Dünya səhnələrindəki azərbaycanlılar

 

Azərbaycanın bir çox istedadlı insanları dünyanın müxtəlif ölkələrində yaradıcı fəaliyyətlə məşğuldur. Onlar həmin ölkənin məşhur sənətçilərindən heç də az tanınmır. Hələ sovet dövründə Rusiya Dövlət Akademik Böyük Teatrında azərbaycanlı izləri böyük bir yol açıb. Bu izlər müasir dövrümüzdə də mənəvi-bədii-tarixi dəyərinə görə Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edir. XX əsrin əvvəllərində Böyük Teatrda balet tamaşalarında səhnənin qrafik tərtibatçısı kimi fəaliyyətə başlayan Vaqif Rəhmanov Rusiyada ilk azərbaycanlı xoreoqraf – baletmeystr kimi musiqi tarixinə düşüb. Hazırda bu ənənəni Böyük Teatrın əsas solistləri – əməkdar artistlər Elçin Əzizov, Dinarə Əliyeva və Çinarə Əlizadə davam etdirir.

 

Rusiya Dinarə Əliyeva haqqında danışır

 

 Gənc azərbaycanlı vokalçı Dinarə Əliyeva 2010-cu ildə Moskva Konservatoriyasının Böyük salonunda Şubertin və Kassinin klassik “Avea Maria”ları ilə diqqətini cəlb edir. Rusiyanın məşhur musiqi nəzəriyyəçisi İqor Koryabin həmin konsert proqramında ən əlamətdar hadisə kimi gənc və istedadlı D.Əliyevanın “kəşf olunması”nı vurğulayıb. V.Popov isə bildirir ki, D.Əliyeva parlamaqda olan “ulduzdur”: “Onun güclü, təmiz səsi möhkəm texniki əsasa, tam tessitura diapazonuna malikdir. Onu opera sahəsində mürəkkəb partiyaların ifaçısı kimi görürəm. Lirik məqamlarla lazımi rəngləri tapa bilən müğənni “mezza voce” texnikasını ağılla tətbiq edir. Yüksək ifaçılıq mədəniyyəti ilə qəlbləri oxşayır”.

 2010-cu ildə D.Əliyeva Mixail Pletnyovun rəhbərliyi ilə Rusiya milli orkestrinin müşayiəti ilə  P.Çaykovski adına konservatoriyanın Böyük salonunda çıxış edir. Moskvada “Gələcəyin musiqisi” devizi ilə keçirilən konsertdə azərbaycanlı gənc müvəffəqiyyətə imza atır. Dmitri Yurovskinin rəhbərliyi ilə Rusiya Milli Filarmoniya orkestrinin müşayiəti ilə solo konserti isə müğənninin  yaradıcılıq həyatı və orkestrin fəaliyyətində yeni səhifə açır. Musiqişünas Vladimir Oyvin soprano səsli D.Əliyevanın səhnə davranışını  yüksək qiymətləndirir: “Solo konserti ilə tələbkar sənətsevərlər qarşısında görünmək, özü də hamını razı salmaq hər kəsin hünəri deyil. Yalnız yüksək ustalıq, əla ifa texnikası və bənzərsiz manera ilə musiqi əsərini duyaraq təcəssüm etdirmək uğurun əsasıdır. D. Əliyevanın misilsiz müvəffəqiyyəti məhz bu amillərlə bağlıdır”.

Onun xarici ölkələrə qastrol səfərləri çox zəngindir. Dinarə Avstriyanın Klaqenfurt Dövlət Teatrı səhnəsində C.Verdinin “Trubadur” operasında ifa etdiyi Leonora partiyası uğurla yadda qalıb. Bundan sonra  Dinarə xanım Vyana, Berlin və Parisin dünya şöhrətli opera teatrlarının səhnəsində tamaşalarında çıxış edib.

 Vokalçı Rusiya Dövlət Akademik Böyük Teatrın truppasına qəbul olunduqdan sonra özünü bir daha təsdiqlədi. Böyük Teatrda daim ciddi rəqabətlə üzləşən ifaçıların prima solisti olması asan məsələ deyil. Burada sənətin ölçü həddi var və bu həddə cavab verməyən vokalçı, yaxud balet artisti heç vəchlə kollektivə daxil edilə bilməz.

 2011-ci ilin yanvarında Akademik Böyük Teatrın “ulduz” solisti  Bakıda  “Don Juan” operasında Donna Elvira partiyasının müvəffəqiyyətli  səhnə təcəssümünə nail olur. Aprel ayında isə Dinarə Vətənində “Trubadur” tamaşasında  baş rolu oynayıb.

