Azadlıq ruhu
Qəhrəmanlığın əsl dəyəri təhlükələrin
böyüklüyü ilə
ölçülür.
Sağ qalmaq ehtimalının az olduğunu
və ya heç olmadığını
bilə-bilə millət
yolunda, müqəddəs
məfkurə uğrunda
əzmlə, mətanətlə
mübarizə aparanlar
insanlığın yüksək
mərtəbəsinə ucalırlar.
Bir gün şam kimi sönməyə
məhkum olan bəşər övladı
silinməz izlər qoymaq, şanlı işlər görmək imkanları ilə birlikdə göz açır fani dünyaya. Ruhunu, azacıq da
olsa, maddiyyatdan ayırıb ömrünü
millətinə həsr
edən insanları tarixin şanlı səhifələrinə qızıl
hərflərlə düşmək,
könüllərdə taxt
qurmaq kimi uca məqamlar gözləyir. Millətə xidmət bəşər övladını zirvələrə
aparan ən etibarlı yoldur. Üstündən əsrlər, qərinələr
ötsə də, o insanların adı, fədakarlığı yaddaşlarda
təravətini itirməyəcək.
“20 Yanvar”
qəhrəmanları qəlbimizdə
sarsılmaz abidəyə
çevrilib. Xalqın o gecəki
“Azadlıq harayı” milləti millət edən milli diriliş ruhudur. O gecə dünya gördü ki, Azərbaycan milləti yıxılanda ayağa qalxmağı bacaran, əsarətə dözməyən,
düşmənin istəyini
gözündə qoyub,
qəddini dikəldən
millətdir.
Azadlıq inancımızla yoğrulan
milli ruhumuzdur. Millətinin hürriyyətə
qovuşması üçün
toxumtək həyatını
fəda edən uca qəhrəmanlar xalqın azadlıq abidələridir. Bir gecədə
bir əsrlik tarix yazan şəhidlər
əllərində dalğalanan,
qürurla daşıdıqları
üçrəngli bayrağımızla
özləri də tarixiləşdilər. Əli
silahsız oğul və qızlarımızın
soyuq yanvar gecəsi axıdılan qanı şair qələmindən kəlmə-kəlmə,
sətir-sətir kağız
üzərinə köçdü:
Qatil gülləsinə qurban gedərkən,
Gözünü sabaha dikdi şəhidlər.
Üçrəngli
bayrağı öz qanlarıyla
Vətən torpağına çəkdi
şəhidlər.
O gecə bir tərəfdə şəhidlər xalqın
gələcəyi uğrunda
candan keçib azadlıq toxumları əkir, bir tərəfdə də uca Yaradan millətə
yeni-yeni qəhrəmanlar
bəxş edirdi. O gecə Azərbaycanda dünyaya göz açan körpələrin
əksəriyyəti oğlan
idi. O gecə əbədiyyətə qanad
açan gənclərin
yeri gələcəyin
qəhrəmanları ilə
dolurdu.
İstanbulda şəhərin fəthini təsvir edən “Panorama 1453 – tarix muzeyi” var. Üstündən
illər keçsə
də, o müqəddəs
məkan olmuşları
nəsildən-nəslə ötürür, yaddaşları
korşalmağa qoymur.
İçimdə bir
arzu baş qaldırdı – tezliklə
Bakıda “Panorama 20 Yanvar
– tarix muzeyi” açılaydı…
Əziz şəhidlər, ruhunuz şad olsun!
Mustafa Saatçı
Baku Post.-2013.-19 yanvar.-S.-14.