iştirak edirlər. Yenə
də daha fəal və aktiv olmalıdırlar. Daha çox
öz imkanlarından istifadə etməlidirlər. Təhsil
aldıqları universitetlərdə digər ölkələrin
tələbələri ilə ünsiyyət
qurmalıdırlar. Tələbə təşkilatları ilə
işgüzar əlaqələr yaratmalıdırlar. Biz də
səfirlik və dövlət olaraq bizim tələbələrə
dəstək olmağa hazırıq.
Tural Əliyev
Baku Post.-2013.-12 yanvar.-S.-6.