 

 Böyük səhnələri fəth edən Elçin Əzizov

 

 1975-ci ildə Bakıda doğulan Elçin Əzizov incəsənətə, teatra, səhnəyə əvvəldən meyil göstərib. Kino rejissoru olmağı arzulayan E. Əzizov Mədəniyyət və İncəsənət Unversitetinin “Kino rejissoru” fakültəsini bitirib. Tələbəlik illərində “Bakılı oğlanlar” Şən və Hazırcavablar Klubuna üzv olur.

Elçin 30 yaşına çatdıqda dərk edir ki, səsi təsadüfi deyil. 2005-ci ildə Zalsburqdakı “Motsarteum” universitetinin yay akademiyasına qəbul olunur.

 2006-2007-ci illərdə Alesandro Misasinin yanında təcrübə keçir. Bu arada bir müddət Bakı Musiqi Akademiyasının Opera studiyasında da xüsusi məşğələlərdə iştirak edir.

 İstedadını və genişdiapazonlu bas səsinə malik olmasını görən Qalina Vişnevskaya onu özünün bədii rəhbər olduğu Opera Mərkəzinə dəvət edir. O, elə buradaca görkəmli müğənni Badri Maysuradzenin yanında çalışaraq ifaçılığını daha da təkmilləşdirir. Bir vokalçı kimi elə həmin Mərkəzin hazırladığı “Karmen” operasında  Eskamilo partiyasının ifası ilə debütünü edir. Rusiya Dövlət Akademik Böyük Teatrının rəhbərliyi tam heyətlə həmin tamaşaya baxır və qəti qərarla  E.Əzizovu sənət ocağına solist kimi çalışmağa dəvət edirlər. 2008-ci ildən E.Əzizov Böyük Teatrın truppasının ştatlı üzvüdür. O, öz Eskamilosunu Moskvadan başqa Arxangelsk, Vyana, Zalsburq, Milan, Paris tamaşaçılarına da sevdirə bilib.

 Böyük Teatrın səhnəsində Eskamilo Toreador obrazına layiqli “həyat vəsiqəsi” verən vokal ustalarının adları Ümumrusiya musiqi mədəniyyəti xəzinəsinin qırmızı kitabına həkk edilib. Həmyerlimizin adı da onların arasındadır.

 Elçin hər gün səhər Böyük Teatra gəlir, bir neçə saatlıq məşqdən sonra Qalina Vişnevskayanın bir vaxtlar rəhbərlik etdiyi Opera Mərkəzinə üz tutur. Özü belə deyir: “Yaxşı bilirsiniz ki, təkmilləşməyin həddi-hüdudu yoxdur. Ən ürəyimcə olan budur ki, Badri Maysuradro kimi qüdrətli bir vokalçıdan dərs alıram”.

 

 Heyrətamiz istedad – Çinarə Əlizadə!

 

 23 yaşlı gənc Çinarə Əlizadə peşəkar səhnəyə ayaq açdığı gündən bacarıq və istedadını sübut edib. 15 yaşında o, Moskvada keçirilən balet ustalarının Beynəlxalq müsabiqəsində əsas mükafata layiq görülür. Fəxri kürsünün ən yüksək pilləsinə qalxan Çinarənin peşəkarlığına əmin olan mütəxəssislər onu 2005-ci ildə Böyük Teatrın balet truppasına dəvət edirlər. 1995-ci ildə Çinarə Natalya Nesterovanın Yeni Humanitar Universitetinin Rəqs Akademiyasına qəbul olunur. Sonra Moskva Dövlət Xoreoqrafiya Akademiyasında təhsilini davam etdirir. O, məşhur pedaqoqlar Natalya Arxipova Lyudmila Litavkinin rəhbərliyi altında balet sənətinin ən incə sirlərinə yiyələnib.

 Çinarə teatrda yaradıcı fəaliyyətə başladığı  ilk gündən  P.ÇaykovskininQu gölübaletində əsas rolu ifa edib. Sonra MinkusunBayadera”, AdanınJizel s. baletlərin tamaşalarında əsas partiyaların ifaçısı kimi səhnədə görünüb. 2009-cu ildə Böyük TeatrınJizelbaletinin afişasında da Çinarənin adı yazılıb. O, Bakıya qastrol səfərlərində Azərbaycan Dövlət Opera Balet Teatrının səhnəsindəJizel”, “Don Kixotbaletlərində baş rollarda çıxış edib.

2013-cü ildə hər üç sənətçi yeni tamaşalar üzərində çalışır.

 

 

Ümidə Həsənli

 

Baku Post.-2013.-16 yanvar.-S.-10.